Bildiririk ki, təqdim olunan siyahıdan aşağıda adları qeyd olunan şəxslər ixtisasartırma kursu keçdikdən sonra sertifikasiyaya cəlb oluna bilərlər:
Muxtarova Sevinc Bakir qızı, Həsənova Sevil Fazil qızı barədə “Odlar Yurdu” Universiteti tərəfindən təqdim olunmuş həmin universitetin orta ixtisas təhsil kollecinin məzunlarının siyahısında heç bir məlumat tapılmamışdır. Məsələ ilə bağlı onlar təhsil aldığı müəssisəyə müraciət etməlidirlər.
Bəxtiyarova Xalidə Qaçay qızı və Heydərova Elbəniz Əbdüləli qızı kiçik tibb işçisi kimi fəaliyyət göstərə bilərlər.
Mədəniyyət Nazirliyinin Şüvəlan qəsəbə klubu nəzdində təşkil olunmuş kurslar orta ixtisas tibb təhsil müəssisəsi sayılmır. Bununla bağlı məktubunuzda qeyd olunan Paşayeva Minə Baxşeiş qızı orta tibb ixtisas üzrə sertifikasiyaya cəlb oluna bilməz.
Bildiririk ki, 2006-cı ildən etibarən qeyri-dövlət təhsil müəssisələrinə tibb ixtisasları üzrə tələbə qəbulu dayandırılmışdır. Bu səbəbdən həmin ildə qeyri-dövlət (özəl) təhsil müəssisələrinə tibb ixtisasları üzrə qəbul olunan Əliyeva Rəna Qabil qızı adına yazılan diplomun hüquqi qüvvəsi yoxdur.
Təqdim etdiyiniz şəxsi işlərin arasında aşağıda qeyd olunan 5 nəfər şəxs tibb kolleclərində təhsil almamışdırlar:
Gəncə
Tibb Kolleci
-
Qənbərova Xatirə Məhəmməd qızı
-
Həsənova Tofiqə Əsəd qızı
Naxçıvan Tibb Kolleci
-
Qasımova Zənurə Teyyub qızı
-
Süleymanova Günel Əvəz qızı
1 nömrəli Bakı Tibb Kolleci
-
Məmmədova Vəfa Məhəmməd qızı
-
Qənbərova Xatirə Nəriman qızı
-
Qasımova Cəmilə Yəhya qızı
Məsələni araşdırmaq üçün məlumat Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektoruna verilmişdir.
Dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində çalışmanın yaş həddi 65-dir və əmək müqaviləsinin uzadılmasına hər dəfə 1 il müddətinə 5 ildən çox olmamaq Bunu nəzərə alaraq 1938-ci il təvəllüdlü Sadıqova Əntiqə Talış qızı ilə əmək müqaviləsinin uzadılması mümkün hesab edilmir.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva