F k öçər LI a dına Respublika Uşa q Kita bx anası



Yüklə 134,43 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü134,43 Kb.
#49568


   

F.K öçər li a dına Respublika

Uşa q Kita bx anası

        


           

Disney və onun dostları

Uolt Disney - 115

Bakı – 2016 

1



Tərtibçi:                                  Nərgiz Məcidova

                                                 

Redaktor və

buraxılışa məsul:                    Şəhla Qəmbərova

Disney və onun dostları: Vəsait bu il yubileyi qeyd 

olunan Uolt Disney haqqındadır /tərt. ed. N.Məcidova; 

red.  və  burax. məsul Qəmbərova Ş.; F.Köçərli adına 

Respublika Uşaq Kitabxanası.- Bakı, 2016. - 25 s.

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016

                                   Tərtibçi

2



Bu   vəsaiti   hazırlamaqda   məqsədimiz   Cizgi   filmlərinin

yaradıcısı kimi tanıdığımız Uolt Disneyin anadan olmasının

115   illik   yubileyi   münasibətilə   keçirilə   biləcək   tədbirlərlə

sizləri   tanış   etməkdir.

 

Vəsait   rejissorun   həyat   və



yaradıcılığından,   yubileyi   münasibəti   ilə   keçirilən

tədbirlərdən – sərgi, guşə, slaydların hazırlanmasından,  adı

ilə   bağlı   məşhur   Disneyland   parkı     haqqında   ədəbi-bədii

gecədən bəhs edir.

Uolt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland,

ingilis   və   alman   əsilli   çox   kasıb   bir   ailədə   dünyaya   göz

açmışdır.   1919-cu   ildən   etibarən   Kanzas   Siti   şəhərində

karikatura   rəssamı   işləyən   Disney   daha   sonralar     reklam

kampaniyasına daxil olmuş və burada Y. Ayverksomla birgə

işləməyə   başlamışdır.   Onlar   bir   yerdə   Disneyin   məşhur

qəhrəmanlarının   hazırlanması   ilə   məşğul   olmuş,   rəsm

karikaturaları   çəkərək   “Gülməyin   qramı”   adlı   filmini

yaratmışlar. Bu formada onların ilk reklam çarxları meydana

gəlmişdir. Özünün çox da böyük olmayan “Laf-o qramz”

adlı   şəxsi   kompaniyasını   yaratmış   Uolt   Disney,   bu   işi

başlayarkən çox böyük vəsait sərf etməsə  də,  işini uşaqları

sevərəkdən   həyata   keçirirdi.

 

Ona   görədə     çox   kasıb   bir

ailədə dünyaya göz açsada uşaqlar onu çox sevirdilər.. onun

çəkdiyi rəsmlərdən, nağıl filmlərindən ibarət olan “Göyçək



Fatma”,   “Qırmızı   papaq”,   “Çəkməli   pişik”  və   başqa

nağıllardan   götürülmüş,   iki   hissədən   ibarət   olan   cizgi

filminə bənzəyən  “Alisa möcüzələr ölkəsində” adlanan

 

ilk



cizgi filmi ona bu sahədə böyük şöhrət gətirmişdi.

                   Mikki Maus  və onun dostları

3



Sonralar Disneyin “Dəlicəsinə təyyarə” adlı yaratdığı digər

bir filmində onun yeni  personaj olan  Mikki Maus  siçanı

meydana çıxır və böyük maraq döğurur. Bu tipli ilk cizgi

filmi 1928-ci ildə yaradılır. Bəs Mikki Maus siçanı yaratmaq

fikri onda necə yaranmışdır?

 

Bir



gün   emalatxanasında   dalğın-dalğın

gələcəyini   düşünərək,   rəsm   çəkməklə

məşğul olan Disney birdən yanında

nəyinsə hərəkət edərək səs saldığını

eşidir və başını sola doğru çevirərək,

taxçanın   üzərində   kiçik   bir   siçanı

görür. Disney işini saxlayıb bu siçanı

seyr   etməyə   başlayır.   Siçan   sanki

rəqs   edirmiş   kimi   qəribə   hərəkətlər

edirdi.   Zaman   keçdikcə   Disneylə

siçanın   dostluğu   istiləşir   və   Disney   siçanın   qəribə

hərəkətlərini rəsmə köçürmək fikrinə düşür. Beləcə çəkdiyi

bu   rəsm   heç   fərqində   olmadan   Uolt   Disneyi   cizgi   filmi

kralına   çevirir.   Qəhrəmanların   içərisində   Mikki   Maus

həmişə istifadə edilən personajlara çevrilir və 1932-ci ildə

Disney,   Mikki   Maus   personajının   yaradılmasına   görə

“Oskar” mükafatına layiq görülür. Beləliklə XX əsrin 30-cu

illərinin əvvəllərində Disneyin rəssamlıq metodları inkişaf

edir. Xüsusən heyvanlar üzərində yaradılan personajlar daha

çox maraq obyektinə çevrilir.



1933-cü ildə isə Disney ilk dəfə olaraq dünyada rəngli

cizgi filmini yaradır. Onun xüsusi uğuru isə “Üç donuz

4



balası”   adlı   filminə   görə   olur.   İngilis   nağıllarının

motivləri əsasında hazırlanan bu film ona yenidən 1933-

cü ildə Oskar mükafatı qazandırırır. 

Ağbəniz   və   yeddi   cırtdan”  adlı

filmilə   isə   Disney   ilk   dəfə   olaraq

yarım


metrajlı filmə müraciət edir. Bu film 1937-ci

ildə


istehsal olunmuş “Walt Disney Pictures”

studiyası   tərəfindən   istehsal   edilmiş

Disneyin ilk klassik qısametrajlı cizgi

film   sayılır.   Cizgi   filmi   Qrimm

qardaşlarının eyniadlı əsəri əsasında

hazırlanmışdır. 

Bu   filmin   ssenarisinə   görə   isə   o,

1938-ci   ildə   Venesiyada   keçirilən

Beynəlxalq film festivalının mükafatı ilə təltif edilir. İkinci

dünya   müharibəsindən   sonra   isə,   yaratdığı   studiya   artıq

sifariş edilmiş filmlər çəkməyə başlayır. Bu filmlər:

  1950-ci ildə Venesiya Beynəlxalq festivalının mükafatçısı

olmuş “Göyçək Fatma”  

1951-ci ildə “Alisa möcüzələr ölkəsində” 

1953-cü ildə “Piter Pen”  

1955-ci ildə  “Xanım və avara” 

1959-cu ildə “Yatmış gözəl”  

1961-ci ildə “Yüz bir dalmatin”  

1964-cü   ildə   əsasən   aktyor   və   cizgilərin   köməyi   ilə

yaradılmış “Meri Poppins” 

  “Cəngəllik   kitabı”   filmi   isə   1967-ci   ildə   Disneyin

ölümündən sonra bitirilmişdir 

Öz   işlərinə   görə   Disney   29   Oskar   mükafatı   almışdır.

Disneyin  bütün bunlarla yanaşı bir çox filmləri  var idi ki,

onlar   da   30-cu   illərin   ortalarından   təkrar   tamaşaçılara

göstərilirdi.

“Snow   White   and   the   Seven   Dwarfs”   cizgi   filmi

Disneyin ilk uzunmetrajlı cizgi filmi olur. Amma bu filmi

5



istehsal etməsi az qala onun studiyasını müflis edir.Yalnız

bankdan aldığı kredit vasitəsi ilə Disney filmi tamamlaya

bilir və 1937-ci ildə filmin premyerası  ayaqüstü alqışlarla

qarşılanır. Bu filmin uğuru Disneyə Kaliforniyanın Burbank

şəhərində Uolt Disney studiyası yaratmasına səbəb olur və

1940-cı  ildə  “Pinokio  və  Fantaziya”   cizgi  filmi  ekranlara

çıxır. Amma təəssüf ki, nə studiyanın yaradılması, nə   də

yeni   cizgi   filmi   maliyə   baxımından   uğurlu   olmur   və

“Dumbo” cizgi filminin çəkilişləri zamanı Disneyin işçiləri

tətil   etdikdə,   Uolt   Disney   daha   da   çox   maliyə   böhranı

yaşamalı   olur.   Nəhayət   onun   az   büdcəli   “Dumbo”   filmi

ekranlara çıxır və film həqiqətən də böyük gəlir gətirir.   

1940-cı   ildə   Amerika   2-ci   Dünya   Müharibəsinə

qoşulduqda federal hökumət Disney studiyasından təşviqat

xaraketerli   müharibə   filmləri   istehsal   etməsini   istəyir.

Sadəcə   səhnədə   ideyalarını   həyata   keçirməklə

kifayətlənməyən   Disney   diqqətini   dünyanın   ilk   əyləncə

parklarından olan Disney əyləncə parkını planlaşdırmağa və

inşa etdirməyə yönəldir.

Disneylənddə   aktyorlar   cizgi   filmlərindəki   obrazlar   kimi

geyinir, onlar kimi hərəkət edir. Disneylənd  ailələrin cizgi

filmləri   dünyasına   səyahət   edə,  maraqlı  anlar   yaşaya

bilmələri üçün macaralı cizgi dünyasından ibarət olur.      Ən

əsası   o   idi   ki,   Disney   parkın   ətrafında   dəmir   yolu

çəkilməsini  istəyirdi.  Disneyin  böyük  əyləncələrindən  biri

qızını və dostlarını miniatür Karolvud qatarında gəzdirmək

idi.1946-cı ildə Disney şöhrətli sürrealist rəssam Salvador

Dali  ilə  birləşərək  eksperimental  animasion  film  üzərində

işləyir. Şirkət növbəti dəfə maliyə böhranına uğradıqda isə

filmin çəkilişləri təxirə salınır.    

Sonralar filmin üzərində yenidən işlənilir və animasion cizgi

filminin   olduqca   gözəl   alınması   keçmişdə   onun   klassik

nağılları interpritasiya etməsini tənqid edənlərə layiqli cavab

olur. Amma   “Yatan   Gözəl”   və   “Sinderella”   cizgi   filmləri

6



uşaqlar   üçün   zəmanəmizin   ən   yaxşı   filmlər   siyahısına

daxildir.     

Uolt Disneyin çəkdiyi klassik cizgi filmləri musiqisi

və bədiiliyinə görə heç vaxt yeniliyini itirmir.   

1964-cü ildə studiyanın yeni istehsalı, bədii film və

cizgi   filminin   kombinasiyası   olan   “Mary   Poppins”   filmi

studiyaya   ən   böyük   nailiyyətini   qazandırır.   İki   il   sonra

siqaret çox çəkən Uolt Disney ağcıyər xərçənginə yoluxur

və 65 yaşında vəfat edir. 

