Elmi redaktor:
N.A.Səfərov,
hüquq
elmləri doktoru
Rəyçi:
Ə.İ.ƏIiyev
hüquq
elmləri doktoru,
professor
L.H.Hüseynov. BEYNƏLXALQ HÜQUQ. Dərslik.
Bakı: Qanun Nəşriyyatı, 2012, 368 səh.
Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn
anlayışı, əsas institut və sahələri şərh edilmişdir. Dərslik ən yeni normativ
sənədlər və beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikasının
beynəlxalq-hüquqi mövqeyini əks etdirən müvafiq materiallar əsasında
hazırlanmışdır.
Hüquqşünaslıq və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan
tələbələr üçün nəzərdə tutulmuşdur.
: 5 A ; ;
-
.
2000000001
^5022051
© Qanun Nəşriyyatı 2012
© L.Hüseynov, 2012 ©
L.Hüseynov, 2000
ON SOZ
Xalqımızın ümummilli lideri Heydər Əliyev vo Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev müasir beynəlxalq siyasətdə
beynəlxalq hüququn yerinə və roluna həmişə xüsusi önəm vermişlər.
Dövlətimizin rəhbərliyinin qəti mövqeyi belə olmuşdur ki, sülhün və
təhlükəsizliyin qorunmasında, beynəlxalq münaqişələrin və mübahisələrin
nizama salınmasında, xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri
və normaları əsas götürülməlidir. Azərbaycanın beynəlxalq aləmdə
maraqlarının müdafiə edilməsi zərurəti diplomatiya vo beynəlxalq hüquq
sahəsində milli kadrlann hazırlanması vəzifəsini ön plana çəkmişdir.
Qeyd edilməlidir ki, beynəlxalq hüquq fənni təkcə «beynəl- xalq
hüquq» və «hüquqşünaslıq» ixtisasları üzrə təhsil alan tələbələrin deyil,
həm də beynəlxalq iqtisadi əlaqələr, beynəlxalq münasibətlər, beynəlxalq
jurnalistika, politologiya sahələrində ixtisaslaşan tələbələrin tədris
proqramına daxildir. Bundan əlavə, beynəlxalq hüququn təbiətini və onun
əsas müddəalarını bilmək siyasət və iqtisadiyyat ilə dərindən maraqlanan
istənilən şəxs üçün vacibdir. Digər tərəfdən, beynəlxalq siyasət ilə üzvi
surətdə bağlı olan beynəlxalq hüququn ölkəmizdə hansı materiallar əsasında
öyrənilməsi bizim hamımızı düşündürməli olan bir problemdir. Bu zərurətin
fonunda beynəlxalq hüquqla bağlı Azərbaycan dilində dərsliklərin, dərs
vəsaitlərinin və digər tədris materiallarının çatış- maması təəssüf
doğurmaya bilməz.
Oxuculara təqdim edilən bu dərslik həmin boşluğu müəyyən dərəcədə
doldumıaq məqsədi ilə yazılmışdır.
Dərslikdə beynəlxalq hüququn əsas sahə və institutları yığcam və
anlaşıqlı şəkildə şərh olunmuşdur. Sovet və müasir Rusiya dərsliklərində öz
adekvat əksini tapmayan bəzi məsələlər (xüsusilə, «Beynəlxalq cinayət
hüququ», «Bcynəlxalq insan hüquqları hüququ» sahələri, beynəlxalq
hüquqi adət,
beynəlxalq müqavilə
3
lərin milli məhkomolər tərofındon totbiqi, dövlətin yurisdiksiyası, BMT-nin
Beynəlxalq Məhkəməsi və beynəlxalq arbitraj ilə bağlı məsələlər) daha
geniş işıqlandınimışdır.
Ayn-ayn anlayışlann tərifi dərslikdə xüsusi nəzərə çarpdınlır və
onların izahı məhkəmə təcrübəsindən, xüsusən BMT Beynəlxalq
Məhkəməsinin təcrübəsindən misallarla tamamlanır. Müstəqil Azərbaycan
Respublikası qanunvericiliyinin müvafiq müddəalarının şərhinə lazımi
diqqət yetirilir.
Hər bir mövzu ilə bağlı əlavə oxu üçün müvafiq ədəbiyyat siyahısı
göstərilmişdir. Əlbəttə ki, bu siyahıya daxil edilmiş elmi əsərlordəki
fikirlərin hamısı ilə biz heç də həmrəy deyilik. Lakin hesab
edirik ki, bu və
ya digər məsələ ilə bağlı müxtəlif mövqeləri bilmək və onları təhlil etmək
beynəlxalq hüququ dərindən öyrənmək istəyənlər üçün çox vacibdir.
Dərsliyə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müəllif
tərəfindən tərcümə edilmiş mətni əlavə olunmuşdur.
Etiraf edirik ki, təqdim olunan dərslikdə beynəlxalq hüququn bütün
sahələri yetərincə əhatə olunmamışdır. Bir sıra məsələlərə nisbətən az yer
verilmişdir. Əlbəttə ki, daim dəyişən və inkişafda olan beynəlxalq hüquqa
aid dərsliyin yazılmasına statik yanaşmaq olmaz və bir dəfə başlanmış bu
proses mütəmadi inkişaf etdirilməli və təkmilləşdirilməlidir.