Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml



Yüklə 119,35 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü119,35 Kb.
#8143


 

149 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Sosial-siyasi elml

ər seriyası   

 

2013 

 

 

 

 

UOT: 327; 930.22 

 

AVROPA ÜMUMİ XARİCİ VƏ TƏHLÜKƏSİZLİK SİYASƏTİNİN  

FORMALAŞMASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ 

 

T.X.VƏLİYEVA 

AMEA İnsan Hüquqları İnstitutu 

veliyeva-tomris@yahoo.com 

 

Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin (ÜXTS) formalaşması və in-

k

işaf mərhələləri tədqiq edilir. Göstərilir ki, ÜXTS-in formalaşması formal olaraq Avropa Bi-

rlikl

ərinin təsis  olunması  ilə  başlayır.  Maastrixt  Müqaviləsinin  bağlanması  ÜXTS-in  inkişa-

fında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu ki, bu da özünün sonrakı inkişafına Amsterdam 

v

ə  Nits müqavilələrində  nail oldu. Lissabon Müqaviləsinin qüvvəyə  minməsi isə  ÜXTS-in 

növb

əti mərhələsinin başlanmasını bildirmiş oldu. 

 

Açar sözl

ər:  Avropa  İttifaqı,  ümumi  xarici  və  təhlükəsizlik siyasəti, Maastrixt 

Müqavil


əsi, Amsterdam Müqaviləsi, Nits Müqaviləsi, Lissabon Müqaviləsi, Vahid Avropa 

Aktı, vahid daxili bazar, inteqrasiya 

 

Avropa  İttifaqı  özündə  500  milyona  yaxın  əhalisi olan 27 dövləti 



c

əmləşdirən  ən böyük inteqrasiya birliyidir. Son 60 ildə  iqtisadi inteqrasiya 

sah

əsində böyük nailiyyətlər əldə etmiş bu Birlik dünya iqtisadiyyatının kifayət 



q

ədər əhəmiyyətli hissəsini özündə təmərküzləşdirib və dünyanın ümumdaxili 

m

əhsulunun təqribən dörddə bir hissəsi (və ya 25%-i) onun payına düşür. 



Avropa  İttifaqının  müasir  dövrdə  beynəlxalq rolu tək iqtisadi ölçülərlə 

kifay


ətlənmir, bu qurum eyni zamanda beynəlxalq siyasi münasibətlərin aparıcı 

aktorlarından  birinə  çevrilib.  Avropa  İttifaqı  ölkələrinin  müştərək siyasi 

f

əaliyyətinin mexanizmlərinin formalaşması prosesi soyuq müharibə dövründə 



başlasa  da,  1990-cı  illərin  əvvəllərində  ikiqütblü  ideoloji  qarşıdurmanın  başa 

çatma


sı ilə özünü daha aktiv şəkildə göstərdi. İkiqütblü ideoloji bloklaşmanın 

başa çatmasından sonra Avropanın ABŞ-dan hərbi-siyasi asılılığının azalması 

v

ə  postbipolyar dövrdə  beynəlxalq təhlükəsizlik, o cümlədən Avropa 



t

əhlükəsizliyi üçün yeni təhdidlərin meydana gəlməsi  Avropa  İttifaqını 

müst

əqil xarici və təhlükəsizlik siyasəti yeritmək istiqamətində konkret qərarlar 



q

əbul etmək məcburiyyəti qarşısında qoydu. 

Qeyd etm

ək  lazımdır  ki,  İkinci  dünya  müharibəsindən sonra Avropada 

ilk siyasi inteqrasiya prosesl

əri məhz təhlükəsizlik və  müdafiə  məsələləri ilə 




 

150 


bağlı  idi.  Belə  ki, hələ  1947-1948-ci illərdə  Qərbi Avropa Kollektiv Təhlü-

k

əsizlik  sisteminin  yaradılmasını  nəzərdə  tutan müqavilələr  imzalanmışdı. 



Lakin 1950-ci ilin 

əvvəllərində bu layihələr uğursuzluğa düçar olmuşdu. 

Q

ərbi  Avropada  inteqrasiyanın  müasir  konsepsiyasının  mahiyyəti milli 



dövl

ətlər tərəfindən öz suverenliyinin bir hissəsini üstmilli inteqrasiya 

birlikl

ərinə verməkdən ibarətdir və bu ideya Fransanın tanınmış ictimai xadimi 



Jan Monne t

ərəfindən irəli sürülmüşdü [2]. Fransanın xarici işlər naziri Şuman 

9 may 1950-ci ild

ə  Jan  Monnenin  ideyası  əsasında  Fransa  və  Almaniyada 

kömür v

ə polad istehsalının nəzarətinin digər Avropa ölkələrinin də qoşulması 



üçün  açıq  olan  birgə  Ali orqana verilməsi  haqqında  təklif ilə  çıxış  etdi. 

Almaniya  Federativ  Respublikası  (AFR),  İtaliya,  Belçika,  Niderland  və 

Lüksemburq hökum

ətləri bu təklifi dəstəklədilər və bu 6 dövlət tərəfindən 18 

aprel 1951-ci ild

ə  Parisdə  Avropa Kömür və  Polad Birliyinin (AKPB) təsis 

edilm

əsi haqqında  müqavilə  imzalandı.  Bu  müqavilənin  imzalanması  Qərbi 



Avropada inteqrasiya prosesl

ərinin əsasını qoydu. 

Avropa Kömür v

ə Polad Birliyinə dair müqavilənin imzalanmasını Avro-

pa inteqrasiya prosesl

ərinin nailiyyəti kimi qəbul edən Fransa, İtaliya, Belçika, 

Niderland, Lüksemburq xarici f

əaliyyət idarələrinin başçıları və AFR kansleri 

27 may 1952-ci ild

ə Parisdə Avropa Müdafiə Birliyinin təsis edilməsi haqqında 

müqavil

ə  imzaladılar.  Müqavilənin 1-ci maddəsində  deyilirdi  ki,  “Razılığa 



g

ələn Ali tərəflər bu müqavilə ilə ümumi təsisatlara, ümumi silahlı qüvvələrə 

v

ə ümumi büdcəyə malik olan üstmilli xarakterli Avropa Müdafiə Birliyi təsis 



edirl

ər”. Eyni zamanda müqavilənin 2-ci və 120-ci maddələrində birliyin yalnız 

müdafi

ə  məqsədləri  daşıması  və  onun  yalnız  üzv dövlətlərin Avropa 



ərazilərində  tətbiq edilməsi elan edilirdi [1]. Lakin 30 avqust 1954-cü ildə 

Fransa Milli Assambleyası bu müqaviləni ratifikasiya etməkdən imtina etdi və 

bununla da Avropa Müdafi

ə Birliyinə dair müqavilə uğursuzluqla nəticələndi. 

N

əhayət, qeyd edilmiş 6 dövlət tərəfindən 25 mart 1957-ci ildə Romada 



Av

ropa İqtisadi Birliyinin (AİB) və Atom Enerjisi üzrə Avropa Birliyinin (Av-

roatom) t

əsis edilməsi haqqında 2 müqavilə imzalandı. Həmin müqavilələrdə 

Avropa inteqrasiya prosesl

ərinin hüquqi və institusional əsasları müəyyən edil-

di. Bununla da Avropa Birliyinin 

əsası qoyuldu. Odur ki, Avropa ümumi xarici 

v

ə təhlükəsizlik siyasətinin mənbələrini tədqiq edərkən, “Avropa Birliyi” anla-



yışının təbiətinin müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Şou J. Avropa 

Birliyini beyn

əlxalq hüquq qabiliyyətinə  malik  ayrı-ayrı  müstəqil hüquqi 

vahidl


ərdən ibarət olan sərbəst siyasi qurum kimi xarakterizə  edir.  O,  yazır: 

“Bu hüquqi vahidl

ər üç birlikdir ki, onların ikisi iqtisadiyyatın müəyyən sekto-

runa aiddir: 1951-ci il Paris müqavil

əsi ilə  təsis  edilmiş  Avropa  Kömür  və 

Polad Birliyi (AKPB) (25 iyul 1952-ci ild

ə qüvvəyə minib) və 1957-ci il Roma 

müqavil


əsi ilə təsis edilmiş Atom Enerjisi üzrə Avropa Birliyi (Avroatom) (1 

yanvar 1958-ci ild

ə qüvvəyə minib). İkinci 1957-ci il Roma müqaviləsinə əsa-

s

ən həmçinin 1958-ci ildə Avropa İqtisadi Birliyi (AİB) yaradıldı. Məhz yuxa-



rıda qeyd edilən üç Birlik “Avropa Birliyi” anlayışının vahid siyasi və hüquqi 


 

151 


ç

ərçivəsini təşkil etdilər” [6, 5-7]. Digər tərəfdən, Hartli T.K. bildirir ki, Bir-

liyin ad

ətən vahid struktur kimi qəbul edilməsinə baxmayaraq, hüquqi nöqteyi 

n

əzərdən üç birlik mövcuddur ki, bunlardan da fəaliyyəti universal xarakter 



daşıyan Avropa İqtisadi Birliyi daha böyük əhəmiyyət kəsb edir [3, 3-5]. 

Bel


əliklə,  İkinci  dünya  müharibəsindən sonra Avropada inteqrasiya 

prosesl


əri iqtisadi sahəni əhatə edirdi. Həmin dövrdə Qərbi Avropa ölkələrinin 

t

əhlükəsizliyinin təmin edilməsində Transatlantik əməkdaşlığa üstünlük verildi 



v

ə  müdafiə  məsələləri Avropa  institutlarının  yurisdiksiyasına  aid  edilmədi. 

Odur ki, Q

ərbi  Avropa  İttifaqı  (QAİ)  Avropada  təhlükəsizlik və  müdafiə 

sisteminin 

əsas təminatçısına çevrilə bilmədi, bu rol NATO-ya həvalə edildi. 

Avropanın siyasi inteqrasiyası sahəsində dialoq 1960-cı illərin sonlarında 

yenid


ən  başladı  və  1970-ci ildə  Avropa  Siyasi  Əməkdaşlığı  (ASƏ)  haqqında 

Müqavil


ə  imzalandı.  Müqaviləyə  görə, Avropa Birliyinə  üzv dövlətlər birgə 

Avropa Xarici Siyas

əti  formalaşdırmağa  və  həyata keçirməyə  çalışmalı  idi. 

Lakin Avropa siyasi 

əməkdaşlığı qarşılıqlı əsaslarla dövlətlərarası informasiya 

mübadil


əsi və xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr mexanizmi 

olsa da, üzv ölk

ələrin hökumətləri ilə üstmilli orqanları arasında səlahiyyətlərin 

bölünm


əsində fikir ayrılığının olması səbəbindən Birliyin müqavilə hüququna 

daxil edilm

ədi. Beləliklə, 1970-ci ildən  başlayaraq,  Avropa  Birliyi  dövlətlər-

arası  əsaslarla  Avropa  Siyasi  Əməkdaşlığı  haqqında  Müqavilə  çərçivəsində 

vacib siyasi m

əsələlərə  dair  qarşılıqlı  fəaliyyət göstərməyə  başlasalar  da,  bu 

müqavil

ənin müddəaları  məcburi  xarakter  daşımırdı  və  mahiyyət  etibarı  ilə 



xarici işlər nazirlərinin görüşlərinin koordinasiya edilməsinin hüquqi əsası kimi 

istifad


ə edilirdi. 

Q

ərbi Avropa inteqrasiya proseslərində 1 iyul 1987-ci ildə Vahid Avropa 



Aktının (VAA) qüvvəyə minməsi xüsusi rol oynadı və dönüş mərhələsi kimi 

qiym


ətləndirilməlidir.  İqtisadi  inteqrasiya  sahəsində  Roma müqavilələrinin 

imzalanmasından  30  il  keçdikdən sonra VAA ilk dəfə  olaraq  “dörd  azadlıq” 

m

əkanını müəyyənləşdirdi. Əmtəənin, fiziki şəxslərin, xidmət və kapitalın heç 



bir daxili s

ərhəd olmadan sərbəst hərəkətini təmin edən vahid məkan “Vahid 

daxili bazar” adlandırıldı. Bundan başqa, Roma müqaviləsinə iqtisadi və sosial 

sah


ələr, elmi tədqiqatlar və  texnoloji  inkişaf,  ətraf mühitin mühafizəsinə  dair 

xüsusi bölm

ələr  əlavə  edildi, o cümlədən üzv dövlətlərin xarici siyasət 

sah


əsində hökumətlərarası əməkdaşlığının hüquqi bazası yaradıldı. 

Soyuq müharib

ənin başa çatması ilə siyasi vəziyyətin dəyişməsi Avropa 

Birliyi t

ərəfindən adekvat cavabların verilməsini tələb edirdi. Əgər əvvəllər so-

yuq müharib

ənin məqsədləri Avropa Birliyinə siyasi və hərbi sahələrdə müstə-

qil rol oynamağa imkan vermirdisə, SSRİ başda olmaqla sosialist düşərgəsinin 

dağılması  siyasi  sferada  əməkdaşlıq  üçün keyfiyyətcə  yeni mühitin 

formalaşması ilə nəticələndi. 

Bel

ə bir şəraitdə Avropa inteqrasiya proseslərinin inkişafında, əsasən də 



Avropada xarici siyas

ət və  təhlükəsizlik sahəsində  yeni mərhələ  başlandı.  7 

fevral 1992-ci ild

ə Avropa Birliyinin on iki üzvü Maastrixt şəhərində Avropa 




 

152 


İttifaqının  yaradılması  haqqında  Müqavilə  imzaladı  və  həmin müqavilə  1 

noyabr 1993-cü ild

ə qüvvəyə mindi [7]. Bu müqavilə 1950-ci illərin əvvəllərin-

d

ə əsası qoyulmuş Avropa inteqrasiya proseslərini keyfiyyətcə yeni səviyyəyə 



qaldırdı.  Belə  ki, “Maastrixt müqaviləsi”  adlandırılan  bu  müqaviləyə  əsasən, 

Birliyin  adı dəyişdirilərək  “Avropa  İttifaqı”  (Aİ)  adına  transformasiya  edildi. 

Bel

ə  ki, müqavilənin 1-ci maddəsinə  əsasən  İttifaq  “siyasət  sferaları  və  bu 



Müqavil

əyə  əsasən  əməkdaşlıq  formaları  ilə  tamamlanmış  Avropa  birlikləri 

bazasında təsis edilir”. Eyni zamanda müqavilədə Avropa inteqrasiya proses-

l

əri tək iqtisadi və valyuta ittifaqının deyil, həm də siyasi ittifaqın yaradılmasını 



n

əzərdə  tuturdu. Bundan əlavə, Maastrixt müqaviləsində  Avropa  İttifaqının 

ümumi xarici v

ə  təhlükəsizlik siyasətinin (ÜXTS) hüquqi əsası  qoyuldu. 

Müqavil

ədə Avropa siyasi əməkdaşlığı ÜXTS ilə əvəz edildi və ÜXTS ittifaq 



institutlarının  fəaliyyəti ilə  əlaqələndirildi. Nəhayət,  yuxarıda  qeyd  edilən-

l

ərdən göründüyü kimi, ÜXTS Avropa Birliyinə üzv dövlətlər arasında 1950-ci 



ill

ərdən iqtisadi əməkdaşlıq,  o  cümlədən iqtisadi məsələlərə  dair  qarşılıqlı 

əlaqələr ilə paralel olaraq siyasi əməkdaşlıq uğrunda davam edən müzakirələrin 

m

əntiqi nəticəsi kimi gündəmə gəldi. 



Maastrixt müqavil

əsi qəbul edildikdən sonra Aİ-nin əsas fəaliyyət sahələ-

rini xarakteriz

ə etmək məqsədilə “üç dayaq” anlayışından istifadə edildi. Birin-

ci “dayaq” iqtisadi v

ə maliyyə  məsələləri ilə bağlıdır  və Aİ-nin bu istiqamə-

tind

ə  siyasətini  əhatə  edir.  İkinci  “dayaq”  xarici  siyasət, təhlükəsizlik və 



müdafi

ə  məsələlərini, üçüncü “dayaq” isə daxili siyasət və ədliyyə sahəsində 

əməkdaşlıq  məsələlərini özündə  ehtiva edir. Maastrixt müqaviləsinə  əsasən, 

Avropa  İttifaqı  xarici  və  təhlükəsizlik siyasəti sahəsində  ümumi siyasəti və 

t

ədbirləri müəyyən edir və  həyata keçirir. Müqaviləyə  əsasən,  Aİ  beynəlxalq 



münasib

ətlərin  bütün  sferalarında  əməkdaşlığın  yüksək səviyyəsinə  nail 

olmağa çalışır və aşağıdakı məqsədləri müəyyən edir: 

а) öz dəyərlərinin, təməl maraqlarının, təhlükəsizliyinin, müstəqilliyi və 

bütövlüyünün müdafi

əsi; 


b)  demokratiyanın,  hüquqi  dövlətin,  insan  hüquqlarının  və  beynəlxalq 

hüququn prinsipl

ərinin dəstəklənməsi və möhkəmləndirilməsi; 

с) BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, o cümlədən Helsinki 

Yekun Aktının prinsiplərinə və Paris Xartiyasının məqsədlərinə uyğun olaraq 

sülhün  qorunması,  münaqişələrin  qarşısının  alınması  və  beynəlxalq 

t

əhlükəsizliyin möhkəmlənməsi; 



d) kasıblığın kökünün kəsilməsini əsas məqsəd tutaraq, inkişaf etməkdə 

olan ölk


ələrin iqtisadi, sosial və  ekoloji  planda  davamlı  inkişafının 

d

əstəklənməsi; 



е) bütün dövlətlərin  dünya  iqtisadiyyatına  inteqrasiyasının,  o  cümlədən 

beyn


əlxalq ticarətə  maneələrin tədricən ləğv  edilməsi  hesabına,  təşviq 

edilm


əsi; 

f)  davamlı  inkişafı  təmin etmək üçün ətraf mühitin qorunub 

saxlanılmasına  və  yaxşılaşdırılmasına  və  dünyanın  təbii  resurslarının  etibarlı 



 

153 


idar

ə edilməsinə dair beynəlxalq tədbirlərin işlənib hazırlanması; 

g) t

əbii amillər və  ya insan fəaliyyəti nəticəsində  meydana gəlmiş 



f

əlakətlərlə üzləşən ölkələrin və regionların əhalisinə yardımların göstərilməsi

h) gücl

əndirilmiş  çoxtərəfli  əməkdaşlığa  və  yaxşı  qlobal  idarəçiliyə 



əsaslanan beynəlxalq sistemin inkişafına nail olunması. 

Bel


əliklə, iqtisadi inteqrasiya sahəsində  əldə  edilmiş  nailiyyətlər,  SSRİ 

başda  olmaqla,  sosialist  düşərgəsinin  dağılması  və  dünyada  baş  verən qlobal 

d

əyişiklər 1990-cı  illərin  əvvəllərində  Avropa  İttifaqının  müstəqil xarici və 



t

əhlükəsizlik siyasəti aparması üçün fundament yaratdı. Bununla bərabər, Av-

ro

pa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti formalaşdırmasını şərt-



l

əndirən bir sıra amilləri vurğulamaq lazımdır. Bu amillər sırasında, ilk növbə-

d

ə, SSRİ süqut etdikdən, sosialist düşərgəsi dağıldıqdan və soyuq müharibə ba-



şa çatdıqdan sonra Avropa ölkələrinin dövlət müstəqilliyinə, ərazi bütövlüyünə 

v

ə  konstitusiya  əsaslarına  kommunist  bloku  tərəfindən olan hərbi müdaxilə 



t

əhlükəsinin yox olmasını, Avropanın ABŞ üçün əvvəlki strateji əhəmiyyətini 

qism

ən itirməsini və  Qərbi  Avropanın  təhlükəsizlik sahəsində  ABŞ-dan 



asılılığının  əhəmiyyətli dərəcədə  azalmasını  qeyd  etmək  lazımdır.  Digər 

t

ərəfdən, 1990-cı illərin əvvəllərinə Qərbi Avropa ölkələri iqtisadi inteqrasiya 



sah

əsində ciddi nailiyyətlər əldə etmişdilər, onlar üçün siyasi və təhlükəsizlik 

sah

ələrdə  əməkdaşlıq  prioritet  məqsədlərə  çevrilmişdilər. Üçüncü tərəfdən, 



Avropa ölk

ələrinin xarici və  təhlükəsizlik sahəsində  ümumi siyasətinin 

formalaşdırması və daha da təkmilləşdirməsinə Balkan ölkələrində baş vermiş 

böhran ciddi t

əsir göstərdi. Avropa ölkələri Avropada baş verəcək böhranları 

t

əkbaşına tənzimləyə bilməyəcəklərini anladılar. Bu səbəbdən Avropa İttifaqı 



ölk

ələri ÜXTS çərçivəsində daha sıx əməkdaşlıq etməyə üstünlük verdilər. 

Lakin Maastrixt müqavil

əsində qeyd edilirdi ki, Avropa İttifaqı ölkələri 

ümu

mi strateji maraqları mövcud olduğu məsələlərə dair ümumi xarici həyata 



keçirirl

ər. Müqavilədə eyni zamanda ÜXTS və Aİ-nin əsas müdafiə strukturu 

olan Q

ərbi  İqtisadi  Birliyi  çərçivəsində  Ümumi Avropa təhlükəsizlik və  mü-



dafi

ə siyasətinin (ÜATMS) inkişaf etdirilməsinin mümkünlüyü vurğulanırdı. 

XX 

əsrin  sonlarında  Avropa  İttifaqında  ÜXTS  sahəsində  bir  sıra 



d

əqiqləşdirilmələr aparılması zərurəti gündəmə gəldi. Bu dəqiqləşdirilmələr 2 

oktyabr 1997-ci ild

ə  imzalanmış  və  1 may 1999-cu  ildə  qüvvəyə  minmiş 

Amsterdam müqavil

əsində öz əksini tapdı [8]. 

Amsterdam müqavil

əsinin ümumi xarici və təhlükəsizlik siyasətinə həsr 

edil

miş 11 və 28-ci maddələrində Maastrixt müqaviləsindən fərqli olaraq, gös-



t

ərilir ki, ÜXTS bütövlükdə  İttifaqın  səlahiyyətlərinə  aid edilir və  Aİ  üzvləri 

ümumi xarici v

ə  təhlükəsizlik siyasətinə  birgə  dəstək verməlidirlər. Bundan 

əlavə, Amsterdam müqaviləsinin  başlıca  yeniliyi  Aİ-nin ümumi müdafiə 

sferası  ilə  bağlı  idi.  Belə  ki, bu müqavilə  Avropa təhlükəsizlik və  müdafiə 

siyas

ətinin formalaşdırılması perspektivlərini müəyyənləşdirirdi. 



Qeyd etm

ək  lazımdır  ki,  Amsterdam  müqaviləsi ümumi xarici və 

t

əhlükəsizlik siyasəti sahəsində Maastrixt müqaviləsinin nailiyyətlərini özündə 




 

154 


birl

əşdirməklə  bərabər, bu sahədə  daha da irəli gedərək  bir  sıra  yenilikləri 

ehtiva edirdi. Bu yenilikl

əri aşağıdakı kimi sistemləşdirmək olar: 

Birincisi, Amsterdam müqavil

əsi ilə  Aİ  ümumi  müdafiə  məsələsini 

özünün m

əsuliyyət  sferasına  aid  etdi.  Belə  ki, müqavilədə  göstərilirdi ki, 

“Avropa Şurası ümumi xarici və təhlükəsizlik siyasətinin, o cümlədən müdafiə 

sah


əsinə aid məsələlərin prinsiplərini və əsas istiqamətlərini müəyyənləşdirir”. 

Bel


əliklə, Amsterdam müqaviləsi  Avropa  İttifaqının  müdafiə  sferasında 

f

əaliyyətinin hüquqi əsasını qoymuş oldu. 



İkincisi, Amsterdam müqaviləsində, Maastrixt müqaviləsindən fərqli ola-

raq, ümumi müdafi

ə  siyasətinin gələcək perspektivdə  formalaşdırılmasını  de-

yil, bu siyas

ətin ardıcıl olaraq həyata keçirilməsi nəzərdə tutulurdu. Beləliklə, 

Aİ-nin müdafiə  sferasında  praktiki fəaliyyətin həyata keçirilməsi üçün əsas 

oldu. 

Üçüncüsü, Amsterdam müqavil



əsi Qərbi  Avropa  İttifaqı  tərəfindən  əv-

v

əllər formulə edilmiş “Petersburq tapşırıqları” kompleksini Avropa İttifaqının 



müdafi

ə  siyasətinin məqsədlərinin rəsmi  proqramı  kimi  qanuniləşdirdi  və 

sonradan  bu  tapşırıqlar  Ümumi  Avropa  təhlükəsizlik və  müdafiə  siyasətinə 

(ÜATMS) dair bütün s

ənədlərə daxil edildi. 

Dördüncüsü, Amsterdam müqavil

əsində  Aİ-nin ümumi müdafiəsinin 

t

əmin edilməsi məqsədilə silahlanma və silahların istehsalı sahələrində səylərin 



birl

əşdirilməsi ilə bağlı xüsusi müddəa öz əksini tapıb. Bu müddəada deyilir ki, 

“Ümumi müdafi

ə siyasətinin ardıcıl şəkildə formalaşdırılması üzv dövlətlərin 

müvafiq hesab etdikl

əri  şəkildə  onlar  arasında  silahlanma  sahəsində 

əməkdaşlıqla möhkəmləndiriləcək”. Bu müddəa sonradan ATMS çərçivəsində 

silahların istehsalı ilə bağlı çoxtərəfli səylərin hüquqi əsasını təmin etdi. 

Beşincisi,  Amsterdam  müqaviləsi Avropa Birlikləri və  Avropa  İttifaqı 

tarixind


ə ilk dəfə olaraq, “Avropa Şurasının qərar qəbul edəcəyi təqdirdə Qərbi 

Avropa  Birliyinin  İttifaqa  inteqrasiyası  imkanını”  nəzərdə  tuturdu və  Avropa 

Şurası sonradan məhz belə qərar qəbul etdi. 

Altıncısı,  Amsterdam  müqaviləsinə  təhlükəsizlik və  müdafiə  məsələləri 

il

ə bağlı konseptual və struktur xarakterli yenilik əlavə edilmişdi. Konseptual 



xarakterli yenilik ondan ibar

ət idi ki, Avropa Şurası Maastrixt müqaviləsi əsa-

sında  birgə  fəaliyyət və  ümumi mövqe nəticəsində  reallaşdırılacaq  ümumi 

strategiyanın  işlənib  hazırlanması  və  qəbul edilməsinə  məsul hesab edilirdi. 

Struktur xarakterli yenilik is

ə Nazirlər Şurasının Baş Katibi / Xarici və Təhlü-

k

əsizlik Siyasəti məsələləri üzrə Ali Nümayəndə postunun təsis edilməsindən 



ibar

ət  oldu.  Razılaşdırılmış  ÜXTS  həyata keçirilməsi Təhlükəsizlik Siyasəti 

m

əsələləri üzrə Ali Nümayəndəyə həvalə edilirdi və Havyer Solana 18 oktyabr 



1999-cu ild

ə bu vəzifəyə təyin edildi. 

Avropa Ümumi xarici v

ə təhlükəsizlik siyasətinin inkişaf etdirilməsi isti-

qam

ətində  növbəti  addım  1  fevral  2003-cü ildə  qüvvəyə  minmiş  Nits  müqa-



vil

əsi oldu [9]. Müqavilənin V bölməsində 23-cü maddənin 2-ci paraqrafına və 

24-cü madd

ənin 3-4-cü  paraqraflarına  əsasən ÜXTS çərçivəsində  Şura 




 

155 


t

ərəfindən əksəriyyət səs çoxluğu əsasında həll ediləcək məsələlərin sayı xeyli 

artırıldı;  24-cü maddədə  Şura  tərəfindən üçüncü ölkələrlə  və  beynəlxalq 

t

əşkilatlarla  müqavilələrin  bağlanılması  və  tətbiq edilməsi  qaydası  dəqiqləş-



dirildi; 25-ci madd

əyə  əsasən  əvvəllər xüsusi hökumətlərarası  orqan  kimi 

mövcud  olmuş  Siyasi  Komitə  əvəzinə  daha  geniş  səlahiyyətlərə  malik olan 

Siyasi v


ə Təhlükəsizlik Məsələləri üzrə Komitə yaradıldı. Nits müqaviləsinin 

11-ci madd

əsinin 5-ci paraqrafında ÜXTS-nin məqsədləri bir daha müəyyən-

l

əşdirildi. Müqavilənin 12-ci maddəsində  isə  ÜXTS-nin  metodlarına  diqqət 



yetirilir. Bunlar, müqavil

əyə  əsasən, fəaliyyətin prinsip və  ümumi istiqa-

m

ətlərinin müəyyənləşdirilməsindən, ümumi strategiyanın, ümumi aksiyaların 



v

ə ümumi mövqelərin işlənib hazırlanmasından ibarətdir. 

Lakin Ümumi xarici v

ə  təhlükəsizlik siyasəti  formalaşdırılmasına 

baxmayaraq, 2003-cü ild

ə İraq böhranının həlli ilə bağlı Aİ ölkələri arasında 

olan ziddiyy

ətlər göstərdi  ki,  Avropa  İttifaqı  xarici  siyasət  sferasında  vahid 

c

əbhədən çıxış etməyə hazır deyil və onun vahid xarici siyasət həyat keçirən 



aktora çevrilm

əsi barədə danışmaq hələ tezdir. Belə ki, Aİ vahid dövlət deyil 

v

ə  bu səbəbdən xarici siyasət sahəsində  maraqların  razılaşdırılmasında  çətin-



likl

ərlə üzləşir. Hazırda Aİ-nin hər birinin öz maraqları olmaqla, 27 üzvü var 

v

ə bu dövlətlərin maraqlarını həmişə eyni məxrəcə gətirmək mümkün olmur. 



Bununla b

ərabər,  Avropa  İttifaqı  çərçivəsində  ÜXTS sahəsində  müstəqilliyin 

artırılması  tərəfdarları  (avropaçılar)  ilə  bu sahədə  Aİ  institutlarının  möhkəm-

l

əndirilməsinin NATO çərçivəsində  hərbi-siyasi  əməkdaşlığın  zəifləməsi ilə 



n

əticələnəcəyindən narahat olanlar (atlantistlər) arasında ziddiyyətlər mövcud-

dur. Dig

ər tərəfdən, ÜXTS sahəsində  qərarların  konsensus  əsaslarla  əksər 

üstünlükl

ə  qəbul edilməsi göstərir  ki,  Aİ  müəyyən mənada qərarların  qəbul 

edilm

əsində konsensus prinsipinin girovuna çevrilmiş olur. 



Maastrixt, Amsterdam v

ə Nits müqavilələrinin imzalanması nəticəsində 

Aİ-nin səlahiyyətlərinin genişlənməsi, 2004-cü ildə Mərkəzi və Şərqi Avropa 

dövl


ətlərinin yeni üzv qəbul edilməsi və  Aİ-nin dünyada siyasi çəkisinin 

d

əyişməsi, öz növbəsində, Aİ-nin daxili strukturunda islahatlar aparılmasını və 



onun üzv dövl

ətlərlə səlahiyyətlərinin hüdudlarının daha aydın şəkildə müəy-

y

ən edilməsi zərurətini ortaya çıxardı. Qurumda islahatların aparılmasının isti-



qam

ətlərindən biri Avropa İttifaqı Konstitusiya layihəsinin işlənib hazırlanması 

oldu v

ə  Konstitusiya layihəsinin  razılaşdırılmış  son  variantı  2004-cü ilin 



oktyabrında üzv dövlətlərin başçıları tərəfindən imzalandı. 

Konstitusiya layih

əsinə  əsasən,  Aİ-nin  xarici  işlər naziri postunun təsis 

edilm


əsi və xarici siyasət fəaliyyətinin yeni strukturunun yaradılması nəzərdə 

tutulurdu. Bundan 

əlavə, layihəyə  əsasən, hərbi-siyasi  sferada  qarşılıqlı  əla-

q

ələr gücləndirilməli idi. Belə  ki,  Avropa  İttifaqı  ölkələrinin birgə  müdafiəsi 



imkan

ları terror hücumları zamanı həmrəylik göstərilməsi və müdafiə sahəsin-

d

ə Aİ-nin üzv dövlətlərinin daimi əməkdaşlığının mexanizmlərinin yaradılması 



n

əzərdə tutulurdu. Odur ki, Konstitusiya müqaviləsinin qüvvəyə minməsi Aİ-

nin xarici siyas

ət fəaliyyətinin formalaşdırılması üçün xüsusi əhəmiyyət kəsb 




 

156 


edirdi. Lakin Fransa v

ə  Niderlandda Konstitusiyaya dair keçirilən referen-

dumlarda s

əsvermələrin mənfi nəticələri bu layihənin qarşısını aldı və, müvafiq 

olaraq,  Avropa  İttifaqı  meydana  gəlmiş  siyasi  böhranın  aradan  qaldırılması 

yollarını axtarıb tapmaq məcburiyyəti ilə üzləşdi [5]. 

Aİ-nin 27 üzv dövlətlərinin rəhbərlərinin 13 dekabr 2007-ci ildə 

Lissabonda Avropa İttifaqı haqqında müqaviləni və Avropa Birliyini təsis edən 

müqavil

əni dəyişən Müqavilə  imzaladılar  [10].  Elmi  ədəbiyyatda  “İslahatlar 



haqqında 2007-ci il Müqaviləsi” və ya “Lissabon Müqaviləsi” adlandırılan bu 

yeni s


ənəd Aİ-nin struktur və hüquqi qaydalarını, onun institutlar sistemini və 

m

əcburi qərarlar qəbul etmə şərtlərini ciddi şəkildə dəyişilməsini nəzərdə tutur. 



Lissabon Müqavil

əsi Aİ ölkələri tərəfindən öz milli qanunvericiliklərinə uyğun 

şəkildə ratifikasiya edildikdən sonra 1 dekabr 2009-cu ildə qüvvəyə mindi. 

Rusiyalı  alim  Entin  L.M.  qeyd  edir  ki,  İttifaqın  hüquq  subyektliliyi  bu 

Müqavil

ənin müddəalarından irəli gəlir. Belə ki, müqavilədə Avropa İttifaqının 



Avropa Birliyini 

əvəz etdiyi və onun varisi olduğu təsbit edilir. Tam aydındır 

ki, bel

ə bir vəziyyətdə hüquqi şəxsin və beynəlxalq hüquq subyektliliyi statusu-



nun  varisliyi  baş  verir  [4,  18].  Həqiqətən,  Avropa  İttifaqının  hüquqi  şəxs 

statusuna malik olması Avropa İttifaqı haqqında müqavilənin Lissabon müqa-

vil

əsi  redaksiyasının  47-ci maddəsinə  əsasən  “İttifaq  hüquqi  şəxs statusuna 



malikdir”. 

Bununla b

ərabər, Lissabon müqaviləsi ümumi xarici siyasət və təhlükə-

sizlik siyas

ətində  Aİ-nin rolunu daha dəqiq müəyyən edir və  müdafiə  məsə-

l

ələrinə dair qərarın qəbul edilməsi üçün Aİ-yə üzv olan 27 ölkənin yekdilliklə 



razılığının zəruriliyini yenidən təsdiqləyir. Lissabon müqaviləsi Aİ-yə tərksilah 

əməliyyatlarında iştirak etməyə, hərbi yardım göstərməyə və hərbi müşavirlər 

gönd

ərməyə, həm də münaqişələrdən sonra bərpa işlərinə yardım etməyə icazə 



verir. Müqavil

ə  üzv ölkələr  qarşısında  təhlükəsizlik və  müdafiə  siyasətini 

h

əyata keçirmək üçün Avropa İttifaqını mülki və hərbi resurslarla təmin etmək 



öhd

əliyi qoyur. 

Ümumilikl

ə, Lissabon müqaviləsi “Avropa Birliyi” terminini rəsmi 

m

ətnlərdən  çıxarır,  lakin  Birlik  haqqında  müqaviləni ləğv  etmir,  bu  təsisat 



aktını  transformasiya  edir  və  müqavilə  qüvvəyə  mindikdən sonra Avropa 

Birliyinin t

əsis edilməsi  haqqında  müqavilə  Avropa  İttifaqının  fəaliyyəti 

haqqında  müqavilə  adlanır.  Odur  ki,  Avropa  İttifaqı  haqqında  müqavilə  və 

Avropa İttifaqının fəaliyyəti haqqında müqavilə iki təsisat aktı olmaqla Avropa 

inteqrasiya prosesl

ərinin vahid hüquqi əsasını  təşkil  edir  və  bu müqavilələr 

eyni hüquqi qüvv

əyə  malikdirlər. Lissabon müqaviləsi  Avropa  İttifaqının 

beyn


əlxalq hüququn subyekti kimi vahid statusunu müəyyən etməklə  “üç 

dayaq” sistemini l

əğv etdi. Beləliklə, Lissabon müqaviləsi ilə əsas və praktiki 

universal  inteqrasiya  strukturu  kimi  yalnız  Avropa  İttifaqı  çıxış  edir  və  üzv 

dövl

ətlər ümumi məqsədlərə  nail  olunması  naminə  özlərinin müəyyən hüquq 



v

ə səlahiyyətlərini bu inteqrasiya birliyinə verirlər. 

N

əhayət, Avropa ümumi xarici və təhlükəsizlik siyasətinin formalaşması 




 

157 


v

ə  ilkin mərhələsi formal olaraq, Avropa birliklərinin təsis edilməsi ilə 

başlayır.  Maastrixt  müqaviləsi ilə  Avropa  İttifaqının  təsis edilməsi Avropa 

ümumi xarici v

ə  təhlükəsizlik siyasəti sahəsində  ikinci mərhələnin  əsasını 

qoyuldu. Amsterdam v

ə Nits müqavilələrinin qəbul edilməsi ÜXTS sahəsində 

üçüncü m


ərhələ kimi özünü büruzə verdi. Aİ-nin növbəti mərhələsi Lissabon 

müqavil


əsinin qüvvəyə  minməsi ilə  başlayır.  Qeyd  edilənlər kontekstində 

Avropa  İttifaqının  beynəlxalq münasibətlərdə  əhəmiyyətli  rol  oynaması  və 

iqtisadi yardımlardan Avropa dəyərlərinin təşviqinədək geniş imkanlara malik 

olması xüsusi vurğulanmalıdır. Belə ki, Avropa İttifaqı digər dövlətlər üçün in-

teqrasiya birliyi nümun

əsi kimi çıxış edir və özünün hərbi imkanlarının məh-

dud  olması  səbəbindən  daha  “yumşaq”  təsir mexanizmlərindən istifadə  edir. 

Aİ-nin  böyük  iqtisadi  imkanları  və  xarici siyasət sahəsində  artan  potensialı 

onun beyn

əlxalq münasibətlərin aparıcı subyektlərindən birinə çevrilməsi üçün 

ciddi 

əsas  yaradır.  Bu  səbəbdən  öz  inkişafının  ilkin  mərhələlərində  regional 



oyunçu  olan  Aİ  hazırda  qlobal  liderliyə  can  atır,  nəinki Avropa ərazisində, 

h

ətta onun hüdudlarından kənarda münaqişələrin tənzimlənməsində iştirak edir. 



 

ƏDƏBİYYAT 

1.

 



Договор, учреждающий Европейское оборонительное сообщество // Франция и «ев-

ропейская армия». Сб. материалов. Пер. с франц. М.: Иностр. лит., 1954, с. 205-262. 

2.

 

Монне Ж. Реальность и политика. Мемуары. М.: Москов. школа полит. исследова-



ний, 2001, 664 с. 

3.

 



Хартли Т.К. Основы права Европейского Сообщества. Закон и право. М.: ЮНИТИ, 

1998, 703 с. 

4.

 

Энтин Л.М. Право Европейского Союза. Новый этап эволюции: 2009-2017 годы. М.: 



Аксиом, 2009, 304 с. 

5.

 



McManamara S. The EU Constitution: Will Europe force a Way Forward? // 

www.heritage.org/Research/Europe/bg1991.cfm

 

6.

 



Shaw J. Law of the European Union. London, Macmillan Press, 1996, 448 p. 

7.

 



The Maastricht Treaty provisions amending the Treaty establishing the European Eco-

nomic Community with a view to establishing the European Community, 7 February 1992 

// 

www.eurotreaties.com/maastrichtec.pdf



 

8.

 



The Treaty of Amsterdam amending the Treaty on European Union, the Treaties estab-

lishing the European Communities and related acts, 2 October 1997 // 

www.eur-

lex.europa.eu/en/treaties/dat/11997D/htm/11997D.html

 

9.

 



The Treaty of Nice amending the Treaty on European Union, the Treaties establishing the 

European Communities and certain related acts, 10 March 2001 // 

www.eur-

lex.europa.eu/en/treaties/dat/12001C/pdf/12001C_EN.pdf

 

10.


 

Treaty of Lisbon amending the Treaty on European Union and the Treaty establishing the 

European Community, signed at Lisbon, C306, 13 December 2007 // Official Journal of 

the European Union, 2007, Vol. 50, 271 p. 



 


 

158 


ФОРМИРОВАНИЕ И ЭТАПЫ РАЗВИТИЯ ЕВРОПЕЙСКОЙ ОБЩЕЙ ВНЕШНЕЙ 

ПОЛИТИКИ И ПОЛИТИКИ БЕЗОПАСНОСТИ 

 

Т.Х.ВЕЛИЕВА 

 

РЕЗЮМЕ 

 

Исследуется формирование и основные этапы развития Общей внешней политики 

и политики безопасности (ОВПБ) Европейского Союза. Утверждается, что формирова-

ние ОВПБ формально начинается с учреждением Европейских сообществ. Заключение 

Маастрихтского  договора  положило основу  качественно  нового  этапа  развития  ОВПБ, 

которая свое дальнейшее развитие получила в Амстердамском и Ниццком договорах, а 

вступление  в  силу  Лиссабонского  договора  ознаменовало  начала  очередного  этапа 

ОВПБ. 


 

Ключевые слова: Европейский Союз, общая внешняя политика и политика безо-

пасности,  Маастрихтский  Договор,  Амстердамский  Договор,  Ниццкий  Договор,  Лис-

сабонский Договор, Единый Европейский Акт, единый внутренний рынок, интеграция 

 

 



FORMATION AND STAGES OF DEVELOPMENT OF THE COMMON  

EUROPEAN FOREIGN AND SECURITY POLICY 

 

T.Kh.VALIYEVA 

 

SUMMARY 

 

The  article studies formation and the main stages of development of the common 

foreign and security policy (SFSP) of the European Union. It is affirmed, that formation of 

SFSP formally begins with establishment of the European communities. The conclusion of the 

Maastricht Treaty has put a basis of a qualitatively new stage of development of SFSP, which 

has received the further development in the treaties of Amsterdam and Nice, and entry into 

force of the Treaty of Lisbon has marked the beginning of the next stage of SFSP. 

 

Key words:  European Union, common European foreign and security policy, Maast-

richt Treaty, Amsterdam Treaty, Treaty of Nice, Single European Act, Treaty of Lisbon, single 



internal market, integration 

 

Document Outline

  • İQTİSADİYYAT
  • UOT 338.242.4
  • AZƏRBAYCANDA DÖVLƏT BÜDCƏSİ XƏRCLƏRİNİN İQTİSADİ ARTIMA TƏSİR MƏSƏLƏLƏRİ
  • AĞA-KƏRİM HACIYEV
  • AMEA İqtisadiyyat İnstitutu
  • АГА-КЕРИМ ГАДЖИЕВ
  • Learning Outcomes // http://web.worldbank.org

Yüklə 119,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə