Azərbaycan Respublikasında dövlət standartlaşdırma sisteminin hüquqi
bazasının yaradılmasının sürətləndirilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
1. Dövlət standartlaşdırma sisteminin konsepsiyasının başa çatdırılması, istehlakçıların
hüquqlarının müdafiəsi, standartlaşdırma, metrologiya və sertifikasiya sahəsindəki siyasət
nəzərə alınmaqla Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarının hazırlanıb
Milli Məclisin müzakirəsinə verilməsinin sürətləndirilməsi üçün Milli Məclisin üzvlərindən
ibarət müvəqqəti komissiya yaradılsın.
2. Müvəqqəti komissiya aşağıdakı tərkibdə təsdiq edilsin:
Vaqif Qasımov — Komissiyanın sədri, Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə
komissiyasının sədri, Azərbaycan Texniki Universiteti metrologiya və standartlaşdırma
kafedrasının dosenti;
Arif Rəhimzadə — Aqrar məsələlər komissiyasının sədri, Azərbaycan Respublikasının
Dövlət
müşaviri;
Cümşüd Nuriyev— Büdcəyə nəzarət komissiyasının sədri, Azərbaycan Respublikası
kənd təsərrüfatı nazirinin müavini;
Fərrux Zeynalov — Dövlət quruculuğu və hüquq siyasəti komissiyasının üzvü,
Azərbaycan Respublikasının material ehtiyatları naziri;
Ədalət Rəhimli— Sosial siyasət komissiyası sədrinin müavini, kimya elmləri doktoru;
Qalib Qurbanov — İqtisadi siyasət komissiyasının üzvü.
3.
Komissiyanın işinə Ali Sovetin aparatının yüksək ixtisaslı mütəxəssisləri,
respublikanın müxtəlif nazirlik, idarə və müəssisələrindən peşəkar, səriştəli ekspertlər cəlb
edilsin.
4.
Azərbaycan Respublikasının Prezidentinə tövsiyə edilsin ki, müvafiq qanun
layihələrini Ali Sovetə təqdim etsin.
5.
Müvəqqəti komissiyaya tapşırılsın ki, Milli Məclisin İqtisadi siyasət komissiyası ilə
birgə həmin qanun layihələrini Milli Məclisin müzakirəsinə versin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R. QULİYEV.
Bakı şəhəri, 6 dekabr 1993-cü il.
№ 769.