3
AMEA Gəncə Bölməsinin Elmi şurasının
qərarı ilə çap olunur
Qəhrəmanov C.V, Allahyarov K.H. Nizami Gəncəvinin
əlyazmaları dünya kitab xəzinələrində Gəncə, Elm, 2015.108
s. Ruscadan tərcümə edən
Xəlil Yusifli
Kataloqu çap olunmuş dunya kitabxana fondlarında
hazırda Azərbaycanın böyük mütəfəkkir şairi Nizami
Gəncəvinin ölməz əsərlərinin 900-dən çox əlyazma nüsxəsi,
“Xəmsə”dən xülasələr, poemalardan parçalar saxlanılır.
Hazırki nəşrə “Xəmsə”nin bütöv əlyazmalarının, ayrı-
ayrı poemaların, həmçinin şairin lirik şeirlərinin saxlanıldığı
əlyazmaların qısa biblioqrafik təsviri daxil edilmişdir.
Bu nəşr ədəbiyyat tarixi mütəxəssisləri və şərqşünaslar
üçün nəzərdə tutulmuşdur.
Gəncə, Elm 2015
5
Nizami əsərlərinin əlyazmalarının öyrənilməsi və qısa
elmi təsviri üzrə aparılan işi biz əvvəlcə əsasən
sovet və xarici
ölkələrin ən böyük şərq əlyazmaları saxlanılan
kitabxanalarının kataloqları əsasında aparmışıq. Bundan əlavə
tərtib olunan kataloqun daha dolğun və maksimal dərəcədə
olması üçün biz digər məlumat xarakterli mənbələrdən də
istifadə etdik. Bununla bərabər təqdim olunan kapaloq tam
əhatəli sayıla bilməz, çünki fars dilli əlyazmaların kataloqları
heç də Nizami əsərlərinin bütün əlyazmalarını əhatə etmir. Bu
onunla bağlıdır ki, bir çox tarixi səbəblər üzündən bu
əlyazmaları bütün dünyaya və xüsusi kolleksiyalara
səpələnmişdir. Dünyanın müxtəlif ölkələrində, xüsusən şərq
ölkələrində o cümlədən Əfqanıstanda, Çində, Hindistanda,
Pakistanda və başqa ölkələrdə çoxsaylı dövlət və xüsusi
kolleksiyalar vardır ki, onlarda olan əlyazmalarının kataloqu
yoxdur. Dünyanın ən böyük əlyazma fondlarının kataloqları
isə təqribən 50-100 il bundan qabaq nəşr olunmuşdur. Ona
görə də bu kataloqlar həmin fondlara sonrakı daxil olmaları
əhatə edə bilməz. Nəhayət , çox mümkündür ki, şərq
əlyazmalarının bəzi kataloqları bizim nəzərimizdən kənarda
qalsın.
Təbiidir ki, sonrakı dövrlərdə, yeni kataloqların və digər
sorğu tipli nəşrlərin meydana çıxması nəticəsində bu kataloq
tamamlana bilər və tamamlanmalıdır.
Tədqiqatçıların diqqətinə təqdim edilən kataloq Nizami
əsərlərinin bizə gəlib çatan əlyazmalarının çoxunu (900-ə
yaxın) əhatə edir. Bunlar ancaq öz sayına görə yox, həm də
yüksək bədii dəyəri ilə heyran edir. Onların, demək olar ki,
hamısı yüksək bədii tərtibata malikdir: çərçivələr, güllər,
rəngarəng balıqlar, naxışlar, başlıqlara vurulmuş bəzəklər,