Baki universitetiNİn xəBƏRLƏRİ №2 Təbiət elmləri seriyası



Yüklə 67,84 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü67,84 Kb.
#34852


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Təbiət elmləri seriyası 

 

 

2014 

 

 

 

 

UOT631.44.+4 

 

LƏNKƏRAN FİZİKİ-COĞRAFİ VİLAYƏTİNİN MEŞƏ 

EKOSİSTEMLƏRİNİN ANTROPOGEN TRANSFORMASİYASI 

 

M.Y.XƏLİLOV, N.Ə. ƏLİYEVA 

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

,  

Bakı Dövlət Universiteti 

mahmud_khalil@rambler.ru 

 

Məqalədə  Lənkəran  fiziki-coğrafi  vilayətinin  təbii  meşə  qurşaqlarında  yayılan  meşə 



ekosistemlərinin  müasir  vəziyyəti,  onların  antropogen  transformasiyasının  səbəbləri, 

istiqamətləri və intensivliyi verilir. 

 

Açar sözlər: bioloji müxtəliflik, meşə ekosistemləri, deqradasiya, şiblək 

 

Lənkəran  fiziki-coğrafi  vilayətinin  spesifik  rütubətli  iqlim  və  ərazisinin 



buzlaşmaya məruz qalmaması burada bir çox istisevər qədim relikt və endem 

ağac  və  kol  növlərindən  ibarət  meşəliklərin  qalmasına  imkan  yaratmışdır. 

Regionun  nadir  meşələri  dendroflorasının  zənginliyinə  görə  Qafqazda  xüsusi 

yer tutaraq, özündə 150-yə qədər ağac və kol növləri cəmləşdirir, onların 36-sı 

endem növlər olub, çoxusu Azərbaycanın Qırmızı Kitabına salınmışdır.  

Lənkəran təbii vilayətinin üçüncü dövrə aid olan ağac və kol cinslərindən 

ipək, yaxud lənkəran akasiyasını, dəmirağacı, hirkan azatağacını, şabalıdyarpaq 

palıdı,  məxməri  ağcaqayını,  hirkan  şümşadını,  ürəkyarpaq  qızılağacı,  hirkan 

əncirini və s. göstərmək olar. 

Regionda  meşələrin  sahəsi  150  min  ha  təşkil  edir.  Lakin  uzunmüddətli 

antropogen amillərin (meşəsizləşdirmə, meşədə hədsiz mal-qaranın otarılması, 

ağacların  qanunsuz  kəsilməsi  və  s.)  təsiri  nəticəsində  relikt  meşələr  azalır, 

onların  bioloji  müxtəliflikləri  deqradasiyaya  uğrayır  (kasadlaşır)  və  ya  məhv 

edilir,  ayrı-ayrı  qiymətli  növlər  sıradan  çıxır,  təbii  meşə  sahələri  antropogen 

ekosistemlərlə  (aqrosenozlar,  sitrus  bağları  və  s.),  müxtəlif  təbii-antropogen 

qruplaşmalarla (törəmə tipli şibləklər, bozqır və çəmən qruplaşmaları) ilə əvəz 

olunur, dağlıq ərazinin və çayların hidroloji rejimi pozulur, meşələrin qoruyucu 

funksiyası və rekreasiya əhəmiyyəti azalır.  

Lənkəran  fiziki-coğrafi  vilayətinin  meşə  örtüyü A.A.Qrosheym (1926), 

L.İ.  Prilipko  (1954),  İ.S.  Səfərov  (1979)  və  digər  tədqiqatçılar  tərəfindən 

öyrənilmişdir.  Onlar  Talışın  meşə  örtüyündə  düzən,  aşağı  (50-600 m), orta 

(600-


1200) və yuxarı (1200--m-dən yüksək) dağ-meşə qurşağı ayırmışlar.  

 

152 




Talış  meşələri  yerləşdiyi  relyefə  görə  iki  yerə  bölünür:  düzən  və  dağ 

meşələri. Dağ meşələri ümumi meşə fondunun 98%-ni təşkil edir, bu meşələrin 

74%-i 21

0

-



dən çox meylliyi olan yamaclarda yayılmışdır. 

Dağlıq ərazidə meşə örtüyü müəyyən şaquli zonallıq üzrə yayılmışdır.  

Aşağı  dağ-meşə  qurşağında  (600  myüksəkliyə  qədər)  şabalıdyarpaq  palıd, 

dəmirağac və azatağac üstünlük təşkil edən meşəliklər yayılmışdır, tərkibinə ipək 

akasiya, hirkan ənciri və yalanqoz da daxil olur. Dağın yuxarı və sirt hissəsində 

əsasən vələs, palıd, dərələrdə dəmirağac və vələs-dəmirağac meşəlikləri bitir.  

Orta  dağ-meşə  qurşağında  (600-1200  m  yüksəklikdə)  yamacın  bütün 

baxarlarında və sirt hissəsində sırf fıstıq və vələs-fıstıq meşələri bitir. 

Dağ  dərələrində  çökəkliklərdə  məxməri  ağcaqayın,  vələs,  qarağac, 

ürəkyarpaq qızılağacdan ibarət qarışıq meşəliklər yayılmışdır. 

Çay  dərələrində  dəmirağac  meşələri,  çayboyu  isə  yalanqoz-qızılağac 

meşələri üstünlük təşkil edir. Astara və Lənkəran meşə təsərrüfatları ərazisində 

dağ dərələrində əsasən qoz ağacları bitir. Yuxarı dağ-meşə qurşağında (1200-

1800  m)  bu  meşələri  çəmənlər  və  bozqırlar  əvəz  edir.  Bu  çəmənliklər  və 

bozqırlar əsasən törəmə tipli olub meşəsizləşdirilmiş ərazilərdə yaranmışdır.  

Şabalıdyarpaq palıd meşələri. Şabalıdyarpaq palıd (Quercus castanei-

folia

) hirkan mənşəli üçüncü dövr florasının qədim relikti sayılır. Talış meşələ-

rinin əsas edifikator ağac növüdür. 

Şabalıdyarpaq  palıd  meşələri  Lənkəran-Astara  zonasında  geniş  areala 

malik olub düzən zonadan başlayıb yuxarı dağ-meşə qurşağına qədər yayılmış-

dır.  Regionda  sahəsi  62  min  ha  olub  ümumi  meşə  ilə  örtülü  sahənin  41%-ni 

təşkil edir.  

Talışın  düzən  ərazisində  şabalıdyarpaq  palıd  meşəsi  çox  cüzi  sahədə-

Hirkan qoruğunda qalmışdır. Bu meşənin tərkibinə göyrüş, qarağac, azatağac 

və  vələs  daxil  olur.  Meşəliyin  2-ci  yarusunu  dəmirağac,  3-cü  yarusunu  isə 

əsasən yemişan, tək-tək alça, əzgil, itburnu, bəzən cır heyva və bigəvər tutur. 

Talışın dağlıq hissəsində şabalıdyarpaq palıd meşələri əsasən yamacların cənub 

cəhətlərini  və  suayırıcı  hissələrini  tutur.  Aşağı  dağ-meşə  qurşağında  bu 

meşələrin tərkibinə dəmirağac, ipək akasiyası, azatağac, vələs, orta dağ-meşə 

qurşağında  yalnız  azatağac  və  vələs  qarışır.  Yamacların  çökək  hissələrində 

qarışıq vələs-palıd meşəsi bitir.  

 

Xanbulaqçay su anbarı ətrafında şabalıdyarpaq palıd meşəsi 



Yuxarı dağ-meşə qurşağında şabalıdyarpaq palıd, iberiya palıdı və şərq 

palıdı  ilə  bir  yerdə  bitir  (Belə  meşəlik  yalnız  Viləşçayın  yuxarı  axını 

 

153 



yamacında çox kiçik sahədə qalmışdır (Yardımlı rayonu). 

Şabalıdyarpaq  palıd  məlum  olduğu  kimi  yüksək  gövdəli  məhsuldar 

ağaclıqlar  yaradır.  Lakin  hazırda  bu  meşələrin,  demək  olar  ki,  əksər  sahələri 

insanın mənfi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində bu və ya digər dərəcədə 

pozulmuş,  digər  ağac  cinsləri  və  ya  müxtəlif  kol qruplaşmaları  ilə  əvəz 

olunmaq mərhələsindədir.  

Ta

lışın dağətəyi və aşağı dağ-meşə qurşağında insan tərəfindən pozulmamış 



qarışıq  palıd  -  dəmirağacı  meşələrinə  təsadüf  etmək  çətindir.  İkiyaruslu  palıd-

dəmirağac  meşələrində  uzun  müddət  mal-qara  otarılması  və  ağacların  özbaşına 

(qanunsuz)  kəsilməsi  aşağı  mərtəbənin  "qələbəsi"  ilə  nəticələnir,  yəni  pöhrədən 

törəmiş  təmiz  dəmirağac  meşəliyi  yaranır,  palıd  isə  sıradan  çıxır.  Bu  prosesi 

dəmirağacın vegetativ üsulla intensiv artması qabiliyyəti ilə izah etmək olar.  

Dəmirağac  kəsilərkən  kötükdən  çoxlu  pöhrə  verir,  o,  həm  də  kök 

pöhrələrilə  (bicləri)  intensiv  çoxalır.  Bir  hektar  pöhrə  mənşəli  dəmirağac 

meşəsində  kök  və  kötükdən  törəmiş  yeniyetmələrin  sayı  60-200  min  ədədə 

çatır.  Bu  pöhrələr  sürətlə  boy  ataraq  digər  ağac  cinslərinin  yeniyetmələrini 

kölgəsi altında sıxışdıraraq sıradan çıxarır. Qədim dövrün bu ağac cinsi budağı 

torpaqla təmasda olduğu hissədən də kök verməyə başlayır.  

Talışın mərkəzi rayonları (Lerik, Yardımlı) ərazisində orta və yuxarı dağ-

meşə qurşaqlarında, dəniz səviyyəsindən 600-1300 (1500) m yüksəklikdə kənd 

təsərrüfatı istifadəsindən çıxmış və şiddətli dərəcədə eroziya prosesinə məruz 

qalmış yamacları əsasən kollaşmış azatağacın üstünlüyü ilə kolluqlar tutur. Bu 

kolluqların çoxu yüksək məhsuldar azatağac- palıd meşələrinin yerində forma-

laşsa  da  biz  onu  da  "şiblək"adlandırırıq.  Belə  ki,  respublikamızın  ərazisində 

şiblək qruplaşmaları bir qayda olaraq kol cinslərindən (əsasən qaratikan) təşkil 

olunur. Kolşəkilli azatağac qruplaşmaları xarici görünüşünə görə şibləklərə çox 

oxşayır. Lakin antropogen təsir dayandırıldıqda onlar tədricən ağac formasını 

alır.  Bu  qruplaşmaların  tərkibinə  cır  heyva,  yemişan,  dovşanalması,  əzgil, 

qaratikan və s. də daxil olur.  

Kəndətrafı örüş sahələrində intensiv mal-qara otarılması nəticəsində bütün 

ağac və kol cinsləri sıradan çıxır və yalnız kol şəklinə düşmüş azatağac qalır. Mal-

qara tərəfindən zədələnməyə olduqca dözümlü, kötükdən bol pöhrəvermə və kök 

biclərilə  intensiv  çoxalma  qabiliyyəti  olan  bu  ağac  cinsi  dik  yamacların,  yalçın 

qayaların  etibarlı  "sipəridir".  Hazırda  kiçik  sahələr  şəklində  analoji  yamaclarda 

qalan palıd meşələri kolluqların törəmə tipli olmasını təsdiq edir.  

Aşağı  dağ-meşə  qurşağında  dik  yamacların  cənub  cəhətlərində  uzun 

müddət intensiv antropogen təsir nəticəsində meşənin yerində kserofil şibləklər 

əmələ  gəlir.  Belə  bitki  qruplaşmalarını  şabalıdyarpaq  palıd  meşələrinin 

deqradasiyasının son mərhələsi hesab etmək olar.  



Fıstıq  və  vələs  meşələri.  L.İ.  Prilipko  (1954)  qeyd  edir  ki,  Lənkəran 

zonasında fıstıq (Fugus orientelis) meşələri hirkan tipli meşələrdən  yuxarıda, 

dəniz  səthindən  600-700 m-dən  başlayaraq  1800  m  yüksəklik  arasındakı 

zolaqda  yayılmışdır.  Lakin  apardığımız  tədqiqat  işləri  göstərdi  ki,  regionda 

 

154 



bidominant fıstıq-vələs meşələri dəniz səthindən 250-300 m-ə qədər enir.  

Dəniz  səviyyəsindən  300-400  m  yüksəklikdə  fıstıq  meşələri  vələslə 

(Carpinus caucasica

) qarışıq meşəlik yaradır. Bu yüksəklikdə fıstıq çox zaman 

meşəlikdə  dominantlıq  edir,  hətta  bəzən  sırf  (təmiz)  ağaclıq  əmələ  gətirir. 

Dəniz  səviyyəsindən  700-1100  m  yüksəklikdə  isə  meşəliyin  tərkibində  vələs 

üstünlük edir. Fikrimiz

cə,  belə  qanunauyğunluq  dəniz  səviyyəsindən  yuxarı 

qalxdıqca  yağıntının  miqdarının  və  havanın  nisbi  rütubətliyinin  azalması  ilə 

bağlıdır. Belə ki, fıstıq vələsə nisbətən daha çox rütubətsevər ağac cinsi hesab 

edilir. Regionda fıstıq üstünlük təşkil etdiyi meşələrin sahəsi 42 min ha, yəni 

meşə ilə örtülü sahənin 28%-i, vələs üstünlük etdiyi meşələrin sahəsi 35 min ha 

olub meşə ilə örtülü sahənin 23%- i qədərdir. 

Apardığımız tədqiqatlar göstərdi ki, insan fəaliyyətinin təsiri altında fıstıq 

meşələrinin  bioloji  müxtəliflikləri  dəyişilir,  kasatlaşır  və  məhv  edilir.  Fıstıq 

üstünlük  təşkil  edən  çətiryarpaq  örtüklü  (Fagetum asperulosum), ölüörtüklü 

(F.nudum), topulotulu (F.festucosum

)  və  digər  fıstıq  meşə  tipləri  böyürtkanlı 

(F.rubosum

), ayıdöşəyili (F.dryopteridosum), gəndalaşlı (F.sumbucosum) fıstıq 

meşə tipləri ilə əvəz olunmuşdur.  

M

eşəsizləşdirilmiş  sahələrdə  yemişan,  əzgil,  alça  və  digər  cinslərdən 



ibarət kolluqlar formalaşmışdır.  

Məlum olduğu kimi vələs fıstığın xarakterik həmrəyidir. Lakin o, fıstığa 

nisbətən  əlverişsiz  torpaq-iqlim  şəraitinə  xeyli  dözümlü  olub  daha  geniş 

yayılma amplitudasına malikdir, o, həmçinin palıd meşələrinin tərkibinə daxil 

olur. Bir çox sahədə vələs meşələri törəmə tipli olub intensiv antropogen təsir 

nəticəsində  fıstıq  və  palıd  meşələrinin  yerində  əmələ  gəlmişdir.  Bunu  həmin 

sahələrdə yayılan fıstıq meşəsi üçün səciyyəvi sayılan ot örtüyü də təsdiq edir 

Azatağac meşələri. Hirkan azatağacı (Zelkowa hyrcana) və vələsyarpaq 

azatağac  (Z.carpinifolia)  iqlim  şəraitinə  münasibəti  baxımından  bir  qədər 

plastik ağac növləri olub dəniz səthindən müxtəlif hündürlüklərdə və müxtəlif 

iqlim rejimlərində bitərək Lənkəranın düzən ərazisində, quru subtropik Muğan 

düzündə, həmçinin Talışın quru kontinental dağlıq hissəsində bitir.  

Lənkəran təbii vilayəti rayonlarında hər iki azatağac növü əsasən palıd, 

palıd-vələs,  palıd-dəmirağac  və  mürəkkəb  hirkan  qarışıq  meşələrin  tərkibinə 

daxil  olur.  Lənkərançayın  sağ  sahili  yamacında  və  Astara  rayonunda  nadir 

hallarda kiçik sahələrdə sırf (təmiz) azatağac meşəsinə təsadüf olunur. 

Azatağacın  300-500  yaşlı  nəhəng  ağaclarına  regionda  qəbristanlıqlarda, 

türbələrdə rast gəlinir. 

Dəmirağac  meşəlikləri. Talışın düzən və dağətəyi hissəsində subtropik 

(çay, sitrus, feyxoa, və s.) və tərəvəz bitkilərinin sahəsinin genişləndirilməsi ilə 

əlaqədar  olaraq  dəmirağac  (Parrotia persica)  meşələrinin  sahəsi get-gedə 

azalır.  Az-çox  ilkin  vəziyyətini  saxlamış  dəmirağac  meşəsi  olduqca  kiçik 

sahədə bu və ya digər dərəcədə podzollaşmış və bataqlaşmış subtropik sarı və 

ya  allüvial  torpaqlarda  Hirkan  qoruğu  ərazisində  qalmışdır.  Dəmirağac  həm 

təmiz, həm də iki-üç mərtəbəli mürəkkəb, qarışıq meşəlik yaradır. Üst mərtəbə-

 

155 




də şabalıdyarpaq palıd üstünlük təşkil edir. Ona vələs, azatağac və qafqaz xur-

ması da qarışır. Bu mərtəbənin hündürlüyü 28-38 metrə çatır. Orta mərtəbəni 

dəmirağac (12-16 m), alt mərtəbəni isə şümşad, bigəvər və b. kollar tutur (3-7 

m). Ən çox bigəvərli və ölüörtüklü dəmirağac meşə tipləri yayılmışdır.  

Dəmirağac  soyuğa  nisbətən  az  davamlı  olduğu  üçün  dik  yamaclardan, 

dağın  küləkdöyən  və  aşırım  hissələrindən  çəkinir  və  çox  vaxt  relyefin  sakit 

yerlərində  (düzəndə,  çayın  dərə  və  terraslarında)  özünə  məskən  salır.  Belə 

yerlərdə  dəmirağac  tək-tək  və  topa  halında  dəniz  səthindən  800-1000 m 

yüksəkliyə  qədər  qalxa  bilir.  Dəmirağacın  bu  cür  relyef  yerlərində 

məskunlaşmasını L.İ. Prilipko (1954) onun bioloji xüsusiyyətləri ilə izah edir.  

 

 

Dəmirağac meşəsi (Lənkəran) 



 

Dəmirağac meşələri ən çox Lənkəran və Astara rayonlarının dağətəyi və 

aşağı dağ-meşə qurşağında  yayılıb sahəsi 5 min  hektara  yaxın olub regionun 

meşə ilə örtülü sahəsinin cəmi 3,4%-ni təşkil edir. 

Göründüyü kimi Lənkəran fiziki - coğrafi vilayəti rayonları meşələrində 

4 ağac cinsinin (şabalıdyarpaq palıd, şərq fıstığı, qafqaz vələsi və dəmirağac) 

üstünlük etdiyi meşəliklər regionun meşə ilə örtülü sahəsinin 95%- dən çoxunu 

təşkil edir. Yerdə qalan ağac cinslərinin (qızılağac, adi qoz, yalonqoz, azatağac 

və b.) dominantlıq etdiyi meşələr cəmi 5%- ə qədərdir. Astara rayonunda kiçik 

sahələrdə  qafqaz  çökəsinin  (Tilia caucasia)  üstünlük  etdiyi  ağaclıqlara  da 

təsadüf olunur.  

Lerik rayonunda mövcud ol

an  giləmeyvəli  qaraçöhrə  (Taxus baccata

ağaclıqları böyük maraq doğurur. Bu qaraçöhrə meşəliyini Qafqazda örtüksüz 

şəkildə,  yəni  təmiz  (sırf)  ağaclıq  halında  (digər  ağac  cinslərinin  qarışığı 

olmadan) bitən yeganə meşə sahəsi hesab etmək olar. 

Bu  meşəlik  keçmiş  Hamarat  kəndi  yaxınlığında  (indi  burada  kənd 

yoxdur), Sanqadabulaq adlı kiçik çayın sol sahilində "Alçalıq" adlanan ərazidə 

bitir. Sahə dəniz səthindən 1200 - 1300 metr yüksəklikdə, dikliyi 25 - 30

olan 



yamacın cənub-qərb cəhətində yerləşir. Bu qiymətli sahə təxminən 2 hektardır. 

Meşədə  ağaclar  müxtəlif  yaşlı  və  müxtəlif  ölçülüdür. Burada 150 -  yə  qədər 

qaraçöhrə ağacı bitir. Ağaclığın orta diametri 80 sm, ən iri ağacın diametri isə 

140 sm təşkil edir. Ağacların 500-1000 yaşı var. Təsvir olunan ağaclığı geniş 

 

156 



meşəsiz  ərazi  əhatə  edir.  Qaraçöhrə  meşəsinin  burada  mövcudluğu  olduqca 

böyük maraq doğurur.  

Fikrimizcə,  meşənin  burada  qalmasının  bir  səbəbi  qaraçöhrənin  "mü-

qəddəs" ağac hesab edilərək toxunulmaması, digər səbəbi isə onun iynəyarpaq-

larının zəhərli olub mal-qara tərəfindən zədələnməməsidir.  

Sanqadabulaqçayın sol sahilində təsvir olunan meşəlikdən 150 - 200 m 

aşağıda 30 ədədə qədər  başqa qaraçöhrə ağacı qrupu vardır. Burada da qara-

çöhrə təmiz ağaclıq halında bitib, ona başqa ağac cinsi qarışmır.  

Talış dağları respublikamız daxilində hündür olmadığından burada meşə-

nin  iqlim  sərhədi  və  subalp  qurşağı  mövcud  deyil,  yəni  meşə  örtüyü  burada 

dağın  zirvəsinə  qədər  qalxmalıdır.  Lakin  relyef  şəraiti  əlverişli  olduğundan 

burada meşələr məhv edilərək seliteb landşaftlar, aqrolandşaftlar və otlaqlarla 

əvəz olunmuşdur.  

 

 



Xəzər sahilində salınmış şabalıdyarpaq palıd meşə zolağı (60 yaş) 

 

Lənkəran ovalığı ərazisində də hələ yaxın keçmişdə meşə örtüyü üstün-



lük təşkil etmişdir. Hazırkı dövrdə burada meşə örtüyü, demək olar ki, qalma-

mışdır.  Meşəsizləşdirilmiş  ərazilərdə  çay,  naringi  və  digər  subtropik  bitkilər, 

həmçinin kənd təsərrüfatı bitkiləri becərilir. Geniş əraziləri seliteb landşaftlar 

tutmuşdur. Magistral və kənd yolları boyu salınan yaşıl zolaqlarda həmişəyaşıl 

və  yarpağını  tökən  ağac  cinslərindən  istifadə  edilmişdir.  Dəniz  sahilində 

şabalıdyarpaq  palıddan  ibarət  eni  100  m-dən  çox  olan  meşə  zolağını  xüsusi 

qeyd etmək lazımdır. 

Nəticə 

1.

 



Regionun orta və aşağı dağ-meşə qurşaqlarında antropogen amillərin mənfi 

təsiri nəticəsində  yüksək məhsuldar şabalıdyarpaq palıd meşələri az məh-

suldar vələslə, dəmirağacla, azatağac, qaratikan və sumaq şibləklərilə, fıstıq 

meşələri isə ayıdöşəyi (vel) və gəndalaş cəngəlliyi ilə əvəz olunmuşdur. 

2.

 

Lənkəran  ovalığında  Hirkan  tipli  relikt  meşə  ekosistemlərinin  bioloji 



müxtəliflikləri  daha  intensiv  pozulmuş,  çox  yerdə  sıradan  çıxarılmışdır. 

Bunun səbəbi ovalıqda meşə ekosistemlərinin məhv edilərək, onların kənd 

təsərrüfatı  sahələri,  seliteb  landşaftlar,  sitrus  bağları  və  çay  plantasiyaları 

ilə əvəz edilməsidir.  

3.

 

Lənkəran fiziki-coğrafi vilayətində aşağıdakı ağac və kol növlərinin məhv 



 

157 



olması təhlükəsi yaranmışdır: hirkan azatağacı (Zelkova hyrcana), Lənkə-

ran və ya ipək akasiyası (Albizia yulibrissin), qanadmeyvə yalanqoz (Pte-



rocarya 

pterocarpa),  ürəkyarpaq  qızılağac  (Alnus  subcordata),  giləmeyvə 

qaraçöhrə (Taxus baccata), qafqaz xurması (Diospyros lotus), budaqlı da-

naya (Danae recemosa), hirkan armudu (Pyrus hyrcana

), hirkan ağcaqayını 

(Acer hyrcanum

),  hirkan  şumşadı  (Buxus  hyrcana),  vələsyarpaq  azatağac 

(Z. carpinifolia

),  məxməri  ağcaqayın  (A. velutinum), adi qoz (Yuglans 

regia

), hirkan ənciri (Ficus hyrcana). 



 

ƏDƏBİYYAT 

1.

 



Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı: Elm, 2002, 472 s.  

2.

 



Yusifov E.F., Hacıyev V.C. Hirkan Bioserfer Rezervatı. Bakı: El-Alliance, 2004, 168 s.  

3.

 



Гроссгейм А.А. Флора Талыша. Изд. НКЗ Азерб. ССР, 1926, 273 с.  

4.

 



Прилипко Л.И. Лесная растительность  Азербайджана.  Баку:  АН  Азерб. ССР, 1954, 

485 с.  


5.

 

Сафаров И.С. Субтропические леса Талыша. Баку: Элм, 1979, 146 с. 



 

АНТРОПОГЕННАЯ ТРАНСФОРМАЦИЯ ЛЕСНЫХ ЭКОСИСТЕМ 

ЛЕНКОРАНСКОЙ ФИЗИКО-ГЕОГРАФИЧЕСКОЙ ОБЛАСТИ 

 

М.Ю.ХАЛИЛОВ, Н.А.АЛИЕВА 



 

РЕЗЮМЕ 

 

В  статье  дается  современное  состояние,  направление  и  интенсивность  антропо-

генной  трансформации  лесных  экосистем,  распространенных  в  вертикальных  поясах 

Ленкоранской физико-географической области.  



 

Ключевые слова: биологическое разнообразие, лесные экосистемы, деградация 

 

ANTHROPOGENIC TRANSFORMATION OF FOREST ECOSYSTEMS OF 

THE LANKARAN PHYSICAL-GEOGRAPHICAL REGION 

 

M.Y.KHALILOV, N.A.ALIYEVA 

 

SUMMARY 

 

The present conditions, reasons, directions and intensity of anthropogenic transfor-

mation of the  forest ecosystems in  the  vertical belts of the Lankaran physical-geographical 

region are studied in the article.  



 

Key words: biological biodiversity, forest ecosystems, degradation 

 

 



Redaksiyaya daxil oldu: 22.04.2014-cü il. 

Çapa imzalandı: 11.06.2014-cü il

 

 



158 

Yüklə 67,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə