FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə1/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
  1   2   3   4   5   6   7   8   9   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI


FƏNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİSADİYYATI
MÜHAZİRƏ: - 30 saat, məşğələ: - 30 saat
FƏNN MÜƏLLİMİ: SULTANOVA G.A.


MÖVZU 1. Fənnin məqsəd və vəzifələri
Yaşadığımız dünyanın çox əlverişli geosiyasi və hərbi strateji mövqeyində yerləşən Cənub Qərbi Asiya və Afrikada yerləşən ərəb ölkələri XX əsrin əvvəllərindən, yəni böyük ehtiyatları olan neft yataqlarının kəşfindən sonra beynəlxalq aləmin siyasi və iqtisadi həyatında mühüm əhəmiyyət kəsb etməyə başlamışdır.
Üç qitənin «yol ayrıcında» qərarlaşmış qədim tarix və sivilizasiyaya malik olan bu region həmişə Qərb dövlətlərinin maraq dairəsində olmuş və indi də olmaqdadır. Bu dövlətlərin əlverişli coğrafi və hərbi strateji mövqeyinə , sərvətlərinin bolluğu, dünyəvi dinlərin (buddizm istisna olmaqla) yarandığı məkan olmağına görə, bu regiondan keçən beynəlxalq kommunikasiya sistemlərinə görə bu regiondan pay umur.Azərbaycan xalqını bu region ilə bağlayan cəhətlər də az deyil.
Ümumi və oxşar tarixi keçmiş, mənəvi, dini və adət-ənənə yaxınlığı hələ qədimdən azərbaycanlıları bu regionu tədqiq etməyə sövq etmişdir. Məşhur səyyah və mütəfəkkirlərimizin region ölkələrinə etdiyi səfərlər, gördüklərini və eşitdiklərini qələmə almaları indi də öz əhəmiyyətini itirməmişdir.
Regionu tədqiq edən mütəxəssisələrin ümumi fikri belədir ki, o dünyanın çox təzadlı bir məkanıdır. Siyasətşünaslar onu hər an «partlamaq» təhlükəsi olan «barıt çəlləyi»nə bənzədirlər (bu günlərdə bu oxşarlıq özünü qabarıq şəkildə büruzə verir). İqtisadçılar onu«dünyanın neft anbarlarına bənzədirlər», o da qeyd olunmalıdır ki,region ölkələri təbii sərvətlərin bolluğuna, sosial-iqtisadi və mədəni infrastrukturuna, siyasi idarəetmə qurluşuna görə bir-birindən çox fərqlənir. Burada Bəhreyn, Qətər və Küveyt kimi kiçik dövlətlərlə yanaşı Səudiyyə Ərəbistanı, Misir, İraq,Əlcəzair,Liviya kimi böyük əraziyə malik dövlətlər də mövcuddur. Ölkələr dövlət quruluşuna görə bir-birindən kəskin fərqlənirlər. Mütləq və konstitusiyalı monarxiyalar, demokratik respublikalar ilə yanaşı, respublikalar, sultanlıq və əmirliklər eyni məkandadırlar.
Neft çıxaran dövlətlərlə yanaşı, adambaşına düşən milli gəlir nisbətən inkişaf etmiş Küveyt, BƏƏ,Bəhreyn kimi ölkələrdə adambaşına düşən milli gəlirə yaxınlaşsa da,Yəmən ,Sudan,Mavritaniya onlarla müqayisədə sox geridədir. Bundan başqa region daxili əlaqələr konstruktiv əməkdaşlığa deyil, qarşılıqlı ittihamlara və barışmaz mövqelərə meyillidir.
Azərbaycan Respublikasında Ərəb ölkələri digər xarici regionlarla müqayisədə yaxşı tədqiq olunmuşdur. Bu sahədə dilçilərin, ədəbiyyatçıların və tarixçilərin rolu danılmazdır. Son illərdə region ölkələrinin coğrafi cəhətlərinin öyrənilməsinə də diqqət artırılmışdır.
İnkişaf etməkdə olan ölkələrdə olduğu kimi bu regionunda XIX əsrin ortalarında iqtisadi inkişaf xarici bazar üçün istehlak malları və avadanlıqları istehsalına yönəldilmişdi. XIX və XX əsrin əvvəllərində bunlar əsasən kənd təsərrüfatı məhsulları idi: Misirdə pambıq, Livanda ipək, İraq, Suriya və onların qonşularında müxtəlif növ buğda və s. Sonralar regionda mühüm ixracat məhsulunu neft və həm də ucuz işçi qüvvəsi əvəz etdi. Artıq XX yüzilliyin ortalarında region dünyanın həm siyasi, həm də iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. XX əsrin ikinci yarısından başlayaraq dünyada gedən siyasi proseslər və regionun əksər ölkələrinin qeyri-sabit vəziyyəti nisbətən inkişaf etmiş region dövlətlərini ( İraq, Səudiyyə Ərəbistanı, Misir) hərbi sənaye sahələrinin və silah-sursat istehsalını inkişaf etdirməyə məcbur etmişdir. Müasir iqtisadiyyatın mühüm energetika xammalı olan neft ehtiyatlarına görə regionu dünyada birinci yerdədir. Dünya neft ehtiyatının təqribən 65, təbii qaz ehtiyatının 26 faizi Qətər, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Qətər və BƏƏ-nin payına düşür. Dünyada istehsal olunan neftin 26, təbii qazın isə 5 faizi bu ölkələrin payına düşür. Regionun neft çıxaran iri dövlətlərində (SəudiyyəƏrəbistanı, İran, İraq, Küveyt, BƏƏ) neft ixracatından gələn gəlir milli iqtisadiyyata sərf edilməklə yanaşı, çox saylı əhali arasında bölüşdürülür. Neft gəlirinin milli mənimsənilməsi bir istiqamətə yönəldilmiş istehlak məhsulları idxalına sərf olunmuşdur. Bu sahədə digər addım tikinti «hay-küyü» olmuşdur: göydələnlər, inzibati və infrastruktur tikintilər, səhrada iri beynəlxalq təyyarə meydanları, avtomobil magistralları, enerji təchizatı sistemləri, su təchizatı qurğuları, hökumət və parlament binaları, böyük otellər, monarxlar üçün iqamətgahları inşa edilmiş və diplomatik məhəllələr salınmışdır. Regionun siyasi durumundan asılı olaraq neftin qiyməti dünya bazarında bəzən düşməyə, bəzən qalxmağa başlayır. Enerji xammalına əvəz axtarılması və enerji toplama texnologiyasına diqqət edilməsi neft ixrac edən dövlətləri narahat edə bilməzdi. Region neft ehtiyatının çox olması sübut edilsə də (əlavə 3), onun tükənən sərvət olması da məlumdur. Neft «xoşbəxtliyinin daimi olmaması» ilk növbədə ehtiyatı az olan Bəhreyndə özünü göstərir. Onun ardınca neft ixrac edən digər əmirliklər neftdən sonrakı inkişaf əsrinə hazırlıq məqsədilə mövcud kapitaldan və sərvətin tükənməsinədək qalan vaxtdan səmərəli istifadə etmək barədə düşünməyə başlayırlar. Yaxın Şərqdə neft çıxaran xarici şirkətlər üzərində milli nəzarətin yaradılması region xalqlarının həyatında mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər. Nəticədə İraq hökuməti ölkədə neft çıxarılması, emalı və ixracını tam milliləşdirdi, Səudiyyə Ərəbistanı,Küveyt, Qətər, BƏƏ, Oman, Bəhreyn xarici neft şirkətlərinin ölkədəki fəaliyyətini xeyli zəiflətdi. Yaxın və Orta Şərqdə təbii qaz OPEK – 1960-cı ildə İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuelanın təşəbbüsü ilə neft ixrac edən dövlətlərin maraqlarının birgə
müdafiəsi məqsədilə yaradılmışdır. Sonralar təşkilata Əlcəzair, Qabon,
İndoneziya, Liviya, Nigeriya, Ekvador, BƏƏ, Qətər daxil olmuşdur. İqamətgahı Vyana (Avstriya) şəhərindədir.
Regionda fosforit,xromit, dəmir filizi, mis, qurğuşun,manqan, sink, molibden, sürmə, boksit, təbii kükürd, kalium və xörək duzu, tikinti materialları yataqları aşkar edilmişdir. Bu faydalı sərvətlərin bəzilərinə görə region dövlətləri dünya bazarında mühüm yer tutur. İraq,Suriyada,Tunis Mərakeşdə,Misirdə zəngin fosforit yataqları vardır.
Region aqroiqlim sərvətlərilə də zəngindir.Təbiət buraya bol istilik və günəş işığı, regionun əksər dövlətləri üçün həyati əhəmiyyətə malik olan zəngin yeraltı su sərvəti bəxş etmişdir.
Region dövlətləri tropik və subtropik qurşaqda yerləşir.Ərazisinin genişliyi, relyefin müxtəlifliyi, hava kütlələrinin sirkulyasiyası regionda istilik və rütubətin kəskin fərqinə səbəb olmuşdur. Aralıq dənizləri sahillərində isti yayı,yağmurlu qışı ilə səciyyələnən Aralıq dənizi iqlimi regionun qərbi və cənubu istiqamətində quru tropik iqlimlə əvəz olunur. Yalnız Ərəbistan yarımadasının ucqar cənub-qərbi musson küləklərinin təsirinə məruz qaldığından nisbətən çox rütubət alır. Regionda və həmçinin ayrı-ayrı ölkələrdə yağıntı və temperatur fərqi mövcuddur.
Digər tərəfdən qiymətli kənd təsərrüfatı xammalı istehsal olunan region dövlətlərinin əksəriyyəti dünya bazarında kənd təsərrüfatı malları ilə iştirak edir. Məsələn, Misir pambıq, ixrac edir, Yəmən qəhvə (Mokko növü) ixrac edir. Dünya xurma istehsalının böyük bir hissəsi İraqın payına düşür. İraqda bərk arpa növü becərilir. Aqrar bölmənin inkişafı sahəsində çoxsaylı layihələr xüsusi qeyd edilməlidir. Əhalisinin böyük əksəriyyətinin hələ qədimdən heyvandarlıqla məşğul olan, iqlim şəraiti əkinçilik üçün yararsız olan quraq ölkələrdə dünya bazarından aslılığı zəiflətmək məqsədilə bitkiçiliyin inkişafı üçün iri şirkətlər yaradılır. Region ölkələrində əkinçilik süni suvarmaya əsaslanır. Suni suvarma Misir, İrak, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ,Küveyt kimi iri dövlətlərdə müasir qurğulardan istifadə edilirsə, Ərəbistan yarımadası əmirliklərində enerji tutumlu şirin su qurğuları və nasos stansiyaları mühüm rol oynayır. Bu isə sübut edir ki, İES-lər və içməli su komplekslərində neft və qaz yandırılması imkanlar ıolmasa səhrada əkinçilik barədə söz açmaq lazım gəlməzdi. Səudiyyə Ərəbistanı buğda (taxılla özünü təmin edir, bəzən ixrac da edir), Küveytdə tərəvəz, gül, meyvə (Qərbi Avropaya səhləb çiçəyi ixrac edilir), BƏƏ-də, Omanda, Ürdündə çiyələk yetişdirilir. Onu da qeyd etmək lazımdır ki, bu ölkələrdə aqrotexnologiya idxal olunur, suvarma qurğuları sistemi xarici mütəxəssislərin rəhbərliyi ilə immiqrant fəhlələr tərəfindən yaradılmışdır, əkinçilik üçün zəruri sayılan materiallar və avadanlıq isə Qərbi Avropa ölkələri və Yaponiyadan gətirilir. Deməli, məhsuldar qüvvələrin strukturunun diversifikasiyası istiqamətlərinin əksəriyyəti son nəticədə neftə əsaslanır. Neftdən sonrakı iqtisadiyyat da neftin «əsiri» olaraq qalır.
Beləliklə, region ölkələrinin milli təsərrüfatının inkişafı üçün əlverişli coğrafi mövqe, təbii şərait və faydalı sərvətlər mövcuddur. Ölkənin təbii sərvətlərindən istifadə olunması və sənayeləşdirilməsində Səudiyyə Ərəbistanı,Küveyt ,BƏƏ,Bəhrey,Ürdün, Misir və s.böyük nailiyyət əldə etmişlər.
Küveytin və həmçinin BƏƏ-nin neft çıxaran digər əmirliklərinin milli bankları neft dollarlarını xarici banklarda yerləşdirmək üçün investisiya əməliyyatı üzrə ixtisaslaşmışdır. Onuda qeyd edək ki, tarixən tacirlik ənənələri olan Dubay əmirliyinin bankları əsasən ticarət banklarıdır və idxal-ixrac əməliyyatına xidmət
üzrə ixtisaslaşmışdır.
Ərəb ölkələrinin əksəriyyətində turizm sektoru iqtisadiyyatın dinamik inkişaf edən sahəsinə çevrilmişdir. Regionun bir çox dövlətlərində (Səudiyyə Ərəbistanı, MƏR,BƏƏ, Livan və s.) hökumətin dəstəyi, turizm infrastrukturunun daim inkişaf etdirilməsi, nisbətən ucuz hava nəqliyyatı, turizm sektoruna qoyulan şəxsi və dövlət investisiyaları, sərhəd keçidməntəqələrinin açılması sayəsində inkişaf edən əməkdaşlıq beynəlxalq, regional və ölkədaxili turizmin inkişafına səbəb olmuşdur. Regionun «neft dolları» olan dövlətləri turizm sektorunu inkişaf etdirməkdə daha çox maraqlıdırlar. Tükənən sərvət olan neftdən əldə edilən gəlir hesabına bu ölkələrdə Avropa standartlarına cavab verən dəbdəbəli otellər inşa edilmiş, qonaqpərvərlik sənayesinin yenidən qurulmasında yeni nailiyyətlər əldə edilmişdir.
Regionun əlverişli coğrafi və geosiyasi mövqeyi beynəlxalq əhəmiyyətli nəqliyyatın bütün növlərinin inkişafına səbəb olmuşdur. Dünya beynəlxalq iqtisadi əlaqələrində Atlantik və Hind okeanı hövzələrini birləşdirən Süveyş kanalının
əhəmiyyəti böyükdür. Süveyş kanalının inşası fikri hələ orta yüzilliklərdə ərəblər tərəfindən irəli sürülmüşdür. Sonralar bu fikir Fransada XIV Lüdovik və Napoleonun hakimiyyəti dövründə yenidən baş qaldırır. Yalnız XIX yüzilliyinin ortalarında (1859-cu ildə) kanalın tikintisinə başlanır. 1869-cu il noyabrın 17-də kanalın təntənəli surətdə açılışı olur. Kanal şimal-cənub istiqamətində Port Səiddən Süveyşədək 93 km məsafədə uzanır. Eni 190-365 metr,dərinliyi 20 metrdir. Gəmilər kanaldan 11-12 saata keçir gün ərzində 50 gəmi keçə bilir. Dənizlər arasındakı səviyyə fərqi az(23 sm) olduğundan kanal şlüzsüzdür. XX yüzilliyin əvvəllərində kanaldan 4 min gəmi (daşınan yüklərin miqdarı 20-30 mln. ton) keçibsə, 60-cı illərin ortalarında 20 min gəmi 250 mln. ton yük daşımışdır. Bu onu sübut edir ki, Süveyş kanalı Avropa və Asiya ölkələrini əlaqələndirən başlıca dəniz yoludur. Kanaldan daşınan yük əsasən nefdir. Ona görə də cənubdan daşınan yüklərin miqdarı əks istiqamətə daşınan yüklərdən 4 dəfə artıqdır.1956-57-ci illərdə Fransa və Böyük Britaniyaya məxsus Süveyş kanalı şirkəti milliləşdirildikdən sonra bu ölkələrin təcavüzü və 1967-75-ci illərdə Ərəb-İsrail müharibəsi nəticəsində kanalın bağlanması sayəsində kanalla daşınmalardan gələn gəlir 2 dəfə azalır.
1975-ci il iyunun 5-də kanal yenidən açıldıqdan sonra gəmi və yük dövriyyəsi sürətlə artır, ötən əsrin 90-cı illərində kanaldan 20 min gəmi 350 mln. ton yük daşımışdır. 1990-91-ci ildəki İraq-Küveyt və 2003-cü ildəki ABŞ-İraq münaqişəsi kanaldan daşınan yüklərin azalmasına təsir göstərdi. BMT tərəfindən İraq və Küveyt neftinin daşınmasına embarqo qoyulması dünya bazarına 300 mln. ton neftin daşınmasına mane oldu. Bu neftin çox hissəsi Süveyş kanalından daşınırdı.Kanalın yenidən rekonstruksiyası (enliləşdirilməsi vədərinliyinin 20 metrə çatdırılması) hazırda daha iri gəmilərin hərəkətinə imkan yaratmışdır. Buna baxmayaraq, Yaxın Şərq neftini daşıyan super-tankerlərin çoxu Afrika ətrafından keçir. XXI yüzilliyin əvvəlləri üçün dünya dəniz nəqliyyatı ilə daşınan yüklərin
14 faizi (440 mln. ton) Süveyş kanalının payına düşür.Beynəlxalq dəniz yollarına
İsgəndəriyyə (Misir), Beyrut (Livan) kimi portlar xidmət edir. Yaxın London – Bombey arasında dəniz yolu Afrika sahilindən keçməklə 10721 dəniz milidirsə, kanaldan keçməklə 6260 dəniz mili Liverpul –Lokaqama arasında isə 14436 dəniz mili təşkil edir.



Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə