Elektron lüğətlər leksikoqrafiyanın inkişafında yeni mərhələ kimi Açar sözlər



Yüklə 77,14 Kb.
səhifə1/3
tarix22.03.2024
ölçüsü77,14 Kb.
#181376
  1   2   3
AMEA Dilcilik Institutu doktorant qiyabi



AMEA Dilçilik İnstitutu doktorant qiyabi
Məmmədova Jalə Eldar qızı
doctorant.amea@mail.ru
070 616 88 25

Elektron lüğətlər leksikoqrafiyanın inkişafında yeni mərhələ kimi


Açar sözlər: lüğət, elektron lüğət, ensiklopedik lüğətlər, izahlı lüğət, orfoqrafik lüğət, tərcümə lüğətlər
Ключевые слова: словарь, электронный словарь, энциклопедициский словарь, пояснительный словарь, орфогрофический словарь, переводный словарь
Keywords: dictionary, electronic dictionary, encyclopedic dictionary, explanatory dictionary, orphography dictionary, translation dictionary
Lüğət (Sözlük) — Müəyyən üslubla düzülən, mənası və ya tərcüməsi verilən və tələffüzü göstərilən sözlərin toplusudur. Müasir lüğətlər adətən əlifba sırası ilə düzülür. Lüğətlər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz əksini tapır və elmin normativ vəziyyətini əks edən mənbəyə çevrilir. Lüğətlərin tarixi çox qədimdir. Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. İlk türk dilli lüğət Mahmud Kaşğarinin yazdığı "Divani lüğat it-türk"-dür. Dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası olan Divanu Luğati-t-Türk müəllifi kimi şöhrət qazanmışdır. Divanu Luğati-t-Türk (ərəbcə: Türk dilləri lüğəti) - Türk dünyasının ilk ensiklopedik əsəri.  XI əsrdə yaşamış böyük türk alimi Mahmud Qaşqarlı tərəfindən Bağdadda 1072 - 1074 illər arasında yazılan Ərəbcə - Türkcə bir lüğətdir. Türkçənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyəyli topludur. Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Quruluş etibarı ilə lüğətdir. Lakin, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngindir. Səkkiz bölmədən (əsərdə "kitab") ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır. Orijinalı bilinməyən əsərin bizə məlum ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn Əbu-Bəkr ibn Əbu-l-Fəth tərəfindən üzü köçürülmüş və hal-hazırda İstanbul Millət Kitabxanasında saxlanılan nüsxəsidir. Ərəblərə türkçə öyrətmək, Türk dilinin yayılmasını təmin etmək üçün yazılmışdır. Lüğətlər iki cür olur:

  1. Ensiklopedik lüğətlər (başqa sözlə Ensiklopediya)

  2. Filoloji lüğətlər: izahlı, terminoloji, ikidilli, orfoqrafik, orfoepik, etimoloji lüğətləri filoloji lüğətlər adlanır. [1]

Lüğətlərin yeri və onların insan həyatında rolu o qədər də xüsusi vacibiyyatlıq daşımır. Lakin, ikinci və üçüncü minilliklərdə dillərarası və mədiniyyətlər arası əlaqələr genişlənməyə başladığı andan, leksikoqrafiyaya da maraq artmağa başladı. Qlobal internet şəbəkə leksikoqrafik nəzəriyyəyə son keçid edərək, bütün texniki imkanları ilə cəmiyyətin ehtiyaclarını ödədiyi halda, lüğətlərdən də yan keçməmişdi. Lüğətlərin daha da təkmilləşməsi üçün elektron lüğətlərin meydana gəlməsi, müasir dilçiliyin marağına səbəb olmuşdur. Son illərdə elektron lüğətlərin sayı onlayn şəbəkə də getdikcə çoxalır. Bu lüğətlər özlərində əlavə informasiya saxlamaqla, daxili istifadəçi qabiliyyəti hətta anonim şərhlər, rəylər verməyə də malikdir. Hazırda leksikoqrafiya öz inkişaf yolunda yeni mərhələsin yaşayır. Kompyuterlərin, kommunikasiya və multimediya texnologiyaların inkişafı leksikoqrafiyada yeni nəsil yaratdı, o cümlədən də leksik resurslar qlobal şəbəkənin inkişafı üçün yeni imkanlar təyin etdi. Lüğətlərin xüsusi aktuallığı leksikoqrafik sistem resrusların inkişafı üçün qlobal setin (internetin) üstünlüyü lüğətləri əvvələr gördüyümüz adi formada deyil, dillər və mədəniyyətlər arası qarşılıqlı əlaqələrin inkişafı nəticəsində sözlərin müasir tələblərə uyğun bütövlükdə izahını verilməsi ilə səciyələnir.
Eksperimental tədqiqatlar konsepsiyasına uyğun olaraq, dil daşıyıcıları olan sözlərin elektron lüğətlərdə seçilməsində tələb olunan əsas şərtlər:

  • Qarşılıqlı əlaqə, idrak və fəal ünsiyyət prosesində həssas, emosional mövzularda ən çox işlənən sözlər

  • Təyin olunmuş bilik sisteminə giriş və o struktura uyğun xidmət

  • Çoxtərəfli şəbəkə əlaqələri daxil etməklə, sözlər arasında semantik yaxınlıq yaradaraq, lüğətlərin ənənəvi qaydasına uyğun olaraq, onların sinonim və antonim variantlarının verilməsi

  • Ola bilər ki, bu cür şəbəkə əlaqələr leksikanın nüvəsində ilk metadil, fərdi əsas lüğət olmaqla xüsusi rola malik olsun

Əgər elektron lüğətlərin tərtibi zamanı bu əsas şərtlər əməl olunarsa, dillər və mədəniyyətlər arası qarşılıqlı əlaqələr insanları bu lüğətlərdən davamlı istifadə etməyə cəlb edər. Bu fərziyyənin nəzəri əsaslarına uyğun olaraq, tədqiqatın məqsədi elektron resrus istifadəçilərinə elə bir imkan yaratmaqdır ki, elektron resrus sistemini yenidən yükləndirərək material haqqında hər hansı bir informasiyanı bir neçə variantda proqnozlaşdırıb, sözün mənasını və onun milli mədəni prespektivliyini izah edərək sanki arsenal elektron leksikoqrafiyasına daxil olmaqdır. Yuxarıdakı məqsədlərimizi nəzərimizdə tutaraq, aşağıda verilən tədqiqat tapşırıqlarının həllini tapmaq olar.

  • Leksikoqrafik tədqiqatların əsas istiqamətlərini müəyyən etmək və müxtəlif səbəblərlə onların təsnifatını vermək

  • Iki dilli lüğətlərin müxtəlif növləri ilə həm yazılı (çap), həm elektron forması ilə tanış olmaq

  • Lüğətlərin təsnifatında ən aktual olanı qeyd etmək

  • Elektron lüğət konsepsiyasını izah etmək, bu terminin müxtəlif yanaşmalarla təsvir etmək

  • Ənənəvi yazılı (çap) lüğətlərlə müqaisədə elektron lüğətlərdə yenilik etmək

  • Elektron lüğətlərin əsas növlərini müəyyən etmək, onların quruluşunu, tərkibini təhlil etmək

  • Elm və tədqiqat nümayəndəliyinin yeni bir forması kimi elektron lüğət imkanlarını təsvir etmək

  • Elektron lüğətlərin əhəmiyyətini müəyyən etmək üçün mövcud elmi ədəbiyyatların tənqidi təhlili

  • Tədqiqat aparmaqla, sözün mənasını leksikoqrafik mənbələrə əsaslanaraq onun elektron lüğətlərdə təqdim etmə forması

Alimlərlə lüğətlərin tipologiyası haqqında sualları müzakirə edərkən, təqribən 180 elektron farmatda və müxtəlif növ kitab (çap) lüğətlər toplusuna baxılmışdır. Müxtəlif növ lüğətlərdə sözün təqdim spesifikliyini müəyyən etmək üçün əxlaqi keyfiyyətləri üstün tutmaqla 82 başlıq adda 33 müasir elektron lüğətlər (ikidilli lüğət, izahlı lüğət, assosiativ lüğət və elektron Vikipediya ensiklopediyası) təhlil edilmişdir. Hazırda müasir dünyada etnik və dini gərginlik artdığından lüğətlərdə tərbiyəvi, əxlaqi dəyərləri ifadə edən sözlər üstünlük təşkil edir. Bu şərt daxilində üstünlük yalnız buna verilmişdir. Yəni belə lüğətlər nə qədər çox olarsa və insanlar bu lüğətlərdən nə qədər çox istifadə edərlərsə bu yol dünyanı sülhə aparar. [2]
Kompüter lüğətlərinin kağız (kitab) lüğətlərdən üstünlükləri: hipermətn quruluşu və buna müvafiq hipermətn intinadlar belə lüğətlərin kağız lüğətlərdən üstün cəhətlərini və optimal istifadəolunma imkanlarını səciyyələndirən mühüm xüsusiyyətləridir:
-həcmin qeyri məhdudluğu
-həcmin çox olmasına baxmayaraq zəruri informasiyanın axtarış sürətinin çox böyük olması
-istinadlar vasitəsilə digər lüğətlərdən əlavə məlumatların əldə edilə bilməsi imkanı
-lüğətdəki məlumatların yeniliyi və müasir həyatla bağlılığı, yeni söz və ifadələrin dəqiq izahının olması
-lüğət məqalələri daim təzələndiyi və tamamlandığı üçün köhnəlməsi və uzunömürlüyü
-irihəcmli olmasına baxmayaraq, eyni zamanda yığcamlığı
Kompüter lüğətlərində kağız lüğətlərdə olmayan əlavə informasiyalar da yerləşdirilə bilər. Məsələn: sözün ifadə etdiyi əşya və ya məfhumun şəkli, sözün səslənmə variantları və s [3]
Hər hansı bir xarici dili öyrənərkən bütün öyrəncilərə bir dilli lüğətlərdən istifadə etmək çox vacibdir. Dillər Universitetlərində, dil öyrətim mərkəzlərində özündə vacib informasiyaları (məsələn: qrammatika, söz birləşmələri, yazı qaydalarının yoxlanışı, mətn tələffüzü, sözlərin və mətnin etimologiyası və s.) qoruyub saxlayan bir dilli lüğətlər tövsiyə olunur. Bu mərhələdə müəllimlər və tələbələr üçün lüğətlərdən istifadə etmək məqsədilə çoxlu materiallar mövcuddur. Bu materiallar sadədən mürəkkəbə doğru dəyişir. Lüğətlər dillərin çoxluğu əsasında təsnif olunur. Bir dilli lüğətlər dil daşıyıcıları üçün müxtəlifdir. Onlar sözlərin geniş seçimindən ibarət deyil, onlar leksik vahidlərin ümumi istifadə funksiyası üzərində mərkəzləşib. Bu hissə həmçinin lüğətlərin leksik funksiyasından bəhs edirki, hər ehtimala qarşı lüğətin istifadəsi kim və onun tələblərinin nədən ibarət olduğunu aydın izah etsin. [4]
Xarici dil öyrənmək istəyənlərin və tərcüməçilərin ən çox ehtiyac duyduğu vasitə lüğət və tərcümə proqramları və ya saytlarıdır. Baxmayaraq ki artıq 20 ildən çoxdur dövlət müstəqilliyimizi qazanmışıq bu sahədə görülən işlər çox da qənaətbəxş sayılmaz. Müstəqilliyimizin ilk illərində xarici dilləri xüsusən də ingilis dilini öyrənmək üçün əsasən rusca kitablardan istifadə olunurdu. ”Просвещение” nəşriyyatının yayımları bu kitablar arasında üstünlük təşkil edirdi. Bir də “Advanced Grammar in Use” kitabı çox istifadə olunurdu. Azərbaycanda çıxardılmış ilk ingiliscə-azərbaycanca lüğət 4 cildlik Oruc Musayev tərəfindən hazırlanmışdır. Azərbaycancanda elektron sahə üzrə demək olar ki, lüğət bazarına ilk giriş 2004-cü ilə təsadüf edir. Poliqlot layihəsi çərçivəsində həm onlayn həm də proqram olaraq hazırlanmış lüğət bu sahənin veteranı sayıla bilər. Poliqlot-a azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca, azərbaycanca-rusca, rusca-azərbaycanca, almanca-azərbaycanca, fransızca-azərbaycanca, azərbaycanca-fransızca və rusca-ingiliscə lüğətləri daxil edilmişdir. Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının “Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü” birgə layihəsi çərçivəsində 2006-cı ildə təqdim edilən “Dilmanc” maşın tərcüməsi layihəsi də bu sahədə çox iddialı sayılır. Azərbaycanca-ingilisə, ingiliscə-azərbaycanca və türk-azərbaycanca istiqamətləri üzrə tərcümənin mövcud olduğu proqrama 2010-cu ildə 200 simvolluq mətnlərin səsləndirilməsi funksiyası da əlavə edilmişdir.
Rus dilindən azərbaycan dilinə 5000 simvoldan ibarət mətni tərcümə etmək imkanı verən İntelsoft tərcüməçi onlayn maşın tərcüməsini də bu sahədə uğurlu addım saymaq olar. LingvoSoft layihəsi çərçivəsində hazırlanmış rusca-azərbaycan və ingiliscə-azərbaycanca ikitərəfli lüğətləri də diqqətəlayiqdir. Digərlərindən fərqli olaraq bu lüğətlər ödənişlidir və qiymətləri funskionallığına görə 35-50$ arasında dəyişir. Lüğətlərin həmçinin mobil versiyaları da mövcuddur. Hər iki lüğətdə də ayrılıqda hər iki dildə 400.000 söz və ifadə mövcuddur. Hazırda bu proqramların da internetdə sındırılmış (cracked) versiyaları yayılıb. Bundan başqa rusca-azərbaycanca və ingiliscə-azərbaycanca lüğətin onlayn versiyası da istifadə edilə bilər. Onlayn lüğətlərdən isə Azərbaycanın proqram bazarına ilk girən ən böyük şirkətlərdən olan Microsoft (Mikrosoft) lüğət sahəsində də öz imzasın qoyub. Mikrosoft məhsullarının tərcüməsi zamanı istifadə edilmiş terminologiyalar və onların qarşılıqları Microsoft Language Portal(Mikrosoft Dil Portalı) saytında cəmləşdirilib. Xatırladaq ki, bu terminologiyaların əksəriyyəti AzerDict söz bazasına da əlavə edilib. Azerice Sözlük saytında isə çox məhdud sayda da olsa sözlərin olduğu azərabaycanca-türkcə və türkcə-azərbaycanca lüğət fəaliyyət göstərir. 80.000-ə yaxın sözün cəmləşdiyi Azərbaycan dilinin orfoqrafiya lüğətinin onlayn versiyasını AzerDict Orfoqrafiya saytında istifadə edə proqram versiyasını isə bu saytdan endirə bilərsiniz. Təzəlikcə istifadəyə verilmiş Google Translate (Quqıl Tərcümə) azərbaycan dilinin beta versiyası isə müfəssəl şəkildə çalışmasa da böyük şirkətlərin azərbaycan dilinə olan artan marağını göstərir. İlk baxışda isə məlum olur ki tərcümənin azərbaycan versiyasın türkcə versiyası əsasında inkişaf etdirilib, çünki bəzi hallarda birbaşa türkcə daxil edilmiş cümlələr də azərbaycan dili seçili olduğu halda başqa dillərə tərcümə edilir. Ümid edirik Google-un bu xidməti də inkişaf etdirilib lazımi səviyyəyə çatdırılacaq. Lüğət proqramları arasında Babylon (Babilon) adlı proqram da vardı ki, bu proqramın həmçinin onlayn versiyası da mövcuddur. Lüğətin ən çox xoşuma gələn cəhəti isə saytda olan bəzi hallarda isə digər saytlarda tapa biləcəyiniz xüsusən Babylon üçün hazırlanmış dünyanın ən nüfuzlu ingiliscə ödənişli və ya pulsuz Oxford, Longman, Collins, MacMillan, American Heritage, Merriam-Webster fransızca Larousse, rusca Mueller eləcə də yüzlərlə digər dillərdə olan müxtəlif məzmunlu lüğətlərin proqrama əlavə edərək istifadə edilə bilinməsidir. Bu sayədə artıq bir lüğətdə tapa bilmədiyiniz sözü digər lüğətdə axtarmaq əziyyətindən qurtulmuş olacaqsınız. Pulsuz lüğətlər siyahısında poliqlot lüğətinin bazasından istifadə edilərək hazırlanmış rusca-azərbaycanca, ingiliscə-azərbaycanca və fransızca-azərbaycanca lüğətləri də Babylona əlavə edilərək istifadə edilə bilər. Xatırladım ki lüğət ödənişlidir amma lüğətin sındırılmış versiyalarını internetdə tapa bilərsiniz. Tərcümə proqramlarından isə Promt ən faydalı və çoxfunksiyalı maşın tərcüməsi proqramı hesab edilə bilər. Onlayn versiyasın da istifadə edə biləcəyiniz bu proqramın Professional 9.0 çoxdilli versiyası 400$ dəyərindədir. Bir çox proqramla inteqrasiya edə bilmə funksiyası olan bu proqram ingilis, rus, fransız, italyan, portuqal və alman dilləri arasındakı tərcümələri yerinə yetirir.
2009-cu ildə istehsalı dayandırılmış “Microsoft Encarta Encyclopaedia” ensiklopediyasının lüğəti 4 dildə (ingilis, fransız, alman və italyan) fəaliyyət göstərir. Bundan başqa lüğətdəki sinonimlər və ingiliscə səsləndirmə (həqiqi insan səsi ilə) kimi çox əlverişli və rahat xüsusiyyətlərə malikdir. Ensiklopediyanın fəaliyyətinin dayandırmasına baxmayaraq 2001 versiyalı Encarta lüğətinin internetdə tapa bilərsiniz. Sırf onlayn olaraq fəaliyyət göstərən lüğətlərdən TurengDictionary.com, çoxdilli WordReference və Etymology lüğətləri çox faydalı və zəngindir. [5]



Yüklə 77,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə