7
7 dekabr 2017-ci il, cümə axşamı
Bu gün iftixarla qeyd olunmalıdır ki, xalqımızın
ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər
Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi
sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz
dünya məkanında öz layiqli yerini tutmuşdur.
Azərbaycanın hərtərəfli inkişafı,
gələcək tərəqqisi üçün möhkəm əsasların
yaradılması zəngin təcrübəyə, böyük
istedada, parlaq zəkaya, ali mənəvi
keyfiyyətlərə, yüksək siyasi idarəçilik
və liderlik qabiliyyətinə malik Heydər
Əliyevin sosial-iqtisadi strategiyasının
həyata keçirilməsi nəticəsində mümkün
olmuşdur.
Hazırda Azərbaycanda sosial-iqtisa-
di, ictimai-mədəni həyatın elə bir sahəsi
yoxdur ki, həmin sahənin inkişafı ümum-
milli liderin adı ilə bağlı olmasın.
Ümummilli liderin ölkənin gələcək
inkişafı ilə bağlı qarşıya qoyduğu
vəzifələrdən biri də məhkəmə-hüquq isla-
hatlarının aparılması nəticəsində milli qa-
nunvericiliyin təkmilləşdirilməsi məqsədi
ilə dünyanın inkişaf etmiş demokratik
ölkələrinin müsbət təcrübəsindən istifadə
edərək yeni normativ hüquqi bazanın
yaradılması idi. Bu baxımdan, 1995-
2003-cü illəri hazırlıq mərhələsi kimi
dəyərləndirmək yerinə düşər.
Dövlətimiz müstəqillik əldə
etdikdən sonra cəmiyyətin bütün
sahələrinin müasirləşdirilməsi və
demokratikləşdirilməsi məqsədi ilə ulu
öndər Heydər Əliyevin rəhbərliyi və
təşşəbbüsü ilə geniş sahədə köklü islahat-
lar aparılmağa başlanıldı. Bu islahatlar
kontekstində ilkin olaraq atılan addım ulu
öndərin rəhbərliyi ilə hazırlanaraq, 1995-
ci ildə ilk Milli Konstitusiyamızın qəbul
edilməsi ilə məhkəmə-hüquq islahatları-
nın əsas mərhələsinin başlanılması oldu.
Konstitusiyanın qəbulu
Azərbaycanda demokratik quruluşun
və hüquqi dövlətin möhkəm təməlini
qoymuş, hüquqi islahatların aparılma-
sına zəmin yaratmışdır. Konstitusiya-
da demokratik cəmiyyətin qurulması,
fəaliyyət göstərməsi və inkişafı üçün
bütün müddəalar öz əksini tapdı. Bu
inkişafın əsas komponentlərindən biri
də hüququn aliliyini əldə rəhbər tutan
ədalətli məhkəmə sisteminin yaradılması
məqsədi ilə məhkəmə-hüquq sisteminin
islahatıdır.
Ulu öndər tərəfindən əsası qoyulmuş,
bugünkü həyatımızın reallıqlarını özündə
əks etdirən yeni Konstitusiyada insan
amilinin daha çox önə çəkilməsi və Əsas
Qanunun müddəalarının üçdə birinin
insan hüquq və azadlıqlarına həsr olun-
ması Azərbaycanda bu məsələyə diqqətin
əyani təzahürüdür.
Qeyd etmək lazımdır ki, Azərbaycan
Şərqdə ilk dəfə olaraq ölüm cəzasını
ləğv edən ölkə kimi tarixə düşmüş,
1993-cü ildə ölüm hökmü üzərində
moratorium qoyulmuş, 1998-ci ildə
isə bu cəza tamamilə ləğv edilmişdir.
Qanunvericiliyə edilmiş bu dəyişiklik
insan hüquqlarının qorunması sahəsində
atılmış mühüm addımlardan biri idi.
Müstəqil Azərbaycan dövlətçiliyi
tarixində humanizm prinsiplərinin
tətbiqinin əsasını qoymuş ulu öndər
tərəfindən əfvetmə institutu 1995-ci ildə
tamamilə fərqli şəkildə bərpa edildi.
Həmin vaxt xidmət etdiyi hərbi hissələri
özbaşına tərk etmiş, fərariliyə görə
məhkum olunmuş təxminən 1000-ə
yaxın hərbçi əfv edilmişdir. Əfv olu-
nan hərbçilərin fərariliyinin əsasında o
dövrdə ordudakı hərc-mərclik, dövlət
idarəçiliyindəki naşılıq, ölkədə baş alıb
gedən anarxiya – xaos dururdu. Həmin
dövrdə amnistiya ilə bağlı xüsusi bir qa-
nunvericilik olmasa da, Heydər Əliyevin
Milli Məclisə təqdim etdiyi amnistiya
qərarları elə hazırlanmışdı ki, xüsusi icti-
mai təhlükə kəsb etməyən məhkumların
azadlığa buraxılmaları təmin olunurdu.
Ümumiyyətlə, 1995-2003-cü illərdə
ümummilli lider Heydər Əliyevin imza-
ladığı 32 əfv fərmanı ilə üç mindən artıq
məhkum azadlığa buraxılmış, həmçinin
ulu öndərin təşəbbüsü ilə Milli Məclisin
bu dövrdə qəbul etdiyi yeddi “Amnistiya
haqqında” qərar 60 mindən artıq şəxsə
şamil edilmişdir. Ümummilli liderin
müstəqil Azərbaycana rəhbərlik etdiyi
vaxtdan indiyədək ölkəmizdə 61 əfv
fərmanı, 10 amnistiya aktı qəbul edi-
lib. Bu, hər şeydən əvvəl, Azərbaycan
dövlətinin humanizm prinsiplərinə sadiq-
liyinin göstəricisidir.
Heydər Əliyev siyasi xəttinə bütün
fəaliyyəti ilə öz sədaqətini nümayiş
etdirən Azərbaycan Respublikasının
Prezidenti möhtərəm İlham Əliyev də
humanizm prinsiplərinə sadiq qaldığını
bir-birinin ardınca imzaladığı əfv və
amnistiya aktları barədə sərəncamları ilə
təsdiqləyir. Bir faktı qeyd etmək yerinə
düşər ki, dövlət başçısının insan hüquq
və azadlıqlarının qorunmasını həyata
keçirdiyi strategiyanın prioriteti hesab
etməsinin nəticəsi olaraq, son 11 ildə
36 minə yaxın məhkum azadlığa buraxıl-
mışdır.
Azərbaycanın Birinci vitse-preziden-
ti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə qəbul olunmuş 4 amnistiya aktı 40
mindən çox cinayət törətmiş şəxsin öz
azadlıqlarına qovuşmasına zəmin yarat-
mışdır. Bu əfvetmə və amnistiya aktları
cinayət törəmiş şəxslərin yeni həyata baş-
layaraq cəmiyyətə inteqrasiyasına xidmət
etmiş, cəzaçəkmə müəssisələrində cəza
çəkən məhkumların vaxtından əvvəl islah
olunması yolunda bir stimula çevrilmiş-
dir.
Ümummilli liderin müstəqillik
konsepsiyasının,
sosial-iqtisadi inkişaf
strategiyasının uzaqgörənliyi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizin qa-
zandığı böyük uğurlarda bir daha tarixi
təsdiqini tapdı.
Hazırda Azərbaycanın dünyada
analoqu olmayan sürətli iqtisadi inkişafı,
1,6 milyondan artıq yeni iş yerlərinin
açılması, enerji sahəsi ilə yanaşı, qeyri-
neft sektorunun önəmli şəkildə tərəqqisi,
milli sahibkarlığın formalaşması və
inkişafı, əhalinin aztəminatlı hissəsinin,
bütövlükdə isə hər bir vətəndaşın
maddi rifah halının yüksəlməsi,
Ermənistan-Azərbaycan, Dağlıq Qara-
bağ münaqişəsinin beynəlxalq hüquq
normaları çərçivəsində ədalətli həlli
istiqamətində atılan addımlar, diaspor və
lobbiçilik fəaliyyətinin genişləndirilməsi,
Azərbaycanın milli mənafeyinə cavab
verən balanslaşdırılmış xarici siyasətin
yürüdülməsi, Qərbə inteqrasiya pro-
sesinin sürətləndirilməsi vahid siyasi
platformaya söykənən, çoxşaxəli və ge-
nişmiqyaslı qlobal strateji xəttin prioritet
istiqamətləridir.
Fəxrlə qeyd olunmalıdır ki, cənab
Ali Baş Komandanın rəhbərliyi altında
gündən-günə qüdrətlənən Milli Ordumu-
zun düşmənin təxribatlarının qarşısını
qətiyyətlə alması, ötən il minlərlə hektar
torpağımızın işğaldan azad olunması,
o cümlədən Cocuq Mərcanlı kəndinin
qısa zamanda bərpası və orada aparılan
misilsiz quruculuq işləri böyük qayıdışın
başlanğıcı olmaqla xalqımızı yüksək
qələbələrə ruhlandırır.
Cəza siyasətinin
humanistləşdirilməsi dövlətimizin
əsas qayələrindəndir
Məlum olduğu kimi dövlət başçı-
sı cənab İlham Əliyevin fəaliyyətinin
ilk günlərindən ədalət mühakiməsinin
səmərəsinin artırılmasına xüsusi diqqət
yetirməsi nəticəsində ölkəmizin məhkəmə-
hüquq sisteminin müasirləşdirilməsi üzrə
ardıcıl tədbirlər görülmüşdür. Hələ ötən
ilin may ayında ölkə Prezidentinin qanun-
vericilik təşəbbüsü əsasında Milli Məclis
tərəfindən qəbul edilmiş “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” 6 may
2016-cı il tarixli Qanunla CM-nin 37
maddəsində, o cümlədən, 20 maddənin
sanksiyasında dəyişikliklər edilərək
cəzalar yüngülləşdirilmiş, 18 maddədə
“xeyli miqdar”ın, 24 maddədə isə “kül-
li miqdar”ın məbləği artırılaraq həmin
normalar liberallaşdırılmış, 4 maddəyə
məsuliyyəti yüngülləşdirən və əməli
dekriminallaşdıran yeni “qeyd” hissələri
əlavə edilmişdir. Çox sevindirici haldır ki,
həmin qanunun müddəaları sui-istifadə
amili kimi deyil, daha ədalətli və humanist
qərarların qəbul edilməsinə şərait yarada-
raq, praktiki cəhətdən özünü doğrultmuş-
dur.
Bunun davamı olaraq ölkə başçısı
tərəfindən 2017-ci il 10 fevral tarixində
imzalanan “Penitensiar sahədə fəaliyyətin
təkmilləşdirilməsi, cəza siyasətinin
humanistləşdirilməsi və cəmiyyətdən
təcridetmə ilə əlaqədar olmayan alter-
nativ cəza və prosessual məcburiyyət
tədbirlərinin tətbiqinin genişləndirilməsi
barədə” sərəncam insan hüquqlarının
effektiv təmini istiqamətində həyata
keçirilən islahatlar mahiyyətcə hərtərəfli
olmaqla, insan hüquq və azadlıqlarının
əsas prinsiplərini, azadlıq hüququnun
təmini baxımından isə strateji, yeni və
kompleks yanaşmaları, əsaslı dəyişiklik
və əməkdaşlığı özündə ehtiva etmişdir.
Həyata keçirilən hüquqi islahatlar insan
hüquqlarının genişləndirilməsi baxımından
həbs və ya məhkum olunmuş şəxslərin
hüquqlarını əhatə etməklə dövlətin sosial
məsuliyyətliliyini daha da artırmışdır.
Cinayət törətmiş, hüquq pozuntusuna yol
vermiş şəxsin azadlıq hüququ ilə bağ-
lı məhdudiyyətlərin tətbiq edilməsinin
qarşısının alınması, bu istiqamətdə
cinayət təqibi və cəza icra siyasətinin
humanistləşdirilməsi, şəxsin cəmiyyətdən
təcrid olunması təcrübəsindən getdikcə im-
tina edilməsi sahəsində mövcud çətinliklər
və zərurət məlum sərəncam əsasında
önə çəkilməklə yanaşı, icrası da dövlət
siyasətinin tərkib elementinə çevrilmişdir.
Cəza siyasətini həyata keçirən dövlət
orqanları üçün “yol xəritəsi” rolunu oy-
nayan proqram xarakterli sərəncamda üç
əsas istiqamət müəyyən edilmişdir:
– cinayət və cinayət prosessual
qanunvericiliyinin təkmilləşdirilməsi;
yəni cinayət qanunvericiliyinin humanizm
prinsipləri əsasında liberallaşdırılmasını,
cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət
sahəsində cinayətlərin dekriminallaşdı-
rılmasını, həmçinin cinayət-prosessual
qanunvericiliyinin prinsiplərinə uyğun
olaraq cəzanın və qətimkan tədbirinin
məqsədlərinə şəxsi cəmiyyətdən təcrid
etmədən nail olmaq üçün alternativ cəza
və prosessual məcburiyyət tədbirlərinin
tətbiqinin genişləndirilməsi baxımından
təkmilləşdirilməsi;
– cəmiyyətdən təcrid etmədən
məhkumların islahını təmin edən institusi-
onal islahatların həyata keçirilməsi; başqa
sözlə, azadlıqdan məhrum etmə cəzasının
çəkilməmiş hissəsini daha yüngül cəza
ilə əvəz etmə, cəzanın çəkilməmiş
hissəsindən şərti olaraq vaxtından əvvəl
azad etmə və şərti məhkum etmə institut-
larının daha geniş tətbiq edilməsi;
– penitensiar sahədə fəaliyyətin
təkmilləşdirilməsi və cəza siyasətinin
humanistləşdirilməsi ilə bağlı əlavə
tədbirlərin görülməsi; yəni cəmiyyətdən
təcridetmə ilə əlaqədar olmayan cəzaların
icrasına effektiv nəzarətin təşkil edilməsi
və bu sahədə idarəetmənin səmərəliliyinin
artırılması məqsədilə Azərbaycan Res-
publikası Ədliyyə Nazirliyinin Probasiya
xidmətinin yaradılaraq fəaliyyətinin təşkil
edilməsidir.
Konkret olaraq adıçəkilən sərəncamın
10.1-10.4-cü bəndlərinin icrası ilə bağlı
cəza siyasətinin humanistləşdirilməsi
məqsədilə “Azərbaycan Respublikası-
nın Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” həmin məcəlləyə
bütövlükdə 300-ə yaxın dəyişikliyi
nəzərdə tutan qanun layihəsi hazırlanmış,
həmin qanun layihəsi Azərbaycan Res-
publikasının Prezidenti Administrasiyası
tərəfindən daha da təkmilləşdirildikdən
sonra Azərbaycan Respublikasının Prezi-
denti tərəfindən Milli Məclisə göndərilmiş
və 20 oktyabr 2017-ci il tarixdə qəbul
edilmişdir.
Qeyd edilməlidir ki, sərəncamın
qəbulundan dərhal sonra Respubli-
ka Hərbi Prokurorluğunun təcrübəli
əməkdaşlarından ibarət müvafiq komissiya
yaradılmış, Cinayət və Cinayət-Prosessual
məcəllələrinə mühüm dəyişiklikləri
nəzərdə tutan yeni qanun layihələrinin
hazırlanmasında yaxından iştirak
edilmişdir.
Demokratik və liberal
siyasətin təzahürü
20 oktyabr 2017-ci il tarixli Qanunun
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə (bundan sonra CM) gətirdiyi
yenilikləri iki qrupa ayırmaq olar.
Birincisi: cinayət məsuliyyəti və
cinayət məsuliyyətindən azad etmə
institutlarının, eləcə də ayrı-ayrı
qəbildən olan cinayətlərin anlayışlarının
təkmilləşdirilməsinə yönələn yeniliklər;
İkincisi: cəza təyin etmə və
cəzadan azad etməyə dair normala-
rın humanistləşdirilməsinə yönəlmiş
yeniliklərdir.
Adıçəkilən Qanunda CM-də nəzərdə
tutulmuş qəsdən böyük ictimai təhlükə
törətməyən, ehtiyatsızlıqdan törədilən və
bir sıra digər cinayətlər, ümumilikdə 18
cinayət tərkibi dekriminallaşdırılmışdır.
Bununla yanaşı dəyişikliyə əsasən
mülkiyyət əleyhinə olan cinayətlərə görə
cinayət məsuliyyətindən azad etmə zamanı
7 maddə üzrə şəxsin zərərçəkmiş şəxslə
barışmaq və ona dəymiş ziyanı tamamilə
ödəmək şərti ilə cinayət məsuliyyətindən
azad edilməsi müəyyən edilmişdir (CM-
nin dələduzluğa görə cinayət məsuliyyəti
nəzərdə tutan 178.1- ci, mənimsəmə və
ya israf etməyə görə cinayət məsuliyyəti
nəzərdə tutan 179.1-ci, özgənin əmlakını
qəsdən məhv etmə və ya zədələməyə görə
cinayət məsuliyyəti nəzərdə tutan 186.1-ci
maddələri və s.).
CM-nə edilmiş daha bir dəyişiklik
“Mülkiyyət əlehinə olan cinayətlər”
fəslində cinayət məsuliyyətinin yaranma-
sı üçün əmlakın mülkiyyətçisinə və ya
digər sahibinə vurulan ziyanın məbləği,
habelə “xeyli miqdar” və “külli miqdar”
məbləğlərinin əhəmiyyətli dərəcədə artı-
rılması və tamamilə yeni “xüsusilə külli
miqdar” normasının təsis edilməsi ilə bağ-
lıdır. Belə ki, 1 dekabr 2017-ci il tarixdən
qüvvəyə minmiş dəyişikliyə qədər
mövcud olan CM-nin 177-ci maddəsinin
“Qeyd hissəsi”nə əsasən həmin
Məcəllənin 177.1-ci (oğurluq), 178.1-ci
(dələduzluq) və 179.1-ci (mənimsəmə və
israf etmə) maddələrində nəzərdə tutulmuş
məsuliyyət əmlakın mülkiyyətçisinə və ya
digər sahibinə yüz manatdan yuxarı, lakin
üç min manatdan artıq olmayan məbləğdə
ziyan vurulduğu hallarda yaranırdısa,
hazırki dəyişikliyə əsasən bu məbləğ
təxminən beş dəfə artırılaraq beş yüz
manatdan yuxarı, lakin beş min manatdan
artıq olmayan məbləğdə ziyan vurulduğu
hallarda yaranır.
Eyni zamanda əvvəlki qanuna görə
CM-nin 177-187-ci, 189-cu və 189-1-ci
maddələrində “xeyli miqdar” dedikdə
üç min manatdan yuxarı, lakin on min
manatdan yuxarı olmayan məbləğ, “külli
miqdar” dedikdə isə on min manatdan
yuxarı olan məbləğ başa düşülürdüsə, yeni
dəyişikliyə əsasən bu məbləğ əhəmiyyətli
dərəcədə artırılaraq CM-nin 177-182-
ci, 185-187-ci və 189-1-ci maddələrində
“xeyli miqdar” dedikdə beş min manat-
dan yuxarı, lakin əlli min manatdan artıq
olmayan məbləğ, “külli miqdar” dedikdə
isə əlli min manatdan yuxarı, lakin beş yüz
min manatdan artıq olmayan məbləğ başa
düşülür.
Bundan başqa, dəyişikliyə əsasən
CM-nin həmin fəslinin yuxarıda qeyd
olunan maddələrinə qanunvericilikdə yeni
“xüsusilə külli miqdar” norması daxil edil-
mişdir ki, bu da əmlakın mülkiyyətçisinə
və ya digər sahibinə beş yüz min manat-
dan artıq olan ziyanın vurulmasını özündə
ehtiva edir.
Qanuna edilən bu kimi liberal
dəyişikliklər həmin qəbildən olan
cinayətləri törətmiş şəxslər barəsində is-
tintaq orqanları və məhkəmələr tərəfindən
onların dövlətə və cəmiyyətə vurduqları
ziyana mütənasib daha ədalətli qərar qəbul
edilməsinə şərait yaradacaqdır.
Adıçəkilən qanuna dəyişikliklər
edilərkən ehtiyatsızlıqdan törədilən
cinayətlər də diqqətdən kənarda qalmamış-
dır. Ehtiyatsızlıqdan törədilən cinayətlərin
arasında statistikaya görə daha çox CM-
nin 263-cü, yəni yol hərəkəti və nəqliyyat
vasitələrinin istismarı ilə bağlı törədilən
cinayətlərə rast gəlindiyindən, həmin
maddəyə əlavə edilmiş “qeyd” hissəsinin
2-ci bəndinin əhəmiyyətindən danışmaq
yerinə düşərdi. Belə ki, maddəyə edilmiş
müvafiq qeydə görə CM-nin 263.1 və
263.1-1-ci maddələrində nəzərdə tutulmuş
cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə
barışdıqda və ona dəymiş ziyanı tamamilə
ödədikdə cinayət məsuliyyətindən azad
edilməsinin nəzərdə tutulması, həm
cinayət törətmiş şəxsin, həm də cinayətdən
zərərçəkmiş şəxsin hüquqlarına dövlətin
humanist münasibətinin təzahürü kimi
qiymətləndirilməlidir.
Qanunda nəzərdə tutulan
dəyişikliklərdən biri də
Probasiya Xidmətinin
yaradılması və elekt-
ron nəzarət vasitələrinin
tətbiqi ilə bağlı azadlı-
ğın məhdudlaşdırılması
növündə cəzanın yeni və
daha mükəmməl məzmunda
bərpa edilməsidir. Belə
ki, 1 sentyabr 2000-ci ildə
qüvvəyə minmiş Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində azadlığın
məhdudlaşdırılması cəza
növü kimi nəzərdə tutul-
sa da, həmin cəza növünə
məhkum olunmuş şəxslərin
xüsusi müəssisələrdə
nəzarət altında saxlanıl-
ması müəyyən edilmişdir
(sonradan “Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” 31
may 2011-ci il tarixli
Qanunla həmin cəza növü
CM-dən çıxarılmışdır). Lakin CM-nə
edilmiş yeni dəyişikliyə əsasən azadlığın
məhdudlaşdırılması cəzası məhkumun
cəmiyyətdən tam təcrid olunmadan
yaşayış yeri üzrə nəzarət altında saxlanıl-
masından ibarət olacaqdır. Bu isə həmin
cəzaya məhkum olunmuş şəxslərin öz ailə
üzvlərindən və yaxınlarından ayrılmadan
islah olunmalarına müsbət təsir edəcəkdir.
Eyni zamanda, CM-nin ümumilikdə
140-dan artıq maddəsinə azadlığın
məhdudlaşdırılması alternativ cəza növü
kimi sanksiyalara daxil edilmişdir. Bun-
dan əlavə, daha 80 cinayət normasının
sanksiyasına azadlıqdan məhrumetməyə
alternativ olan cərimə və digər cəzalar
daxil edilməsi, qanuna əsasən CM-də
nəzərdə tutulmuş sanksiyaların təftiş
edilərək 80-dən artıq cinayətə görə
müəyyən edilmiş azadlıqdan məhrumetmə
cəzasının hədlərinin azaldılması və bunun
nəticəsi olaraq 35 cinayət əməlinin az
ağır cinayət kateqoriyasından böyük
ictimai təhlükə törətməyən cinayətlər
kateqoriyasına, 6 cinayət əməlinin isə
ağır cinayətdən az ağır cinayətlər kate-
qoriyasına keçirilməsi, cəza siyasətinin
humanistləşdirilməsinə yönələn tədbirlər
kimi dəyərləndirilməlidir.
Qanunda mülkiyyət əleyhinə və
iqtisadi fəaliyyət sahəsində törədilən bir
sıra cinayətlərə münasibətdə qanunveri-
cilik mümkün qədər liberallaşdırılmışdır.
Bu sahədə törədilən əməllərin ictimai
təhlükəliliyi əksər hallarda maddi ziyanın
vurulması ilə əlaqədar olduğundan, yeni
normalara əsasən bu kateqoriyadan olan
bir sıra cinayətləri törətmiş şəxslərin vu-
rulmuş ziyanı tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad edilmələri, daha
böyük məbləğdə (xeyli və külli miqdarda)
ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə
etmiş şəxslərin isə dəymiş ziyanı tamamilə
ödədikdə və bundan əlavə, cinayət
nəticəsində vurulmuş ziyanın bir misli
(bəzi cinayətlərə görə iki misli) miqdarın-
da dövlət büdcəsinə ödəniş etdikləri halda
cinayət məsuliyyətindən azad edilmələri,
eyni zamanda, zərərçəkmiş şəxslə barışma
institutu daha da təkmilləşdirilərək, 20-
dən artıq cinayət üçün zərərçəkmiş şəxslə
barışmaqla və ziyanın ödənilməsi şərti ilə
cinayət məsuliyyətindən azadetmə imkanı
müəyyən olunmuşdur.
Qanunda nəzərdə tutulmuş kon-
septual məsələlərdən biri də cinayət
qanunvericiliyində narkotik vasitələrin
əldə edilməsi və saxlanılması cinayətini
törətmiş şəxslərə qarşı münasibətin
dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə
narkomanlıq xəstəliyinə düçar olmuş
insanlar kimi qəbul edildiyindən, satış
məqsədi olmadan narkotik vasitə əldə
etmə cinayəti törətmiş, əməlində başqa
cinayət tərkibi olmayan narkomanlıq
xəstəliyinə düçar olmuş şəxsə stasionar
qaydada tibbi xarakterli məcburi müalicə
tədbirləri tətbiq edilməsi, şəxs sağaldıq-
dan sonra isə cinayət məsuliyyətindən
azad edilməsi nəzərdə tutulmuşdur. Lakin
mövcud qanunun normasından sui-
istifadə edilməsinin qarşısının alınması
məqsədi ilə bu qaydada məsuliyyətdən
azad edilmək imkanı şəxsə yalnız bir
dəfə verilmişdir. Həmçinin qanuna edilən
dəyişikliklə müalicədən yayınan şəxslərin
cinayət məsuliyyətinə cəlb edilməsi
məsələsi də öz əksini tapmışdır.
Dəyişikliklərin cinayət qanununa
gətirdiyi daha mühüm bir yenilik cinayət
törətmiş və azyaşlı uşaqları olan qadınla-
rın və uşağını təkbaşına böyüdən kişilərin
cəzasının icrasının təxirə salınması ilə
bağlıdır. Əvvəllər səkkiz yaşınadək uşaq-
ları olan belə şəxslərin cəzasının icrası
təxirə salınırdısa, indi on dörd yaşınadək
uşaqları olan məhkumların cəzalarının
icrası təxirə salınır. Bu dəyişiklik
ölkəmizin gələcəyi olan uşaqların valideyn
himayəsi altında cəmiyyətə faydalı, fiziki
və ruhi cəhətdən sağlam insanlar kimi
böyümələrinə imkan yaradacaqdır.
Eyni zamanda, yeni qanunda ömür-
lük azadlıqdan məhrumetmə növündə
cəza çəkən məhkumların cəzalarının
məhkəmə qaydasında müəyyən müddətə
azadlıqdan məhrumetmə cəzası ilə əvəz
edilməsi üçün daha konkret tələb – on-
ların cəza çəkdikləri dövrün son beş ili
ərzində cəzanın çəkilməsi qaydalarına
əməl etmələri hallarının nəzərə alınma-
sı müəyyən olunur. Bu müddəa imkan
verir ki, məhkəmə həmin məhkumların
cəza çəkdikləri iyirmi beş ilin istənilən
dövründə deyil, yalnız son beş ilində
cəzanın çəkilməsi qaydalarına əməl
etmələri hallarını nəzərə alsın. Bu ilkin
olaraq vəzifəli şəxslərin həmin qanunun
tətbiqi zamanı sui-istifadə amillərinə yol
verməsinin qarşısını əhəmiyyətli şəkildə
alacaqdır.
Digər tərəfdən, belə məhkumların
cəzası əvvəllər 15 ilədək müddətə azad-
lıqdan məhrumetmə cəzası ilə əvəz
edilə bilərdisə, indi bu müddət 10 ilədək
müəyyən olunmuşdur. Ömürlük azadlıq-
dan məhrumetmə növündə cəza çəkən
məhkumların CM-nin 57.3-cü maddəsində
nəzərdə tutulan hüquqları, yəni onların
cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilmələrinə imkan verən müddəa,
nəhayət ki, gerçəkliyə çevrildi. Bununla
bağlı CM-in 76.1-ci maddəsinə edilmiş
dəyişiklik, habelə CM-nə əlavə edilmiş
76.4-1-ci maddə həmin məhkumların hü-
quqlarının təmin olunmasına yönəlmişdir.
“Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının
2017-ci il 20 oktyabr tarixli Qanununun
mahiyyətinin düzgün dərk edilməsi və
tətbiqi mexanizmlərinin dürüst müəyyən
olunması məqsədi ilə Respublika Hərbi
Prokurorluğunun təcrübəli əməkdaşları
tərəfindən əməli köməklik göstərilərək
ərazi hərbi prokurorluqlarında mütəmadi
olaraq praktik təlimlərin keçirilməsi Res-
publika Hərbi Prokurorluğunun tədbirlər
planının tərkib hissəsidir.
Qeyd olunmalıdır ki, cinayət
qanunvericiliyinə edilmiş mütərəqqi əlavə
və dəyişikliklər yeni qəbul edilmiş qanu-
nun təsiri altına düşən bir sıra kateqoriya
cinayətlər üzrə təqsirləndirilən şəxslərin
cinayət məsuliyyətindən azad edilməsinə,
həmçinin cəza çəkən məhkumların
cəzalarının azaldılmasına və yaxud
cəzadan tamamilə azad edilməsinə şərait
yaradacaqdır.
Əminliklə demək olar ki,
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin hüquq sistemi-
nin müasirləşdirilməsi konsepsiyası
çərçivəsində həyata keçirdiyi bu islahatlar
ədalət mühakiməsini keyfiyyətcə yeni
səviyyəyə qaldıraraq, hüquq sisteminin
davamlı inkişafına, istintaq orqanları
və məhkəmələr tərəfindən qəbul edilən
qərarların daha dürüst tətbiq edilməsinə
rəvac verəcəkdir.
“Humanizm prinsipləri ölkəmizin daxili siyasətinin
prioritetlərindən biridir...”
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Cinayət Məcəlləsinə edilən dəyişikliklər dövlətimizin
humanizm prinsiplərinə sadiqliyinin təzahürüdür
Xanlar VƏLİYEV,
Azərbaycan Respublikasının hərbi prokuroru,
ədliyyə general-leytenantı, Əməkdar hüquqşünas,
hüquq elmləri namizədi