Əliağa Cəfərov amea (Azərbaycan) «koroğLU» dastaninin öYRƏNĠLMƏSĠNDƏ Ġ. ġOpen təCRÜBƏSĠ



Yüklə 77,18 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü77,18 Kb.
#18409


76 

 

Əliağa Cəfərov 



AMEA (Azərbaycan) 

 

 «KOROĞLU» DASTANININ ÖYRƏNĠLMƏSĠNDƏ Ġ. ġOPEN TƏCRÜBƏSĠ  

 

Açar sözlər: Ġ.ġopen, Rassudana, dastan, rəvayət, tərcümə, Koroğlu 

 

«Koroğlu»  dastanının  ilk  toplayıcısı  və  tədqiqatçısı  olan  Ġ.ġopenin  variantı  milli 



dastançılıqda əhəmiyyətli yer tutur. Burada Koroğlu obrazı dastan ənənəsinə görə mənfi planda, 

qaçaq, quldur kimi təsvir olunmasına baxmayaraq, ilk nəĢr kimi qiymətlidir. 

Ġ.ġopen  variantının  zərərli  cəhətlərini,  Koroğlunun  adına  yaxılmıĢ  qara  ləkəni,  mətnin 

erməni tərcüməçisi tərəfindən saxtalaĢdırılmasını, saxta mətn olmasını üzə çıxarmaq tədqiqatın 

əsas məqsədini təĢkil edir. 

«Koroğlu» haqqında bu ilk mətbu yazı 1830-cu ilə təsadüf edir. «Тифлисские ведомости» 

qəzetinin  68-ci  sayında  (23  avqust)  isə  naməlum  müəllifin  «Деревня  Огруджа:  замок  раз-

бойника  Урушана  Кер-оглы,  его  история»  məqaləsi  çap  olunmuĢdur.  Məqalədə  Koroğlu 

qalasından və dastanın bir qolundan bəhs edilir. 

Rus  mətbuatında  dastana  dair  ilk  məlumat  Ġ.ġopenə  məxsusdur.  Ancaq  belə  demək 

mümkünsə, bu sahədə ilk təcrübələrdən biri Ġ.ġopenə məxsusdur. Milliyyətcə polyak olan ġopen 

çar  hökumətinin  məmuru  kimi  bir  müddət  Zaqafqaziyada  iĢləmiĢdir.  Elə  bu  zaman  Araz  çayı 

sahillərindən «Koroğlu» dastanına aid materiallar tapılmıĢdır. Ġ.ġopen bu məsələ barəsində yazır: 

«AĢıq  çunqurunu  kökləyib  çox  uzun  bir  hekayə  baĢladı.  Hekayənin  bir  hissəsini  nəql  edir,  bir 

hissəsini oxuyurdu. Mən Ģair deyiləm, tərcüməçini də günahlandıra bilmərəm. Ancaq çalıĢmıĢam 

ki, hadisələr arasında əlaqəni saxlayım, aĢığın əsas fikirlərini qoruyum» (6, Ön söz). 

«Koroğlu»  dastanının  dünyaya  tanıdılmasında  rus  və  Avropa  tədqiqatçıları  böyük  rol 

oynamıĢlar.  XIX  əsrin  əvvəllərindən  baĢlayaraq  «Koroğlu»  eposu  dünya  folklorĢünaslığının 

diqqət  mərkəzində  olmuĢdur.  Bu  iĢ  bilavasitə  rus  və  Avropa  mətbuatının  köməyi  ilə  həyata 

keçirilmiĢdir.  KoroğluĢünaslıqda  belə  bir  fikir  vardır  ki,  «Koroğlu»  eposunun  ilk  dəfə  elmə 

məlum  olması  Ġ.ġopenin  fəaliyyəti  nəticəsində  mümkün  olmuĢdur.  Ġndi  «Qafqaz-Anadolu» 

versiyası  adlandırılan  «Koroğlu»nun  ilk  quraĢdırma  mətnini  Ġ.ġopen  «Кер-оглы»  -  татарская 

легенда»  adı  ilə  «Маяк  современного  просвещения  и  образования»  jurnalında  1840-cı  ildə 

çap etdirmiĢdir. 

Ġ.ġopen  variantının  əsas  müsbət  xüsusiyyəti  ondan  ibarətdir  ki,  dünyanın  marağını 

Azərbaycan  xalqının  etnik-tarixi  köklərinə,  mənəvi-ictimai  həyatına  yönləndirmiĢ,  Azərbaycan 

xalqının bədii-estetik dəyərlərinə diqqəti artırmıĢdır. 

Ġ.ġopen  XIX  əsrin  30-cu  illərində  Ermənistan  vilayətinin  gəlirləri  və  hökumət  mülkləri 

idarəsinin  rəisi  vəzifəsində  çalıĢmıĢdır  (245,  Slovar,  s.82).  O,  asudə  vaxtlarında  Araz  boyu 

sərhəd kəndlərini gəzir, yerli camaatın adət-ənənəsi, folklor yaradıcılığı ilə maraqlanırdı. O, hələ 

Tiflisdə  olarkən  Koroğlu  haqqında  eĢitmiĢ,  Tiflis  yaxınlığındakı  Qoçur  yaylasında  Koroğlu 

qalasını  görmüĢ,  onun  haqqındakı  rəvayətləri  dinləmiĢdi.  O,  Ermənistanda  iĢləyərkən  onda  bu 

rəvayətlərə  maraq  daha  da  artmıĢ,  topladığı  materialları  yuxarıda  adı  çəkilən  jurnalda  çap 

etdirmiĢdir Ġ.ġopenin topladığı mətn iki hissədən ibarətdir. O, topladığı dastandan kiçik parçanı 

təqdim  etmiĢ,  sonra  bu  parçadakı  əfsanəvi  adlara  və  terminlərə  Ģərhlər  vermiĢdir.  Mətn  iki 

qoldan  ibarətdir:  «Alı  kiĢi»  və  «Həmzənin  Qıratı  aparması».  Ġ.ġopen  bu  qolları  Ömər  adlı  bir 




77 

 

aĢıqdan qeydə aldığını yazır (2, s.54). Təbii ki, Ġ.ġopen Azərbaycan dilini bilmirdi və o, aĢıqla 



erməni  tərcüməçi  vasitəsilə  söhbət  edirdi.  O,  Azərbaycan  aĢığını  ilk  dəfə  görərkən  onun 

hərəkətlərinə,  geyiminə  fikir  vermiĢ,  çaldığı  sazı  isə  çunqur  adlandırmıĢdır.  Ġ.ġopen  bu  haqda 

belə yazırdı: «AĢıq çunqurunu kökləyib çox uzun bir hekayə baĢladı. O, hekayənin bir hissəsini 

danıĢır, bir hissəsini də oxuyurdu. Mən Ģair deyiləm, tərcüməçini də günahlandırmaq istəmirəm. 

ÇalıĢmıĢam ki, hadisələr arasındakı əlaqəni saxlayım, aĢığın əsas fikirlərini qoruyum» (3, s.348). 

Ġ.ġopen  «Koroğlu»  dastanına  «Son əhvalat mənim ixtiramdır» adlı bir parça da əlavə etmiĢdir. 

Bu  parça  dastanın  ümumi  qəhrəmanlıq  xəttinə  uyğun  gəlmir.  Burada  nəql  edilir  ki,  Koroğlu 

Rassudana  adlı  bir  gürcü  qızına  vurulmuĢdur.  Qız  isə  onun  qarĢısına  Ģərt  qoymuĢdur  ki,  əgər 

qaçaqçılıqdan  və  müsəlmanlıqdan  əl  çəksən  sənə  gələrəm.  Koroğlu  bu  Ģərtə  razı  olur  və 

dəlilərdən xəlvət kilsəyə gedir. Dəlilər bu iĢdən xəbər tutub Rassudananı öldürürlər. 

Bu  süjet  qondarma  bir  süjetdir,  eyni  zamanda  milli  qəhrəmanın  adına  layiq  olmayan 

süjetdir.  Onun  saxta  olmasını  bir  çox  görkəmli  alimlər  –  V.M.Jirmunski,  B.A.Qarrıyev, 

H.T.Zərifov,  M.H.Təhmasib,  A.Nəbiyev,  M.Sadıxov  və  baĢqaları  qeyd  etmiĢlər.  Ġ.ġopenin  bu 

variantından  da  görünür  ki,  o,  dastan  üzərində  çox  sərbəst  Ģəkildə  iĢləmiĢ,  özündən  mətnə 

əlavələr etmiĢ, Koroğlunun Ģəxsiyyətini, onun qəhrəman adını alçaltmıĢdır. Ġ.ġopenin «Koroğlu» 

epizodu haqqında əhəmiyyəti olmayan bir iĢ kimi danıĢılmıĢ, V.M.Jirmunski və H.T.Zərifov isə 

bu  epizodu  özünəməxsus  Ģəkildə  bayronsaəğı  təkmilləĢdirmə  adlandırmıĢlar  (4,  s.507). 

Azərbaycan  folklorĢünaslığında  da  M.H.Təhmasib  bu  nəĢri  zərərli  hesab  etmiĢ,  Koroğlunun 

gürcü qızı ilə olan əhvalatını ġopenin uydurması adlandırmıĢdır. M.H.Təhmasib bu haqda belə 

yazırdı:  «NaĢirin  dediyinə  görə,  o,  bu  variantı  milliyyəti  məlum  olmayan  bir  nəfərdən  eĢitmiĢ, 

lakin  özü  yerli  dili  bilmədiyi  üçün  az-çox  baĢa  düĢən  bir  erməni  yoldaĢının  köməyi  ilə  baĢa 

düĢmüĢ və ruscaya tərcümə etmiĢdir. Bu «variantın» nə dərəcədə dəqiq ola biləcəyi elə buradan 

görünür. Lakin Ġ.ġopenin «xidməti» bununla bitmir. O, onsuz da Ģəkildən-Ģəkilə salınmıĢ bu va-

riantı həm də yenidən özü istədiyi kimi iĢləmiĢ, düzəltmiĢ, öz ruhuna və zövqünə uyğun bir hala 

salmıĢdır.  Nəticədə  Koroğlu  adına  böhtandan  ibarət  olan  tamamilə  zərərli  bir  uydurma  əmələ 

gəlmiĢdir» (8, s.19). M.H.Təhmasib qeyd edir ki, dastanı danıĢan adamın Koroğluya münasibəti 

də  diqqət  çəkir.  O,  altıncı  sətirdə  Koroğlu  haqqında  danıĢarkən  deyir:  «Onun  qana  həris  olan 

ruhu  çoxdan  cəhənnəmə  vasil  olmuĢdur».  O,  sonra  həmsöhbətinə  müraciət  edib  deyir:  «Gəl  bu 

qayanın  kölgəsində  əyləĢək.  Mən  sənə  Koroğludan  danıĢım,  sən  isə  çomağı  əlində  hazır  saxla. 

Bu yerlərin hakimi olan zəhərli ilanlar öz keçmiĢ ağaları kimi sayıq olmayan  yolçulara qəflətən 

basqın edirlər» (11, s.11). Göründüyü kimi, M.H.Təhmasib dastanı danıĢanın xarakterini vermə-

yə çalıĢmıĢdır. M.H.Təhmasib deyir ki, bütün bu söylənilənlərə görə milliyyəti məlum olmayan, 

bir az oxuyan kimi səsi  xırıldayan,  «uzun, ağ saqqal saxlayan», ġopenin verdiyi Kaxet Ģərabını 

son  damlasına  qədər  içən  həmin  nağılçının  Azərbaycan  aĢığı  olması  Ģübhə  doğurur  (11,  s.11). 

Həmin  «Azərbaycan  aĢığının»  danıĢdığı  azərbaycanlı  mentalitetinə  uyğun  gəlmir.  Ġ.ġopen  də 

hansı  marağa  görəsə  bu  sayıqlamanı  nəinki  nəĢr  etmiĢ,  hətta  Koroğlunun  azərbaycanlı  olma-

dığını, hakimiyyət uğrunda savaĢan yuxarı silkin nümayəndəsi kimi təqdim etmiĢdir (8, s.20). 

Bütün  bu  göstərilənlərə  baxmayaraq  ġopen  variantı  dastanın  tədqiqi  tarixini  araĢdırmaq 

üçün  bir  mənbədir.  Bu  cəhətdən  B.A.Qarrıyevin  Ġ.ġopenə  münasibəti  seçilir.  O,  ġopen  nəĢrini 

qiymətləndirir  və  yazır:  «Ġ.ġopen  nəĢri  əfsanəvi  Koroğlunun  qəhrəmanlığı  haqqında  ilk  türk 

aĢığından  eĢitdiyi  nəğmələrin  məzmununun  romantikcəsinə  nəqlidir.  ġopenin  nəql  etdiyi  bu 

versiya dağların möhtəĢəm təsviri və tərənnümü ilə baĢlayır. Güman etmək olar ki, bu romantik 




78 

 

təsvir ġopenin özü tərəfindən söylənilir» (5, s.22 – 23).  



ġopenin  həmin  mətni  haqqında  M.Sadıxov  da  öz  fikrini  bildirmiĢdir.  Onun  da  fikirləri 

M.H.Təhmasibin  dediklərinə  qismən  uyğun  gəlir.  O,  Ġ.ġopen  nəĢrindəki  əsas  süjet  xəttinin 

izlənildiyini göstərir, lakin onun (ġopenin) dastan mətninin dəqiqliyinə təminat verə bilmir. O da 

M.H.Təhmasib kimi dastanın Ömər adlı azərbaycanlı aĢıqdan birbaĢa deyil, erməni tərcüməçidən 

eĢidib yazıya alındığını qeyd edir.  

