Müasir ekoloji problemlər müəyyən dərəcədə iqtisadi fikrin bu sahədə geri qalması
nəticəsində yaranmışdır. Nə iqtisad elminin klassikləri (A.Smit, K.Rikardo), nə də
onlardan sonra gələn iqtisadçılar (D.Keyns, A.Marşall da daxil olmaqla)
iqtisadi
inkişafda ekoloji məhdudliyyətlərə lazımi əhəmiyyət verməmişlər. Yalnız XX əsrin 70-
ci illərində, ekoloji problemlərin kəskinləşdiyi dövrdə, iqtisadiyyat elmi artıq
mövcud
olan ekoloji-
iqtisadi inkişaf meyillərini təhlil etmək, inkişafın
prinsipcə yeni
konsepsiyasını işləyib hazırlamaq zərurəti qarşısında qaldı.
İqtisadiyyatın müasir ekoloji-iqtisadi inkişaf növünü iqtisadi inkişafın texnogen növü
kimi müəyyən etmək olar. Bu növü ekoloji məhdudiyyətlər nəzərə alınmadan yaradılan
süni istehsal vasitələrindən istifadəyə əsaslanan təbiət tutumlu (təbiəti dağıdan) inkişaf
tipi kimi
səciyyələndirmək olar.
Bərpa oluna bilməyən təbii resurslardan sürətlə istifadə,
bərpa oluna bilən təbii
resursların onların bərpa sürətindən yüksək sürətlə istismar edilməsi texnogen inkişaf
növünün xarakterik xüsusiyyətlərindəndir.
İqtisadi inkişafın texnogen üsuluna əhəmiyyətli eksternallar (yaxud xarici təsirlər)
xasdır. Təbiətdən istifadədə onları iqtisadi fəaliyyətin neqativ ekoloji-iqtisadi nəticəsi
kimi səciyyələndirmək olar.
Texnoge
n inkişaf növünün müxtəlif modelləri mövcuddur. Ekoloji-iqtisadi siyasət
mövqeyindən iki ümumiləşdirilmiş modeli – “frontal iqtisadiyyat” və “ətraf mühitin
mühafizəsi” konsepsiyasını qeyd etmək olar.
Son zamanlara qədər iqtisadi nəzəriyyə və təcrübədə əsas diqqət iqtisadi artımın iki
amilinə - əmək və kapitala yönəldilmişdir. Təbii resurslar tükənməz hesab edilirdi. Bu,
iqtisadi nəzəriyyə və iqtisadi tədqiqatlarda geniş istifadə edilən aşağıdakı ifadədə,
istehsal funksiyasının misalında aydın görünür:
U=f(K,L) (1)
Burada:
U
– iqtisadi artım göstəricisi (ümumi daxili məhsul, milli gəlir);
f
– funksiyadır;
K
– kapital;
L -
əmək ehtiyatları.
İqtisadi inkişafın nəticəsi kimi ətraf mühitin və resursların
pisləşməsi kimi problemlər
isə nəzərə alınmırdı. Bunun əks tərəfi, ekoloji pisləşmə,
iqtisadi inkişaf, əmək
resurslarının vəziyyəti, əhalinin həyat keyfiyyəti arasında əks əlaqə öyrənilmirdi. Bu cür
iqtisadi sistemi “ümumi iqtisadiyyat” və ya K.Bouldinqin ifadəsi ilə “kovboy iqtisadiyyatı”
adlandırırlar.
Ümumi (frontal) iqtisadiyyat konsepsiyasının mahiyyəti son vaxtlara qədər etiraz
doğurmurdu. Yalnız son zamanlar iqtisadi nəzəriyyənin ekologiya istiqamətinə
yönəldilməsinin zəruriliyi dərk edilməyə başladı. Dərk
etmək prosesi məhsuldar
qüvvələrin sürətli inkişafı və əhalinin artımı nəticəsində təbiətlə cəmiyyət arasında
münasibətlərin keyfiyyətcə dəyişməsi, ekosistemə düşən gücün böyük artımı ilə
əlaqədardır.
Ekoloji gərginliyin artması, ümumi iqtisadiyyatın köhnə anlayışlarla inkişafının təhlükəli
olmasının dərk edilməsi, bir çox ölkələri ekoloji amil¬ləri nəzərə almaq üçün cəhdlər
göstərməyə sövq etdi. Bununla əlaqədar olaraq, təqribi də olsa ətraf mühitin qorunması
konsepsiyası kimi müəy¬yən edilən (bu çərçivədə yanaşmaların müxtəlifliyi səbəbi ilə)
konsepsiya meydana çıxdı.
Ekoloji təhlükə yüzdən çox ölkədə təbiətin qorunması ilə əlaqədar dövlət orqanlarının
yaradılmasına səbəb oldu.
Təbiətin mühafizəsi üzrə fəaliyyət göstərilməsinin zəruriliyi ona əsaslanır ki, ətraf
mühitin pisləşməsi insanlara ziyan vurur və iqtisadi inkişafı gecikdirir.
Lakin
iqtisadiyyatla təbiət arasındakı ziddiyyəti real olaraq, bir konsepsiya çərçivəsində həll
etmək qeyri-mümkündür. Bunu dünyada ekoloji problemlərin getdikcə artması sübut
edir