84
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3 Təbiət elmləri seriyası 2010
GEOLOGİYA
MUROVDAĞ FİLİZ RAYONUNDA MAQMATİK KOMPLEKSLƏRİN
POTENSİAL FİLİZLƏŞMƏSİNDƏ FİLİZTOPLAYICI
STRUKTURLARIN ROLU
V.M.BABAZADƏ, D.M.ƏHMƏDOV, B.H.QƏLƏNDƏROV, M.N.MƏMMƏDOV,
N.Ə.İMAMVERDİYEV, A.A.XƏLƏFLİ, M.İ. MANSUROV,
Z.A.VƏLİYEV, A.İ.HÜSEYNOV
Bakı Dövlət Universiteti
Inasim59@hotmail.com
Məqalə Kiçik Qafqazın əsas struktur vahidlərindən olan Murovdağ filiz rayonunda
maqmatik komplekslərin potensial filizləşməsində filiztoplayıcı strukturların roluna həsr
olunmuşdur. Müəyyən olunmuşdur ki, filizləşmə rayonun geoloji inkişaf mərhələsində fəalla-
şan uzun müddət yaşayan dərinlik qırılması ilə dövr edən postmaqmatik məhlullarla əlaqə-
dardır. Sonrakı dövrlərdə isə filiz toplanmasında dərinlik qırılması ilə yanaşı əhəmiyyətli rolu
daha cavan eninə qırılmalar oynamışdır. Bu qırılmaların qovuşduğu sahələrə sənaye tipli
qızıl-polimetal, mis-kolçedan, mis-porfir filizləşmələri aiddir.
M.A.Favorskaya, İ.N.Tomson və başqalarının fikrinə görə [5, 6] filiztoplayıcı
strukturlar dərinlik dislokasiya sistemləri ilə əlaqədardır və onların təsiri ətraf
struktur-formasion zonanın inkişafını mürəkkəbləşdirir və pozur. Xüsusilə də onun
təsiri özünü endogen məhsulların xüsusiyyətlərində daha aydın büruzə verir. Ətraf
fona nisbətən filiz toplayıcı strukturlar həm xətti, həm də maqmatik anomaliyaları əks
etdirərək bloklar şəklində təzahür edirlər. Bu bloklarda qələvilərlə, uçucularla, qeyri-
kogerent elementlərlə zəngin olan dərinlik və yüksək temperaturlu maqmatik əmələ-
gəlmələr yerləşirlər. Yüksək endogen fəallıq filizyerləşdirici strukturlarla nəzarət
olunaraq ştok, dayka, vulkanik örtük və mərkəzlərlə uyğunlaşır.
Birbaşa filiztoplayıcı strukturlarda yerləşən maqmatik assosiyasiyalara Kiçik
Qafqazın Murovdağ filiz rayonunun timsalında baxacağıq. Bu filiz rayonunda turş və
zəif turş vulkanitlərlə və qranitoidlərlə yanaşı müxtəlif yaşlı pikrit, pikrobazalt, ba-
zalt, bazaltik andezit, andezit tərkibli vulkanitlər, vulkanik brekçiyalar, tuf brekçi-
yalar da geniş yayılmışdır [1,2,3 ].
Aparılan tədqiqatlar nəticəsində Murovdağ filiz rayonunda orta və üst yura
yaşlı əsasi və turş tərkibli vulkanitlərdə və piroklastlarda mis-kolçedan, kolçedan, qı-
zıl-mis-polimetal, mis-porfir filiz təzahürləri müəyyən olunmuşdur və onların əksə-
riyyəti müxtəlif istiqamətli qırılma-pozulmalara və onların qovuşma zonalarına aiddir
[1, 2].
Rayon ərazisində intişar tapmış maqmatik əmələgəlmələrin öyrənilməsi gös-
tərir ki, eyniyaşlı və eyniadlı, maqmatik süxurlar müxtəlif geoloji inkişaf mərhə-
85
lələrində birbaşa və ya filiztoplayıcı dislokasiya sistemlərinin nəzarətində olmuşlar.
Başqa sözlə desək, maqmatizmin əmələ gəlməsi filizləşmənin mərhələləri ilə uzlaşır.
Maqmatizmin xüsusiyyəti göstərir ki, gizli birbaşa strukturlar yeni əmələ gəlmiş
tektonik vahid deyildir və regionun geoloji tarixində bir neçə dəfə endogen fəallığın
daşıyıcıları olmuşlar.
Filiztoplayıcı strukturlardakı oxşar maqmatizmin xüsusiyyətləri Kiçik Qafqa-
zın digər ərazilərinin analizi zamanı da aşkar olunmuşdur və yer qabığının inkişafında
onların bir neçə dəfə aktivləşməsinə dəlalət edir (Gədəbəy-Dəlidağ lineament zonası
və s.) [4]. Murovdağ filiz rayonunda, Kiçik Qafqazın digər ərazilərində olduğu kimi,
filizləşmənin maqmatizmlə əlaqəsini araşdırarkən, tədqiqatçılar əsas diqqəti hansı
maqmatik kompleksin hansısa filizləşmə tipi ilə müşayiət olunmasına yönəltmişlər,
yəni maqmatik komplekslərin filizlərə ixtisaslaşması filizləşmənin miqyasından asılı
olmayaraq öyrənilmişdir.
Hazırda qeyd edilən filiz rayonunda kompleks geoloji-geokimyəvi-geofiziki-
aerokosmik nişanələrə görə filizdaşıyıcı bir çox maqmatik komplekslər aşkar olun-
muşdur. Müəyyən olunmuşdur ki, Murovdağ filiz rayonunda kifayət qədər sahəni
əhatə edən orta-üst yura və təbaşir vulkanizmin məhsulları yüksək perspektivliyə
malikdir.
Yura və üst təbaşir yaşlı ardıcıl diferensiallaşmış bazalt-andezit-dasit-riolit,
qabbro-diorit-qranosiyenit-qranodiorit, qabbro-ultraəsasi formasiyalar kolçedan, mis,
mis-qızıl-polimetal, qızıl-mis-porfir, civə, xromit tip filizləşmələrə perspektivli oldu-
ğu müəyyən edilmişdir. Belə təzahürlərdən Daşaqıl-Qaraqaya-Qızılqaya, Göy-göl-
Sarısu, Çıraxlı-Tulallar-Şorsu, Alaxalçanlı, Zivlənçay, Şahkərəm, Qoşqardağ və s.
göstərmək olar. Bu təzahürlərdən bir çoxu praktiki əhəmiyyət kəsb edir.
Qoşqarçay yatağının faydalı komponentlərinə mis, həmçinin molibden, qızıl,
gümüş və kobaltı aid etmək olar.
Damar-möhtəvi tipli filizləşmə pirit, xalkopirit, qalenit və maqnetitdən ibarət-
dir. Filizli zonanın eni 100-150 m olmaqla uzunluğu 1 km-ə çatır və qabbro-diorit
intruzivinin ekzokontakt hissəsinə aiddir. Filiz zonasında misin miqdarı 200 q/t,
sinkin – 4000 q/t, qurğuşunun miqdarı 1000 q/t-a çatır. Kobaltın miqdarı 50-250 q/t
təşkil edir. Qoşqarçay yatağını bu elementlərə perspektivli hesab etmək olar. Bu
onunla izah edilir ki, Qoşqardağ polifasial intruzivinin endo- və ekzokontakt zona-
sında filizləşmənin toplanması üçün əlverişli şərait yaranmışdır. Bunu təstiq edən
faktorlara intruzivin kosmik şəkillərin deşifrələnməsi nəticəsində dairəvi struktur kimi
ayrılması, maqmatik süxurların hidrotermal metasomatitlərə – kvars-serisit, kvars-
kaolinit süxurlarına və törəmə kvarsitlərə çevrilməsi, habelə digər litoloji və struktur
əlamətlər aid ola bilər.
Kompleks filizlərə perspektivli təzahürlərdən biri də Meydanyal sahəsi hesab
olunur. Çıraqdərəsi yatağından 3,0 km qərbdə Toğanalı çayının yuxarısında yerləşən
bu təzahürdə misin, qızılın və civənin yüksək miqdarı müəyyən edilmişdir. Filizyanı
süxurlar kimmeric yaşlı andezitlərdir. Təzahür ümumqafqaz və eninə istiqamətli
qırılmaların qovuşuğunda yerləşir və kosmik şəkillər vasitəsilə deşifrə olunmuş qırıl-
ma strukturları ilə təstiq olunur. Burada mis minerallaşması olan 4 zona müəyyən
edilmişdir və onlarda misin miqdarı 1,2-5,2%-ə çatır. Digər elementlərdən Pb - 2000-
3000 q/t, Zn – 100 q/t, Au-0,4-0,42 q/t, Ag-13,4 q/t təyin edilmişdir.
Təzahür sahəsində qırılma strukturunun deşifrə olunmuş dairəvi strukturun
86
sahəcə hidrotermal dəyişmiş süxurların geniş yayılması ilə yanaşı digər maqmatik,
struktur və litoloji faktorların olması filiz zonalarının daha dərinliyə nüfuz etməsini
güman etməyə imkan verir və perspektivli sayıla bilər.
Murovdağ filiz rayonunda son vaxtlar mikrobazaltlarda platin filizləşməsinin
də müəyyən edilməsi rayona olan marağı daha da artırır [3].
Beləliklə, filiz rayonunda sənaye əhəmiyyəti daşıyan filizləşmələr konkret bu
və ya başqa maqmatik komplekslərlə əlaqədardır və ona görə də filiz rayonu
bütövlükdə müxtəlif tip filizlərə perspektivli sayıla bilər. Lakin sənaye perspektivli
filizləşmələr olan maqmatik komplekslər birbaşa fliztoplayıcı strukturlarda yerləşir və
digər maqmatik komplekslərdən quruluşuna, tərkibinə və başqa əlamətlərinə görə
fərqlənirlər. Bu əlamətlərə qranitoid intruzivlərilə sahəcə əsasi tərkibli maqmatik
komplekslərinin olması, maqmanın ilkin olaraq filiz komponentləri ilə, uçucu ele-
mentlərlə zəngin olması və bunun nəticəsində dərinlik diferensiasiyasının hesabına
geniş süxur assosiasiyasının, hidrotermal dəyişmiş zonaların əmələ gəlməsi misal ola
bilər (şəkil 1).
Şək. 1. Murovdağ qalxmasında filiztoplayıcı struktur elementlərin yerləşmə sxemi:
1-qabbro-kvars-diorit-qranodioritlər; 2- qırılma pozulmaları; 3- iri tektonik bloklar sərhədin-
dəki regional qırılmalar; 4-submeridional istiqamətli maqma-filiz nəzarətedici regional
qırılmalar; 5-maqma-filiz nəzarətedici relyef forması ilə əks olunmuş şimal-şərq istiqamətli
lineamentlər; 6-bloklar və strukturlar daxilində lokal qırılmalara uğun olan lineamentlər; 7-
kosmiki şəkillər üzrə ayrılmış həlqəvi və ya oval strukturlar: a) intruziyanın eroziyası ilə
açılmış vulkano-plutonik; b) kalderalar; 8-geоfiziki işlərələ ayrılmış dərinlik qırılmaları; 9-alp
kompleksinin alt hissəsindəki və örtüklərindəki qırılmalar; 10-alp kompleksinin alt hissəsin-
dəki blokdaxili qırılmalar.
Bu əlamətlər filiztoplayıcı strukturlarda maqmatik əmələgəlmələrin filizləş-
mələrə perspektivli olmasını göstərir və müxtəlif tip filiz təzahürlərinin əmələ
87
gəlməsinə dəlalət edir. Başqa sözlə desək, filiztoplayıcı strukturlarda müxtəlif yaşlı və
müxtəlif tipli filizdaşıyıcı maqmatik əmələgəlmələri digər maqmatik süxurlardan
fərqləndirir. Maqmatizmin uzun zaman əmələ gəlməsi, maqmatik fazaların tezliliyi,
bir çox elementlərin, uçucuların yüksək miqdarı, əsasi tərkibli maqmatik süxurların
təzahür etməsi, ancaq filizləşməsi olan qranitoidlərdə deyil, həm də filizəqədərki və
filizdən sonrakı andezitlərdə, andezit-dasitdə, riolitlərdə və onların törəmələrində də
qeyd olunur.
Birbaşa strukturların maqmatik süxurlarında və filiz qovuşuqlarında geokim-
yəvi anomaliyalar qeyri-bərabər paylanmışdır. Ən çox maraq doğuran Elbəkdaş təza-
hüründə müəyyən olunmuş anomaliyadır. Misin miqdarına görə burada 2,5 km mə-
safəyə uzanan və oksford-kimmeric və qismən bat çöküntülərini əhatə edən geokim-
yəvi anomaliya ayrılır və bütövlükdə Elbəkdaş təzahürünü örtür. Burada misin
miqdarı 0,1%-ə çatır [ 2 ].
Analoji geokimyəvi anomaliyalar Murovdağ filiz qovşağının müxtəlif sahə-
lərində də qeyd edilmişdir. Bu anomaliyaların analizi göstərir ki, onlar həm filizləş-
məyə qədər olan süxurlarda, həm filizləşmədən sonrakı filizlərdə, həmçinin filiz
cisimlərinin yaxınlığında və ondan bir neçə kilometr uzaqlıqda da qeyd olunur. Belə
mülahizə yürütmək olar ki, bu anomaliyalar mürəkkəb yol keçmişdir və filiz
elementləri ilə və mineralizatorla zəngin olan flüidlər təkrarən maqmatik ocaqlara və
cisimlərə nüfuz etmişdir.
Beləliklə, Murovdağ filiz rayonunun filizdaşıyıcı maqmatik komplekslərinin
spesifik tərkibi və diferensiasiyası tək onların formasiya mənsubiyyəti ilə deyil,
əsasən onların birbaşa filiztoplayıcı strukturlarda əmələ gəlməsi, endogen proseslərin
ərintinin tərkibinə və diferensiasiyasına təsirilə təyin edilir. Ən əvvəl bu substratın
filiz elementləri və mineralizatorlarla zənginləşməsi, həmçinin ərimə ocaqlarına və
maqmanın əmələ gəldiyi ocaqlara flüdlərin gətirilməsilə tənzimlənir. Bir çox nişa-
nələrinə görə birbaşa filiztoplayıcı strukturlar dərinlik dislokasiya sistemlərinin
proeksiyası olaraq, onlarla yuvenil elementlərin gətirilməsi hesabına lokal metaso-
matik dəyişmə baş verir və dövri olaraq əsasi-ultraəsasi ərintilərin generasiyası baş
verir. Məhz belə bir struktur şəraitlərdə maqmatik komplekslərin (xüsusilə də
qranitoidlərin) potensial filizliliyi reallaşır.
Murovdağ filiz rayonunda qeyd olunan filizləşmənin toplanması üçün əlavə
olaraq aşağıdakı faktorları qeyd etmək olar: Murovdağ filiz rayonu üçün tipomorf
olan kolçedan, qızıldaşıyan mis-porfir, mis və qızıl-polimetal filizləşməsi ən intensiv
orta- və üst yura maqmatizmi ilə əlaqədardır və yüksək stratiqrafik səviyyələrdə qızıl
və gümüşün miqdarı artaraq müstəqil qızıl-polimetal tipli filizləşmə, üst təbaşirdə isə
civə təzahürünü (Meydançay) əmələ gətirir. Endogen filizəmələgəlmədə maqmatik
əmələgəlmələrin rolu daha böyük olur. Rayon ərazisində intişar tapmış müxtəlif tip
filizlər, onların yataq və təzahürləri, minerallaşma nöqtələri məhz müxtəlif yaşlı və
tərkibli maqmatik komplekslərlə əlaqədardır.
Geoloji-struktur, petroloji-geokimyəvi məlumatların əsasında müəyyən olu-
nur ki, Murovdağ antiklinorisinin Turaqaçay, Ağdərə, Ağcakənd, Daşkəsən çökək-
likləri ilə qovuşduğu zonalarda, xüsusilə də sərhəd zolağında kimmeriy mərhələsinin
filizləşməsinin
üstünə məxsusi alp mərhələsinin filizləşməsi yığılır. Bu isə əvvəllər
yaranmış qırılmaların (lineamentlərin–birbaşa filiztoplayıcı strukturların) tektonik
fəallaşması, şimal-qərb və şimal-şərq istiqamətli yeni qırılma və çatların əmələ gəl-
88
məsi ilə əlaqədardır.
Bu nöqteyi-nəzərdən kosmik şəkillərlə deşifrə olunan iri birbaşa struktur olan
Gədəbəy-Dəlidağ lineamentinin Murovdağ üstəgəlməsi, rayon ərazisində deşifrə
nəticəsində müəyyən olunmuş dairəvi və xətti qırılma strukturları ilə qovuşma zona-
ları ən perspektivli sayıla bilər. Bu tip strukturlar boyu sahəcə və genetik olaraq yan
süxurların hidrotermal metasomatik dəyişməsi müşahidə edilir və filizləşmənin ən
intensiv konsentrasiyası turş vulkanitlərin və qranitoidlərin postmaqmatik fəaliyyəti
olan mərkəz tipli solfator-fumoral sahələrlə əlaqədardır.
Filizləşmə əsasən müxtəlif tipli vulkanik qurğular olan (vulkan-günbəzlər,
ekstruziyalar, vulkanizmlə sinxron olan subvulkanik sistemlər) ibarət olan lokal tağ
qalxmalarına aiddirlər. Onlar kosmik şəkillərdə dairəvi, yarımdairəvi strukturlar kimi
ifadə olunurlar. Bununla əlaqədar olaraq, lokal tağ qalxmaları - dairəvi strukturlar
konkret filiz sahələri kimi ayrıla bilər. Belə yüksək perspektivli sahələrə Tulallar-
Şorsu, Daşaqıl-Qaraqaya-Qızılqaya, Göygöl, Alaxançanlı, Şahkərəm və s. aid etmək
olar.
Əsas filiznəzarətedici qırılmalar maqmadaşıyıcı kanallarla sahəcə üst-üstə
düşür və bu zaman maksimal hidrotermal dəyişmə vulkanik qurğuların boğaz (jerlo)
fasiyasının hüdudlarında nümayiş edilir.
Beləliklə, Murovdağ filiz rayonunda bir sıra perspektivli lokal sahələr ayır-
maq olar ki, onlarda qızıl-polimetal, kolçedan, qızıl saxlayan mis-porfir tipli filizləş-
mələrinin ixtisaslaşmasını proqnozlaşdırmaq olar. Bu sahələr geokimyəvi, geofiziki
anomaliyalar vasitəsilə təsdiqlənir və adətən kosmik şəkillərdə dairəvi strukturlarla
ifadə olunan orta və turş tərkibli effuziv-piroklastik və intruziv sistemlərlə təmsil
olunmuşlar. Perspektivli sahələrdə şimal-şərq, cənub-şərq, dairəvi xırda qırılma və çat
sistemi geoloji və kosmik şəkillərlə dəqiq ayrılır. Filiz minerallaşmaları adətən məhz
belə kiçik qırılma zonalarında müşahidə edilir və şimal-şərq, dairəvi qırılmalar hidro-
termal məhlulların qalxması, filiz minerallaşmasının toplanması üçün ən əlverişli
vahidlər olmuşlar.
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə nəticəyə gəlirik ki, Kiçik
Qafqazın əsas metallogenik vahidlərindən biri olan Murovdağ filiz rayonunda
filizləşmə, rayonun geoloji inkişaf mərhələlərində fəallaşan uzunmüddətli dərinlik
qırılmaları ilə - filiztoplayıcı strukturlarla dövr edən postmaqmatik məhlullarla əlaqə-
dardır. Əgər alp qırışıqlıq tsiklin birinci mərhələsində hidrotermlərin dövrünə ümum-
qafqaz istiqamətli dərinlik qırılmaları xidmət etmişdisə, sonrakı dövrlərdə dərinlik
qırılmaların əhəmiyyətli rolu daha cavan eninə, dairəvi qırılmalar, çatlar oynamışdır.
Buna uyğun olaraq, daha dəqiq hidrotermal dəyişmələr müxtəlif yaşlı pozulmaların
qovuşma sahəsinə aiddir. Məhz bu qovuşmalara sənaye əhəmiyyətli qızıl-polimetal,
mis-kolçedan, qızıl saxlayan mis-porfir filizləşmələri aiddir.
ƏDƏBİYYAT
1.
Абдуллаев Р.Н., Мустафаев Г.В., Мустафаев М.А. и др. Мезозойские магматические
формации Малого Кавказа и связанное с ними эндогенное оруденение. Баку: Элм,
1988, 160 с.
2.
Геология Азербайджана. Полезные ископаемые, Баку: Нафта-Пресс, 2003, т. 4, 574 с.
3.
Баба-заде В.М., Мамедов М.Н., Рамазанов В.Г., Имамвердиев Н.А. и др. Петролого-
геохимические особенности формирования пикритов и пикробазальтов Муровдаг-
89
ского антиклинория (Малый Кавказ). //Вестник Бакинского Университета. 2008,
№1, с.105-116.
4.
Минерально-сырьевые ресурсы Азербайджана (условия формирования, закономер-
ности размещения, научные основы прогнозирования, ответ. Редак. Баба-заде
В.М.). Баку: Озан, 2005, 807 с.
5.
Сквозные рудоконцентрирующие структуры. М.: Наука, 1989, 222 с.
6.
Томсон И.Н., Фаворская М.А. Рудоконцентрирующие структуры и принципы ло-
кального прогнозирования эндогенного оруденения. // Советская геология. 1968,
№10, с.6-20.
РОЛЬ РУДОКОНЦЕНТРИРУЮЩИХ СТРУКТУР В ПОТЕНЦИАЛЬНОЙ
РУДОНОСНОСТИ МАГМАТИЧЕСКИХ ОБРАЗОВАНИЙ
МУРОВДАГСКОГО РУДНОГО РАЙОНА (МАЛЫЙ КАВКАЗ)
В.М.БАБА-ЗАДЕ, Д.М.АХМЕДОВ, Б.Г.КАЛАНДАРОВ, М.Н.МАМЕДОВ,
Н.А.ИМАМВЕРДИЕВ. А.А.ХАЛАФЛЫ, М.И.МАНСУРОВ,
З.А.ВЕЛИЕВ, А.И.ГУСЕЙНОВ
РЕЗЮМЕ
Статья посвящена роли рудоконцентрирующих структур в потенциальной ру-
доносности магматических образований Муровдагского рудного района. Установлено,
что в пределах Муровдагского рудного района формирование рудных залежей связано с
постмагматическими растворами, циркулирующими по долгоживущим глубинным раз-
ломам на всех стадиях эволюции последних. При этом в последующий период, наряду с
глубинными разломами важная роль принадлежит и более молодым поперечным раз-
рывам. К узлам пересечения этих разновозрастных нарушений приурочено промыш-
ленное оруденение золото-полиметаллических, медно-колчеданных, медно-порфировых
руд.
THE ROLE OF THE ORE CONCENTRATING STRUCTURES IN THE POTENTIAL
ORE MAGMATIC FORMATIONS OF MUROVDAGH ORE DISTRICT
(LESSER CAUCASUS)
V.M.BABAZADEH, D.M.AHMADOV, B.H.GALANDAROV, M.N.MAMMADOV,
N.A.IMAMVERDIYEV. A.A.KHALAFLI, M.I.MANSUROV,
Z.A.VALIYEV, A.I.HUSEYNOV
SUMMARY
The article deals with the ore concentrating structures in the potential ore magmatic
formations of the Murovdagh ore region. It is found out that within the ore district of Mu-
rovdagh, the formation of ore deposits is associated with post-magmatic fluids circulating in
the long-lived deep faults at all stages of the evolution of the latter. Thereafter, along with
deep faults the younger transverse fractures were of great importance. The nodes of in-
tersection of these different age violations include industrial mineralization of gold-poly-
metallic and copper-pyrite, copper-porphyry ores as well.
Document Outline - BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
- РОЛЬ РУДОКОНЦЕНТРИРУЮЩИХ СТРУКТУР В ПОТЕНЦИАЛЬНОЙ
- РУДОНОСНОСТИ МАГМАТИЧЕСКИХ ОБРАЗОВАНИЙ
- МУРОВДАГСКОГО РУДНОГО РАЙОНА (МАЛЫЙ КАВКАЗ)
Dostları ilə paylaş: |