2 mart 2017-ci il, cümə axşamı
9
Dövlət başçısı İlham Əliyevin regionların inkişafına
göstərdiyi davamlı diqqət və qayğı Ağdaş rayonunda da ötən
il sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsinə təkan
vermişdir. Bunu 2016-cı ilin yekunları da təsdiqləyir.
Bu günlərdə rayonda olarkən
ötən ilin hesabat göstəriciləri ilə
ətraflı tanış olduq, mütəxəssislərin
mülahizələrini dinlədik. Ayrı-ay-
rı kollektivlərdə, ictimai yerlərdə
əhalinin müxtəlif təbəqələrinin
nümayəndələri ilə görüşlərdə də ötən il
qazanılmış uğurlar diqqət mərkəzində
oldu. Nailiyyətləri artırmaq üçün cari
ildə nəzərdə tutulan tədbirlər, həllini
gözləyən problemlər də nəzərdən
qaçmadı. Beləliklə, Ağdaşa son
səfərimizin təəssürat və qənaətlərini
oxucularımıza çatdırırıq.
Rayonda keçən il iqtisadiyyatın
əsas sahələri üzrə məhsul buraxı-
lışının və göstərilən xidmətlərin
həcmi 257 milyon manatlıq olmuş,
adambaşına düşən məhsul istehsalı
2 min 383 manat təşkil etmişdir. Bu
dövrdə sənayedə 8,2 milyon manatlıq
və ya ümumi daxili məhsulun 3,2
faizi qədər, kənd təsərrüfatında 103,2
milyon mantlıq (40,1 faiz) məhsul
istehsal edilmiş, tikintidə 47,6 milyon
manatlıq (18,5 faiz) abadlıq-qurucu-
luq işləri görülmüşdür. Ticarətdə 92,4
milyon manatlıq (36 faiz), nəqliyyat
və rabitədə 5,6 milyon manatlıq (2,2
faiz) xidmətlər göstərilmişdir. Sənaye
istehsalı 6,9 faiz, ticarət və rabitə
xidmətinin həcmi isə 3,6 faiz artmış-
dır.
Prezident İlham Əliyevin sahib-
karlığın inkişaf etdirilməsi, əhalinin
məşğulluğunun artırılması, iqtisadiy-
yata yeni sərmayələrin cəlb edilməsi
ilə bağlı tapşırıqlarının icrasını təmin
etmək məqsədilə Ağdaş RİH-də xüsusi
qərargah yaradılmışdır. Qərargah ciddi
təhlillər əsasında rayonun sosial-iqti-
sadi inkişafı ilə bağlı proqnozlar ha-
zırlamış, sahibkarların, vətəndaşların
təkliflərini nəzərə almaqla yeni
iş yerləri yaradılması üçün zəruri
tədbirlər həyata keçirmişdir.
Dövlət başçısının regionların
özünü maliyyələşdirməsi, iqti-
sadi potensialdan daha səmərəli
istifadə olunması, idxalı əvəz edən
və ixracyönümlü istehsal, emal və
infrastruktur müəssisələrinin yaradıl-
ması istiqamətində verdiyi tapşırıq-
lara əsasən Ağdaşda da bir sıra işlər
görülməkdədir. Rayonda yaradılan
yeni sənaye sahələrindən Meyvə emalı
zavodunda və Yem emalı fabrikində
ötən il istehsal prosesinə başlanıl-
mışdır. Biyan istehsalı və emalı
müəssisəsində isə tikinti-quraşdırma
işləri davam etdirilmişdir.
Ötən il İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu 20
sahibkara 9 milyon 250 min manat
güzəştli kredit vermişdir. Bu önəmli
dəstəkdən bacarıqla faydalanan
iş adamları il ərzində 50-dən çox
xidmət və istehsal sahəsi yaratmış-
lar. Rayonda əhalinin məşğulluğuna
köməklik göstərilməsi üçün keçirilən
əmək yarmarkasında 153 boş yer
üzrə vətəndaşlara iş təklif olunmuş-
dur. Çoxmənzilli yaşayış binalarının
təmiri, eləcə də, abadlıq-yaşıllaşdırma
sahəsində əlavə iş yerləri açılmışdır.
Bu məqsədlə dövlət büdcəsindən
xüsusi vəsait ayrılmış və tədbir bu
il də davam etdirilir. Ümumiyyətlə,
görülmüş tədbirlər nəticəsində ötən il
Ağdaşda 829-u daimi olmaqla, 4847
yeni iş yeri yaradılmışdır.
Ötən il rayonda xidmət infrastruk-
turunun təkmilləşdirilməsi və əhaliyə
göstərilən xidmətlərin səviyyəsinin
yüksəldilməsi sahəsində də müəyyən
tədbirlər görülmüşdür. Əvvəlki
illərdə olduğu kimi, rayonda əhalinin
elektrik enerjisi, təbii qaz və içməli
su təchizatının daha da yaxşılaşdırıl-
ması diqqət mərkəzində olmuş, bu
xidmət sahələrində zəruri işlər davam
etdirilmişdir.
Ağdaş Elektrik Şəbəkəsi 2016-cı
ilin fevralından “Azərişıq” ASC-
nin tərkibinə verilmişdir. Bu da
şəbəkənin yeniləşdirilməsinə, xidmətin
yüksəldilməsinə daha üstün şərait
yaratmışdır. Ağdaş şəhərində elektrik
yarımstansiyası, rayon ərazisində
15 transformator istifadəyə veril-
miş, 3 yeni transformatorda isə son
tamamlama işləri görülür. Yaşa-
yış məntəqələrində 47 kilometrlik
müxtəlif gərginlikli elektrik xətləri
əsaslı və cari, 58 transformator yarım-
stansiyaları əsaslı təmir edilmişdir.
Rayonda təbii qaz təchizatının
yaxşılaşdırılması sahəsində də
müəyyən işlər görülmüşdür. Ağdaş
şəhərində və təbii qazla təmin olunan
kəndlərdə 3 min metr uzunluğunda
müxtəlif ölçülü qaz xətləri yenisi ilə
əvəz olunmuş, 22 qaztənzimləyici şkaf
qoyulmuşdur. 2016-cı ildə Pirkəkə,
Ərəbocağı, Aşağı Ləki və Hapıtlı
kəndlərində tikinti-quraşdırma işləri
başa çatdırılmış, sakinlərə qaz verilişi
bərpa edilmişdir.
Rabitə və informasiya
xidmətlərinin yaxşılaşdırılması
sahəsində də işlər davam etdirilmişdir.
Rabitə müəssisələri gəlir proqnozu-
nu tam yerinə yetirmiş, əhaliyə və
müəssisələrə 538,4 min manatlıq
xidmət göstərilmişdir. 138 abonentə
yeni telefon çəkilmiş, internet
istifadəçilərinin sayı 455 abonent artı-
rılmışdır. Ağdaş Poçt filialı üzrə gəlir
proqnozu 105,4 faiz yerinə yetirilmiş-
dir ki, bu da 2015-ci illə müqayisədə
29 min 481 manat artıqdır.
Ağdaş şəhərinin su və kanalizasi-
ya sistemlərinin yeniləşməsi layihəsi
çərçivəsində Türyançay su anbarı
ərazisində hər birinin məhsuldarlığı
saniyədə 25 litr olmaqla 4 yeni
subartezian quyusu qazılıb istifadəyə
verilmişdir. Türyançay su anbarı
ərazisində 5 min kubmetrlik yeni su
anbarının tikintisində son tamamlama
işləri getməkdədir. 6,5 min metr 560
millimetrlik diametrli yeni magistral
su xətti çəkilərək istismara verilmiş-
dir.
Dövlət proqramı çərçivəsində ra-
yonun içməli su problemi olan yaşayış
məntəqələri müəyyənləşdirilmiş, həmin
ərazilərə modul tipli sutəmizləyici
qurğuların quraşdırılması üçün lazımi
sənədlər hazırlanaraq aidiyyatı orqan-
lara təqdim olunmuşdur. Hazırda ilkin
olaraq 4 yaşayış məntəqəsində Aşağı
və Yuxarı Nemətabad, Güvəkənd və
Əmirarx kəndlərində layihələndirmə
işləri başa çatdırılmış və bu günlərdə
tikinti-quraşdırma işlərinə başlanması
nəzərdə tutulur.
Prezident İlham Əliyevin ənənəvi
təsərrüfat sahələrinin, xüsusən pambıq-
çılığın kənd əhalisinin məşğulluğunun
təmin olunmasında rolunun artırılması
ilə bağlı verdiyi tapşırıqlar rayonda
böyük razılıqla qarşılanmışdır. 2016-cı
ildə 6345 nəfər məhsul istehsalçısına
1 milyon 122 min manat əkin üçün
subsidiya hesablanıb verilmişdir.
Ötən il pambığın alış qiymətinin
artırılması bu sahənin Ağdaşda da
yenidən inkişafı üçün zəmin yarat-
mışdır. Fermerlər rayonda pambıq-
çılığın inkişaf etdirilməsində yüksək
nəticələrin əldə olunması üçün zəngin
təcrübə və imkanlardan səmərəli
istifadə etmişlər. Kəndlərdə ənənəvi
məşğulluq sahələrinin dirçəldilməsi
işsizliyin aradan qaldırılmasına kömək
etmiş, mövsüm ərzində 3 min nəfərdən
çox kənd sakini haqqı ödənilən işlə
təmin edilmişdir.
Pambıq əkininin dəfələrlə
artması bu gəlirli sahənin geniş
perspektivlərindən xəbər verir. Belə
ki, ötən il Ağdaş rayonunda 1134
hektar ərazidə çiyid səpini aparılmış
və sahələrə aqrotexniki qulluq edilərək
bol məhsul əldə edilmişdir. Bu,
2015-ci ilə nisbətədən 38 dəfə çoxdur.
Ağdaşlı fermerlər dövlətin yardımın-
dan bəhrələnərək gələn il rayonda 2
min 500 hektardan çox sahədə pambıq
əkini aparmağı planlaşdırırlar. Bunun
üçün hazırlıq işləri görülür, istifadəsiz
torpaq sahələrində əkin aparılması
nəzərdə tutulur.
Mütəxəssislər bildirdilər ki, bu il
rayonda ənənəvi sahələrdən olan bara-
maçılığın inkişafı üçün də kəndlərdə
geniş izahat işləri aparılmışdır. Qax
Damazlıq İpəkçilik Stansiyasından
50 qutu toxum gətirilərək Ağdaşda
kümçülərə paylanmışdır. İlk addım
olaraq, ötən mövsümdə gözlənilən
1 ton barama əvəzinə, 2 ton məhsul
tədarük olunaraq “Şəki İpək” ASC-yə
təhvil verilmişdir. Ayrı-ayrı ailələr ba-
ramaçılıqdan 5-6 həftə ərzində 1000-
-1500 manat qazanc əldə etmişlər. Bu
nəticələr 2017-ci ildə baramaçılığı
daha da inkişaf etdirmək üçün yüksək
stimul yaratmışdır. Daxili imkanlar və
dövlətin dəstəyi hesabına rayonda 65
min tut tingi əkilmişdir.
Keçən mövsümdə 11 min 93
hektar taxıl sahəsində lazımi aqro-
texniki qulluq işləri aparılmış, biçin
dövründə mövcud kombaynların
gücündən səmərəli istifadə edilmiş və
34 min ton taxıl istehsal olunmuşdur.
Dənli və dənli paxlalılarda ötən ilə
nisbətən məhsuldarlıq 1847 ton artaraq
38 min 335 ton olmuşdur. Yazlıq və
payızlıq dənlilərin istehsalı 2 min 566
ton, çəltik istehsalı 925 ton artmışdır.
Hektardan məhsuldarlıq payızlıq və
yazlıq buğda üzrə 2,6 sentner artaraq
33,4, dənli və dənli paxlalılarda 0,6
sentner artaraq 30,7 olmuşdur. Ağdaş-
da çəltikçiliyin inkişaf etdirilməsi üçün
əlverişli imkan var. 1311 hektarda
çəltik əkilmiş və bol məhsul əldə
edilmişdir.
Rayonda 1263 hektar kartof,
bostan və tərəvəz sahələrindən 21 min
850 ton məhsul istehsal olunmuşdur. İl
ərzində 347 hektardan 1607 ton dənlik
qarğıdalı, 253 hektardan 3 min 896
ton bostan məhsulları götürülmüşdür.
2017-ci ilin məhsulu üçün 13 min
911 hektar sahədə şum aparılmışdır.
12 min 312 hektar sahədə payızlıq
taxıl əkilmişdir. İxtisaslaşmış və
toxum istehsalı ilə məşğul olan
3 təsərrüfatda istehsal olunmuş
arpa və buğda rayonda və kənarda
taxıl əkənlərə satılmışdır. 1 hektar
günəbaxan, 114 hektar lobya, 3 hektar
vələmir, 231 hektar biyan əkilmişdir.
1642 hektar meyvə bağlarından 20
min tondan yuxarı məhsul əldə olun-
muşdur. Bakı şəhərində keçirilən satış
yarmarkasına fermerlər 200 tondan
yuxarı müxtəlif növ yüksək keyfiyyətli
kənd təsərrüfatı məhsulları çıxarmışlar.
Heyvandarlığın inkişafı ilə bağlı
zəruri tədbirlər də yüksək səviyyədə
həyata keçirilmişdir. Hazırda rayonun
təsərrüfatlarında 35 min 733 baş inək
və çamış, 95 min 737 baş qoyun və
keçi var. 2016-cı il ərzində 12 min 271
ton diri çəkidə ət, 55 min 998 ton süd,
196,2 ton yun istehsal olunmuşdur.
Melioratorlar bildirdilər ki,
Ağdaş rayonunun ümumi sahəsi 102
min 305 hektardır və onların da 34
min hektardan çoxu əkin yerləridir.
Həmin torpaqlar Türyançay və Kür
çayları, həmçinin Yuxarı Şirvan
kanalı vasitəsilə suvarılır. Rayonun
ərazisindən keçən Yuxarı Şirvan
kollektoru qrunt və digər şoranlaş-
mış suların axıdılmasını təmin edir.
Rayonun torpaqlarından 73,9 faizini
Suvarma Sistemləri İdarəsi öz axını
ilə, 26,1 faizini isə Pirəzə Mexaniki
Suvarma İdarəsi mexaniki üsulla su
ilə təmin edir.
Suvarma Sistemləri İdarəsi 2016-
cı il ərzində 25 min 230 hektar əkin
sahələrini suvarma suyu ilə təmin
etmişdir. 2016-cı ildə 9 min 60 hektar
dənli bitkilər sahəsində 3 dəfə, 787
hektar bostan tərəvəz sahəsində 6 dəfə,
410 hektar biyan sahəsində 2 dəfə, 9
min 487 hektar yem bitkiləri sahəsində
4 dəfə, 1709 hektar çoxillik bitkilər
sahəsində 4 dəfə, 3 min 642 hektar
həyətyanı sahədə 7 dəfə vegetasiya
suvarması aparılmışdır. 10 yaşayış
məntəqəsini, 9 min 650 hektar sahəni
mexaniki yolla suvarma suyu ilə
təmin edən Pirəzə Mexaniki Suvarma
İdarəsi isə Kür və Türyançay çayları-
nın mənbəyindən 37,4 min kubmetr
su qaldırmış, təkrar ötürmə üçün 51,6
min kubmetr su vermişdir.
Ölkə başçısının tapşırığı və Pre-
zident Administrasiyasının rəhbərliyi
ilə yaradılmış işçi qrupu 2016-cı ildə
respublikada torpaqlardan səmərəli
istifadə edilməsi və kənd təsərrüfatı
istehsalında yüksək nəticə əldə olun-
ması məqsədi ilə Ağdaş rayonunda da
15 min 800 hektar əkinə yararlı, lakin
suvarılmayan torpaq sahələrinin əkin
dövriyyəsinə cəlb olunması üçün la-
zımi sənədlər və təkliflər hazırlayaraq
aidiyyatı orqanlara təqdim etmiş və
bu istiqamətdə konkret işlərə başlanıl-
mışdır.
Ağdaş Meşə Mühafizəsi və
Bərpası Müəssisəsi meşə əkini və
ting səpini üçün 84,8 hektar sahədə
torpaq hazırlığı işləri aparmış, ondan
77,8 hektar sahədə mədəni meşə
əkini əkilərək akasiya, nar və tut
cinslərindən ibarət, ümumilikdə, 134
min 820 ədəd ting sərf edilmişdir. 3
hektar sahədə səpin, baramaçılığın
inkişafı üçün 3 hektar sahədə 120
min ədəd toxmacar əkilmiş, 1 hektar
sahədə isə 50 min ədəd çilik basdı-
rılmaqla kökləndirmə işi aparılmış-
dır. Qış mövsümündə məktəblərin,
uşaq baxçalarının, xəstəxanaların və
əhalinin istiliklə təmin olunması üçün
sanitar qırıntıdan 545 kubmetr odun-
caq sahəsi ayrılmışdır.
Rayonda olarkən yol inşaatçıları
ilə də görüşdük. Bildirildi ki, son illər
yol infrastrukturunun yaradılması
ilə bağlı mühüm tədbirlər görülür.
11700 nəfər əhalisi olan 10 yaşayış
məntəqəsini birləşdirən, 33 kilometr
uzunluğunda Qolqəti-Dəhnəxəlil-
Qoşaqovaq-Ərəbocağı yolunun qurul-
ması məqsədi ilə işçi qrupu yaradılmış,
ilkin sənədləşdirmə işləri aparıla-
raq Prezident Administrasiyasına
təqdim olunmuşdur. Hazırda bununla
əlaqədar “Azəravtoyol” layihə-smeta
sənədlərinin hazırlanmasına start ver-
miş və konkret işlərə başlamışdır.
Ağdaş Yol İstismarı MMC xidmət
etdiyi avtomobil yollarında 206 min
manatlıq saxlanma və təmir işlərini
yerinə yetirərək nəqliyyat vasitələrinin
təhlükəsiz və fasiləsiz hərəkətini
təmin etmişdir. Asfalt-beton örtüklü
avtomobil yollarında çökmələr və
çalalar asfalt-betonla doldurularaq
təmir olunmuş, 14,7 min kvadratmetr
sahədə xırda dənəli asfalt-betonla çala
təmiri işləri aparılmışdır.
Yerli əhəmiyyətli avtomobil
yollarında da il ərzində təmir işləri
görülmüşdür. Qumlax, Kükəl-
Ərəb, Kotanarx-Cardam, Qoşaqo-
vaq, Qulbəndə-Bəylik, Şordəhnə,
Nehrəxəlil, Yenicə, Şıxlı çınqıl örtüklü
kənd avtomobil yolları çınqıl materialı
əlavə olunaraq avtoqreyderlə hamar-
lanmış, Şəmsabad-Tofiqi, Gürcuva,
Dovudlu, Qaradeyin çınqıl örtüklü
kənd avtomobil yollarında isə hamar-
lama işləri aparılmışdır.
Humanitar sahənin fəaliyyəti də
son illərdə uğurlarla müşayiət olun-
muşdur. Heydər Əliyev Fondu rayo-
nun Pirkəkə kəndində 200 yerlik yeni
məktəb binası və Habil Əliyev adına
Musiqi məktəbi üçün yeni bina inşa
etdirmiş, Maqsud Şeyxzadə adına gim-
naziyanın binası əsaslı təmir edilərək,
ən müasir avadanlıqlarla təchiz
olunmuşdur. Keçən il ölkədə tikilib
istifadəyə veilmiş 29 yeni məktəbin
4-ü Ağdaş rayonunun payına düşür.
Qarağanşıxlar, Qülbəndə, Ərəbşəki,
Tofiqi kəndlərində 660 şagird yerlik
1 tam orta, 3 ümumi orta məktəbin
tikintisi başa çatdırılaraq istifadəyə
verilmişdir. Yeni dərs ilinə hazırlıq-
la əlaqədar Xosrov kənd tam orta
məktəbin dam örtüyü təmir edilmiş,
Bəkir Nəbiyev adına 3 nömrəli, Tofiq
İsmayılov adına 8 nömrəli şəhər tam
orta, Hapıtlı kənd ümumi orta, Binələr
kənd ibtidai məktəblərində və Təhsil
Şöbəsinin inzibati binasında dövlət
vəsaiti hesabına təmir işləri aparılmış-
dır.
Son 12 ildə dövlət büdcəsi və
Heydər Əliyev Fondunun vəsaiti
hesabına rayonda 17 yeni məktəb ti-
kilmiş, 7 məktəbdə əlavə sinif otaqları
inşa edilmiş, 7 ümumtəhsil məktəbi
əsaslı təmir olunmuşdur. Bütövlükdə,
8 min nəfərdən artıq şagirdin təhsil
şəraiti yaxşılaşdırılmışdır. Bütün
bunlar təhsil uğurlarını artırmaq üçün
mötəbər zəmin yaratmışdır. Ötən
il məzunlardan 268 nəfəri tələbə
adına layiq görülmüş, ali məktəblərə
keçirilən qəbul imtahanlarında ixtisas
qrupları üzrə 36 nəfər 500-dən, 9 nəfər
isə 600-dən artıq bal toplamışdır.
Rayonun icra qurumlarında
apardığımız söhbətlərdən məlum oldu
ki, yuxarıda sadalanan irəliləyişlərlə
bərabər, rayonda həllivacib problemlər
də qalmaqdadır. Şəhərdaxili və
kəndarası yolların əsaslı təmiri (as-
faltlaşdırılması), rayonun 74 yaşa-
yış məntəqəsindən 21-nə təbii qaz
verilişinin bərpa olunması, təbii qazla
təmin olunan 53 yaşayış məntəqəsinin
qaz təsərrüfatında təmir-bərpa işlərinin
aparılması və təbii qaz çəkilişinə
başlanılmış yaşayış məntəqələrinin
qazlaşdırılmasının sürətləndirilməsi
qarşıda duran mühüm məsələlər sıra-
sındadır. Enerji təsərrüfatının yenidən
qurulmasına, istismar müddəti başa
çatmış elektrik transformatorlarının,
naqil və dirəklərinin əsaslı təmirinə
və ya yenisi ilə əvəz edilməsinə də
ehtiyac var.
“Modul” tipli sutəmizləyici
qurğuların quraşdırılmasının
sürətləndirilməsi, su layları olan
yaşayış məntəqələrində artezian və
subartezian quyularının qazılması ilə
bağlı işlər də həllini gözləyir. Yataq-
xanalarda, ümumtəhsil məktəblərində,
uşaq bağçalarında və digər sosial
obyektlərdə məskunlaşmış qaçqın
və məcburi köçkünlər üçün Qarabağ
müharibəsi, Çernobıl, Böyük Vətən
Müharibəsi əlilləri və şəhid ailələri
üçün yaşayış binalarının tikintisi,
şəhər ərazisində qəzalı vəziyyətdə olan
çoxmənzilli binalarda yaşayanlar üçün
yeni binaların inşası qarşıda duran
vəzifələrdəndir.
Ağdaş şəhərinin su-kanalizasiya
sisteminin yenidən qurulması
layihəsinin başa çatdırılması və şəhər
ərazisinin 2 dəfə genişləndirilməsi
nəzərə alınmaqla küçələrin asfalt-
laşdırılması, Ləki qəsəbəsinin su-
kanalizasiya sisteminin yenidən qurul-
ması, 68 ümumtəhsil məktəbindən
qəzalı vəziyyətdə olan 14-ü üçün yeni
modul tipli məktəblərin quraşdırılması
və 27-nin yerləşdiyi binaların əsaslı
təmiri, 30 uşaq bağçasından qəzalı
vəziyyətdə olan 8-i üçün yeni binaların
tikintisi və 15-nin yerləşdiyi binaların
əsaslı təmiri, səhiyyə və mədəniyyət
müəssisələri üçün yeni binaların
tikintisi və mövcud binaların əsaslı
təmiri məqsədilə ardıcıl və sistemli iş
aparılmalıdır.
Göründüyü kimi, ağdaşlıları qar-
şıda daha məsul işlər, ciddi vəzifələr
gözləyir. İnanırıq ki, dövlətin fəal
dəstəyi və yerli ehtiyatların hərəkətə
gətirilməsi bütün bu hədəflərin
gerçəkləşdirilməsini təmin edəcəkdir.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
“….Atamın üz-gözü sıyrılmış halda, yaralı və kol
tikanları içində gəlməsinə adət etmişdik. Hər kəşfiyyatdan
qayıdanda bədənini tikanlardan bir-bir təmizləyirdim.
Ermənilərin hücumları başlayan gündən atam “Qarabağı
müdafiə şahinləri” özünümüdafiə dəstəsinin ən fəal üzvlərindən
idi, torpaqlarımızı müdafiə edirdi.
Yaşadığımız yerlərin hər daşına,
qayasına bələd idi. Xocalının işğal
edildiyi gün də atam döyüş dostları
ilə o dəhşətli soyqırımından canlarını
götürüb qaçan insanlara kömək edirdi.
Erməni silahlılarına girov düşmüş bir
çox qız-gəlini və uşağı azad edən atam
yaralansa da, ölümü mərdi-mərdanə,
gülüşlə qarşılayıb. Son anında atam
yaxın döyüş dostu olan “Malış” ləqəbli
patrondaşıyanına üz tutaraq, bərkdən
qəhqəhə çəkib…Təəssüf ki, adını
unutmuşam…” – Xocalı soyqırımı
zamanı dinc əhalini xilas edərkən
qəhrəmanlıqla şəhid olan, ölümündən
sonra “Azərbaycan bayrağı” ordeninə
layiq görülmüş cəsur döyüşçü Xosrov
Məmmədovun qızı Səyyad Baxışova
25 il əvvəl baş verənləri xatırlayır.
…Müharibə onun yeniyetməlik
illərinə təsadüf etsə də, hər il fevralın
26-da atası ilə bağlı xatirələri, döyüş
dostlarının Xosrov Məmmədov barədə
söhbətləri, o ağrılı-acılı günlərdə
Xocalıdan sağ çıxan camaatın Ağda-
ma, daha dəqiqi Şelli kəndinə pənah
gətirməsi, insanların təşviş içində
olması hafizəsində kino lenti kimi
canlanır. Səyyad xanımla söhbətdə
hiss edirəm ki, atası vətənpərvər və
cəsur döyüşçü Xosrov Məmmədovun
igidliyi, mübarizliyi, şəxsi keyfiyyətləri
haqqında bu illər ərzində dostlarından,
xüsusilə də ən son günlərində yanın-
da olan Vətənin müdafiəsinə qalxmış
özünümüdafiə batalyonu üzvlərindən,
Xocalı sakinlərindən eşitdiyi ən xırda
detallar belə onun üçün qürur mənbəyi
ilə yanaşı, həm də təsəllidir.
Xosrov Bilal oğlu Məmmədov
1949-cu il yanvarın 20-də Ağdamın
Qurdlar kəndində anadan olmuşdu. Nə
biləydi ki, vaxt gələcək, onun dünyaya
göz açdığı gün bütün xalq tərəfindən
qeyd ediləcək. Ancaq Ümumxalq Hüzn
Günü kimi.
Hələ o günə çox vardı və Xos-
rov Məmmədov Ağdam Suvarma
Sistemləri İdarəsində mirab vəzifəsində
çalışırdı. Doğma yurda bağlı olan
Xosrov Qarabağın hər qarışına, hər
yerinə yaxşı bələd idi. Qarqar çayının
kükrəyib əkin sahələrinə, kəndlərlə
gediş-gəlişi təmin edən körpüləri yuyub
apardığı vaxtlarda onun işi və qayğıları
da artırdı. Çətinliklərə baxmayaraq, o,
işinin öhdəsindən layiqincə gəlirdi. Xi-
laskarlıq sanki onun taleyinə yazılmış
bir missiya idi. Hələ suvarma idarəsində
işlədiyi vaxt, daha dəqiq 1976-cı ilin
yazında Qarqar çayında selin apardığı iş
yoldaşının həyatını xilas edəndə ağlına
da gəlməzdi ki, illər sonra bu missiyanı
Qarabağ səmasını qara buludlar alanda
da daşımalı olacaq.
Erməni hərbi təcavüzü başlayan
günlərdən silaha sarılaraq, çoxları kimi
o da Vətənin müdafiəsinə qalxmışdı. O
əraziləri ovcunun içi kimi tanıdığından
Ağdamın özünümüdafiə dəstəsində
kəşfiyyatçı kimi iştirak edər, ən çətin
tapşırıqlara gedərdi.
Səyyad xanım atası ilə son
görüşlərini belə xatırlayır: “ …Həmişə
gecə evə gələr, hal-əhval tutub, qayı-
dardı. Gedəndə anamın bişirdiyi təndir
çörəyindən və evdə olan yavanlıqdan
da aparardı döyüş dostlarına. Sonuncu
dəfə evdən çıxanda bir az dayandı.
Sevdiyi “Ay Şəhrəbanu, gedirəm mən”
misralarını zümzümə edə-edə getdi.
İndi də anam o mahnını eşidəndə atamı
xatırlayır, kövrəlir. Qohum-əqrəbanın
toyunda atamın xatirəsinə o mahnını
oxudurlar”.
1992-ci il fevralın 25-dən 26-na
keçən gecə əksəriyyəti erməni silahlı-
larından ibarət keçmiş 366-cı motoatıcı
alayın mühasirəsində olan Xocalıya
təcavüzü ilə neçə-neçə günahsız insan
qətlə yetirildi, girov götürüldü, itkin
düşdü. Faciədən xəbər tutan kimi
Xosrov başda olmaqla, bir çox könüllü
döyüşçü irəli atıldı. Qətliamdan sağ
çıxanların çoxu meşədə pərən-pərən
düşmüşdü. Əsas məqsəd mümkün
qədər irəliləyərək qarlı meşədə donub
qalmış həmin insanlara kömək etmək,
onları xilas etmək idi. Çünki Qaraqaya
tərəfdən erməni silahlıları atəş açdı-
ğından meşəyə sığınan camaat Ağdam
tərəfə gələ bilmirdi.
Səyyad xanım deyir ki, ata-
sının həmin faciə günü göstərdiyi
qəhrəmanlıq, son nəfəsinəcən
döyüşməsi, erməni silahlılarının girov
götürüb donuz pəyəsinə saldığı bir çox
insanın həyatını xilas etməsi bu gün də
qürurla danışılır.
Cəsur döyüşçünün üzərinə düşən
növbəti xilaskarlıq missiyası Xocalıda
yazıldı. Onun həmin gecə göstərdiyi
qəhrəmanlıq barədə onun Malış ləqəbli
döyüş dostunun sözlərini Səyyad
xanım belə xatırlayır: “ …Atam erməni
silahlılarının girov götürdüyü bir çox
insanı xilas edib. Yaşlı bir kişidən
eşidəndə ki, ermənilər adamları donuz
pəyəsinə salıb, o istiqamətə yolla-
nıb. Qapının qıfılını atəşlə qırıb açıb.
İçəridə yüzə yaxın arvad-uşaq varmış,
onları Şelli istiqamətinə yönəldiblər.
Bu vaxt yaxınlıqda qadın naləsi
eşidilib. Atam ermənilərin üç qadına
işgəncə verdiyini görüb. Elə ayaq üstə
erməninin ikisini yerə sərib. Sinəsindən
bərk yaralansa da, qaçan ermənini
diri tutmaq məqsədilə onu qovmağa
başlayıb. “Malış” yaralı komandiri
geri çağırsa da, atam irəli gedib. Atılan
atəş onu dayandıra bilməyib. Dostu
deyirdi ki, atam son nəfəsində qəhqəhə
çəkib, gülərək bunları deyib: “Kişi belə
məqamda ağlamaz, bala! Gülər, eşitdin,
gülər!”. Bu sözləri deyəndə Səyyad
xanımın gözləri dolur.
Xosrov Məmmədov 1997-ci il
fevralın 25-də Xocalı sakinlərinin xilas
edilməsində göstərdiyi igidliyə görə
ulu öndər Heydər Əliyevin fərmanına
əsasən “Azərbaycan bayrağı” ordeninə
layiq görülüb. Bu, onun qəhrəmanlıq
və Vətən sevgisinə verilən qiymətin
göstəricisidir. 1999-cu il il fevralın
26-da ulu öndər Heydər Əliyevin
şəhid ailələrini qəbul edərkən şəhidin
ömür-gün yoldaşı Gülbəniz müəllimə
ilə də görüşməsi bu ailə üçün həmişə
əlamətdar bir tarix kimi qalacaq.
Hər il şəhidin ailəsi, nəvələri
Xocalı soyqırımı günündə “Ana ha-
rayı” abidəsini ziyarət edirlər. Xocalı
şəhidlərinin bu abidədə həkk olunmuş
siyahısında Xosrov Məmmədovun adı
onlar üçün bir təsəllidir.
… Ölümün gözünə gülərək baxan
Xosrov Məmmədovun məzarı bu gün
Ağdamda yol gözləyir. Xocalı kimi,
Şuşa kimi, Qarabağ kimi. Xilaskarlıq
missiyası indi növbəti nəslin üzərinə
düşür….
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
qazanılmış uğurlar
problemlərin həllinə
təminat yaradır
AĞDAŞ:
İgid ölər, adı qalar...