Ġ.ġopen erməni tərcüməçinin Koroğlunu özü istədiyi kimi tərcümə etməsinə də münasibət 

bildirmiĢdir.  Ġ.ġopen  yazır:  «Mən  günahlarına  görə  qulduru  keĢiĢ  cübbəsinə  geyindirmək 

arzusuna qarĢı dayana bilmədim» (12, s.24). 

Bəzi yerlərdə ġopen Koroğlunu müsbət qəhrəman kimi də verir, onu zəiflərin pənahı sayır. 

Ġ.ġopen 27-ci səhifədə yazır ki, «onun qorxunc əli dikbaĢ və tamahkarları cəzalandıraraq zəiflərə 

rəhm etdi, binəsiblərin gözlərindən axan yaĢı sildi və həmiĢə yoxsulların dərdinə Ģərik oldu» (12, 

s.23). ġ.Ələkbərova ġopen nəĢrinin Ģərhlər bölməsində maraqlı fikirlərin olduğunu, nöqsanlarına 

baxmayaraq  eposun  tədqiqi  tarixinin  də  xüsusi  əhəmiyyət  daĢıdığını  bildirir.  O,  «Koroğlu» 

eposunun  nəĢri  və  tərcüməsi  tarixindən»  adlı  məqaləsində  də  yuxarıdakı  fikirləri  qeyd  edir  (1, 

s.168 – 176). 

Yuxarıda  göstərilən  fikirlər  ġopen  nəĢrinin  tarixi  əhəmiyyətini  azaltmasa  da,  onun  ancaq 

mürtəce  mahiyyətini  nəzərə  çatdırır.  Lakin  ġopen  nəĢrinə  təkcə  tənqidi  gözlə  baxmaq  olmaz. 

Düzdür, onun «Koroğlu»sunda ziddiyyətli cəhətlər çoxdur. Buna baxmayaraq, bizim üçün xüsusi 

ola biləcək müsbət cəhətləri də axtarmaq lazımdır. Bu «Koroğlu» ilk nəĢrdir. Prof. A.Nəbiyev də 

ġopen nəĢrinin «Koroğlu» süjetinə, onun dastan kimi formalaĢmasına təsirini önə çəkir və onun 

ilk nəĢr kimi roluna qiymət verir. A.Nəbiyev belə bir qənaətə gəlir ki, «Müqəddimə»də yazdığı 

«Koroğlu» hərfən tərcümədə  «Kor oğlu» deməkdir və bir çoxları bu fikirdədir ki, bu yenilməz 

qəhrəman tatardır» sözləri ilə ġopen onun təkə tayfasından çıxdığını təsdiq etmiĢ olur (9, s. 24). 

Müqəddimədəki  bu  fakt  Koroğlunun  Ģəxsiyyətinin  üzə  çıxarılmasına  kömək  edə  bilər.  Məhz 

prof.  A.Nəbiyev  də  bu  məsələyə  diqqət  yetirməyi  vacib  sayır.  Məsələn,  onun  Koroğlunu  «kor 

kiĢinin  oğlu»  hesab  etməsi  bütün  dastanlar  içində  Azərbaycan  dastanının  ən  qədim  olmasını 

göstərir,  Koroğlunun  milliyyəti  haqqında  olan  mübahisələrə  son  qoyur  A.Nəbiyev  yazır  ki, 

ġopen nəĢrində Alı kiĢinin gözlərinin xan tərəfindən çıxarılması, RövĢənin ondan intiqam alaraq 

yadellilərə qarĢı mübarizəsi, onun Qırata məhəbbəti və s. məsələlər də öz əksini tapmıĢdır. ġopen 

Koroğlunu  yadelli  iĢğalçılara  qarĢı  amansız  mübarizə  aparan  qəhrəman  kimi  təsvir  edir, 

Koroğlunun Çənlibeli böyük mərdliklə müdafiə etdiyini yazır. ġopen Qırat oğurlandıqdan sonra 

onu necə geri qaytardığını, bəylərin, paĢaların, tacirlərin düĢməni olduğunu qeyd edir. 

Ġ.ġopen nəĢri iki hissədən ibarətdir:  «Alı kiĢi» qolunu xatırladan hissə; «Həmzənin Qıratı 

oğurlaması»  qolunun  qısa  məzmunu.  Ġ.ġopen  bu  qısa  məzmunu  belə  verir:  «Nəhayət,  igid 

qoçağın səfərlərinin sorağı konkyerə (xotkara) gedib çatır və onun qəzəbinə səbəb olur. Konkyer 

əmr  verir  ki,  Koroğlunun  ya  ölüsünü,  ya  da  dirisini  tapıb  gətirmək  lazımdır.  Qərar  belə  olur, 

Koroğlunun  atını  oğurlamaq  lazımdır.  Xotkar  tərəfindən  buna  görə  böyük  ənam  vəd  olunur. 

Xotkarın adamı Çənlibelə gəlir və atı oğurlayıb aparır. 

Koroğlu əlində ağac, çiynində saz səyyah kimi osmanlıların torpağına yollanır. O, aĢıqlığı 

ilə camaatı heyran qoyur. Söhbət atdan gedəndə Koroğlu sultana deyir ki, mən sizin mehtərləri 

öyrədə  bilərəm.  Beləliklə,  Koroğlu  çox  ustalıqla  hamısını  aldadır,  atın  yanına  gəlir.  Qırat  onu 

tanıyır.  Koroğlu  atın  üstünə  aĢırılandan  sonra  deyir  ki,  «Sultan,  mən  Koroğluyam».  Oradan 




79 

 

Çənlibelə yol alır, Koroğlunun Ģöhrəti daha da artır, varlılar, ağalar onun əlindən zara gəlirlər. 



Qorxuya düĢən ağalar min cürə fırıldağa əl atır. Koroğlu ilə hətta öz doğma qızlarının hə-

yatı  bahasına  qohum  olmağı,  ondan  aman  diləməyi  özlərinə  xoĢbəxtlik  sayırlar.  Hər  tərəfdən 

Çənlibelə  hədiyyələrlə  elçillər  gəlir,  qızıl,  daĢ-qaĢ  hesabına  əmin-amanlıq  və  müdafiə  əldə 

edirlər. Beləliklə, Koroğlu böyük bir ölkəyə sahib olmuĢdu» (7, s.57). 

Ġ.ġopen  variantı  həcmcə  böyük  deyildir.  O,  «Koroğlu»  dastanından  qeyd  etdiyimiz  bəzi 

qolların məzmununu verdikdən sonra Koroğlunun Rassudanaya olan məhəbbət macərasını təsvir 

edir.  Ġ.ġopen  variantındakı  bu  məhəbbət  macərasının  artırılması  dastanı  danıĢanın  Koroğluya 

olan  münasibəti  axırıncı  cümlələrdən  də  görünür  və  dastan  bu  sözlərlə  tamamlanır: 

«Rassudananın  qətlindən  sonra  hirslənən,  qəzəblənən  Koroğlu  Əmir  Aslanı,  Süleymanı,  Həsən 

Əlini qılıncla vurur, dəlilərdən ibarət ümumi dəstəsini yararaq qaladan qaçır. Bu onun qaladakı 

axırıncı  günü  idi.  Dəstəsi  isə  baĢçısı  olmadığına  görə  tutulur»  (12,  s.23).  Axırıncı  cümlələrdə 

Koroğlunun xarakterinə uyğun gəlməyən mənalar vardır. Əvvəla Çənlibel bir qala kimi ona əziz 

bir  yerdir.  O,  buradan  qaçmaz.  Ona  görə  də  «bu  onun  qaladakı  axırıncı  günü  idi»  sözləri  çox 

absurd  səslənir.  Çənlibel  azadlıq  rəmzidir.  Koroğlunun  nəyin  naminə  isə  azadlıqdan  imtina 

etməsi ġopeni o qədər də maraqlandırmamıĢdır. 

ġopen  variantının  baĢqa  variantlardan  fərqlənən  bir  neçə  özəl  xüsusiyyətləri  vardır. 

Əvvəla, ġopen mətnində təsvir  çox romantikdir.  Xüsusilə Koroğlunun qalası Çənlibelin təsviri 

bu  cəhətdən  baĢqa  variantlardakı  təsvirdən  seçilir.  ġopen  nəĢrində  Koroğlu  ilə  dəlilər  arasında 

nifaq düĢmüĢdür. Bunun da səbəbi gürcü qızı Rassudanadır. Azərbaycan variantlarında Koroğlu 

qocalır, bir variantda qeyb olur, ġopen variantında isə Rassudana öldükdən sonra Koroğlu da itir. 

ġopen variantında Koroğlu qaçaq, quldur, karvan soyan dəstə baĢçısı kimi təqdim edilir.  

ġopen  variantında  Koroğlu  əvvəlcə  xalq  mənafeyi  uğrunda  fəaliyyət  göstərir,  sonra  isə 

peĢman olub özünü rahib kimi hiss edərək həyatını monastırda, kilsədə keçirmək istəyir. Bu kimi 

fərqli xüsusiyyətlər ġopen variantını milli müstəvidən uzaqlaĢdırır, ona antixalq donu geyindirir. 

Ġ.ġopen  nəĢrinin  sonunda  25-ə  qədər  həm  maraqlı,  həm  də  mübahisəli,  olduqca  zərərli 

qeydlər  də  vardır.  Məsələn,  «.  Koroğlu  –  hərfi  tərcüməsi  korun  oğlu.  Minlərlə  müxtəlif  növlü 

xalq  balladaları,  əfsanələri,  nağılları  və  mahnılarından  baĢqa,  bu  Ģöhrətli  qaçağın  Ģərəfinə  həsr 

olunmuĢ yerli rəvayətlərdən baĢqa mən tarixdə onun haqqında heç nə tapa bilmədim. Çamçuyan 

özünün «Erməni tarixi»ndə təsvir edir ki, özünü könüllü olaraq Azərbaycan əmiri Yusifin əlinə 

təslim edən çar Sumbat  Baqration 914-cü ildə Dvine Ģəhərində qətlə  yetirilib. Güman ki, ġərq 

xalqlarının adəti üzrə kor edilmiĢdir. Onun Yerkati («dəmir» deməkdir) ləqəbli oğlu AĢot 600-ə 

yaxın tərəfdar toplayaraq ərəblərə qarĢı barıĢmaz müharibə aparıb və Baqravand, ġirak, Kuxar, 

Tiflisin yaxınlığında TaĢir, Aqaztev və ArĢaruni mahallarında onlardan çoxlu adam qırıb. Ancaq 

o özünün aramsız yürüĢləri ilə hökmdardan çox atamana, qaçaqların baĢçısına oxĢamıĢdır və çox 

zaman bəzi qalaları zəbt etməklə kifayətlənmiĢdir. 

Beləliklə,  yuxarıda  adları  çəkilən  bütün  bu  əyalətlərdə  Koroğlunun  adı  ilə  məĢhur  olan 

xərabəliklər  qalmıĢdır.  Ola  bilsin  AĢotun  qəhrəmanlığı  haqqında  rəvayətlər  ərəblərdən  və 

ermənilərdən  tatarlara  keçmiĢ  və  Koroğlu  haqqında  hekayələrin  əmələ  gəlməsinə  səbəb 

olmuĢdur» (12, s.12 – 15).  

Bu qeydlərdən göründüyü kimi, ġopen burada heç bir əsası olmayan mülahizə irəli sürür. 

Əlbəttə, bu fikrin onun düĢüncəsində əmələ gəlməsinə yardım edən erməni tərcüməçisidir. Hə-

min tərcüməçi tarixi faktları erməniləĢdirərək Koroğlunu da erməniləĢdirməkdən çəkinməmiĢdir. 




80 

 

Tarixi  hadisələri  də  914-cü  ilə  qədər  apararaq  ona  qədimlik  vermək  cəhdində  olmuĢdur.  Guya 



tarixi  rəvayətin  ərəblərdən  ermənilərə,  ermənilərdən  azərbaycanlılara  keçməsini  iddia  edən 

ġopen və ya onun erməni tarixçisi unudur ki, tarixi rəvayətin əmələ gəlməsi, yayılması üçpilləli 

ola bilməz.  Tarixi rəvayətlər  xalqın özünün  qəhrəmanlıq  tarixinin  kiçik  salnamələridir  və  tarixi 

rəvayət yaratma imkanına malik olan xalq ərəbdən, ermənidən rəvayət idxal edə bilməz. ġopen 

erməni tarixçisinə sığınaraq iddia edir ki, əmir Yusif 914-cü ildə özünü ona könüllü təslim edən 

erməni hökmdarı çar Sumbat Baqrationu edam edib, edamdan əvvəl ġərq adətinə görə gözlərini 

çıxarıb. ġopen bu məsələdə özünü dolaĢdırmıĢdır. Koroğlu adının belə qədimləĢdirilməsi, erməni 

adı  ilə  bağlanması  ġopeni  inanmadığı  fərziyyə  ilə  üz-üzə  qoymuĢdur.  Əmir  Yusif  ərəbdir. 

Azərbaycanda ərəblərə qarĢı Babək 22 il mübarizə aparmıĢdır. Bu mübarizədə Səhl Sumbat isə 

ərəblərin  tərəfinə  keçib  Babəki  satmıĢdır.  AĢotun  –  «kor  kiĢinin  oğlu»nun  ərəblərə  qarĢı  hansı 

mübarizəsindən söhbət gedə bilər ki, ermənilər öz amallarına daim xəyanət etmiĢlər. Əgər «Ko-

roğlu» rəvayətlərinin tarixi əsasını axtarmıĢ olsaq, görərik ki, xürrəmilər hərəkatı, bu hərəkatın 

iĢtirakçılarının qəhrəmanlıqları rəvayət Ģəklinə düĢüb xalq yaddaĢında təkamül prosesi keçirərək 

«Koroğlu»  dastanının  ideya-milli  istiqamətini  təyin  etməkdə  çox  mühüm  rol  oynamıĢdır.  Bu 

haqda M.H.Təhmasibin mülahizələri ağlabatan görünür (11, s.132 – 141).  

Göründüyü kimi, ġopen üçün «Koroğlu kimdir?» sualı artıq öz cavabını almıĢdır. Təbii ki, 

ġopen Azərbaycan tarixini bilmirdi. Buna görə də quraĢdırılan hər bir söhbətə inanırdı. Məsələn, 

o, ona söylənilən sözlərə əsasən Koroğlunun mənĢəyi haqqında  yazırdı:  «.Bununla belə bəziləri 

deyirlər ki, bu Ģöhrətli qaçaq tatar olub, Teymurilər sülaləsinin süqutundan sonra Ağqoyunlular 

və Qaraqoyunlular arasında olan çəkiĢmələrdən istifadə edərək qədim qalaları zəbt etmiĢ, oradan 

da  amansız  yürüĢlər  etmiĢdir»  (12,  s.24).  Burada  ġopen  heç  bir  tarixi  fakta  əsaslanmır.  Ancaq 

görünür  ki,  o,  Koroğlunun  mənĢəyini  XVI  –  XVII  əsrlərdən  də  əvvəlki  dövrlərdə  axtarmaq 

istəyir. O, Koroğlunu epikləĢdirir. Hər halda ġopenin cəlalilərin və Qarayazıçıoğlunun üsyanın-

dan xəbəri var idi. Ancaq o, Koroğlunu tarixin daha dərin qatlarında axtarmaq istəyir. Buna görə 

də Koroğlunu öz mətnində qədim dövrlərin  epik surəti kimi təqdim edir. Bu problem üzərində 

düĢünməyə  dəyər.  ġopen  üçün  tarixi  hadisələr  və  onun  dastanın  əsasını  nə  cür  təĢkil  etməsi 

maraq kəsb etməmiĢdir. O, qeydlərdə xotkarı qan tökən adlandırır və bu sözü Türkiyə sultanının 

titullarından biri kimi qeyd edir. 

ġopenin Koroğlu haqqındakı qeydlərindən belə görünür ki, o, Koroğlunu tarixdə yaĢamıĢ 

Ģəxsiyyət, qəhrəman və üsyan baĢçısı kimi, eyni zamanda aĢıq, sənətkar və dastan yaradıcısı kimi 

görür. Amma görünür ki, Ġ.ġopen «Koroğlu»nun məzmununu öz xoĢuna dəyiĢdirməmiĢdir. Bunu 

etməyə çar senzurası səbəb olmuĢdur. Variantlardakı bəzi maraqlı faktlar onu deməyə əsas verir 

ki, onun əlində üzərində iĢlədiyi əsas mətn olmuĢdur. O, Koroğlunun təkə tayfasından olduğunu 

atasının kor edildiyini də təsdiq edir. 

Belə nəticəyə gəliriki ki, ġopen nəĢri koroğluĢünaslıqda ilk təcrübə olduğu üçün əhəmiy-

yətlidir.  ġopenin  Koroğlusu  milli  düĢüncəsinə  görə  azərbaycanlı  qəhrəman  deyildir,  daha  çox 

erməniləĢdirilmiĢ obraz təsiri bağıĢlayır. O, Rassudanaya görə qəhrəman adına xəyanət etmiĢdir. 

Bununla belə ilk Koroğlu kimi tədqiqata cəlb olunmalıdır. 

Mətnin  araĢdırılması  ġopen  variantının  saxtaolduğunu  sübut  edir.  ġopen  Koroğlusu  epik 

qəhrəman deyildir, quraĢdırılmıĢ obrazdır. Müəllif onu tatar kimi təqdim etsə də, tarixi köklərdən 

çox uzaqdır. 

 



81 

 

ƏDƏBĠYYAT 

1.

 

Ələkbərova  ġ.  «Koroğlu»  eposunun  nəĢri  və  tərcüməsi  tarixindən.  Azərbaycan  Ģifahi  xalq 



ədəbiyyatına dair tədqiqlər. Bakı, 1981, № 3, s.168 – 176. 

2.

 



 Əfəndiyev  P.  «Koroğlu»  dastanı  rus  mətbuatında  //Azərb.SSR  EA  Xəbərləri,  ictimai  elmlər,  №  1, 

1958, s.53 – 64. 

3.

 

Əfəndiyev P. Azərbaycan Ģifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1992. 



4.

 

Жирмунский В.М., Зарифов Х.Т. Узбекский народный героический эпос. М.: ОГУЗ, 1974, 489 



с. 

5.

 



Каррыев Б.А. Эпические сказания о Кер-оглы у тюркоязычных народов. М.: Главная редакция 

восточной литературы., изд. «Наука», 1968, 259 с. 

6.

 

Koroğlu (Ön söz prof. Ġ.Abbaslı). Bakı, «Lider nəĢriyyatı», 2005. 



7.

 

Koroğlu. Bakı, Nurlan, 2004. 



8.

 

Koroğlu. Tərtib edəni M.H.Təhmasib. Bakı, Azərb.SSR EA NəĢr., 1956. 



9.

 

Nəbiyev A. Qəhrəmanlıq səhifələri. Bakı, Gənclik, 1975. 



10.

 

Словарь кавказских деятелей. Тифлис, 1890. 



11.

 

Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, Elm, 1972. 



12.

 

Шопен И. «Кер-оглы». Татарская легенда. «Маяк современного просвещения и образования» / 



Труды  ученых  и  литературоведов  русских  и  иностранных.  Резд.  В.Полянова.  СПб.,  2  часть, 

глава 3, 1840, с.12 – 25. 

 

Алиага Джафаров 

НАН Азербайджана (Азербайджан) 

 

ОПЫТ И. ШОПЕНА В ИЗУЧЕНИИ ЭПОСА «КЕРОГЛЫ» 

 

Р Е З Ю М Е 

 

И. Шопен является одним из первых собирателей и исследователей эпоса «Кероглы». Нес-

мотря на все недостатки, его «Кероглы» – это первичный вариант эпоса. В  1940 году И. Шопен 

опубликовал собранный им эпос под названием «Кероглы – татарская легенда» в журнале «Маяк 

современного  просвещения  и  образования».  Эпос  он  собирал  со  слов  ашуга  Омара  с  помощью 

переводчика  –  армянина.  Здесь  личность  Кероглы  описывается  исторически  недостоверно. 

Переводчик  арменизировал  Кероглы,  рассказав  И.  Шопену  о  том,  что  якобы  в  истории  герой 

сохранился под именем Ашота. И. Шопен происхождение Кероглы привел к временам правления 

Акгоюнлу  и  Карагоюнлу,  пришедшим  к  власти  после  Тимура,  унизил  его,  представив  не  как 

национального  героя,  а  как  обычного  разбойника  и  изгоя  общества.  В  написанной  Шопеном 

версии эпоса описывается помимо геройств Кероглы, его любовь к грузинской девушке Рассудане. 

Из-за любви грузинки Кероглы убивает своих товарищей. В статье вариант Шопена, несмотря на 

все недостатки, расценивается как первая записанная версия эпоса Кероглы. 

Ключевые слова: И. Шопен, Рассудана, эпос, сказание, перевод, Кероглы. 

 

 




82 

 

Aliagha Jafarov 



Azerbaijan National Academy of Sciences (Azerbaijan) 

 

SHOPEN VARIANT OF THE “KOROGHLU” EPOS 

 

S U M M A R Y 

  

I.Shopen was one of the first collectors and researchers of Koroghlu epos. In spite of all harmful 

and imperfect sides, his “Koroghlu” epos is the first variant. 

The collected epos “Koroghlu” titled “Ker–oqli the tatarian legend» by I.Shopen, was published in 

1840 in the journal of “Lighthouse of Modern Enlightment and Education”. He had collected this epos by 

the help of Armenian translator from Ashig Omar (Folksinger Omar-trans.). Here Koroghlu’s personality 

is  not  described  as  it  was  in  history.  The  translator  told  Shopen  that  Koroghlu  was  Armenian  and  he 

remained  in  the  history  as  Ashot.  But  Shopen  leads  Koroghlus’  origin  to  the  Aghgoyunlu  and 

Garagoyunlu rulers’ period who held the power after Teymur, he brought down that he was not national 

hero  and  described  him  as  brigand  and  robber.  Koroghlu’s  heroism  is  shown  in  the  epos  written  by 

Shopen. He describes here that Koroghlu fell in love with Georgian girl Rassudana. Koroghlu killed his 

friends for his love to Georgian girl. 



In spite of the imperfect Shopens’ variant it was estimated as the first “Koroghlu”. 

Key words: I.Shopen, Rassudana, epos, legend, translation, Koroghlu 

 

  

 

Yüklə 77,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə