F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər №3
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi-metodika
şöbəsi tərəfindən uşaqlar üçün maraq kəsb edən əlamətdar
tarixi günlərə həsr olunmuş mərkəzi kitabxanaların uşaq
şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün
hazırlanmış metodik vəsait
Bakı - 2017
2
Tərtibçi: Könül Səmədzadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər№3:
metodik vəsait / tərt.ed. K. Səmədzadə; ix. red. və burax. məsul
Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası. -
Bakı, 2017. - 67 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçi:
Müasir dünyada uşaqların maraq dünyasına aid olan bir
çox ələmatdar tarixi günlər qeyd edilir. Hər il belə əlamətdar
tarixi günlərin keçirilməsi demək olar ki, bir ənənəyə çevrilib.
Respublikamızın hər bir təhsil ocaqlarında, elm və mədəniyyət
sahələrində, eləcə də F. Köçərli adına Respublika Uşaq
Kitabxanasında da belə günlərin keçirilməsi nəzərdə
tutulmuşdur. F. Köçərli adına Respublika Uşaq kitabxanasının
“Elmi-metodika” şöbəsi tərəfindən hər il hazırlanan “Ələmətdar
tarixi günlər təqviminə” əsasən belə günlər seçilir və tədbirlərin
hazırlanmasi üçün kitabxanaçılara təqdim olunur. Kitabxanaçı
öz növbəsində belə günlərin keçirilməsi üçün müxtəlif mövzular
əsasında metodiki vəsaitlər hazırlayır. Bu vəsaitə əsasən
tədbirlər keçirilir. Vəsaitdə qeyd olunan Ələmətdar tarixi günləri
sizlər üçün təqdim edirik:Beynəlxalq Meşə günü (21.03.2013) ,
Beynəlxalq Quşlar günü (1.04.1894), Ümumdünya Ətraf
Mühitin Müdafiəsi Günü (05.06.1972), Ümumdünya Qarpız
Günü (03.08), Ümumdünya Balina və Delfinlər Günü
(23.07.1986), Beynəlxalq Yarasalar Gecəsi (20-21.09), Filləri
Ümumdünya Müdafiə Günü (22. 09), Beynəlxalq Dovşanlar
Günü (27.09), Ümumdünya Düyü Günü (20.09.2004),
Ümumdünya Heyvanları Müdafiə Günü (04.10.1931),
Ümumdünya Yumurta Günü (13.10.2017), Morj Günü (24.
11.2008), Ümumdünya Ev Heyvanları Günü (30.11.1931),
Beynəlxalq Dağlar Günü (11.12.2003), Beynəlxalq Çay Günü
(15.12.2004-2005). Belə metodiki vəsaitlərdə hər bir əlamətdar
günün yaranması haqqında məlumatlar, həmin tarixlərlə
əlaqədar keçiriləcək tədbirlərdən nümunələr verilir. Vəsait
məktəb, lisey, gimnaziya tələbələri, kitabxana, muzey işçiləri,
müəllimlər və s. üçün nəzərdə tutulmuşdur. Hazırlanmış vəsaiti
sizlər üçün təqdim edirik.
4
21 mart-Ümümdünya Yer kürəsi və Beynəlxalq Meşələr
Günüdür
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2012-
ci ildə martın 21-ni “Beynəlxalq Meşələr (meşə və ağaclar)
günü” elan edib. Bu gün bütün meşə tiplərinin ekoloji vacibliyi
vurğulanır, onların qorunmasına və artırılmasına diqqət
yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional
və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda
qalır.
Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır.
Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon
hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303
milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə
meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb.
XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35
faizi meşə ilə örtülü olub. Hazırda ölkəmizdə meşələrin ümumi
sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8
faizini təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük
Qafqaz, 34 faizi Kiçik Qafqaz, 15 faizi Talış və 2 faizi Aran
zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür.
Azərbaycanda adambaşına düşən meşə sahəsi 0,12 hektardır.
Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan
tərəfindən işğal edilib.
BMT-nin Baş Məclisinin qərarı ilə 2013-cü ildən
etibarən hər il martın 21-də qeyd ediləcək Beynəlxalq Meşə
Günü meşələrin və meşə sahələrinin Yer kürəsində davamlı
inkişaf və təhlükəsizlik üçün böyük əhəmiyyət daşımasına
diqqəti cəlb etmək məqsədi güdür. BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı Baş Məclisin bu qərarını alqışlamış və üzv
dövlətləri həmin gün xüsusi tədbirlər, o cümlədən ağacəkmə
kampaniyaları keçirilməsini dəstəkləməyə çağırmışdır.
Yer kürəsi ərazisinin quru hissəsinin 31 faizi meşələrlə
örtülmüşdür. Haqlı olaraq meşələri planetimizin ağ ciyərləri