Beynəlxalq diNİ etiqad azadliği haqqinda hesabat azərbaycan 2017-ci IL Qısa icmal



Yüklə 108,86 Kb.

tarix19.10.2018
ölçüsü108,86 Kb.


BEYNƏLXALQ DİNİ ETİQAD AZADLIĞI HAQQINDA HESABAT 

AZƏRBAYCAN 2017-ci il 

 

Qısa icmal 

 

Konstitusiyaya görə din dövlətdən ayrıdır və bütün dinlər bərabərdir. Konstitusiya 

eyni zamanda fərdlərin  öz  dini  etiqadlarını  ifadə  etmək və  dini ayinləri  icra etmək 

hüququnu müdafiə  edir,  bir  şərtlə  ki,  bunlar  ictimai  asayişi  və  ya ictimai mənəviyyatı 

pozmasın. Qanunla hökumətin dini fəaliyyətlərə müdaxilə etməsi qadağandır, həmçinin 

hökumət və  vətəndaşlar  dini  ekstremizmə  və  radikalizmə  qarşı  mübarizə  aparmaq 

öhdəliyinə sahibdirlər.  Qanuna görə dini təşkilatlar irqi, milli, dini və ya sosial ədavətə 

səbəb olduqda, insan ləyaqətini alçaldaraq və dünyəvi təhsilə əngəl törədərək insanların 

dinini dəyişdirdikdə  onların  fəaliyyəti hökumət tərəfindən  ləğv  edə  bilər.  İyun  ayında 

qanuna edilən dəyişikliklə  qeydiyyatda olan dini qruplar tərəfindən  dəvət  edilmiş 

əcnəbilərin dini xidmətlər  icra etməsinə  şərait  yaradılmışdır.  Yerli  insan  hüquqları 

qruplarının  və  digərlərinin bildirdiyinə  görə  hökumət dini fəallara  qarşı  fiziki  zorakılıq 

göstərməyə, onları tutmağa və həbs etməyə davam etmişdir. Verilən məlumatlara görə ilin 

sonunda həbs edilənlərin ümumi sayı 80 nəfər təşkil etmişdir, 2016-cı ildə isə bu rəqəm 86-

ya bərabər  olmuşdur.  Yanvar  və  dekabr  aylarında  məhkəmənin qərarı  ilə  2015-ci ildə 

Nardaranda həyata keçirilən  əməliyyat nəticəsində  saxlanılan  Müsəlman Birliyi 

Hərəkatının rəhbərləri və digərləri bir sıra fəallara tərəfindən uydurma hesab olunan bir 

sıra ittihamlar, o cümlədən dini nifrət salma və terrorçuluq kimi ittihamlar əsasında uzun 

müddət həbs cəzasına məhkum edilmişlər. İyul ayında xaricdə İslam təhsili aldıqdan sonra 

dini mərasim keçirdiyinə görə bir axund hakimiyyət orqanları tərəfindən üç il azadlıqdan 

məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, hakimiyyət orqanları qanunsuz 

dini  yığıncaqlar  keçirdiyinə  görə  çox sayda şəxsi həbs  etmiş,  cərimə  tətbiq  etmiş  və  ya 

xəbərdarlıq  etmişdir.    Dini  qrupların  məlumatına  görə  hökumət  “qeyri-ənənəvi” hesab 

etdiyi dini azlıq qruplarını qeydiyyata almaqdan imtina etmiş və ya bu prosesi ləngitmiş, 

onların dini xidmətlər icra etməsinə əngəl olmuş, iştirakçıları cərimələmişdir. Daha əvvəl 

qeydiyyatdan  keçmiş,  lakin  hakimiyyət  orqanları  tərəfindən yenidən  qeydiyyatdan 

keçməsi  tələb olunan qruplar bunu icra edərkən hələ  də  çətinliklərlə  üzləşmişlər. 

Hakimiyyət  orqanları  bu qruplardan bəzilərinin sərbəst  şəkildə  fəaliyyət göstərməsinə 

icazə  vermişdir,  lakin digərlərinin verdiyi məlumata görə  onlar  dini  etiqadlarını  icra 

edərkən çətinliklərlə  qarşılaşmışlar.  Yerli  dini  ekspertlər  bildirmişdir  ki,  hökumət təmir 

etmək  bəhanəsi ilə  məscidləri bağlama  davam  edir,  amma  əsl  səbəb ondan ibarətdir ki, 

hökumət məscidlərin ekstremist fikirlərin yayılmasına xidmət edən məkanlar olmasından 




narahatdır. Hökumət  dini materialların ölkəyə idxalına, yayılmasına və satışına nəzarəti 

davam etdirmişdir. Dini materialların qanunsuz satışı və ya yayılması ilə məşğul olan bir 

çox şəxsə məhkəmə tərəfindən cərimə tətbiq edilmişdir, lakin bəziləri apelyasiya şikayəti 

verərək onlara tətbiq edilmiş cərimələrin ləğvinə nail olmuşlar. Hökumət dini dözümlülüyü 

təbliğ  etmək  və  özünün  dini  ekstremizm  olaraq  düşündüyü  fəaliyyətə  qarşı  mübarizə 

aparmaq məqsədilə ölkədə təlimlərin keçirilməsinə maliyyə yardımı göstərmişdir.  

Yerli dini ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri qeyd edib ki, dini azlıq 

qruplarına, o cümlədən yəhudilərə, rus pravoslavlarına  və  katoliklər  qarşı  cəmiyyət 

tolerantlıq nümayiş etdirir, lakin vətəndaşlar bir çox hallarda bu qruplara şübhə ilə yanaşır, 

inanmır, onları qeyri-ənənəvi hesab edirlər. Sözdə “kreasionizm” dərsliyinin onlayn dərc 

olunmasından sonra sosial mediada dinin ictimai həyatdakı doğru yeri barəsində məhdud 

ictimai müzakirə keçirilmiş, nəticədə Təhsil Nazirliyi dünyəvi təlimə qarşı olan mətnlərdə 

dəyişikliklər etmişdir. 

ABŞ səfiri və səfirliyin rəsmi şəxsləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 

(DQİDK)  rəsmiləri və  digər hökumət rəsmiləri ilə  mütəmadi  olaraq  görüşmüş,  təkidlə 

hökuməti  dini  icmaların  qeydiyyat  prosesi  ilə  bağlı  uzun  müddətdir ki, davam edən 

məsələləri həll etməyə, yenidən qeydiyyatdan keçmək üçün tələbləri icra edən zaman hələ 

də çətinliklərlə üzləşən dini qruplara qarşı münasibəti yaxşılaşdırmağa çağırmışlar. Səfir və 

səfirliyin rəsmi şəxsləri qeydiyyatla bağlı əngəllər və dini materialların ölkəyə gətirilməsi 

kimi məsələlər  barəsində  də  dini liderlər və  QHT-lərin nümayəndələri ilə  müzakirələri 

davam  etdirmişlər. Səfir və  səfirliyin sözçüləri  ictimai  bəyanatlar yayaraq hökuməti və 

cəmiyyəti tolerantlığı, dini dözümlülüyü dəstəkləməyə çağırmışlar. 

 

Bölmə I.  Dini demoqrafiya 

 

ABŞ hökumətinin məlumatına görə ölkə əhalisinin ümumi sayı 10 milyon (2017-ci 

ilin iyul ayına olan hesablamalar əsasən) nəfər təşkil edir. DQİDK-nin 2011-ci ildə verdiyi 

məlumata əsasən əhalinin 96%-i müsəlmanlardan ibarətdir ki, bunların da təqribən 65%-i 

şiə, 35%-i isə sünni qruplarıdır. Əhalinin yerdə qalan 4%-i isə rus pravoslav kilsəsi, gürcü 

pravoslav  kilsəsi, erməni  həvari  kilsəsi, yeddinci gün adventistləri, molokanlar, roma 

katolik kilsəsi və  digər xristianlar, o cümlədən yevangel  xristianlar,  Yahova  şahidləri, 

yəhudilər və bəhailərdən ibarətdir. Digər qruplara isə Beynəlxalq Krişna Şüuru Cəmiyyəti 

(İSKON) və heç bir dinə etiqad etməyənlər  daxildir. 

Xristianlar əsasən Bakıda və digər şəhərlərdə yaşayırlar. Bakıda təqribən 15 000 – 20 

000  yəhudi  yaşayır  və  ölkənin digər bölgələrində  nisbətən kiçik yəhudi  icmaları 

mövcuddur. 




 

Bölmə II. Dini etiqad azadlığına olan hörmətdə hökumətin mövqeyi  

 

Hüquqi çərçivə 

 

Konstitusiyaya  əsasən  dövlət və  din bir-birindən  ayrıdır;  bütün dinlərin və  dini 

etiqadından asılı olmayaraq bütün fərdlərin bərabərliyi təsbit olunur. Dini etiqad azadlığı 

konstitusiya ilə  qorunur, o cümlədən burada fərdlərin təkbaşına  və  yaxud digərləri ilə 

birlikdə istənilən dinə etiqad etmək və ya etməmək, eləcə də dini inanclarını ifadə etmək və 

yaymaq hüququ qeyd olunur. Konstitusiya eyni zamanda dini ayinlərin sərbəst şəkildə icra 

olunmasını  təsbit  edir,  bir  şərtlə  ki, bu ayinlər  ictimai  asayişi  və  ya ictimai mənəviyyatı 

pozmasın.  Konstitusiyada qeyd olunur ki, heç kəs  zorla  öz  dini  etiqadını  ifadə  etməyə 

məcbur edilə bilməz və ya buna görə təqib oluna bilməz; dini etiqadın zorla ifadə olunması 

və ya nümayiş etdirilməsi qanunla qadağan edilir.  

Qanun  dini  təşkilatların  –  ölkə  qanunvericiliyində  “qurumlar” termini ilə  ifadə 

olunur  və  dini  qrupları,  icmaları  və  ayrı-ayrı  məzhəblər üzrə  cəmiyyətləri  özündə 

birləşdirir  –  DQİDK  vasitəsilə  dövlət  qeydiyyatından  keçməsini tələb edir.  DQİDK 

qeydiyyat prosesinə  nəzarət edir  və  dini qrupun fəaliyyətinin  dayandırılması  üçün 

məhkəməyə  müraciət etmək səlahiyyətinə  sahibdir.  Dini  icmanın  qeydiyyatı  onun 

ərizəsində  də  göstərildiyi  kimi  icmanın  yerləşdiyi  fiziki  əraziyə  bağlıdır.  Dini  icma 

yerləşdiyi  ərazini  dəyişdikdə  və  ya  fəaliyyətini  digər  ərazilərə  doğru  genişləndirdikdə 

yenidən qeydiyyatdan keçməlidir.  Qeydiyyat  dini  təşkilata  yığıncaqlar  keçirməyə, bank 

hesabına sahib olmağa, əmlak icarəyə götürməyə, hüquqi şəxs kimi fəaliyyət göstərməyə 

və hökumətdən vəsait almağa şərait yaradır.  

Qeydiyyatdan keçmək üçün dini təşkilat onun ən azı 50 üzvü tərəfindən imzalanmış 

və notarial qaydada təsdiq olunmuş ərizəni, təsis nizamnaməsini, təşkilatın təsisçilərinin 

adlarını, hüquqi ünvanını və bank rekvizitlərini DQİDK-nə təqdim etməlidir. 

Qanuna əsasən hökumət tərəfindən 30 gün ərzində qeydiyyat üçün təqdim olunmuş 

ərizəyə baxılmalı və qərar verilməlidir, lakin hökumət qeyd oluna müddət bitənə qədər hər 

hansı bir qərar qəbul etmədikdə, qanunda bunun hər hansı  bir nəticəsi müəyyən olunmur. 

Dini təşkilatın  fəaliyyəti, məqsədləri və  ya  dini  doktrinası  konstitusiyaya  və  ya digər 

qanunlara zidd olduqda hakimiyyət orqanları onun qeydiyyat müraciətini rədd edə bilər. 

Eyni zamanda təşkilatın nizamnaməsi və digər təsis sənədləri qanuna zidd olduqda və ya 

yanlış məlumat verildikdə hakimiyyət orqanları tərəfindən qeydiyyat rədd edilə bilər. Dini 

qruplar qeydiyyatın rədd edilməsindən məhkəmələr vasitəsilə şikayət verə bilərlər.  



Qafqaz  Müsəlmanları  İdarəsi  (QMİ)  qeydiyyatdan  keçmiş  İslam təşkilatlarının 

fəaliyyətlərinə nəzarət edir, o cümlədən İslam ibadətinə rəhbərlik etmək üçün ruhanilərə 

təlim keçilməsi  və  təyinat məsələləri ilə  məşğul  olur, xütbələrin verilməsinə  vaxtaşırı 

nəzarət edir, Məkkəyə  həcc ziyarətləri  təşkil  edir.  Müsəlman  icmaları  qeydiyyat üçün 

DQİDK-nə ərizə ilə müraciət etməzdən əvvəl QMİ-dən təsdiq məktubu almalıdırlar.  

Qanuna əsasən qeydiyyatdan keçməyən dini qrupların fəaliyyəti qadağan olunur, 

onlara cərimə tətbiq olunur və ya azadlıqdan məhrumetmə cəzasına məhkum edilirlər. 

Qanunla  dövlətin hər  hansı  bir  fərdin və  ya qrupun dini  fəaliyyətinə  müdaxilə  etməsi 

qadağan olunsa belə, ekstremist və ya digər qeyri-qanuni fəaliyyətdə şübhəli bilinən hallar 

istisna təşkil edir. Qanunda hökumət strukturlarının və vətəndaşların dini ekstremizmə və 

radikalizmə  qarşı  mübarizə  hüquqları  və  öhdəlikləri  qeyd olunur, cəzaların  təyin 

olunmasında digər cinayət, inzibati və mülki müddəalara istinad edilir. Dini ekstremizm 

qanunda dini nifrət, dini radikalizm (insanın dini etiqadının müstəsna olmasına inanması 

kimi təsvir olunur) və ya dini fanatizm (insanın dini etiqadına qarşı hər hansı bir tənqidi 

qəbul etməməsi kimi təsvir olunur) əsasında baş qaldıran davranış şəklində izah olunur. 

Qanuna əsasən, belə davranışa insanı hər hansı konkret dinə tabe olmağa və ya xüsusi bir 

dini ayində  iştirak  etməyə  məcbur etmək, habelə  ölkə  hökumətinin konstitusional 

strukturunu, onun dünyəvi xüsusiyyətin zorla dəyişmək, qeyri-qanuni silahlı qruplar və ya 

birləşmələr yaratmaq və iştirak etmək, terrorçuluq fəaliyyətlərində iştirak etmək aid edilir. 

Qanunda dini nifrət, radikalizm və ya fanatizm əsasında konstitusional quruluşu dəyişmək 

və ya ərazi bütövlüyünü pozmaq cəhdlərinə qarşı 15 il müddətinə azadlıqdan məhrumetmə 

cəzası müəyyən edilir.  

Dini təşkilatların fəaliyyətinin hansı hallarda dayandırılması qanunla təsbit olunur. 

Belə ki, dini təşkilatlar öz təsis məqsədlərinə zidd olaraq fəaliyyət göstərdikdə, irqi, milli, 

dini və ya sosial ədavətə səbəb olduqda, insan ləyaqətini alçaldan və ya “insanlığa sevgi, 

xeyriyyəçilik və mərhəmət” kimi qəbul edilmiş bəşəri dəyərlərə zidd fəaliyyət göstərdikdə 

ləğv  oluna  bilərlər. Dünyəvi təhsilə  əngəl törətmək, üzvlərin və  ya digər fərdlərin öz 

əmlaklarını dini təşkilata güzəştə getməyə məcbur etmək də dini təşkilatın fəaliyyətinin 

dayandırılmasına səbəb ola bilər.  

İyun ayının 22-də prezident İlham Əliyev tərəfindən dini etiqad azadlığı haqqında 

qanuna əlavə və dəyişikliklərin edilməsi təsdiqlənmiş və bununla qeydiyyatdan keçən dini 

qrupların dəvəti ilə əcnəbilərin dini xidmətlər icra etməsinə icazə verilmişdir. May ayının 

20-də  parlament tərəfindən qəbul edilən  əlavə  və  dəyişikliklərə  əsasən  QMİ-yə  xaricdə 

İslam təhsili almış vətəndaşlara namaz (ibadət ayini) və İslam dinin digər ayinlərini həyata 

keçirməyə xüsusi icazə vermək səlahiyyəti həvalə olunmuşdur.  



Qanunda  qeyri-qanuni olaraq xaricdə  dini təhsil alan vətəndaşlara  qoyulan 

qadağaları pozaraq İslam dininə xas olan mərasimlərə rəhbərlik edən fərdi şəxslər üçün 

cəzalar nəzərdə tutulur. Buraya bir ilə qədər azadlıqdan məhrumetmə və ya 1000 AZN-dən 

(580 ABŞ dollarından) 5000 AZN-ə (2900 ABŞ dollarına) qədər cərimə daxildir. Hökumətlə 

Müqəddəs Tax-tac arasında uzun müddətdir ki, əldə olunmuş razılığa əsasən əcnəbilərə 

katolik ayinlərini icra etməyə icazə verilir.  

Qanunla  ibadət yerlərində  dini simvollardan və  şüarlardan  istifadə  etmək 

məhdudlaşdırılır.  

Qanuna  əsasən,  DQİDK  qanuni  olaraq  ölkəyə  idxal  olunması,  satışı  və  yayılması 

üçün bütün dini ədəbiyyatları yoxlayır və təsdiqləyir. Dini ədəbiyyatın qanunsuz olaraq 

istehsal edilməsi, yayılması və idxalı ilə bağlı ilk dəfə yol verilən qanun pozuntularına görə 

5000 – 7000 AZN (2900 – 4100 ABŞ dolları) arasında cərimə və ya iki ilə yaxın azadlıqdan 

məhrumetmə, daha sonra yol verilən qanun pozuntularına görə isə 7000 – 9000 AZN (4100 

– 5300 ABŞ dolları) arasında cərimə və ya iki ildən beş ilə qədər azadlıqdan məhrumetmə 

cəzası müəyyən edilir.  

Dövlət və özəl ibtidai və orta təhsil müəssisələrinin və ya liseylərin dərs proqramında 

(kurikulumda) dinə aid ayrıca bir bölmə nəzərdə tutulmayıb, lakin şagirdlər qeydiyyata 

alınmış müəssisələrdə dərsdən sonra dini təlim keçə bilərlər.  Şagirdlər həmçinin ali təhsil 

müəssisələrində  dini dərslər də  ala bilərlər və  QMİ  xaricdə  keçirilən  bəzi dini təlimlərə 

maliyyə yardımı göstərir. Ölkədən kənarda istər milli, istərsə də xaric hökumət tərəfindən 

dəstəklənən dövlət dini təhsil proqramlarında iştirak etmək istəyən fərdlər DQİDK-dən və 

ya Təhsil Nazirliyindən icazə almalı ya da qeydiyyatdan keçməlidirlər. Xaricdə dini təhsil 

milli və  ya xarici hökumət tərəfindən dəstəklənmədikdə  fərdlərdən səlahiyyətli 

qurumlardan əvvəlcədən icazə almaq tələb olunmur. Hökumətdən icazə almadan ölkədən 

kənarda xarici hökumət tərəfindən dəstəklənən və ya özəl fondlardan maliyyələşən dini 

təhsil alan şəxslərə ölkəyə qayıtdıqdan sonra rəsmi dini vəzifə tutmağa, moizə oxumağa və 

ya mərasimlərə rəhbərlik etməyə icazə verilmir.  

“Bəzi hallarda” hərbi xidmət  şəxsin  dini  inancına  zidd  olduqda  konstitusiyaya 

əsasən alternativ xidmətə  icazə  verilir,  buna baxmayaraq alternativ xidmətə  icazə  verən 

qanunvericilik mövcud deyil və dinlə bağlı səbəblərdən dolayı hərbi xidmət keçməkdən 

imtina etməyə görə cinayət məcəlləsi ilə iki ilə qədər azadlıqdan məhrumetmə cəzası və ya 

məcburi mükəlləfiyyət nəzərdə tutulur. 

Qanuna  əsasən hökumət terrorçuluq fəaliyyətində,  dini ekstremist fəaliyyətlərdə 

iştirak edən, dini təhsil almaq adı ilə xaricdə hərbi təlim keçən, düşmənçilik yaratmaqla (bu 

qanunda daha təfsilatlı müəyyən olunmur) dini doktrinalar yayan və ya dini ayinlər icra 



etmək adı ilə xarici ölkədə dini münaqişələrdə iştirak edən şəxsləri vətəndaşlıqdan məhrum 

edə bilər.  

Konstitusiyaya görə qanun din xadimlərinin seçkilərdə iştirakını məhdudlaşdıra və 

onların qanunverici orqanına  seçilməsinə  qadağa  qoya bilər.  Qanuna  əsasən  siyasi 

partiyalar dini fəaliyyətlərdə  iştirak  etməyə  bilərlər.  Qanunda  “din  xadimləri”  anlayışı 

müəyyən olunmur. Dini liderlərin eyni zamanda həm hər hansı bir dövlət, həm də rəhbər 

dini vəzifə tutması qanunla qadağandır. Qanun dini məkanlardan siyasi məqsədlər üçün 

istifadəni qadağan edir. 

İnsanların  ləyaqətini alçaldan və  humanizm prinsiplərinə  zidd olan dinlərin 

yayılması və təşviq olunması, habelə dini düşmənçiliyə təhrik edən təbliğat konstitusiyaya 

əsasən qadağan olunur. Qanun, həmçinin dini etiqadına görə insanların hədələnməsini və 

ya təhqir olunmasını qadağan edir.  

Qanun əcnəbilərə digər şəxsləri dinini dəyişdirməyə dəvət etməyi qadağan etsə də, 

vətəndaşların  bu  hərəkətə  yol verməsi  qadağan  olunmur. Bu hal əcnəbilər və  ya 

vətəndaşlığı olmayan insanlar tərəfindən həyata keçirildikdə, qanunla bir ildən iki ilə qədər 

azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.  

Ölkə “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın tərəfdaşıdır. 

Hökumətin fəaliyyəti 

 

Bəndin məzmunu: Yerli insan hüquqları qrupları və digərlərinin məlumatına əsasən 

hökumət yerli insan hüquqları qrupları tərəfindən siyasi məhbus hesab olunan dini fəallara 

qarşı fiziki zorakılıq törətməyə, onları saxlamağa  və həbs etməyə davam edir. İlin sonuna 

olan məlumata görə ümumilikdə 80 nəfər həbs olunub. Yanvar və dekabr aylarında Bakı 

Ağır  Cinayətlər  Məhkəməsində  2015-ci  ilin  dekabr  ayında  Nardaran  kəndində  keçirilən 

əməliyyat  zamanı  həbs  olunan  Müsəlman Birliyi Hərəkatının  liderləri və  digərləri uzun 

müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. İyul ayında Masallı Rayon 

Məhkəməsi ölkədən kənarda İslam təhsili aldıqdan sonra dini mərasim icra edən axundu 

üç il müddətinə azadlıqdan məhrum etmişdir. Qanunsuz dini yığıncaqlar təşkil etdiyinə 

görə  bir çox şəxs  hakimiyyət  orqanları  tərəfindən  saxlanmış,  cərimə  olunmuş  və  onlara 

xəbərdarlıq  edilmişdir.  Dini  qrupların  məlumatına  görə  hökumət “qeyri-ənənəvi” hesab 

etdiyi dini azlıq qruplarını qeydiyyata almaqdan imtina etmiş və ya bu prosesi ləngitmiş, 

onların dini xidmətlər icra etməsinə əngəl olmuş, iştirakçıları cərimələmişdir. Daha əvvəl 

qeydiyyatdan  keçmiş,  lakin  hakimiyyət  orqanları  tərəfindən yenidən qeydiyyatdan 

keçməsi tələb olunan qruplar bunu icra edərkən hələ də çətinliklərlə üzləşmişlər. Yerli dini 

ekspertlər  bildirmişdir  ki,  hökumət təmir bəhanəsiylə  məscidləri  bağlama  davam  edir, 

amma əslində belə tədbirlər ona görə həyata keçirilir ki, hökumət məscidlərdəki insanların 



ekstremist fikirlər  yaymasından  narahatlıq  duyur.  Hökumət  dini materialların  ölkəyə 

gətirilməsini, yayılmasını və satışını qadağan etmişdir. Dini materialların qanunsuz satışı 

və ya yayılması ilə məşğul olan bir çox şəxsə məhkəmə tərəfindən cərimə tətbiq edilmişdir, 

lakin bəziləri  apelyasiya  şikayəti verərək onlara tətbiq edilmiş  cərimələrin ləğvinə  nail 

olmuşlar. Hökumət özünün dini ekstremizm olaraq qəbul etdiyi fəaliyyətə qarşı mübarizə 

aparmaq və dini dözümlülüyü təbliğ etmək məqsədilə konfranslar təşkil etmiş və digər 

tədbirlər görmüşdür. 

Sentyabr ayının 30-da hakimiyyət orqanları yerli qərarı pozaraq Aşura gününü qeyd 

etmək məqsədilə Gəncədə İmamzadə məscidinə doğru yürüş edən 30 nəfəri saxlamışdır. 

Dörd nəfər  xuliqanlıqda,  polisə  müqavimət göstərməkdə  ittiham olunaraq istintaq 

təcridxanasına yerləşdirilmişdir. İnsan hüquqları müdafiəçilərinin verdiyi məlumata görə 

saxlanılan şəxslərin bir çoxunu polislər tərəfindən kəskin şəkildə döyülüb. 

Hökumət  orqanları  dini fəaliyyətlərinə  görə  fərdləri  saxlamağa  və  həbs etməyə 

davam etmişdir. Yerli insan hüquqları qrupları bu fərdlərin əksəriyyətini siyasi məhbus 

hesab edir. İl ərzində saxlanılan və ya azadlığa buraxılan dini fəalların sayı barədə etibarlı 

məlumatlar olmasa da, Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu 

və digər QHT-lər tərəfindən toplanılan məlumatlara əsasən ilin sonuna qədər ümumilikdə 

80 nəfər həbs edilmişdir. 2016-cı ildə isə bu göstərici 86 nəfər təşkil edirdi.  

2016-cı  ilin  dekabr  ayında  Nardaran  kəndində  keçirilən polis reydindən sonra 

yanvar  ayının  25-də  Bakı  Ağır Cinayətlər  Məhkəməsində  Müsəlman Birliyi Hərəkatının 

lideri Taleh Bağırzadə və onun köməkçisi Abbas Hüseynov 20 il  müddətinə azadlıqdan 

məhrumetmə cəzasına məhkum olunmuşlar. Məhkəmənin qərarı ilə bu işlə əlaqədar olan 

digər 16 nəfər 10 ildən 19 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. 

İyul ayında isə məhkəmə elan edilmiş cəzaların ləğvi ilə bağlı apelyasiya şikayətlərini rədd 

edib. Dekabr ayının 28-də Bakı Məhkəməsi Nardaranda keçirilən xüsusi polis əməliyyatı ilə 

bağlı daha bir qrup şəxsi 12 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum 

etmişdir. İttiham olunan şəxslərin vəkilləri ictimaiyyət qarşısında məhkəmə qərarlarının və 

cəzaların qeyri-qanun olduğunu, apelyasiya şikayəti verəcəklərini bildiriblər. Hakimiyyət 

orqanları sözügedən bir qrup şəxsi terrorçuluqda, qətl törətməkdə, hakimiyyət çevrilişinə 

cəhddə və dini nifrət oyatmaqda ittiham edib. İnsan hüquqları müdafiəçiləri bildirmişdir 

ki,  hökumət ölkədə  islamçı  siyasi  müxalifətin  yayılmasının  qarşısını  almaq  üçün  belə 

ittihamlar uydurub. Hökumət sentyabr ayında 2015-ci ildə Nardaranda keçirilən polis reydi 

ilə  bağlı  xırda  cinayətlər törətməkdə  ittiham edilərək həbs  olunan  18  nəfəri daha erkən 

azadlığa buraxıb.  

İyul  ayının  3-də  Masallı  Rayon  Məhkəməsi ölkədən kənarda dini təhsil  aldıqdan 

sonra namaz   ibadətini icra edən axund Sərdar Babayevi üç il müddətinə  azadlıqdan 




məhrum  edib.  O,  bu  qanuna  əsasən məhkəməyə  cəlb olunan yeganə  şəxs  olmuşdur. 

Babayevin həbsindən sonra parlament tərəfindən qəbul edilən qanuna əsasən QMİ-yə - bu 

qurum vaxtı ilə onu Masallıya imam təyin etmişdi – seçim əsasında digər şəxslər üçün eyni 

hüquqi tələbləri ləğv etməyə icazə verilmişdir. “Sərhədsiz İnsan Hüquqları” qeyri-hökumət 

təşkilatının və “Forum 18” təşkilatının məlumatına görə Babayevin vəkili ona az bir müddət 

əvvəl xəbər verildiyinə görə fevral ayının 28-də keçirilmiş ilk məhkəmə iclasında iştirak edə 

bilməmiş.  Məlumata görə  həbsxana rəhbərliyi isə  fevral  ayından  iyul  ayına  qədər ilkin 

istintaqla bağlı həbsdə olan zaman Babayevin Quran və canamaz istəyini təmin etməmişdir. 

 

İyulun  25-də  Bakı  Apelyasiya  Məhkəməsi  İnqilab  Əhədlinin  xəyanətə  görə 



(konstitusiya  nizamını  devirmək  istəməsi  barədə)  aşağı  instansiya  məhkəməsinin 

hökmünü təsdiqlədi. 11 may 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 illik 

həbs  cəzasına  məhkum  etdi.  Hüquqşünaslar  onun  cəzalandırılmasının  əsl səbəbinin 

siyasi cəhətdən fəal Müsəlman Birliyi Hərəkatını dəstəkləməsi olduğunu ifadə etdilər. 

Qəzetin  məlumatına  görə,  Quba  şəhərindəki  polis  4 martda yerli sakin Tehran 

Əmiraslanovun evində təşkil edilən dini iclası reyd etdi və 22 iştirakçını dövlət icazəsi 

olmadan dini iclas keçirməkdə ittiham edib. Polis 54 dini kitabı və 16 audio lenti ələ 

keçirdi və onları təhlil üçün DQİDK-ya göndərdi. Bildirilən şübhəlilərin ən azı 21-ü 

günahkar hesab edildi və hər biri 5 Martda keçirilən iclaslarda 1500 manat (880 dollar) 

dəyərində cərimələndi.  

QHT  xəbərlərinə  görə  9  aprel  tarixində  polis  Bakının  Qaradağ  rayonunda  Yehova 

Şahidlərinin iclaslarına basqın etdi, nəticədə 10 nəfər uşaq da daxil olmaqla cəmi 39 

nəfər  saxlanıldı.  Basqın  zamanı  polis  çoxlu  sayda  dini  ədəbiyyat  ələ  keçirdi.  İlin 

sonunda m

əhkəmə işi ilə bağlı istintaq davam etdirildi. Yehovanın Şahidləri həmçinin 

polisin reydlərinə məruz qaldıqlarını və onların dini xidmətlərə müdaxilə etdiyini, dini 

ədəbiyyatı  müsadirə  etmələrini,  şəxslərin  fiziki  hücumlara  məruz  qaldıqlarını  və 

onların Bərdə və Lökbatanda üç hadisədə bir neçə saat saxlanıldığını bildirdi. 2016 və 

2017-

ci  ilin  oktyabr  ayları  arasında  Yehova  Şahidlərinin  nümayəndələri  ictimai 



prozelentizasiyası ilə polisin müdaxiləsi barədə 10 belə halın olduğu barədə məlumat 

verdi.  


Mətbuat xidmətinin məlumatına görə hakimiyyət orqanları Göyçay rayonunda CMB-

sertifikasiyalı imam olan Ruslan Məmmədovu evinin yaxınlığında bir kənddə məscid 




tikmək üçün qanunsuz fəaliyyət göstərdiyini bildirməklə vəzifəsindən kənarlaşdırıb. 

Mətbuat Siyasi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin imam İlqar İbrahimoğlunu 

Ramazan  ayında  Bakıdakı  Cümə  Məscidində  olan  dini  icma  üçün  "qeyri-qanuni" 

görüşü keçirdiyinə görə 2004-cü ildə rəsmən vəzifəsindən azad etdiyini bildirir. 

Qeydiyyatdan  keçməyən  müsəlman  və  qeyri-müsəlman  dini  qrupları  hökumət 

tərəfindən qeyri-ənənəvi hesab edilir, buna görə də onların fəaliyyətlərinə maneələrin 

yaradılması davam edir və cəzalar tətbiq edilir. Bəzi Protestant liderləri qeyd edirdilər 

ki, onların hüquqi qeydiyyatdan keçməmələri onların ibadət xidmətlərini açıq şəkildə 

aparması  və  ya  yeni  üzvləri  oraya  gətirməsi  üçün  elanların yerləşdirilməsinə  mane 

yaradır. Qeydiyyatdan keçməmiş ev-əsaslı kilsələrin rəhbərləri bildirir ki, səlahiyyətli 

orqanlar tərəfindən istənilməyən diqqət keçmiş müvəffəqiyyətsiz qeydiyyatdan sonra 

onların fəaliyyətlərini ehtiyatla aparmasına səbəb oldu.  

Çox sayda dini icmalar hökumətin qeydiyyatdan keçmə prosesi ilə əlaqədar problemlər 

yaşadıqlarına görə qeydiyyatdan keçə bilmədiklərini bildirmişlər. 

İlk dəfə qeydiyyat üçün müraciət edən icmalar isə bildirdilər ki, onlara təqdim edilən 

məlumatla  texniki  və  ya  inzibati  problemlərin  olması  deyilərək  onların  müraciət 

ərizələri hökumət tərəfindən geri qaytarılmağa davam edirdi. 2009-cu ildə hökumət 

bütün qeydiyyatdan 

keçmiş qrupların qeydiyyat ərizələrini yenidən təqdim etməsini 

tələb edərək qanunla idarə edilən dini icmalar qanununa düzəliş etdi. DQİDK, 2010-

cu ilin yanvar ayının sonuna qədər ərizələrini təqdim etməsinə baxmayaraq bir neçə 

azlıq  təşkil  edən  müsəlman  qrupları,  Yehovanın  Şahidləri  və  bəzi  evangeliya 

xristianları  da  daxil  olmaqla  bəzi  qrupları  yenidən  qeydiyyatdan  keçirmədi  və 

qeydiyyatdan keçmək üçün yeni müraciətləri qəbul etməzdən əvvəl qrupların qanuni 

olaraq həllini tələb etməyə davam etdi.  

Bəzi dini icma liderləri həmçinin bildirdilər ki, DQİDK 2009-cu ilədək bu cür icmalar 

üçün qeydiyyatdan əvvəlki  statusunu yalnız 2009-cu ilədək qeydiyyat formalarında 

göstərilən  fiziki  strukturlara  tətbiq  etmək  siyasətini  davam  etdirirdi.  DQİDK  bu 

cəmiyyətlərin  dini  fəaliyyətlərinin  2009-cu  ildən  etibarən  əldə  edilmiş  əlavə 

obyektlərdə və ya yeni yerlərdə 2009-cu ilədək qeydiyyatdan keçdikləri status üzrə 

əhatə olunmadığını qeyd etməyə davam edirdi.  



DQİDK bildirmişdir ki, yeni qeydiyyat ərizələri hələ də gözləmə mərhələsində olsa da 

bu müddətdə o, daha əvvəl fəaliyyət göstərmək üçün qeydiyyata alınmış icmalara icazə 

verən  məktubları  təqdim  etməyə  davam  edir.  DQİDK  bu  cəmiyyətlərin  əvvəlki 

qeydiyyata əsasən fəaliyyət göstərə bilməsini iddia etsə də, təkrar qeydiyyatdan keçə 

bilməyən dini icmaların bəziləri bildirirdi ki, polis DQİDK məktublarını qeyri-adekvat 

hesab edərək yalnız DQİDK veb səhifəsində cari qeydiyyatdan keçən və veb səhifədəki 

siyahıda sadalanan  icmaların fəaliyyət göstərməsinə icazə verdiyini bildirirdi.  

DQİDK-nin məlumatına görə, il ərzində qeydiyyatdan keçmiş icmaların sayı 793-ə 

çatıb,  onlardan  28-i qeyri-müsəlman  -  17  xristian,  səkkiz  yəhudi,  iki  Bəhai  və  bir 

İSKONdur. DQİDK həmçinin ilin sonunda 2250 məscid, 14 kilsə və yeddi sinaqoqun 

qeydiyyata  alındığını  bildirdi.  DQİDK  bir  il  ərzində  on  dini  təhsil  məktəbini 

qeydiyyata aldığını bildirdi. 

DQİDK  bir  mətbuat  orqanında  yeddi  dini  icmanın  fəaliyyətinə  qanuna  uyğunsuz 

hərəkətinə görə xitam verdiyini və 34 dini icmanın qeydiyyata alındığını bildirdi. 

Müşahidəçilər hökumətin və məktəb rəhbərlərinin böyük əksəriyyətinin ölkə daxilində 

2007 və 2009-cu ildə ibtidai və orta məktəblərdə uniformanın məcburi sayılmasına 

məhəl  qoymadan  və  qızlara  hicab  geyməni  qadağan  edən  direktivlərə  baxmayaraq 

qızlara hicab geyinməyə icazə verməyə davam etdiklərini bildirdi.   

Dini ekspertlərin fikrincə, hökumət dini televiziya verilişlərinin məzmununu və dini 

ədəbiyyatın satışını tənzimləyərək müsəlman qruplarının fəaliyyətinə nəzarət etməyə 

davam edir. Hökumət həmçinin təsdiqlənməmiş kitabların müsadirə edilməsinə davam 

etdiyini bildirdi. 

QHT hesabatlarına görə, mayın 5-də cənub Astara şəhərində polis İranın sərhədində 

365 qadağan edilmiş dini kitab və 5 evdən 13 CD müsadirə etdi. Polis istintaqı il sonuna 

qədər davam etdi. 

Bəzi  dini  qruplar  dini  ədəbiyyatı  idxal  etmək  üçün  icazə  almaq  prosesinin  çətin 

olmasını bildirsələr də, Yehovanın Şahidləri dini materialların və ədəbiyyatın idxalı ilə 

əlaqədar əvvəlki problemlərin DQİDK ilə bu mövzuda keçirilən görüşlərdən sona başa 

çatdığını bildirdi. 



31 may tarixində Şəki Apelyasiya Məhkəməsi "qeyri-qanuni" dini iclas keçirdiyinə 

görə sünni müsəlman Şahin Əhmədova qarşı 1500 manat ($ 880) civarında cəriməni 

təsdiqlədi. Polis 18 aprel günü piknik zamanı onun üç dosta ilahiyyatçı Səid Nursinin 

əsərlərindən səslənərək oxuması zamanı onu saxladı. 

İyunun 21-də Şəki Apelyasiya Məhkəməsi Baptist Pastor Həmid Şabanovun şimali 

Zaqatala rayonunun Əliabad kəndində həmkar kilsə üzvləri ilə 2016-cı ildə keçirdiyi 

görüşünə basqın etdikdən sonra onu qeyri-qanuni dini toplantı təşkil etməsinə görə 

1500 AZN (880 ABŞ dolları) civarında cərimələdi. Mətbuat eyni yığıncaqda iştirak 

etdiyi üçün Mehman Ağaməmmədovun da polis tərəfindən cərimə edildiyi bildirildi, 

lakin məhkəmə tərəfindən yazılı qərarı ala bilmədiyinə görə (baxmayaraq ki dəfələrlə 

bunu  almaq  cəhdi  göstərmişdi)  Şabanovun  apelyasiyasına  qatıla  bilmədi.  Hüquq 

müdafiəçiləri bu işdə, məsələn, Şabanovun oxuya bilmədiyi sənədləri imzalamasının 

ondan xahiş edilməsi və məhkəmənin onu tərcüməçi ilə təmin edə bilməməsi kimi 

çoxlu sayda qanun pozuntuları və pozulmuş proseslərin olduğunu bildirirdilər. 

Yanvarın  əvvəlində  ali  məhkəmə  Goranboy  rayonundan  olan  üç  Yehova  Şahidi 

tərəfindən  onların  inancı  digərləri  ilə  müzakirə  etdiyinə  və  onlara  dini  ədəbiyyat 

verməsini təklif etdiklərinə görə onlara tətbiq edilən cərimələr ilə bağlı təqdim edilən 

apelyasiya şikayətini rədd etdi.  

Yerli kütləvi informasiya vasitələrindən verilən məlumata görə, may ayının əvvəlində 

Gəncə şəhərində kitab satan Kifayət Məhərrəmova səlahiyyətli qurumlar tərəfindən 

zəruri dövlət icazəsi olmadan dini kitab və diskləri satdığı üçün 2 min AZN ($ 1,200) 

civarında  cərimə  edildi.  Bakıda  iki  kitab  satıcısı,  Şahmərdan  İmaməliyev  və  İslam 

Məmmədov  yanvar  ayında  2016-cı ildə  tətbiq  olunan  oxşar  cərimələrin  ləğvi üçün 

apelyasiya müraciətlərinin qüvvəsini itirdilər. 

Mart ayında Bakı məhkəməsində xristian kitablarını satan bir mağazanın sahiblərinə 

onlar dini əşyaların satışı üçün zəruri olan lisenziyaya əvvəldən müraciət etdiklərini və 

kitabların satışının dövlət icazəsini alması və ya belə icazə üçün təqdim edilən nümunə 

nüsxələrini  məhkəməyə  dəlil  qismində  göstərdikdən  sonra  məhkəmə  onlara  bəraət 

qazandırdı.  Məhkəmənin  onların  xeyrinə  olan  qərarından  sonra  onlar    DQİDK-nın 

köməyi ilə səlahiyyətli qurumlardan lazımi lisenziyanı aldılar. 

Fevralın  8-də  Ali  Məhkəmə  Yehovanın  Şahidləri  Validə  Cəbrayılova  və  İrina 



Zaxarçenkonu dini ədəbiyyatı qeyri-qanuni yaymalarına görə ittiham ilə məhkum etdi. 

Məhkəmə bu sual altında olan broşürün idxal üçün təsdiqlənmiş və cəmiyyət üçün 

zərərli olmadığını üzə çıxardı. 4 avqustda Nəsimi Rayon Məhkəməsi onlara 11 aylıq 

həbs zamanı vurulan "maddi və mənəvi ziyana görə" kompensasiya ödədi. 

 

Yerli dini ekspertlər hökumətin məscidləri təmir və ya bərpa məqsədilə bağlandığını 



bəhanə gətirərək bağlamağa davam etdiyini ifadə etdi. Onlar hökumətin əsl məqsədinin 

qəbul  edilən  dini  ekstremizmə  qarşı  olduğunu  söylədi.  Bağladıqdan  sonra,  onlar 

məscidlərin  qapalı  qalacağını  söylədilər.  Məsələn,  Bakının  İçəri  Şəhərdə  yerləşən 

Aşurbəy  məscidinin  Sələfilərin  ibadət  yeri  kimi  məşhur  olmasına  baxmayaraq, 

hökumət qurumları onun bərpasına ehtiyac duyulmasını elan edərək onu 2016-cı ilin 

iyul ayında bağladı. İlin sonunda o, bağlı saxlandı.  

1 iyul tarixində yerli hakimiyyət orqanları Bakıdakı Hacı Cavad məscidini sökdülər. 

KİV-in  verdiyi  məlumata  görə,  12  Aprel  tarixində  bir  qrup  müsəlman  yeni  yolun 

tikintisinə  görə  məscidin  sökülməsinin  qarşısını  almaq  üçün  məscidin  ətrafında 

toplandılar.  Səlahiyyətli  qurumlar  məsələnin  araşdırılması  zamanı  söküntünü 

dayandırdılar və məscidi  yaxınlıqdakı bir  yerə köçürmək  üzrə  məsləhətlər verdilər. 

Mətbuat  hökumətin  söküntüyə  icazə  vermədiyini  bildirdi  və  səlahiyyətli  qurumlar 

şəhər  rayonunun  başçısını  vəzifəsindən  azad  etdilər.  Hökumət  ilin  sonunadək  başa 

çatmaqda olan yeni Hacı Cavad məscidinin tikintisini əmr etdi.  

