Eupec france



Yüklə 5,37 Kb.
tarix20.09.2017
ölçüsü5,37 Kb.
#786




CASPİAN PİPE COATİNGS” ”ÇIRAQ NEFT LAYİHƏSİ”-NƏ HAZIRLIQ ÇƏRÇİVƏSİNDƏ “EUPEC FRANCE” ŞİRKƏTİNİN MÜTƏXƏSSİSLƏRİNİ QƏBUL ETMİŞDİR



17.12.2010




14-17 dekabr 2010-cu il tarixlərində Çıraq Neft Layihəsi”-nə hazırlıq tədbirləri çərçivəsindəCaspian Pipe Coatings” (CPC) şirkətinin strateji tərəfdaşı olan “EUPEC France” Şirkətinin mütəxəssisləri Günter Malli və Bruno Russe şirkətə gəlmişdilər. Səfərin məqsədi CPC-də Korroziyaya qarşı və Betonlama sahələrində əsaslı yoxlama işləri aparmaq və müəyyən olunmuş nəticələr haqqında məlumat vermək idi. Səfər çərçivəsində istehsal sahələrində olan bütün avadanlıqlar yoxlanmışdır. Yoxlamanın nəticəsi olaraq, Fransa mütəxəssisləri tərəfindən istehsal sahələrinin ümumilikdə istehsala hazır olduğu bildirilmiş, həmçinin, bir sıra avadanlıqlarda əsaslı təmir və kalibrasiya işlərinin aparılması tövsiyə olunmuşdur. Günter Malli və Bruno Russe “EUPEC France” şirkətinin aparıcı mütəxəssisləri hesab olunur və “Nord Stream Layihəsi” üzrə müvafiq olaraq, Layihə Direktoru və Layihə Mühəndisi vəzifələrini tuturlar.







Yüklə 5,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə