G.A.Əzizova
DÖVLƏT N
NVEST S YA- NNOVAS YA
S YASƏT
Dərs vəsaiti
Azərbaycan Respublikası təhsil
nazirliyinin 07.05.2012-ci il tarixli,
771 №-li əmri ilə təsdiq edilmişdir.
Bakı- 2012
Dövlətin investisiya-innovasiya siyasəti
2
Elmi redaktorlar:
iqtisad elmləri doktoru, professor Əhmədov M.Ə.
iqtisadi elmləri namizədi, dosent Hüseyn A.C.
Rəyçilər:
iqtisad elmləri doktoru, professor Manafov Q.
iqtisad elmləri doktoru, professor Meybullayev M.
iqtisad elmləri doktoru, professor Rəhmanov F
iqtisadi elmləri namizədi, dosent Mahmudova .
Ə
zizova G.A. Dövlətin investisiya-innovasiya siyasəti/
Dərs vəsaiti. Bakı: “ qtisad Universiteti”
Nəşriyyatı 2012. - 212 səh.
©
Əzizova G.A., 2012
©
“ qtisad Universiteti” Nəşriyyatı, 2012
Dövlətin investisiya-innovasiya siyasəti
3
Giriş.
2011-ci il Azərbaycan Respublikası müstəqilliyinin 20-ci
il dönümünü qeyd edir və qazanılan bir çox uğurlar arasında
müvəffəqiyyətlə həyata keçirilən investisiya siyasəti əsas
yerlərindən birini tutur. Makroiqtisadi sabitliyin və iqtisadi
artımın təmin olunmasında, iqtisadi təhlükəsizlik, milli iqtisa-
diyyatın rəqabət qabiliyyətini təmin edilməsində, əhalinin həyat
səviyyəsinin yaxşılaşdırılmasında, bir çox sosial-iqtisadi prob-
lemlərin həllində ölkədəki investisiya durumu, investisiyaların
innovasiya yönümlü olması vacib şərtlərdən biridir. qtisadi
artımı və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə
investisiyaları iqtisadiyyatın prioritet sahələrinə yönəltmək,
iqtisadiyyatın quruluşunda elm tutumlu sahələrin payını
artırmaq zəruridir. Lakin bəzi hallarda investisiya resurslarının
məhdudluğu iqtisadiyyatın texnoloji bazasının təzələnməsinə,
müasir tələblərə cavab verməsinə imkan vermir, bu da iqtisadi
geriləməyə gətirir. nvestisiya imkanlarının, xüsusilə də innova-
siya yönümlü investisiyaların artması istehsalın strukturunun
dəyişən bazar konyunkturasına müvafiq olmasını təmin edir.
Azərbaycan Respublikası müstəqilliyini əldə edəndən
sonra keçid dövrünün ilk illərində böhranla bağlı ölkə daxilin-
də investisiya resursları, demək olardı ki, yox səviyyəsində idi.
qtisadi əlaqələrin qırılması nəticəsində sənaye müəssisələri
dərin tənəzzül vəziyyətinə düşmüşdülər. Yaranan vəziyyətdə
istehsal müəssisələri gəlir əldə edə bilmirdi, milli valyutanın
dəyərdən düşməsi və yüksək inflyasiya templəri müəssisələrin
amortizasiya fondlarının, əhalinin əmanət və yığımlarının
dəyərdən düşməsi ilə nəticələnmişdir. Beləliklə, daxili investi-
siya resurslarının çatışmaması fonunda iqtisadiyyatın böhran-
dan çıxması üçün xarici investisiya mənbələrinə üstünlük
verilməsini qaçılmaz etdi. Bu səbəbdən ölkədə birinci növbədə
1992-ci ildə «Xarici investisiyaların fəaliyyəti haqqında», sonra
Dövlətin investisiya-innovasiya siyasəti
4
isə 1995-ci ildə « nvestisiya fəaliyyətinin qorunması haqqın-
da» AR Qanunları qəbul edilmişdir.
Müasir dünyada ölkənin davamlı iqtisadi inkişafın əsasla-
nan strategiyaların formalaşması və reallaşdırılması istiqamə-
tində tədbirlər görünməsi müşahidə olunur. Davamlı iqtisadi in-
kişafın əsas təminatı kimi isə innovasiyaların tətbiqinin artırıl-
ması çıxış edir. Məlumdur ki, dövlətin investisiya-innovasiya
siyasəti – investisiya mənbələrini tapıb, onların səmərəli, elm
tutumlu, innovasiyalara bağlı sahələrə yönəldilməsidir. Bu
siyasət isə bütövlükdə ölkənin iqtisadi siyasətinin tərkib hissə-
sidir və struktur, vergi, maliyyə-kredit, amortizasiya, qiymət,
gəlir və d. siyasətlərlə əlaqəlidir.
Dərs vəsaitinin əsas məqsədi – tələblərə dövlətin inves-
tisiya-innovasiya siyasəti haqqında geniş məlumat verməkdir.
Bunun üçün dövlətin investisiya-innovasiya siyasətinin əsas
istiqamətləri, forma və metodları izah edilib, dövlətin inves-
tisiya mühitinin formalaşmasında rolu göstərilir, investisiya-
innovasiya modelləri, milli innovasiya sisteminin və intel-
lektual kapitalın formalaşması xüsusiyyətləri haqqında məlumat
verilir. Dərs vəsaitində investisiya fəaliyyətinin maliyyə
mənbələri, investisiya layihələrinin səmərəliyinin qiymətlən-
dirilməsi və investisiya risklərinin idarə edilməsi, bunlardan
başqa, portfel investisiyaların və fond bazarının tənzimlənməsi
məsələləri izah edilir. Dərs vəsaitinin sonuncu hissəsi xarici
investisiyaların iqtisadiyyatda rolu, xarici ölkələrdə investisiya
siyasətinin öyrənilməsinə və Azərbaycanda investisiya-innova-
siya siyasətinin əsas istiqamətlərinin təhlilinə həsr edilib.
“Dövlətin investisiya-innovasiya siyasəti” dərs vəsaiti
“ qtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə oxuyan tələbələrdə
bu fənn üzrə tamamlanmış bilik sistemini formalaşdırmağa
kömək edəcək.
Dostları ilə paylaş: |