Yerli  insan  haqları  QHT-ləri  və  Yehovanın  Şahidləri  hökumətin  hərbi  qulluğa 

getməkdən  imtina  edən  etirazçılara  alternativ  xidmətin  istənilən  formasını  təklif 

etmədiyini  bildirdi.  Hökumət  rəsmiləri  onların  mövqelərinə  əsas  kimi  Dağlıq 

Qarabağdakı davamlı qarşıdurmanın olduğunu göstərirdilər. 

17  mart  tarixində,  2017-ci  il  İslam  həmrəyliyi  ili  elan  edildikdə,  prezident  ölkə 

rəsmiləri və dini şəxslər ilə əlaqəli şəkildə həyata keçirilməli olan ölkə daxilindəki 

təhsil fəaliyyəti üçün CMB-yə 3 milyon manat ($ 1,750,000) civarında pul ayırdığını 

elan etdi.  

İyunun 20-də Prezident İlham Əliyev Müsəlman icmalarının ehtiyacları üçün CMB-yə 

1  milyon  manat  (585.000  ABŞ  dolları)  və  Rusiya  Pravoslav  Kilsəsinin  Bakı 

yepiskopiyası  və  dağlı  yəhudilərin  dini  icması  üçün  250.000  AZN  (147.000  ABŞ 



dolları) ayıran fərman imzaladı. Fərman üzrə hər bir Avropa yəhudi icmasına, Alban-

Udi icmasına və Bakının Katolik Kilsəsinə 100.000 AZN (58.500 dollar) ayrıldı.  

İlin  ilk  altı  ayı  ərzində  DQİDK  İslam  həmrəyliyi,  müasir  çağırışlar  və  "dini 

maarifləndirmə"  mövzusunda  müxtəlif  yerlərdə  13  yerli  konfrans  keçirmiş,  İslam 

həmrəyliyini  təşviq edən  dini icmaların  fəaliyyətinə  dair  12 dəyirmi  masa  və  "dini 

radikalizmə" qarşı mübarizə mövzusunda 9 təlim sessiyası keçirdi. 



Xarici Qüvvələr və qeyri-dövlət iştirakçıları tərəfindən sui-istifadə 

Hökumət Dağlıq Qarabağ bölgəsinə nəzarət etməyib. 

Bəzi  dini  qruplar  və  QHT-lər  Dağlıq  Qarabağdakı  de-fakto  hakimiyyət  orqanları 

tərəfindən dini  fəaliyyətlərə  davamlı  məhdudiyyətlər  qoyulduğunu bildirdilər, lakin 

xüsusi sui-

istifadə halları üzrə məlumatlar mövcud deyildi. 

Sentyabrın  8-də  Moskvada  Şeyxülislam  Allahşükür  Paşazadə,  Erməni  Patriarxı  II 

Karekin və Rus pravoslav patriarxı I Kirill Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə 

həlli məsələsini müzakirə etmək üçün görüşdülər. Üç dini lider kilsələri və məscidləri 

qorumaq, dini abidələrə hörmət etmək və onları qorumaq üçün bölgədəki səlahiyyətli 

qurumlara  bu  barədə  çağırış  etdilər.  Onlar  həmçinin  siyasi  hakimiyyət  qurumlarını 

münaqişənin dini münaqişəyə çevrilməsinə icazə verməməyə çağırdılar. 



Bölmə III. Dini azadlığa ictimai hörmət statusu 

Yerli  dini  ekspertlər  və  vətəndaş  cəmiyyəti  nümayəndələri  ölkənin  tarixi  cəmiyyət 

tolerantlığını yəhudilər, rus pravoslavları və katoliklər kimi ənənəvi azlıq dini qrupları 

ilə əlaqəli şəkildə davam etdirdiyini bəyan etmişdilər, lakin bir çox şəxslər Baptistlər 

və Yehovanın Şahidləri kimi qeyri-ənənəvi hesab edilən qruplara şübhə ilə və inamsız 

yanaşırlar. Sosial media şərhlərində belə bir güvənsizlik əks olundu; bəzi istifadəçilər 

ölkənin  müharibə  şəraitində  olması  zamanı  Yehova  Şahidlərinin  hərbi  xidmətə 

getməkdən imtina etdiyini haqsız adlandırırlar. 

Mart  ayındakı  bir  mətbuat  məruzəsinə  görə  ictimai  şərh  üçün  onlayn  şəkildə  iddia 

edilən  “yaradılış”  kitabının  qaralaması  buraxıldıqdan  sonra  dinin  ictimai  həyatda 

müvafiq  yer  tutması barədə sosial  mediadakı  ictimai  müzakirələr  məhdudlaşdırıldı. 



Dünyəvi təhsil almış alimlər həmin qaralama kitaba qarşı danışdılar və cavab olaraq, 

Təhsil Nazirliyi təhqiredici hissələri dəyişdirdi. 



Bölmə IV. ABŞ Hökumətinin Siyasəti və İştirakı 

Səfir və səfirlik rəsmiləri yüksək rütbəli DQİDK rəsmiləri ilə, eləcə də CMB və Xarici 

İşlər Nazirliyinin rəsmiləri ilə görüş keçirdilər və hökuməti dini qrupların qeydiyyat 

prosesi  ilə  bağlı  uzun  çəkən  məsələləri  və  hökumətin  Yehova  Şahidləri,  Baptist 

icmaları və digər dini azlıqlar da daxil olmaqla dini icmaların qeydiyyat tələblərini 

həyata keçirmək ilə bağlı üzləşdiyi davamlı çətinliklər ilə bağlı məsələləri həll etməyə 

çağırdı. Onlar, həmçinin cərimələr və dini praktikantların saxlanılması məsələlərini də 

müzakirə etdilər. 

Səfir  və  səfirlik  əməkdaşları  müntəzəm  olaraq  xristian,  müsəlman  və  yəhudi 

qruplarının liderləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə dini azadlıq və 

qeydiyyat ilə bağlı olan maneələr barədə davamlı müzakirələr aparmaq üçün bir araya 

gəldilər. 

Səfir və səfirlik nümayəndələri hökuməti və fərdləri ölkənin dini tolerantlıq tarixinə 

qədər yaşamasını təşviq edən bir sıra ictimai açıqlamalar veriblər. İyun ayında səfir 

yenə  hökumət  rəsmiləri,  müsəlman  və  qeyri-müsəlman  dini  liderləri  və  QHT 

nümayəndələri üçün bir iftar süfrəsi verdi və ölkənin dini icmaları arasında qarşılıqlı 

tolerantlığın və hörmətin təşviq etdirilməsinin vacibliyini vurğuladı. 

 

 



 

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə