Dünya iQTİsadiyyati “ “



Yüklə 131,57 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü131,57 Kb.
#26655


DÜNYA İQTİSADİYYATI

DÜNYA İQTİSADİYYATI





THE 

THE 

WORLD ECONOMY: 

WORLD ECONOMY: 

Geography, Business, Development”

Geography, Business, Development”

 

 

Frederick P. Stutz, Barney Warf

Frederick P. Stutz, Barney Warf

Sixth Edition, Pearson, 2012

Sixth Edition, Pearson, 2012

V

V

 Mövzu – 

 Mövzu – 

Dünya iqtisadiyyatı ilə 

Dünya iqtisadiyyatı ilə 

bağlı bəzi nəzəri mülahizələr

bağlı bəzi nəzəri mülahizələr


HAZ

HAZ

IRLADILAR:

IRLADILAR:

Elşən Bağırzadə

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru, dosent



T

T

əhmasib Əlizadə

əhmasib Əlizadə

iqtisad üzrə magistr, müəllim



R

R

övşən Camalov

övşən Camalov

iqtisad üzrə magistr, müəllim

Azərbaycan Dövlət İqtisad Universiteti

“Beynəlxalq iqtisadiyyat” kafedrası




V BÖLMƏNİN MƏQSƏDLƏRİ

V BÖLMƏNİN MƏQSƏDLƏRİ

• Firmaların yerləşmə qərarlarını müəyyən edən əsas amilləri izah etmək.

• Nəqliyyat xərclərinin Veberian modelini təqdim etmək.

• İstehsal texnologiyası, miqyası və yerləşməsi arasında necə əlaqə olduğunu 

göstərmək.

• Firmaların zaman və məkan etibarilə necə və nə üçün böyüdüyünü və 

dəyişdiyini göstərmək. 

• Böyük korporasiyaların coğrafi təşkilini açıqlamaq.

• Firmaların yerləşmə tələblərinin dəyişməsində məhsulun həyat dövrünün 

rolunu açıqlamaq.

• Biznes tsikllərinin, xüsusilə də Kondratyevin uzun dalğalarının rolunu izah 

etmək.


• İqtisadi landşaftların formalaşdırılmasında dövlətin roluna vurğu salmaq.



YERLƏŞMƏN

YERLƏŞMƏN

İ

İ

N FAKTORLARI

N FAKTORLARI

• Əmək (L)

• Torpaq (A)

• Kapital (C)

• İdarəetmə və texniki bacarıqlar (T)

• İstehsal funksiyasında biraraya gətirilir:

   O = f (L,A,C,T)

• Əsas problem: Faktorları hasilatın hansı 

miqyasında, hansi yerləşdirmədə və hansı 

coğrafi bazarlara xidmət etməklə necə bir 

araya gətirmək olar ?



Əmək

Əmək

• Əmək yerləşmənin əsas determinantlarından biridir. Nə üçün?

• Bütün iqtisadi fəaliyyətlərdə tələb olunur, lakin əmək xərci və istifadəsində 

əhəmiyyətli variasiya (dəyişiklik).

• Kapital əməyin uzunmüddətli əvəzedicisi.

• Əmək xərclərində regional variasiya (dəyişiklik)→  miqrasiya.

• Əmək məhsuldarlığının əhəmiyyəti.

• “…Əmək prosesi siyasiləşmişdir.” Əməyin təşkilatlanma dərəcəsi 

(həmkarlar ittifaqları) (Şəkil.5.2); “işçilərin hüquqları”.

• Kapital-əmək ziddiyyəti və inkişaf səviyyəsi.




Əmək digər istehsal 

amillərindən fərqli 

olaraq duyğu 

yüklüdür, həmçinin 

də tətillər və ya işi 

yavaşlatmaqla iş 

mühitini dəyişdirə 

biləndir .




İşçilərin təşkilatlanma

İşçilərin təşkilatlanma

 

 

dərəcəsi, 

dərəcəsi, 

2007

2007


Torpaq və kapital

Torpaq və kapital

• Yerli torpağın dəyəri onun münasib yerdə 

olmasından asılıdır.

• Şəhər daxili yerləşmə və nəqliyyat sisteminin 

inkişafı. 

• Likvid və ya dəyişən kapitala qarşı əsas kapital.

• Məkan təchizatı / kapital üçün tələb şərtləri.

• Kapital-əmək əvəzetməsi.




Əksər şəhərlərdə 

mərkəzi biznes 

rayonlarından 

(CBD) uzaqlaşdıqca 

torpağın dəyəri 

aşağı düşür. Çünkü 

periferiyaya doğru 

getdikcə torpaqlarla 

əlaqə imkanları 

azalır və nəqliyyat 

xərcləri çoxalır.

Firmalar və ev 

təsərrüfatları 

spesifik yerləşmə 

ehtiyaclarından asılı 

olaraq renta ilə 

nəqliyyat xərcləri 

arasında seçim 

edirlər.



Kapitalın intensivləşməsi prosesi və ya əməyin kapitalla əvəzlənməsi kapitalizmdə 

uzunmüddətli trenddir. Firmalar xərcləri azaltmaq və məhsuldarlığı artırmaq məqsədilə 

istehsalda işçiləri maşınlarla əvəzləyirlər. Nəticədə istehsal olunmuş hər vahid məhsulun 

maya dəyərində tədricən əməyin payı azalır, kapitalın payı isə artır. Bununla belə əgər 

əmək xərcləri aşağıdırsa və ya işləri avtomatlaşdırmaq çətindirsə, onda kapital 

əvəzləməsi prosesi də baş verməyə bilər. 




İdarəetmə və texniki biliklər

• Bütün biznes növlərində bu bacarıqlar tələb olunur.

• Onların paylanması və formallığı firmanın 

miqyasından asılı olaraq mühüm dərəcədə dəyişir.

• İri şirkətlərin qərargahları iri şəhərlərdə 

təmərküzləşir, lakin əks-təmərküzləşmə və əks-

mərkəzləşdirmə də baş vermişdir.

• Sektora məxsus qərargahların klasterləri.




Əsas korporat

Əsas korporat

i

i

v qərargahlar, 

v qərargahlar, 

2004

2004



Korporat

Korporat

i

i

v qərargahlar 

v qərargahlar 

2008

2008


Silikon Vadisində qərargahların 

təmərgüzləşməsi


W

W

EBER MODEL

EBER MODEL

İ

İ

• Klassik sektor yerləşmə nəzəriyyəsi 1929-cu 

ildə məşhur Max Weberin kiçik qardaşı, Alman 

iqtisadçısı Alfred Weber tərəfindən irəli 

sürülmüşdür.

• Weberin yanaşması firmaların yerləşmə 

qərarlarında nəqliyyat xərclərinin roluna 

əsaslanır.

• Weber fərz edirdi ki, nəqliyyat xərcləri 

məsafənin xətti funksiyasıdır.




W

W

EBER MODEL

EBER MODEL

İ

İ

• Model fərz edir ki, istehsalçılar nə risq, nə də qeyri-

müəyyənliklə üzləşir və məhsula tələb verilmiş qiymət 

səviyyəsində sonsuzdur; istehsalçılar sabit qiymət 

səviyyəsində çoxlu sayda məhsul istehsal edib sata 

bilərlər.

• Weber material (xammal) ilə bazaryönümlü sektorlar 

arasında məsafə haqqında düşünməyə çağırmışdır.

• İstehsal prosesində meydana gələn ilk xərc müxtəlif 

xammalların toplanmasıdır. Xammallar, məsələn 

kömür, yalnız xüsusi yerlərdə mövcuddur; onların 

nəqliyyat xərcləri onların yerdəyişməli olduğu 

məsafənin funksiyasıdır. 



W

W

EBER MODEL

EBER MODEL

İ

İ

• Hər bir halda biz nəzərdə tutumalıyıq:

– (1) – xammalların toplanması xərcləri (RM);

– (2) – hazır (son) məhsulun bölüşdürmə xərcləri (FP);

– (3) – məcmu nəqliyyat xərcləri (TTC);

• Sənaye müəssisəsi üçün ən yaxşı yer məcmu nəqliyyat xərclərinin 

minimum olduğu nöqtədir.

• Qrafikin (a) hissəsində lokal xammalın (RM) toplanması xərcləri RM-də 

minimumdur. Hazır (son) məhsulun bölüşdürmə xərcləri M-də 

minimumdur. 

• Beləliklə xammalın daşınma xərclərinin hazır (son) məhsulun daşınma 

xərclərindən çox olduğu hallarda firma xammalın yerləşdiyi əraziyə yaxın 

yerləşəcəkdir. Məs. şəkildə dəmir filizi-mədən şirkətinin etdiyi kimi. 

• Qrafikin (b) hissəsində məcmu nəqliyyat xərcləri (TTC) bazarda (M

minimumdur.



Weber modeli: bir lokal xammal, RM-də yerləşmişdir. RM xətti xammalın toplanması 

xərclərini əks etdirir, FP isə son (hazır) məhsulun bölüşdürmə xərclərini əks etdirir. 

Qrafikin (a) hissəsində məcmu nəqliyyat xərcləri RM-də ən aşağıdır (başlıca sektor 

fəaliyyətlərində olduğu kimi). Qrafikin (b) hissəsində məcmu xərclər (TTC) bazarda (M

ən aşağıdır; istehsal prosesində xammalın mühüm çəkiyə malik olduğu sektor 

nümunəsində məcmu nəqliyyat xərcləri fabrik (zavod) bazar ərazisində yerləşdirilməklə 

minimumlaşdırılır. 



Carajas Braziliyada, çınqıl mədəni fəaliyyətləri yüksək nəqliyyat xərcləri doğurduğundan 

firmalar xammal mənbələrinə yaxın yerləşirlər. 




Qablaşdırılmış və konservləşdirilmiş spirtsiz içki sənayesi bazar yönümlü 

istehsal formasına nümunədir. Əksəri metropol ərazilərin periferiyalarında 

yığılmışdır. Səbəb istehsalı xammal mənbələrinə yaxınlaşdırmaqdır.



B

B

u günkü dünyada 

u günkü dünyada 

Weber

Weber

• Bu gün bəzi amillər Weber modelinin tətbiqi 

imkanlarını məhdudlşdırır.

– Birincisi, heç də bütün firmaların nəqliyyat xərclərini 

minimumlaşdırmağa ehtiyacı yoxdur; bütün firmalar 

renta-nəqliyyat seçimi qarşısında qalırlar və bəzi 

firmalar yüksək nəqliyyat xərclərini qəbul edərək 

şəhər periferiyalarında yerləşirlər.

– İkincisi, XX əsrin əvvəlləri ilə (Weberin modeli ortaya 

atdığı dövr) müqayisədə bu gün istehsal prossesi 

daha mürəkkəbdir. Bir çox zavodlar xammaldan 

daha çox yarımfabrikatları və komponentləri işə 

başlayır.



B

B

u günkü dünyada 

u günkü dünyada 

Weber

Weber

• Weber modeli həmçinin ona görə tənqid edilir ki, nəqliyyat 

xərclərinin məsafənin xətti funksiyası olması fikri qeyri-realdır.

• Çünkü sabit xərclər, xüsusilə terminal xərcləri səbəbilə uzun 

yolların yük vahidinə düşən kilometr xərcləri qısa yollara 

nisbətən daha azdır.

• Nəqliyyat xərcləri uzunmüddətli dövrdə azalır. Bu azalma digər 

yerləşmə faktorlarının, xüsusilə əmək xərcləri və məhsuldarlıq, 

əhəmiyyətini artırır. Bu ən yaxşı şəkildə özünü yüksək əlavə 

dəyər yaradan və yüksək texnoloji məhsullar istehsal edən 

firmalarda göstərir. Bu firmalarda nəqliyyat xərcləri nisbətən 

əhəmiyyətsizdir. Ancaq istehlak məhsullarını (məsələn, spirtsiz 

içkilər) ayrı-ayrı bazarlar arasında bölüşdürən firmalar üçün 

nəqliyyat xərcləri hələ də əhəmiyyətlidir.





B

B

u günkü dünyada 

u günkü dünyada 

Weber

Weber

• Beyni gücü sürətlə əzələ və maşın gücünü 

əvəzləməyə başlamışdır və təbii resurslar da 

transformasiya olunur.

• Real dünya nümunələri təkamül edir. Onlar 

optimallaşdırıcı qərarların nəticəsi deyildir. 

Əksər real dünya qərarları ən yaxşı (ən 

mənfəətli) yerlərin seçilməsi ilə nəticələnmir.




TEXNİKA VƏ MİQYAS MÜLAHİZƏLƏRİ

TEXNİKA VƏ MİQYAS MÜLAHİZƏLƏRİ

• Bazar iqtisadiyyatında hər hansı bir zavodun qurulması 

miqyas (məcmu məhsulun miqyası) və texnika (məhsul 

istehsalı üçün istehsal amillərinin xüsusi kombinasiyası) ilə 

bağlı qərarlardan qarşılıqlı asılıdır.

 

• Texnika fimarların yerləşmə qərarında mühüm təsirə 



malikdir. Son məhsulun istehsalı üçün müəyyən miqdar 

torpaq (resurs), əmək və kapitala hetiyac var, ancaq iqtisadi 

və texnoloji məhduduyyətlər daxilində firmalar xərclərini 

minimumlaşdırmaq üçün istehsal amilləri arasında 

əvəzetməyə gedirlər:  Capital əməyi əvəzləyə bilər.

• İstehsal amilləri arasında qiymət və məhsuldarlıq 

baxımından böyük fərqlər firmaları onlar arasında 

əvəzetmələrə sövq edir.




Miqyas mülahizələri

Miqyas mülahizələri

• İstehsalçılar istehsalın miqyasında dəyişiklik etməklə məhsul 

vahidinin xərcini azaltmağa çalışırlar.

• Hissələrin standartlaşdırılması yolu ilə əmək bölgüsü kütləvi 

istehsalın başlıca xüsusiyyətidir.

• Əmək bölgüsü, nisbətən böyük miqyas tələb edir, çünkü işçilərin 

sayının çoxluğu zəruridir.

• Miqyas effekti və ya miqyas iqtisadiyyatı istehsal həcminin artması 

ilə xərclərin azalmasını ifadə edir.

• Böyük firmalar adətən kiçik firmalara nisbətən xammala daha az 

xərc çəkirlər.

• Başqa sözlə miqyasın artması məhsul vahidinə düşən xammal 

xərclərini daha da azaldır.



Miqyas mülahizələri

Miqyas mülahizələri

İqtisadçılar miqyas effektini hər vahidə 



düşən xərcləri miqyasın funksiyası olaraq 

ifadə edən uzunmüddətli orta xərclər 

əyrisi kimi (LRACs) təsvir edirlər.

Müxtəlif mümkün LRAC əyriləri 



qrafiklərdə göstərilmişdir. Göründüyü kimi 

hər vahidə düşən xərclər optimal nöqtəyə 

(O) yaxınlaşdıqca azalır, sonra isə 

artmağa başlayır. Qrafikdə bu yüksəliş 

miqyas qeyri-effekti (miqyasa görə 

azalan marjinal gəlir) adlanır və firmanın 

effektiv idarəetmə üçün çox böyük olduğu 

zaman ortaya çıxır.

Göründüyü kimi A sektorunda optimal 



miqyas çox kiçikdir, C sektorunda çox 

böyükdür, B sektorunda isə olduqca 

böyükdür.

A sektorunda firmalar kiçik olmalı, C 



sektorunda böyük olmalı, B sektorunda 

isə kiçikdən böyüyə qədər dəyişə bilər.




Şaquli və üfüqi inteqrasiya və diversifikasiya

Şaquli və üfüqi inteqrasiya və diversifikasiya

• Şaquli inteqrasiya firmaların xammal mənbələrini 

və ya bölüşdürmə kanalalrını satın alması yolu 

ilə böyüməsinə deyilir.

• Üfüqi inteqrasiya firmanın miqyasını satınalma, 

inşa etmə və ya məhsul istehsalının eyni 

mərhələsində olan digər firmalarla birləşmə yolu 

ilə genişləndirməyi nəzərdə tutan biznes 

strategiyasıdır. 

• Diversifikasiya firmanın ənənəvi məşğul olduğu 

bir məhsul bazarından müxtəlif məhsul 

bazarlarına daxil olması strategiyasıdır.




Firmalararası miqyas effekti: aqlomerasiya

Firmalararası miqyas effekti: aqlomerasiya

• Əvvəlki səhfələrdə firmadaxili miqyas effekti 

üzərində dayanılmışdır.

• Ancaq miqyas effekti eyni sektorda və ya əlaqəli 

sektorlardakı firmaların klasterlərinin yaradılması 

ilə də ortaya çıxır.

– Məsələn, kompüter firmalarının Kaliforniyanın Silikon 

Vadisində yerləşməsi kimi.

• Klasterlərdə məhsul vahidinə düşən xərclər bütün 

firmalar üçün müxtəlif ərazilərdə fəaliyyət 

göstərmələri ilə müqayisədə azala bilər.

• Bu effektə aqlomerasiya effekti də deyilir.  




Firmalararası miqyas effekti: aqlomerasiya

Firmalararası miqyas effekti: aqlomerasiya

• İstehsal əlaqələri, eyni təməl xammallara 

əsaslanan istehsal firmalarının bir-birnə yaxın 

yerləşməsindən meydana gəlir. 

– Klasterləşmə ilə bölüşdürmə və montaj xərcləri azaldılır.

• Xidmət əlaqələri, ixtisaslaşmış xidmətləri 

dəstəkləmək məqsədilə kifayət qədər kiçik 

firmaların bir ərazidə yerləşməsindən meydana 

gəlir. 

– Nyu-Yorkda reklam sektoru buna nümunədir. 




Manhattandakı 

reklam agentlikləri 

istehsalçı xidmətləri 

kimi əmək tutumlu, 

informasiya tutumlu, 

ağyaxalı, yüksək 

əlavə dəyər yaratma 

funkisyaları üçün 

zəruri olan 

aqlomerasiya effekti  

əldə etmək 

məqsədilə Madison 

küçəsi yaxınlığında 

klasterləşirlər.




Firmalararası miqyas effekti: aqlomerasiya

Firmalararası miqyas effekti: aqlomerasiya

• İstehsal və xidmət əlaqələrinə əlavə olaraq, bir də marketinq 

əlaqələri vardır. Marketinq əlaqələri o zaman meydana çıxır ki, 

klaster, ixtisaslaşmış xidmətləri cəlb etmək üşün kifayət qədər 

böyük olsun.

• Nyu-Yorkda geyim sektorunun kiçik firmaları reklam 

agentlikləri, sərgi salonları, alıcı listinqləri və son məhsulun 

bölüşdürülməsinin digər aspektləri baxımından kollektiv olaraq 

cəlbediciliyə malikdir.

• Klasterdəki firmalar, bu ixtisaslaşımış xidmətləri təcrid edilmiş 

formada özü-özü üçün təmin edən və ya Nyu-Yorkdakı başqa 

uzaq firmalar vasitəsilə əldə edən firmalardan xərclərə qənaət 

baxımından daha üstündürlər.

• Urbanizasiya effekti, xüsusi bir ərazidə toplanmış istehsal, 

xidmət və marketinq əlaqələrinin kombinasiyasıdır.



• Yerləşmə nəzəriyyəsi optimal nümunələrlə real 

dünyada olanlar müqayisə edilərək təkmilləşdirilə 

bilər.

• Sektor tərəfindən son yerləşmə qərarını heç də 



həmişə nəqliyyat xərcləri (Weber modelində 

olduğu kimi) və ya torpaq, əmək, kapital, 

idarəetmə və texniki bacarıqları əhatə edən 

istehsal xərcləri müəyyən etmir. 



SEKTOR YERLƏŞMƏ NƏZƏRİYYƏSİNİN TƏKAMÜLÜ

SEKTOR YERLƏŞMƏ NƏZƏRİYYƏSİNİN TƏKAMÜLÜ


Sektor yerləşmə nəzəriyyəsinin klassik prinsipləri Pensilvaniya, Bethlehemdə yerləşən Bethlehem 

Polad Korporasiyasının zavodunun çay vadisi və dəmiryolu sahəsində tətbiq edilmişdir. Lehigh 

çayının cənub cahili boyunca təxminən 8 kilometr uzanan nəhəng zavoddur. Appalachian kokslaşan 

kömürü və Minnesoto dəmir filizi xammallarından istifadə edir.  Polad  məhsullarının başlıca bazarı 

özünün zəngin metal istehlak edən sektorları ilə Amerikan Sənaye Qurşağıdır.



SEKTOR YERLƏŞMƏ NƏZƏRİYYƏSİNİN TƏKAMÜLÜ

SEKTOR YERLƏŞMƏ NƏZƏRİYYƏSİNİN TƏKAMÜLÜ

• Aşağıdakı bəzi faktorlar yerləşmə qərarlarını daha da mürəkkəbləşdirir:

– 1. Firma müxtəlif yerləri təklif edən 1-dən çox əsas mövqe və ya 

amillə qarşılaşa bilər.

–  2. Firma açıq şəkildə özünün əsas amilini müəyyən etsə belə, 1-dən 

çox əsas yer ortaya çıxa bilər.

– 3. Firma informasiya yetərsizliyindən firmadaxilində və ya müxtəlif 

yerlərdə yerləşmə xərcləri və faktorlarını həmişə açıq şəkildə 

hesablaya bilmir.

– 4. Firma öz yerləşmə yerini inersiya (ətalət) və şirkət tarixinə 

əsaslanaraq seçə bilər. Firma müəyyən bir məskəndədirsə, eyni 

ərazidə genişlənməsi yeni əraziyə köçməsindən daha ucuz ola bilər. 

– 5. Optimal yerləşmə yerinin hesablamaları hökumət subsidiyaları, 

kreditləri və ya vergi güzəştləri ilə dəyişdirilə bilər.

– 6. Qeyri-iqtisadi amillər sərbəst sektorlar üçün mühüm rola malikdir. 

Məsələn, bu sektorlar istirahət imkanları və digər məişət üstünlükləri 

səbəbindən ABŞ-ın Sunbelt-dəki sahilyanı zonalarına meyl edir.



SEKTOR YERLƏŞMƏ NƏZƏRİYYƏSİNİN TƏKAMÜLÜ

SEKTOR YERLƏŞMƏ NƏZƏRİYYƏSİNİN TƏKAMÜLÜ

• Strukturalistlər həmçinin sektor yerləşmə 

nəzəriyyəsini firmaları ayrı-ayrılıqda abstrakt 

bir varlıq kimi qəbul etməsi və onlara 

bütövlükdə iqtisadiyyatın bir parçası kimi 

fəaliyyət göstərən varlıqlar olaraq 

yanaşmamasını tənqid edirlər.

• Onlar hesab edir ki, bu cəhətlərinə görə 

sektor yerləşmə nəzəriyyəsi reallığa uyğun 

deyildir.




FİRMALAR NECƏ VƏ NƏ ÜÇÜN GENİŞLƏNİRLƏR?

• Firmalar 2 məqsəddən ötrü genişlənirlər:

– Həyatda qalmaq

– İnkişaf etmək.

• Hər iki məqsəd üfüqi və şaquli genişlənmə və diversifiksiya yolu ilə 

həyata keçirilir.

• ABŞ-da üfüqi inteqrasiya 1890-cı illərdən 1900-cü illərin əvvəllərinə qədər 

hakim meyl idi, şaquli inteqrasiya 1920-ci illərdə ortaya çıxdı, 

diversifikasiya isə 1950-ci illərdən prinsipial strategiyadır.

• Geriyə inteqrasiya, firmaların əvvəllər tədarükçülərin həyata keçirdiyi işləri 

də əhatə etməsi və bununla da resurs təminatı sferasına daxil olmasıdır.

• İrəliyə inteqrasiya, firmaların öz məhsullarının satış kanallarını nəzarətinə 

keçirməsi və bazarlar yerlərində müəssisələrlə yerləşməyə başlamasıdır.



KORPORASİYALARIN COĞRAFİ TƏŞKİLİ

KORPORASİYALARIN COĞRAFİ TƏŞKİLİ

• Qərargahlara, istehsal müəssisələrinə, təqdiqat 

labaratoriyalarına, təhsil mərkəzlərinə, bürolara, 

anbarlara və bölüşdürmə terminallarına malik 

çoxstrukturlu, çoxməhsullu korporasiyaların 

özünəməxsus coğrafiyaları vardır.

• Bu sistemlərin daxili coğrafiyasını qiymətləndirmək 

üçün aşağıdakı 2 nüans nəzərə alınmalıdır:

– 1. Korporasiyaları maksimum səmərəliliyə aparan yollar;

– 2. İş yerləri üzərində iyerarxik menecment strukturlarının 

təsiri.



Təşkilatı struktur

• Firmalar fəaliyyətlərini idarə və koordinasiya etmək üçün 

özlərini iyerarxik olaraq müxtəlif yollarla təşkil edirlər.

 

• Başlıca formalar bunlardır:



– 1. Funksional yönümlü

– 2. Məhsul yönümlü

– 3. Coğrafi yönümlü

– 4. Müştəri yönümlü

– 5. 4 formanın ən azı 2-nin kombinasiyasıdır və matriks struktur 

adlanır.  

• Müxtəlif firmalar müxtəlif formaları seçə bilər, ancaq bütün 

formalar həmişə müzakirə və dəyişmə obyektidir.




Təşkilatı strukturlar: (a) Funksional yönümlü, məsələn, Ford Avtomobil Şirkəti

                                 (b) Məhsul yönümlü, məsələn, Westinghouse

                                 (c) Coğrafi yönümlü, məsələn, Exxon 

                                 (d) Müştəri yönümlü, məsələn, Citibank 




İ

İ

nzibati iyerarxiya

nzibati iyerarxiya

• Böyük korporasiyalarda çalışanların böyük 

bir hissəsi qeyri-istehsal fəaliyyətləri ilə 

məşğul olur.

• Bu nisbət getdikcə artır, çünkü kapital əməyi 

əvəz edir, inzibati, tədqiqat, reklam, maliyyə, 

hüquq xidməti və.s fəaliyyətləri genişlənir.



İQTİSADİ COĞRAFİYA VƏ SOSİAL MÜNASİBƏTLƏR

İQTİSADİ COĞRAFİYA VƏ SOSİAL MÜNASİBƏTLƏR

• Siyasi iqtisad perspektivindən istehsal sadəcə 

xalis fərdi deyil, həmçinin də sosial prosesdir.

• İstehsalın mühüm sosial münasibəti istehsal 

vasitələri sahibləri ilə bu istehsal vasitələrini 

hərəkətə gətirmək üçün işlətdikləri işçilər 

arasındadır.



Mülkiyyətçilər arasında münasibətlər

Mülkiyyətçilər arasında münasibətlər

• Rəqabət istehsal tərzi kimi kapitalizmin 

böyük uğur mənbəyidir.

• Rəqabət istehsalçıları minimum resurslarla 

maksimum istehsala sövq edir.

• Kapitalist inkişafın qiymətləndirilməsi onun 

əsasında dayanan sağ qalmaq uğrunda 

amansız rəqabəti dərk etməkdən asılıdır.




Kapital və əmək arasında münasibətlər

Kapital və əmək arasında münasibətlər

• Kapitalla əmək arasındakı münasibətlər 

əməkdaşlıq və ziddiyyət xarakteri daşıyır.

• İşçilərlə əməkdaşlıq etmədən istehsalı təşkil 

etmək mümkün deyildir.

• Ancaq əməkdaşlıq tez-tez düşmənçiliyə 

çevrilə bilir.

• Əsas ziddiyyət yaradılmış izafi dəyərin 

bölüşdürülməsi ilə bağlıdır.



Məkanda rəqabət və həyatda qalma

Məkanda rəqabət və həyatda qalma

• Sahibkarlar arasında, kapital və əmək 

arasındakı münasibətləristehsalın coğrafi 

dəyişməsinin mənbələridir.

• Sahibkarlar arasında rəqabət, firmaları 

əməliyyatlarının hamısını və ya bir hissəsini 

ucuz əməyi təmin edən yerlərə doğru 

ötürməyə sövq edir.

• Firmaların perspektivindən bu strategiya 

həyatda qalmaq üçün zərurətdir.




MƏHSULUN HƏYAT DÖVRÜ

MƏHSULUN HƏYAT DÖVRÜ

• Məhsulun həyat dövrü korporasiyaların məkan 

baxımından təşkilində texnoloji proseslərin 

əhəmiyyətini qiymətləndirməyə imkan verir.

• Məhsulun həyat dövrü məhsulun meydana 

çıxmasından daha yaxşısı ilə əvəz olunaraq bazarı 

tərk etməsinə qədər olan dövrü əhatə edir.

• Bu coğrafi baxımdan əhəmiyyətlidir, çünkü 

istehsalın müxtəlif mərhələləri korporativ sistemin 

müxtəlif məkanlarında istehsal olunmalı olur.




MƏHSULUN HƏYAT DÖVRÜ

MƏHSULUN HƏYAT DÖVRÜ

• Məşhur iqtisadçı Simon Kuznets məhsulun həyat dövrünün 

3 mərhələsi konsepsiyasını irəli sürmüşdür:

– Birinci mərhələdə, mərhələdə ixtiraçı firma məhsulu ixtira edir, 

inkişaf etdirir və satışa başlayır. Onlar həmçinin müvəqqəti 

inhisarçılıqdan və bütün xüsusi imtiyazlardan yükək qazanc 

əldə edirlər.

– İkinci mərhələdə, rəqibləri yeni ideyanı satın alırlar və ya 

oğurlayırlar və standart, ucuz kütləvi istehsal başlayır. 

Məhsulun satışları artmasına baxmayaraq, ilk mərhələdəki 

yüksək mənfəət azalır.

– Üçüncü mərhələdə, məhsul əvəz edilməyə başlanır. Bazarlar 

yeni məhsulları itirir və istehsal azalır.



MƏHSULUN HƏYAT DÖVRÜ

MƏHSULUN HƏYAT DÖVRÜ

Məhsulun tipik həyat 

dövrü.

Birinci mərhələ, inhisarçı 

mərhələdir. Məhsulun ilkin 

yaradılması , inkişafı və 

satışa çıxarılması bu 

mərhələni əhatə edir. Sürətli 

satış başlayır. Şirkət bu 

mərhələdə inhisar 

mövqeyindən çıxış edir və 

məhsulu inkişaf etdirməyə 

çalışır.


İkinci məhələ, rəqabətə 

daxil olma mərhələsidir. 

Kütləvi istehsal nəticəsində 

məhsul standartlaşır, 

ucuzlaşır və bazarı 

genişlənməyə başlayır. 

Rəqabət innovativ (məhsulu 

ixtira edən) firmanın  böyük 

bazar payını azaltmağa 

başlayır.



Üçüncü mərhələ, bazar 

payının böyük hissəsi yeni 

məhsul və digər firmalar 

lehinə itirilir. Alternativləri 

çıxmaqla məhsulun məcmu 

satışları və istehsalı azalır.




MƏHSULUN HƏYAT DÖVRÜ

MƏHSULUN HƏYAT DÖVRÜ

• İnnovasiya inkişaf etmiş sənaye fölkəsində 

ortaya çıxır.

– Bu ölkələr elm, texnologiya və araşdırma və 

layihələndirmələr üçün münasib daxili bazara 

malikdir.

– Nəticədə, onlar beynəlxalq rəqabət üstünlüyünə 

malik olur və məhsullarını dünyaya ixrac edirlər.

• Ancaq texnologiya standartlaşan kimi həmin 

məhsul üzrə digər istehsalçılar əvvəlcə digər 

inkişaf etmiş ölkələrdə, sonra isə periferiya 

ölkələrində səhnəyə çıxır.




BİZNES TSİKLLƏRİ VƏ REGİONAL MƏNZƏRƏLƏR

BİZNES TSİKLLƏRİ VƏ REGİONAL MƏNZƏRƏLƏR

• Kapitalizmdə iqtisadi inkişaf düzxətli deyil, 

qeyri-stabildir.

• Prosesin ən məşhur təsviri, Sovet iqtisadçısı 

Nikolay Kondratiev tərəfindən ilkin olaraq 

1920-ci illərdə verilmişdir. 




İqtisadi fəaliyyətin Kondratiev dalğaları. Kondratiev dalğalarının hər biri təxminən 50 illik 

dövrü əhatə edir və 4 fazanı əhatə edir. Bu fazalar bum, resesiya, depresiya və bərpa 

fazalarıdır. İqtisadi fəaliyyətin hər bir dövründə başlıca texnologiyalıar, iqtisadi artım və 

məşğulluq üzrə mühüm nailiyyətlər əldə edilmişdir. Gələcəkdə dünyanın informasiya 

texnologiyaları, biotexnologiyalar, fəza texnologiyaları, enerji texnologiyaları və material 

texnologiyalarına əsaslanan yeni bir bum dövrünə daxil olacağı görünür. 




İnformasiya texnologiyaları: beşinci dalğa?

İnformasiya texnologiyaları: beşinci dalğa?

• Bəzi alimlər hesab edir ki, Kondratievin 5-ci dalğası 

informasiya texnologiyalarındakı inkişaf nəticəsində 1980-

cı illərdən başlamışdır.

• Bu dövr eyni zamanda xidmətlər (biznes xidmətləri, 

istehsalçı xidmətləri) sektorunun inkişafı dövrüdür.

• Bunlar istehsalın coğrafiyasını da yenidən qurmağa 

gətirib çıxarır.

• Nəticədə dünya iqtisadiyyatını idarə və ona nəzarət edən 

Nyu-York, Los-Ancels, London, Paris, Tokyo, Honq-Konq  

və Sinqapur kimi dünya şəhərləri ortaya çıxmışdır.



Biznes tsiklləri və əməyin coğrafi bölgüsü

Biznes tsiklləri və əməyin coğrafi bölgüsü

• Müxtəlif biznes tsiklləri boyunca müxtəlif 

sektorlar bir regionda yerləşə bilər və lokal 

landşafta öz izni qoya bilər.

• Hər bir region baxımından məsələyə 

yanaşdıqda, biznes tsiklləri investisiya və 

dezinvestisiya dalğalarına bənzəyir.



DÖVLƏT VƏ İQTİSADİ COĞRAFİYA

DÖVLƏT VƏ İQTİSADİ COĞRAFİYA

Ümumi qəbul olunmuş düşüncənin əksinə olaraq, kapitalizmin iqtisadi landşaftları təkcə “azad 



bazarlar” tərəfindən yaradılmır, bunda dövlətin də rolu vardır.

Dövlətin bu prosesdəki rolu tarixi və coğrafi olaraq dəyişmişdir, ancaq heç vaxt sıfır olmamışdır.



Dövlət ilk növbədə iqtisadiyyatı qəbul və tətbiq etdiyi hüquq sistemi ilə formalaşdırır.

Dövlət əsasən fiskal və monetar siyasətlə iqtisadiyyatı tənzimləyir.



Hökumət xərclərinin lokal məkanlar üzərində iş yerlərinin yaranması, sub-kontraktlar, gəlirlər və 

mənfəət baxımından böyük təsirləri vardır.

Dövlət iqtisadi landşaftlar üzərində infrastrukturların yaradılması baxımından böyük təsirlərə malikdir.



Dövlət kapitalist cəmiyyətlərin əmək bazarlarının yaranmasında birbaşa və dolayı iştirak edir.

Özəl mənzil bazarları hökumət tərəfindən faiz dərəcələri və inflyasiya dərəcələri yolu ilə mühüm 



dərəcədə formalaşdırılır.

Nəhayət, dövlət beynəlxalq məsələlərdə subyekt kimi çıxış edir: müxtəlif yollarla  ticarəti formalaşdırır.




ABŞ-da federal 

hökumətin vergi 

gəlirlərinin 

mənbələri, 2008


Federal Ştatlararası Avtomagistral Sistemi


Hidroelektrik 

stansiyasının 

qurulması 

məqsədilə Hoover 

Bəndi kimi bahalı 

layihələr dövlətin 

iqtisadi 

landşaftların 

formalaşmasında 

və iqtisadiyyatda 

olan rolunu açıq 

şəkildə ortaya 

qoyur. 



Federal dövlət torpaqları. Federal dövət torpaqları ABŞ-da milli ərazinin təxminən 40%-

i təşkil edir. Bunlar xüsusilə də ölkənin Qərbində daha böyük paya malikdir. Milli parklar, 

avtomagistrallar, meşələr və hərbi məqsədlər üçün istifadə edilirlər.



ƏSAS ANLAYIŞLAR

ƏSAS ANLAYIŞLAR

aqlomerasiya effekti (agglomeration economies)



geriyə inteqrasiya (backward  integration)

miqyas qeyri-effekti (diseconomies of scale)



diversifikasiya (diversification)

əmək bölgüsü (division of labour)



miqyas efefkti (economies of scale)

maliyyə kapitalı (financial capital)



əsas kapital (fixed capital)

sərbəst sektorlar (footloose industries)



irəliyə inteqrasiya (forward integration)

üfüqi inteqrasiya (horizontal integration)



insan kapitalı (human capital)

• 

sektor ətaləti (industrial ətaləti)



 

• informasiya texnologiyası (information technology)

•inteqrasiya (integration)

• Kondratyev tsiklləri (Kondratiev cycles)

 

• yerləşmə amilləri (locational factors)



 

• istehsal üsulu (mode of production)

 

• istehsalçı xidmətləri (producer services)



 

• məhsulun həyat dövrü (product life cycle)

 

• istehsal əlaqələri (production linkages)



 

• miqyas (scale)

• xidmət əlaqələri (service linkages)

 

•istehsalın sosial münasibətləri (social relation of production)



  

•izafi dəyər (surplus value)

• urbanizasiya effekti (urbanization economies)

• şaquli inteqrasiya (vertical integration) 




MÜZAKİRƏ ÜÇÜN SUALLAR

MÜZAKİRƏ ÜÇÜN SUALLAR

1.

Əmək firmanın istifadə etdiyi digər istehsal amillərindən necə fərqlənir?



2.

Əməyə sektor tələbinin həcmi və növünü nə müəyyən edir?

3.

Firmalar həmişə ucuz əmək axtarırlar?Nə üçün hə və ya nə üçün yox?



4.

İnsan kapitalı nədir və nə üçün vacibdir?

5.

Torpaq göstəricisi firmaların yerləşməsinə necə təsir göstərir?



6.

Kapital nədir? Sabit və likvid kapitalı fərqləndirin.

7.

Firma yerləşməsinin Weber modelini izah edin.



8.

Miqyas və aqlomerasiya effektlərini müqayisə edin və fərqləndirin.

9.

Sektor yerləşməsində davranış yanaşması nədir?



10.

Şaquli və üfüqi inteqrasiyanı fərqləndirin.

11.

Çoxfabrikli və çoxməhsullu firmaları müqayisə edin və fərqləndirin.



12.

Məhsulun həyat dövrü modeli nədir və o firmaların yerləşməsinə necə təsir göstərir? 

13.

Kondratiev dalğalarını izah edin.



14.

Biznes tsiklləri lokal landşaftları necə formalaşdırır?

15.

Dövlətin iqtisadi landşaftlara göstərdiyi 6 təsir yolu hansılardır?



16.

“Azad bazar” reallıqda varmı? Nə üçün yox?



Document Outline

  • Slide 1
  • Slide 2
  • Slide 3
  • Slide 4
  • Slide 5
  • Slide 6
  • Slide 7
  • Slide 8
  • Slide 9
  • Slide 10
  • Slide 11
  • Slide 12
  • Slide 13
  • Slide 14
  • Slide 15
  • Slide 16
  • Slide 17
  • Slide 18
  • Slide 19
  • Slide 20
  • Slide 21
  • Slide 22
  • Slide 23
  • Slide 24
  • Slide 25
  • Slide 26
  • Slide 27
  • Slide 28
  • Slide 29
  • Slide 30
  • Slide 31
  • Slide 32
  • Slide 33
  • Slide 34
  • Slide 35
  • Slide 36
  • Slide 37
  • Slide 38
  • Slide 39
  • Slide 40
  • Slide 41
  • Slide 42
  • Slide 43
  • Slide 44
  • Slide 45
  • Slide 46
  • Slide 47
  • Slide 48
  • Slide 49
  • Slide 50
  • Slide 51
  • Slide 52
  • Slide 53
  • Slide 54
  • Slide 55
  • Slide 56
  • Slide 57
  • Slide 58
  • Slide 59
  • Slide 60
  • Slide 61
  • Slide 62

Yüklə 131,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə