“Elektron hökumət portalına daxil olmaq üçün istifadəçilərə kod və parolların internet vasitəsi ilə verilməsi üzrə istifadəçi təlimatı və istifadə qaydaları



Yüklə 20,97 Kb.

tarix08.10.2017
ölçüsü20,97 Kb.
növüQaydalar


 

“Elektron hökumət" portalına daxil olmaq üçün istifadəçilərə kod 

və parolların internet vasitəsi ilə verilməsi üzrə istifadəçi 

təlimatı və istifadə qaydaları 

 

1. Ümumi müddəalar  

 

1.1.Elektron  xidmətin  adı:  “Elektron  hökumət"  portalına  daxil  olmaq 

üçün istifadəçilərə kod və parolların internet vasitəsi ilə verilməsi.  



1.2.Elektron  xidmətin  məzmunu:  Bu  elektron  xidmət  “Elektron 

hökumət” portalına daxil olmaq üçün istifadəçilərə kod və parolların internet 

vasitəsi ilə verilməsi üçün online müraciətin qəbul edilməsindən və nəticəsi 

barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.  



1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:  

Azərbaycan  Respublikası  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin 

Məlumat Hesablama Mərkəzi.  

1.5  Elektron  xidmətin  göstərilməsinin  nəticəsi:  İstifadəçi  “Elektron 

hökumət” portalına daxil olmaq üçün kod və parolu heç bir yerə müraciət 

etmədən internet vasitəsi ilə əldə edir.  

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi  

2.1. Elektron xidmətin növü: İnteraktiv.  

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.  

2.3.  Elektron  xidmətin  istifadəçiləri:  Azərbaycan  Respublikasının 

vətəndaşları.  



2.5. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və 

onların təqdim olunma forması:  

˗ Şəxsiyyət vəsiqəsi (vəsiqənin seriya nömrəsi və pin kodu daxil edilir);  

˗ Sürücülük vəsiqəsi (vəsiqənin seriya nömrəsi daxil edilir);  

˗ Ümumvətəndaşlıq pasportu (xarici pasport- seriya nömrəsi daxil edilir);  

˗ Dövlət Sosial Sığorta şəhadətnaməsi (seriya nömrəsi daxil edilir).  



3.Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar.  

3.1. Sorğunun formalaşdirilması;  

Sifarişçi www.e-gov.az  internet saytının online müraciət bölməsinə daxil 

olaraq aşağıda qəbul olunmuş formada avtorizasiya mərhələsini keçir:  

Şəxsiyyət  vəsiqəsinin  seriya  nömrəsini,  pin  kodu  və  təhlükəsizlik  kodunu 

daxil edir. Bu zaman yeni dialoq pəncərəsi açılır.  

Dialoq  pəncərəsində  istifadəçi  portala  daxil  olmaq  üçün  istifadəçi  adını 

(login)  və  şifrəni  (password)  qeyd  edir,  sonra  şəxsiyyət  vəsiqəsi  və  əlaqə 

vasitələri barədə məlumatları (ad, soyad, atasının adı, doğum tarixi, əlaqə 

vasitəsi, e-poçt ünvanı, yaşadığı ünvan) daxil edir.  

Şəxsiyyət  vəsiqəsinin  nömrəsi  və  pin  kodu  sistem  tərəfindən  avromatik 

qeyd olunur.  

Gizli  sual  - (sual və cavab hissəsi) - istifadəçi Mərkəzə kod və parolu ilə 

bağlı  hər  hansı  sorğusuna  cavab  almaq  məqsədilə  müraciət  etdikdə 

operatorun ona ünvanladığı sual hesab edilir.  

“Şəxsiyyətin  doğruluğunun  təsdiqlənməsi”  hissəsində  şəxsiyyət 

vəsiqəsinin  həqiqətən  istifadəçiyə  aid  olduğunu  təsdiqləmək  üçün  aşağıda 

göstərilən əlavə məlumatlardan ən azı üçü düzgün qeyd olunmalıdır.  

“Sürücülük  vəsiqəsinin  nömrəsi”  pəncərəsində  istifadəçinin  sürücülük 

vəsiqəsinin nömrəsi;  

Mobil  nömrəniz”  pəncərəsində  istifadəçinin  adına  olan  mobil  telefon 

nömrəsi;  

Dövlət  Sosial  Sığorta  şəhadətnaməsinin  nömrəsi  ”  pəncərəsində 

Sosial sığorta şəhadətnaməsinin nömrəsi;  



“Ümumvətəndaşlıq 

pasportu” 

pəncərəsində 

ümumvətəndaş 

pasportunun nömrəsi qeyd olunur.  

Sistem tərəfindən məlumatların doğruluğu avtomatik olaraq yoxlanılır.  

Hər hansı bir sətirdə səhv olduğu zaman bu haqda ekrana mesaj çıxır.  

Qeyd olunan məlumatlar doğru olduqda 3-cü pəncərə açılır.  

İstifadəçi  bu  səhifədə  istifadəçi  kodunu  aktivləşdirmək  üçün  aşağıdakı 

aktivasiya növlərindən birini seçməlidir:  

Elektron  poçt  ilə: Elektron poçt ünvanı (mütləq “gov.az”  uzantılı ünvan 

qeyd olunmalıdır); E-poçt ünvanına aktivasiya kodu göndərilir.  



Mobil 

nömrə 

ilə

İstifadəçinin 



“Şəxsiyyətin 

doğruluğunun 

təsdiqlənməsi”  hissəsində  qeyd  etdiyi  mobil  telefon  nömrəsi  qeyd  olunur. 

İstifadəşi  "kodu  göndər"  düyməsini  seçir.  Bu  zaman  qeyd  olunan  mobil 

telefona SMS vasitəsilə aktivasiya kodu göndərilir. Alınan kod aktivasiya kodu 

sahəsində qeyd olunur və təsdiqlənir.  




3.2  Sorğunun  qəbulu:  Göndərilən  sənədlərdə  qeyri-dəqiqlik  və 

uyğunsuzluqlar aşkar edilmədikdə sorğu qəbul edilir.  

Sifariş sistem tərəfindən qeydə alınaraq qəbul olunur.  

4. Kod və paroldan 

istifadə qaydaları: 

Bu qaydalar istifadəçi kodu və parolundan 

(bundan sonra kod-parol) istifadə etmə şərtlərini əks etdirir. Bu şərtlər kod-paroldan 

yararlanan bütün vətəndaşlara şamil edilir. Siz hər dəfə “Elektron hökumət” portalına 

daxil olduğunuz zaman bu paroldan istifadə edəcəksiniz. Parol unikaldır və yalnız sizə 

məxsusdur.  Paroldan  başqalarının  istifadəsi  qəti-qadağandır.  Sizə  təqdim  olunan 

paroldan  istifadə  etməklə,  aşağıda  qeyd  olunan  şərtlərlə  razılaşaraq  onlara  riayət 

etməlisiniz. Əks təqdirdə bu paroldan istifadə etməyiniz məsləhət deyil.  

1.  “Paroldan  istifadə  etmə  qaydaları”  ilə  tanış  olduqdan  sonra  həmin  qaydalara 

mütləq riayət etmək;  

2.  Parol  üçün  elektron  sorğunu  yaratdıqda,  təhlükəsizlik  baxımından  Portal 

tərəfindən qoyulan bütün tələblərə əməl etmək;  

3. Elektron sorğunu tərtib etdikdə özünə aid məlumatları düzgün daxil etmək;  

4.  Elektron  sorğunu  yaratdıqda  seçdiyiniz  və  yazdığınız  “Gizli  sual”ı  və  “Gizli 

cavab”ı heç kəsə bildirməmək;  

5. Parolu dəyişən zaman onun minimum 8 hərf-rəqəm kombinasiyasından ibarət 

olmasına riayət etmək;  

6.  Parolu  itirdikdə  Sorğu  Mərkəzinə  (“157”  Xidməti)  müraciət  edib  onu 

dayandırmaq, təhlükə hiss edildikdə mütləq ləğv etdirmək.  

Məlumat  Hesablama  Mərkəzi  ikinci  və  ya  üçüncü  şəxslər  tərəfindən  bu  parolun 

icazəsiz istifadəsi nəticəsində sizə və ya üçüncü şəxslərə dəyəcək ziyana görə heç 

bir məsuliyyət daşımır.  



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə