1
2017-2018-ci tədris ili
Fənn:Klinik psixologiya
Müəllim: Dos.N.Z.Çələbiyev
İxtisas: Təhsildə sosial psixoloji xidmət
Kurs: III kurs
Semestr: I semestr
Mövzu 2.Tibbi (kliniki) psixologiyanın müasir nəzəriyyələri
Plan:
1.Z.Freydin nəzəriyyəsi və psixodinamikanın əsasları.
2.Neofreydizm nəzəriyyəsində şəxsiyyətin strukturu.
3.Psixodinamikanın əsasları və insan psixikasının quruluş modelləri.
4.Dinamik meylli psixoterapiyanın əsas prinsipləri.
5.Şəxsiyyətyönümlü psixologiya . Fenomenelogiya.
6.Eksiztensial psixologiya, biheviorizm və koknitiv nəzəriyyə.
Ədəbiyyat.
1.
Şəfiyeva E.İ.Klinik psixologiya. B,2002
2.
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri, Bakı, 1981.
3.
Bayramov Ə.S., Əlizadə Ə.Ə.,Seyidov İ.Ə. Məhkəmə psixologiyası
məsələləri, ADU, 1985.
4.
İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” nəşriyyatı, Bakı,
2002.
5.
İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik) 2-ci nəşr, Bakı,
2008.
6.
İsmayılov N.V.
Psixiatriya, Bakı, 1998.
7.
Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997.
8.
Метделевич В.Д. Клиническая и медицинская психология. Практическое
руководство.M., 1998
9.
Çələbiyev N.Z.Dünyanın məşhur və tanınmış psixoloqları (tarixi
-
bioqrafik oçerklər)
B,ADPU,2017
Elm aləmində müəyyən dövrlərdə elə hadisələr baş verir ki, onlar dünyanın mənzərəsi haqqında əvvəlki
təsəvvürləri alt-üst edir və elmi fikrin sonrakı inkişafını müəyyənləşdirirlər. Belə hadisələrdən kimyada
Lavuazyenin konsepsiyasını, biologiyada
Darvinin təkamül təlimini, fizikada
Eynşteynin “nisbilik”
2
nəzəriyyəsini, riyaziyyatda Lütfizadənin “qeyri-səlis məntiq nəzəriyyəsi”ni xatırlaya bilərik. Lakin heç bir elmi
cərəyan freydizm kimi öz fənni çərçivəsindən kənarda belə böyük şöhrət qazanmamışdır. Psixoanaltik nəzəriyyə
psixi proseslər haqqında ö dövrə qədər hakim olmuş baxışları bütünlüklə dəyişdirmiş və bununla yanaşı fəlsəfə,
antropologiya, ədəbiyyat və incəsənətə güclü təsir göstərmişdir. Təkcə onu demək kifayətdir ki, yazıçılardan
S.Sveyq, C.Oldric, rəssamlardan P.Pikasso, S.Dali, rejissorlardan C.Kokto və M.Forman kimi dahi sənətkarların
yaradıcılığında Freydin ideyaları dərin iz buraxmışdır.
Bəs psixoanalizin gücü və təsiri nədədir?
Freydin tədqiqatlarının nəticələri haqqında məlumatlar Avstriya paytaxtının elmi ictimaiyyəti tərəfindən
hiddətlə qarşılandı. O dövrün tibb xadimləri nevrolik pozuntuların inkişafında seksuallığın rolunu qəbul etməyə
hələ hazır deyildilər. Belə fərziyyələr XIX əsrin sonunda hakim olan mənəvi-etik baxışlara zidd gedirdi. Bir neçə
il Freydin tədqiqatlarından söz açılmır, onların üzərindən sükutla keçilir. Yaranmış vəziyyətdə Freyd özünü
kimsəsiz adada tənha qalmış Robinzon Kruzoya bənzədirdi. Elm aləmindən tamamilə təcrid olunmuş Freyd 1900-
cü ildə psixoanalizin əsas müddəalarını özündə əks etdirən “Yuxugörmələrin izahı” fundamental əsərini yazır.
Yuxuları öyrənərkən o, belə nəticəyə gəlir ki, zahirən mənasız, cəfəng görünməsinə baxmayaraq, onlar mühüm
əhəmiyyət kəsb edirlər. Yuxuların funksiyası ayıqlıq zamanı realizə olunmamış arzu və meyllərin təmin
olunmasıdır. Məsələn, aclıq duyan adam yuxuda üzərində müxtəlif yeməklər düzülmüş süfrə görə bilər. Bir çox
hallarda istəklər şəxsiyyətin etik baxışları ilə bir araya sığmayan parlaq seksual mövzularla zəngin olduğundan
onlar yuxuda tanınmaz dərəcədə dəyişdirilir. Freyd yuxugörmələrin və psixi xəstəliklərin simptomları arasında
çoxlu oxşar mexanizmlər olduğunu göstərir. Bu baxımdan Freyd yuxuların izahını psixoanalizin vacib əhəmiyyəti
kimi qiymətləndirir.
Bir il sonra işıq üzü görmüş “Gündəlik həyatın psixopatologiyası” əsəri səhv hərəkətlərin, yanlış sözlərin,
yazıların meydana çıxmasına, əşyaların və adların unudulmasına həsr olunmuşdur. Burada Freyd çoxlu misallarla
sübut edir ki, yaddaşın nəyisə xatırlaya bilməməsi hər hansı arzuolunmaz assosiasiyalar, xoşagəlməz hadisələrlə
bağlıdır. Məsələn, səhv yığılmış telefon nömrəsi vacib danışığı təxirə salmaq cəhdi ilə əlaqədardır. Bəzən sadə,
ilk baxışdan mənasız görünən yanlış sözlər bu və ya digər obyektə gizli meyli, yaxud mənfi münasibəti bildirir.
Bir-birinin ardınca Freydin əsərləri nəşr olunur: “Seksuallıq nəzəriyyəsi üzrə üç oçerk”-(1905), “İsteriyanın
analizindən bir parça” – (1905), “Hazırcavablıq və onun şüursuzluğa münasibəti” – (1905). Bu əsərlərdə
psixoanaliz təlimini təsdiqləyən və inkişaf etdirən çoxlu faktlar nəzərdən keçirilmişdir.
1909-cu ildə Freyd S.Xollun ABŞ-a dəvətini qəbul edərək Vorçester Universitetində Mühazirələr tsikli ilə
çıxış edir. O, burada müvəffəqiyyət qazanır və özünün fədakar tərəfdarlarını tapır. Amerika psixologiyasının
qocaman xadimi Uiliyam Ceyms Freydi bağrına basaraq demişdi: “Gələcək sizinlədir”. Bütün bunlara
baxmayaraq, artıq 1910-cu ildə psixoanaliz üzrə Birinci Beynəlxalq Konqresdən sonra Freyd və onun yaxın
məsləkdaşları arasında ciddi fikir ayrılığı yaranır. Alfred Adler, onun ardınca isə Karl Yunq öz müəllimlərindən
uzaqlaşaraq, psixoanalizdə yeni cərəyanların əsasını qoyurlar. Birinci dünya müharibəsi ərəfəsində Freyd daha
çox sosialogiya, estetika, pedaqogikanın müxtəlif aspektlərini psixoanaliz mövqeyindən işıqlandırmağa çalışır.
“Leonardo da Vinçi”, “Psixoseksuallıq nəzəriyyəsi üzrə etüd”, Psixoanalizin elmi əhəmiyyəti”, “Totem və
tabu” əsərləri bu qəbildəndir. Sonuncu əsər insan cəmiyyətinin qurulmasına, etik və dini anlayışların inkişafı,
hüququn meydana gəlməsi və s. həsr olunmuşdur. Burada, həmçinin, Edip kompleksinin izahı verilmiş və
şəxsiyyətin formalaşmasında ailə faktorlarının rolu qiymətlənmdirilmişdir. Dəhşətli fəlakət və görünməmiş insan
tələfatına səbəb olmuş Birinci dünya müharibəsi Freydi psixoanalizin bir sıra müddəalarına yenidən baxmağa
məcbur etdi. İndi Freydə müraciət edən xəstələrdə nevrozlar seksual hisslər və düşüncələrlə deyil, müharibə
dövrünün çətin sınaqları ilə əlaqədar idi. “Məmnunluq prinsipinin o biri tərəfində” əsərində (1920) Freyd
seksual instinkt qədər güclü olan, özünü və ya başqalarını məhv etməyə yönəlmiş ölüm instinktini təsvir edir.
“Kütlələrin psixologiyası və insan Məninin analizi” (1921), “Mən və O” (1923) əsərlərində Freyd şəxsiyyətin