Bir   tərbiyə   müəssisəsi   olaraq   kitabxanada   məktəbyaşlı

uşaqların kitabxanaya cəlb edilməsi işində cizgi filmlərinin,

animasiyaların nümayişinin də müsbət rolu vardır. Uşaqlar

üçün nəzərdə tutulan kino  sənətinin  əsas növlərindən  biri

olan   cizgi   filmləri   kinomatoqrafiyanın   ana   xəttindən   biri

olaraq gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması

olaraq   fantastik   hadisə  və   əhvalatların   təsviri   üçün  özünə

məxsus ifadə vasitələrindən sayılır.  Kinonun bu növlərinin

təsiri ilə uşaqlar gülür, sevinir, ağlayırlar. Cizgi filmlərinin

uşaqlara daha maraqlı olduğunu nəzərə alaraq  bu il yubileyi

qeyd   edilən   Uolt   Disneyin   anadan   olmasının   115   illiyi

(1901-1966)   ilə   əlaqədər   kitabxanada     “Cizgi   filmləri”

həftəsi keçirmək müsbət nəticələr verər.



                           

Cizgi filmi həftəsi:

Uolt  Disney   də   məhz   cizgi   filmlərinin   yaradıcısı   kimi

məşhur   olduğundan   onu   ssenari   müəllifi   olduğu   cizgi

filmləri ilə uşaqlara tanıtmaq daha səmərəli olardı. Bu

işin təşkilində oxucuları məlumatlandırmaq üçün təyin

edilmiş   tarixlərdə   cizgi   filmləri   həftəsinin   keçiriləcəyi

haqqında,   kitabxananın   facebook   səhifəsində   elan

yerləşdirilir. 

7



Təşkilatçı:

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Ünvan: Səməd Vurğun 122G

Tel.Faks: 597-08-51; 597-08-79; 597-09-86

childlibbaku@yahoo.com; www.clb.az

Elan:

Uolt Disneyin 115 illiyinə həsr olunmuş cizgi filmləri həftəsinin təşkili 

 

Uşaqların   daha   çox   hansı   cizgi   filminə   baxmaq

istədiklərini öyrənib onların istəyi ilə nünmayiş ediləcək

filmləri seçirik. 

                              

Sərgilər:



Kitabхanalarda sərgilərin təşkili əyani təbliğat fоrması-

nın ən gеniş yayılmış üsuludur. Sərgilər həcminə, tərtibat

texnikasına   və   müddətinə   görə   bir-birindən

8



fərqləndirilir.   Bir   və   ya   bir   neçə   lövhədə,   stenddə

yerləşdirilən   sərgilər   əsasən   baxılmaq   üçün   təşkil

olunduğundan,   onun   tərtibi   məsələlərinin   böyük

əhəmiyyəti vardır. Burada mətn və təsvir materialları

bir-birini   tamamlamalıdır.

 

Müasir   sərgi   fəaliyyətində



aparıcı   tendensiyalar   dizayn   işinin   işlənib

hazırlanmasıdır.  Sərgini  

“Cizgi   filmləri   ustası   Uolt

Disney”, “Uolt Disney - 115” 

başlığı ilə təşkil edə bilərik.

Stendlər şəklində olan sərgidə müəllifin kitablar, qəzet

və   jurnal   nəşrlərini   yerləşdiririk.   Aşağıda   bu

kitablardan nümunələr veririk:

    

   

Kompleks   kitabxana   sərgilərindən   biri  də,   müxtəlif

xüsusiyyətli   fonoqramların   köməyi   ilə   tərtib   olunmuş

“danışan kitab sərgiləri”, video filmlər təqdim etməklə

hazırlanan   sərgilərdir.  Sərgini   “Disneyin   Cizgi   filmləri

qəhrəmanları” başlığı ilə verilir.

Bu   sərgidə   Disney   studiyasının   hazırladığı   cizgi

filmlərindən ibarət CD diskləri nümayiş edilir.

                           

9



 

                                   

Foto sərgi:

                     

Guşə

Sərgiyə nisbətən daha gеniş və əhatəli оlan guşələr



metodiki   tövsiyyə   baxımından   əhəmiyyətlidir.   Bеlə   ki,

guşədə   əlavə   оlaraq   kartоtеka,   qəzеt,   jurnal   matеrialları,

tövsiyə   ədəbiyyat   siyahıları,   mövzuya   uyğun   bir   sıra

sənədlər və şəkillər də öz əksini tapır. Guşələrin təşkilində

əsas   məqsəd   охucuya   aхtardığı   matеrialları   asanlıqla

tapmaqda   kömək   еtməkdən   ibarətdir.  Rus   dilində   tövsiyə

xarakterli   nəşr   olan   “   Учим   Английский   с   героями

дисней”   seriyalı   nəşrlər   bu   baxımdan   maraqlıdır.  Burada

Disneyin   nağıl   qəhrəmanlarının   dilindən   uşaqlar   üçün

müxtəlif   əyləncəli   oyunlar,   testlər,   düşündürücü   suallar,

məlumatlar, hazırlanmışdır.

10



Cizgi   filmləri   həftəsi   kiçikyaşlı   məktəblilər   üçün

viktorinalar, cizgi filmlərinin nümayişi ilə nağılların ucadan

oxusu ilə seçilir. Kitabxanaçı uşaqlarla yubilyarın necə bu

qədər şöhrət tapması haqqında söhbət edir

  “Siçanları   oynadaraq   milyonçu   olan   adam”   kimi

tanınan Uolt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda yoxsul

bir   ailədə   dünyaya   göz   açır.   Uşaqlıq   dövrünü   ehtiyac

içərisində   keçirən   Disney,  yeniyetmə   ikən   hər   gün   səhər

tezdən durub, qapı-qapı dolaşaraq qəzet paylayardı. Fəqət

bu işindən qazandığı pul çəkdiyi əziyyətin müqabilində çox-

çox az idi. Daha ciddi bir iş axtarmaq niyyətiylə üz tutduğu

hər bir qapı təhsilinin olmaması səbəbiylə üzünə bağlanırdı.

Düzdür,  təhsil   ala   bilməsə   də,   onun   kitablara   çox   böyük

sevgisi var idi. Günlərin birində yenə Çikaqo küçələrində iş

axtararkən   yol   kənarındakı   bir   kitab   köşkünə   yan   alır.

Kitablara göz gəzdirərək: “Pulum olsaydı, bunların hamısını

alıb, oxuyardım”, - deyə  düşünərək, yalnız birini almaqla

kifayətlənməli olur. O, aldığı kitabın arxasında “Kanzas Siti

Sənət  İnstitutu  sizi   ödənişsiz  kurslara   dəvət   edir”   başlıqlı

yazılı bir elanla rastlaşır. Uolt bu elanın sayəsidə 1918-ci

ildə   Kanzas   Siti   Sənət   İnstitutunun   kurslarına   qatılır   və

kursda gələcək məsləkdaşı olan Ub İverkslə dostlaşır.

11



Kursu bitirdikdən sonra 2 dost özlərinə aid bir cizgi

filmi   şirkəti   qururlar.   Lakin,   hər   şey   gözlədikləri   kimi

alınmır   və   birgə   qurduqları   şirkəti   bağlamaq

məcburiyyətində qalırlar.

Bir   müddətdən   sonra   Uolt   Disney,   qardaşı   Roy

Disney   və   Ub   İverks   Hollivudda   üçü   bir   araya   gələrək

güclərini birləşdirirlər. “Alis cizgi filmi diyarında” adlı cizgi

filmini   çəkirlər,   amma   uğur   qazanmırlar.   Sonra   “Dovşan

Osvald” adlı başqa bir cizgi filmi çəkirlər, yenə də uğurlu

alınmır. Uğursuzluğun  uğursuzluq  ardınca  gəldiyini  görən

Uolt Disney pərişan halda Çikaqoya dönür. Burada o, rəsm

çəkib küçələrdə satmağı qərara alır. Və bu məqsədlə evinin

arxasındakı anbarı emalatxana kimi istifadə etməyə başlayır.

Beləliklə, Uolt öz rəsmləri ilə yenidən Hollivuda -

qardaşı Roy və dostu Ub İverksin yanına qayıdır. Üçü bir

arada  “Disney Company”  şirkətini qurmağı qərara alırlar.

İlk   işləri   əsas   personajı   Disneyin   sevimli   siçanı   –   Mikki

Maus  olan  “Uillinin   buxarlı   qayığı”  adlı   cizgi   filmini

çəkmək  olur. Bu filmə  qədər çəkilən  cizgi  filmləri  səssiz

çəkilirdi, lakin Uolt Disneyin təkidi ilə bu cizgi filmində ilk

dəfə olaraq səsin sinxronlaşdırma texnologiyasından istifadə

edilir.


Disneyin   arzusu   gerçəkləşir,  “Uillinin   buxarlı

qayığı”  bütün   seyr   rekodlarını   vurur.   Sonrakı   illərdə

sərvətinin hamısını rəngli, səsli, altı saatlıq - dünyanın ilk

uzun cizgi filminə yatırmağa qərar verir. Film tam üç ilə

çəkilir. Filmin  məsrəfi  1,5 mln dolları aşmağa başlayınca

Disneyin şirkəti iflasın astanasına gəlir. Beləcə dünyanın ilk

bahalı cizgi filmi -  “Ağcaxanım və yeddi cırtdan”  ərsəyə

gəlir. Bu cizgi filmi Disneyə tam 8 mln dollar qazandırır.

Mikki Maus, Donald Dakk, Dippi, Pinokio kimi personajları

ilə  milyonlarca  insanın könlünü  fəth edən  Uolt Disneyi  -

dünənə qədər heç kəsin tanımadığı bu adamı bu gün hamı

tanımaq   istəyirdi.   Reklamçılardan   tutmuş,   geyim-oyuncaq

12



fabriklərinin  sahiblərinədək hər  kəs onun qəhrəmanlarının

şəkillərindən istifadə etmək üçün izn istəyirdilər. Disney öz

qəhrəmanlarını   təkcə   ekrandan   deyil,   daha   yaxından

tanıtmaq   üçün   Kaliforniyada   “Disney   land”,   Floridada



“Disney World” kimi əyləncə parklarını açır.

Bu   hekayə   yoxsulluq   və   iztirab   içərisində   uşaqlıq

çağını   yaşayan   Uolt   Disneyin   hekayəsi   idi.   Uşaq   ikən

sevinməyə, şadlanmağa heç bir şeyi olmayan bu adam neçə-

neçə uşağın çöhrəsinə gülüş bəxş etmişdi və bu əziyyətinin

bəhrəsi olaraq 29 Oskar mükafatına layiq görülmüşdür.

Disney   səs   effektli   cizgi   filmini   sevinclə   qarşılayır   və

musiqi, təbii səs effektini cizgi filminə əlavə etməkdə birinci

olur.

Kino-rejissor   Alfred   Hitçkok   bir   dəfə   həsədlə



“Disney bəyənmədiyi  aktyorları sadəcə  cəkdiyi  rəsmlərini

cıraraq məhv edə bilir” demişdir.



1) Uolt Disney kimdir?

              _____________________________________

2)

Onun hansı cizgi filmlərinə baxmısınız?

   _____________________________________

 

3)

İlk   dəfə   dünyada   Uolt   Disney   tərəfindən



yaradılan rəngli cizgi filmi hansıdır?

             a Üç donuz balası

             b Mauqli

             c.Cindirella

4)

Mikki Maus personajı xoşunuza gəlirmi?



       a hə

13



       b yox 

     5) Mauqli cizgi filmi hansı əsər əsasında çəkilmişdir?

      a) Zoluşka



      b) Cəngəllik kitabı

      c) Ağbəniz yeddi cırtdan



6)Mauqli   Cizgi   filmi   hansı   yazıçının   əsəri   əsasında

hazırlanmışdır?

Qrimm qardaşları - Cindirella



Redyard Kiplinqin - Cəngəllik kitabı

Şarl Pero – Çəkməli pişik

7) Uolt Disney filmlərinə görə necə dəfə Oskar mükafatı

almışdır?

a ) 15 

b ) 29

c ) 25


8)  Disneyin “Qnomların yeni mənzili” adlı nağılı nədən

bəhs edir?

_________________________________________



9) Cindirella  cizgi filmi hansı əsərin qəhrəmanı əsasında

cəkilib?

a)  Ağca xanım və dovşanlar



b)  Qrimm qardaşları Zoluşka

c)  Mauqli



10)  Məşhur Disneyland parkı haqqında nə bilirsiniz?

________________________________________

14



 

Oyun 

“Qnomların   yeni   mənzili”  

nağılı   əsasında   “Nağıl

qəhrəmanlarını   özümüz   yaradaq”   adlı     oyun   təşkil   edə

bilərik.


 

Nağılda  qnomların   öz   yeni   mənzillərinə   köçüb

bayram   etmələrindən   danışılır.  Uşaqlar  SD   diskdə  nağılı

dinləməklə və ya kitabxanaçı  həmin nağılı  oxumaqla tanış

olurlar.  Oyunda   plastilinlərdən   uşaqlar   bu   nağıl

personajlarını-qnomları öz fikirləşdikləri kimi hazırlamağa

başlayırlar. Bunlar Professor; Deyingən; Güləyən; Utancaq;

Həpçi; Yatağan və Laldinməzdir.  

Onlar   bir   gün   öz   aralarında   fikirləşirlər   ki,   yeni

mənzilə   köçsünlər.   Professorun   sayəsində   yeni   mənzillə

köçən qnomların yeni mənzillərində, onların hər birinin öz

çarpayısı, mətbəxi vardır. Yeni mənzil onların çox xoşuna

gəlir.  Hələ   yeni   mənzildə   belə   bir   qayda-qanunda   vardır:

Heç kim əl-üzünü yumamış nahar süfrəsinə otura bilməz.

Yeni   mənzillərinə   köçən   qnomlar   bunu   bayram   etmək

fikrinə   düşürlər.  İlk   öncə   evi   səliqəyə   salan   qnomlardan

Həpçi   dayanmadan   asqırırdı.  Yatağan   isə   öz   çarpayısında

uzanıb yatmışdı. Güləyən isə gözəl  aşpaz idi. Dayanmadan

zarafat   edirdi   gülsədə   çox   ləzzətli   yeməklər   hazırlamışdı.

Utancaq isə uzun müddət hansı işi görəcəyi  qərarını  verə

bilməmişdi.   Yaxşı   yemək   bişirsədə,   utancaqlığından   bu

bacarığını   deyə   bilmirdi.   Nəhayət   o   da   ləzzətli   yeməklər

15



hazırlamağa başlayır. Artıq nahar süfrəsində hər şey hazır

idi. İlk öncə yaxşıca əl-üzlərini sabunları ilə yuyan qnomlar

bundan xoşlanırlar. Xüsusi ilə Laldinməzə bu çox xoş gəlir.

Təzə və gözəl evdə hər şey öz yerində idi. Süfrəni yığdıqdan

sonra  əylənmək   üçün   Deyngən   musiqi   alətində   ifa   edir.

Onlar   günlərini   təzə   evlərində   beləcə   şad   -   xürrəm   qeyd

edirlər.

 

“Disney və onun nağıl qəhrəmanları”



                   adlı  sərgi:  

Uolt   Disneyin   müraciət   etdiyi   müəlliflərin   əsərlərini

toplayıb buklet, sərgi, slaydlar hazırlaya bilərik.

 Bu sərgidə uşaqlar Disneyin yaratdığı personajları deyil,

həm də onları yazan müəlliflərlə də tanış ola bilərlər. 

             

      

   

     

Cindirella 

“Yatan Gözəl” və “Sinderella” cizgi filmləri uşaqlar üçün

zəmanəmizin ən yaxşı filmlər siyahısına daxildir.

Sindirella və ya “Zoluşka” — Şarl Pero, Qrim qardaşları və

Pentameronun   versiaları   ilə   məşhurlaşan   qərbi   avropa

nağılıdır.   Bu   dünyada   ən   məşhur  “gəzən   süjet”  olub,

minlərlə xalqların folkloruna öz töhvəsini vermişdir.

16



Bu   nağılın   ən   qədim   versiyası   hələ   qədim   misir

papiruslarında   aşkar   edilmişdir.   Əsərin   əsas   qəhrəmanı

Yunanıstanda   doğulmuş,   Rodopis   adlı   bir   qızcığazdır.

Əfsanəyə   görə   onu   dəniz   quldurıarı   oğurlayaraq   Misirə

gətirirlər və burada kölə kimi satırlar.

            

     

Ağbəniz və Yeddi Cırtdan

İlk   dəfə   1812-ci   ildə   alman   Qrimm   qardaşları   tərəfindən

toplanmış və çap edilmiş olan bir xalq nağılıdır.  Nağıl pis

qəlbli və qısqanc  ögey anası tərəfindən ondan daha gözəl

olduğu üçün öldürülmək üzrə meşəyə göndərilən və meşədə

cırtdanlarla   birlikdə   yaşamağa   başlayan   bir   şahzadənin

macəralarından   bəhs   edir.  Bir   neçə   dəfə   teatra   və   kinoya

uyğunlaşdırılmışdır.   Hekayənin   və   baş   qəhrəmanın   ilk

çapındakı almanca adı Sneewittchendir. 

          

17



           

         



M

AUQLİ  

– Cəngəllik kitabı 

1967-ci


ildə

istehsal


olunmuş

cizgi


filmidir.

“Cə


ngəllik

kitabı”


cizgi   filmi

“Wa


lt   Disney

Pictures” studiyası tərəfindən istehsal edilmiş Disneyin 19-

cu klassik qısametrajlı cizgi filmidir. Cizgi filminin rejissoru

Volfqanq   Reyterman,   prodüseri   isə   Uolt   Disneydir.   Uolt

Disney cizgi filminin istehsalı ərəfəsindəykən 1966-cı ildə

vəfat etmişdir. Cizgi filmi ingilis yazıçısı Redyard Kiplinqin

“Cəngəllik   kitabı”  və  “Cunqlinin   ikinci   kitabı”  əsasında

hazırlanmışdır. Cizgi filminin 1994-cü ildə Cəngəllik kitabı

remeyk filmi, 2003-cü ildə davamı olan “Cəngəllik kitabı 2”

cizgi filmi çəkilmişdir.

                      

                      

18



                           

Ədəbi-Bədii gecə

“Kamillik  və   xöşbəxtlik   məkanı”  adlı   disneyland

dünyasına səyahət

“Bizim bu xoşbəxt məkana Xoş Gəlmisiniz! Disneyland

sizin   ölkənizdir.  Burada   kamillik   yenidən   keçmişin   ən

əziz xatirələrini yaşayır, cavanlıq isə gələcəyin vədləri və

çağırışlarından həzz alır. 

Disneyland yaranmış ideallara,

arzu   və  real   faktlara   həsr olunub,   ümid   edirik   ki,   bu

dünya üçün sevinc və ilham mənbəyi olacaq.

 Ədəbi-bədii gecə təşkil edilən zal Disneylandın şəkilləri ilə

bəzədilir,   zalda  “Kamillik   və   xoşbəxtlik   məkanı”,

“Disneyland dünyasına səyahət”, “Dünyanın ən xoşbəxt

yeri” başlıqlı foto sərgilər təşkil edilir. Məşhur Disneylandı

tərrənnüm edən video çarx nümayiş edilir.



aparıcı:

 

Bu   tədbiri   hazırlamaqda   məqsədimiz



 

uşaqların

sevimlisi, cizgi filmlərinin yaradıcısı kimi tanıdığımız Uolt

Disneyin   yaratdığı   məşhur   “Disneylanda”   sizinlə   birgə

səyahət etməkdir. İlk öncə bu nəhəng cizgi filmi ustası ilə

tanış olaq:



aparıcı:

 

Bu il 115 illik yubileyi qeyd edilən Disney çox



kasıb bir ailədə dünyaya göz açsada böyük zəhməti hesabına

uşaqların sevimlisinə çevrilmişdir. Yaratdığı  “Walt Disney



Pictures”  şirkəti bu gün də bütün nəsillər üçün əsas film

mənbəyi   hesab   edilməkdədir.   İşində   çoxlu   çətinliklərlə

qarşılaşan rejissor ilk öncə Kanzas Siti şəhərində karikatura

rəssamı   işləyərəkən   dostu   ilə   bir   yerdə   özünün   məşhur

qəhrəmanlarının   hazırlanması   ilə   məşğul   olmuş,   rəsm

karikaturaları   çəkərək   “Gülməyin   qramı”   adlı   filmini

yaratmışdır. Böyük zəhmətdən sonra yaratdığı qısa metrajlı

cizgi filmi, ilk dəfə olaraq ekrana çıxan tam mətnli cizgi

filmi  idi.  Təşkil   etdiyi   məşhur  “Disneyland”    parkı   isə

19



dünyanın   ən   şirin   bir   möcüzəsidir.   Sanki   bir   nağıllar

diyarıdır. 

aparıcı:

 

Sehrbaz Uolt Disneyin ən böyük arzusu olan  bu



nağıllar   diyarının   gerçəkləşməsi   17   iyul   1955-ci   ildə

Disneyland   Resortun   qonaqpərvər   qapılarını   açmaqla

reallaşır.

 

17   iyul   1955-ci   ildə   amerikan  “multiplikasiya



kralı”  və   uğurlu   biznesmen   Uolt   Disney   uşaqlar   və

valideynləri üçün möhtəşəm əyləncə parkının təntənəli açılış

mərasimini keçirir. Parkın açılış mərasimini ABŞ-ın gələcək

prezidenti aktyor Ronald Reyqan aparır.

aparıcı:

 

P



arkın   yaradılmasına   ürəyini   qoymuş   rəssam

Parkın   işində   özünün   və   parkın   bütün   yaradıcılarının

fantaziyasından   istifadə   etmişdir.   Mikki-Maus   və   onun

dostlarının,   yaşadığı   cizgi   filmlərinin   və   nağılların   sehrli

dünyası qəhrəmanları parkın divarlarında öz əksini tapmışdı.

Bu tamamilə orijinal və bənzəri olmayan, dörd əsas prinsip

üzərində yaradılmış park idi: 

aparıcı:


  İlk     öncə   Uolt   Disneyin   cizgi   filmlərinin   sehrli

krallığını yenidən qurmaq. 

aparıcı:

 

Daha   sonra   cürbəcür   və   yeni   texniki   tryukların



əlavə olunması ilə, ziyarətçilərdə elə təəssüratlar yaratmaq

ki, sanki onlar cəngəlliklər arasında üzür. 

aparıcı:

 

Üçüncüsü isə qarşılarında ruhlar görürlər.  



aparıcı:  

Sonuncu   məqsəd   sanki   dənizin   dibində   sualtı

gəmidə oturublar.

aparıcı: 

Ilk əvvəl attraksionların sayı 16- ya, giriş bileti isə

1 dollara  bərabər  olan Disneylanddə hazırda olduğu kimi

ziyarətçiləri girişdə Mikki-Maus, Ağbəniz və Yatmış Gözəl

qarşılayırdı. Daha sonralar onların sırasına Disneyin cizgi

filmi   qəhrəmanlarından   olan   Pinokkio   və   Vinni-Pux   da

qatıldı.   Disneyland   tez   bir   zamanda   ABŞ-ın   görməli

yerlərindən birinə və ailəvi istirahət üçün sevimli məkana

çevrildi. 

20



aparıcı:  

Əbəs yerə Disneylandı  dünyanın ən xoşbəxt yeri

saymırlar.   Burada   qonaqları   Uolt   Disneyin:   “Bizim   bu

xoşbəxt   məkana   Xoş   Gəlmisiniz!   Disneyland   sizin

ölkənizdir.   Burada   kamillik   yenidən   keçmişin   ən   əziz

xatirələrini   yaşayır,   cavanlıq   isə   gələcəyin   vədləri   və

çağırışlarından   həzz   alır.  Disneyland   Amerikanı   yaratmış

ideallara, arzu və real faktlara həsr olunub, ümid edirik ki,

bu   dünya   üçün   sevinc   və   ilham   mənbəyi   olacaq”  səsi

salamlayır.

aparıcı:  

Park üç hissəyə bölünüb. Birinci zona – simvolu

Yatmış   Gözəlin   Qəsri   olan   Disneyland   Parkının   özüdür.

aparıcı:  

İkinci   zona   –   2001-ci   ildə   açılmış   “Disney’s

California Adventure Park tematik parkıdır, bu sahə Qızıl

Ştatın   tarixinə   və   mədəniyyətinə   həsr   olunmuşdur   və

simvolu   Kaliforniya   canlı   təbiətinin   rəmzi   olan   qrizli

ayısının siluetini xatırladan süni Grizzly Peak dağıdır. 

aparıcı:  

Eyni   anda   Disney’s   California   Adventure   ilə

birlikdə   üçüncü   zona   –   Downtown   Disney   yaradıldı.   Bu

kompleks   bir   çox   attraksiondan,   teatr,   12   zallı   kinoteatr,

mağaza, restoran, bar və oyun əşyalarında ibarətdir.

Grizzly Peak (Qrizli Zirvəsi) - Kaliforniyanın rəmzi

Disneyland Resort-un qonaqları Disney studiyasının sevimli

animasiya   və   bədii   filmlərinin   əsl   qəhrəmanları   ilə

ünsiyyətdə ola və fantastik attraksionlarda əylənə bilərlər.

Parkda   gündəlik   paradlar   və   atəşfəşanlıq   təşkil   edilir.

Disneylandin   küçələrində   orkestrin   müşayiəti   ilə   Mikki-

Maus   və   Donald   Dak   digər   cizgi   filmi   qəhrəmanları   ilə

birlikdə gəzirlər. 

aparıcı:


 

Parkda hər yerdə monorels, parovoz, fayton və ya

funikulyor   tapmaq   olar.   Funikulyordan   parkın   ərazisinə

gözəl mənzərə açılır. Disneylandin yaranmasından bu yana

onu 500 milyon qonaq, o cümlədən kral ailəsi, prezidentlər

və dövlətin digər rəsmiləri ziyarət edib. 

21



aparıcı:  

Disney   parklar   şəbəkəsi   bu   günlərdə   də

genişlənmişdir,   Anahaym   şəhərində   yerləşən   ilk

Disneylanddan başqa Florida ştatında (ABŞ) Disneyworld,

Parisdə   (Fransa)   Avro-Disneyland,   Tokio-Disneyland

(Yaponiya)   və   Honqkonqda   (Çin)   Disneyland   fəaliyyət

göstərir.

 

(Adları çəkilən ölkələrin Disneylandlari haqqında ayrıca

                     məlumt verilir monitorda).

aparıcı:


Uolt   Disney   özündən   sonra   getdikcə   daha   da

şöhrətlənən və ildə 22 milyard dollar gəlir gətirən dünyanın

ən müvəffəqiyyətli əyləncə konqlomeratını qoyur.

Bu   gün  Walt   Disney  Pictures   şirkəti   filmsevərlərin   bütün

nəsilləri üçün əsas film mənbəyi hesab edilməkdədir.  

Uolt   Disneyin   kim   olduğu   və   onun   multiplikasiyanın

inkişafı üçün nələr etdiyi barədə uzun-uzun danışmaq olar.

aparıcı:


Cizgi   filmləri   istehsalında   ixtisaslaşan   The   Walt

Disney mediaimperiyası 1926-cı ildən mövcuddur. Disneyin

işlərinin əhəmiyyəti barədə 26 “Oskar” da daxil olmaqla,

çoxsaylı mükafatlar artıq hər şeyi deyir. 

                    (Cizgi filmindən səslənən mahnı )

aparıcı:


Əgər   dünyada   haradasa   cizgi   filmi   planeti   varsa,

Disney   burada   böyük   bir   qitədir.   Bu   qitədə   sehrbazlar,

xeyirxah heyvanlar, cəsur və gözəl şahzadələr yaşayır. Bu

nağıl dünyasını isə sonsuzadək araşdırmaq olar.

                                       SON

                         

22



                            

Ədəbiyyat siyahısı:

                     Azərbaycan dilində:

Disney U.  Qnomların yeni mənzili // Nağıla bax, nağıla: I

hissə.- S.24-26. - Bakı, 2012.                                           

                                 İnternetdə

 https://ru.wikipedia.org/wiki 

 

http://www.disneylandparis.ru



 https://az.wikipedia.org

                                    Rus dilində

Волшебный мир Диснея [Электронный ресурс]  : 

Волшебный мир Диснея [Электронный ресурс]  : 

Дисней У. Питер Пэн в Нетландии: Сказки. - М.: Эгмонт

Россия Лтд, 2003. - 80 с. 

Дисней У. Книга джунглей: художественная литература.

-  Эгмонт Россия Лтд, 2002. - 80 с. 

Дисней   У.   Похождения   императора:   художественная

лит-ра. - М.: Эгмонт Россия Лтд, 2002. - 80 с.

Дисней   У.   Похождения   императора:   художественная

лит-ра . - М. : Эгмонт Россия Лтд, 2002. - 80 с. 

Дисней У. Планета Сокровищ: Pассказы. - М.: Эгмонт,

2002. - 80 с. 

Дисней У. Планета Сокровищ: Pассказы. - М.: Эгмонт,

2002. - 80 с. 

Дисней   У.   Книга   Джунглей   2:   художественная

литература. - М.: Эгмонт Россия Лтд, 2003. - 80 с. 

Дисней   У.  Спящая   красавица:   Cказки:   Эгмонт   Россия

Лтд, 2003. - 80  с. 

Дисней   У.  Дамбо:   художественная   литература;   -   М.:

Эгмонт Россия Лтд, 2002. - 80 с.

Дисней   У.  Не   Бей   копытом:   художественная   лит-ра;   -

М. : Эгмонт Россия Лтд, 2004. - 96 с. 

23



Дисней У. 102 Далматинца: художественная лит-ра. - М.:

Эгмонт Россия Лтд, 2001. - 80 с. 

Учим английский с героями Диснея. Дом, милый дом:

книжка с наклейками: Академия Смартбук, 2006. - 32 с

Учим английский с героями Диснея. Животные: научно-

популярная литература.: Академия Смартбук, 2007. - 32

с. 

Учим английский с героями Диснея. Игры и игрушки:



научное   издание.   -   Ярославль:   Академия   Смартбук,

2007. - 32 с 

Учим   английский   с   героями   Диснея.   Всё   о   погоде:

научно-популярная литература. - Ярославль: Академия

Смартбук, 2007. - 32 с.  

Учим английский с героями Диснея. В городе: научно-

популярная   литература.   -   Ярославль:   Академия

Смартбук, 2006. - 32 с. 

Учим английский с героями Диснея. Каникулы: научно-

популярная   литература.   -   Ярославль:   Академия

Смартбук, 2006. - 32 с. 

Учим английский с героями Диснея. Мой дом: научно-

популярная   литература.   -   Ярославль:   Академия

Смартбук, 2006. - 32 с.

Учим   английский   с   героями   Диснея.   Скоро   в  школу!:

научно-популярная литература. - Ярославль: Академия

Смартбук, 2007. - 32 с   

Учим   английский   с   героями   Диснея.   Приятного

аппетита!: научно-популярная литература. - Ярославль:

Академия Смартбук, 2006. - 32 с. 

24



Disney   və   onun   dostları:   Vəsait   bu   il   yubileyi   qeyd

olunan Uolt Disney haqqındadır. Uolt Disneyin 115 illiyi

münasibəti   ilə  respublika   uşaq   kitabxanaları     üçün

hazırlanmış metodik vəsait

Kompyuter yığımı

və dizayn:                              Nərgiz Məcidova

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;

E-mail: childlibbaku@yahoo.com

URL:www.clb.az

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında

çap olunmuşdur.

Sifariş:

Çapa imzalanmışdır:23.05.2016

Tirajı:100

Pulsuz 


25

Yüklə 134,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə