3
Ön Söz
Xutbətul Hacə
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət
diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah
kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç
kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa
ibadətə layiq haqq ilah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət
edirəm ki, Muhəmməd Onun qulu və Elçisidir.
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman
olduğunuz halda ölün”. (Ali İmran 102).
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da zövcəsini
(Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən
Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz
Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki,
Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1).
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə
etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs
Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”. (əl-
Əhzab 70-71).
1
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi
Muhəmmədin yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır.
Sonradan uydurulub dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə
zəlalətdir. Hər bir zəlalət isə oddadır.
2
“Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü
aç ki, sözümü yaxşı anlasınlar!” (Taha 25-28).
Möhtərəm müsəlman bacı və qardaşlarımız! İlk öncə hamınızı Allahın
salamı ilə salamlayıram. Allahın Kitabına və Allah Elçisinin yoluna tabe
olaraq bu əməli “Bismilləh” ilə başlayıram. Çünki, Allah Rəsulu də öz
məktublarını "Bismilləh" ilə başlamış və buyurmuşdur: "Hər mühüm bir işə
"Bismilləh" ilə başlanılmazsa, o işin sonu kəsikdir"
3
.
1
Xutbətul Hacə: adı ilə məşhur olan bu duanı cümə və s. xütbələrdə Peyğəmbər oxumuşdu. Səhabələrinə
də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk hissəsini bizə Əhməd 1/392, 293, 432, Əbu
Davud 2188, Tirmizi 1105, İbn Macə 1892 və başqaları rəvayət etmişlər.
2
Hədisin İkinci Hissəsini: Muslim "Şərhu Nəvəvi" 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188, 189 və digərləri
rəvayət etmişlər. Hədis alimi Muhəmməd Nəsirəddin əl-Albani hədisin bütün rəvayətlərini bir yerə
toplayaraq “Xutbətul-Hacə” adlı bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani
tərəfindən səhih hesab olunur.
3
Əbu Davud, əl-Albani “Zəif”.
4
Müsəlmanlara dəyərli bir kitab topluyub bəxş edən Muhəmməd Fuad
AbdulBəqiyə Uca Allahdan rəhmət və məğfirət, məqamının Cənnət
olmasını Allahdan diləyirik. Şeyx H. 1299-cu il Cumədəl Əvvəl 3 (Mart 1882-ci
ildə) Qahirədə doğulmuşdur. Muttəfiqun Aleyh – nəzərində ittifaq olunan söz
və ya məsələ deməkdir. Səhabələrin ittifaq etdiyi və heç birinin müxalif
olmadığı deməkdir. Hədisdə isə bir hədisin səhihliyi üzərində hədis
imamlarının birləşdiyi, hədisin səhih olduğunu söyləmələridir. Bu kitab isə
Səhih Buxari və Səhih Muslimdən toplandığı üçün Muttəfiqun Aleyh
adlanmışdı. Çünki onlardan sonra gələn bir çox alimlər bir hədisin Buxari və
Muslimdə olması hədisin səhih olması üçün yetərlidir demişlər. İslam
dünyasında böyük bir etibar qazanmış və içində olan hədislərin səhih
olmasına dair bir çox alimlər ittifaq etmişlər. İbn Əsir deyir ki: “Hər ikisi də
kitablarına səhih ismini vermişlər və səhih ismini verən ilk alimlər olmuşlar.
Bu iki alim söylədikləri sözə sadiq qalmış, bu etibarı doğrultmuşlar, buna görə
də Allah onları şərqdə və qərbdə, quruda və suda da doğrultmuşdur. Bunun
belə olmasının səbəbi niyyətlərinin doğru olması, qəlblərinin ixlaslı olması,
kitablarına yazdıqları hədislərin səhih olmasıdır”
4
. Qurani Kərimdən sonra ən
güvənilir hökm olaraq qəbul edilmişdir.
Bu Barədə Yazılan Kitablar: 1. Risalə Fi Bəyani Mə İttəfəqa Aleyhi Buxari
və Muslim Və Mə İnfəradə Əhəduhumə Anil Ahar. Muəllif: Əli İbn Ömər əd-
Dərakutni. 2. Muvaqatul Buxari Və Muslim. Muəllif: Muhəmməd İbn Tahir əl-
Məqdisi İbnul Qaysarani. 3. Mufidus Sami Vəl Qari Mimmə İttəfəqa Aleyhi
Muslim Vəl Buxari. Muəllif: “Əhməd AbdurRahman İbn Muhəmməd əl-
Hariri. 4. Zadul Muslim Fimə İttəfəqa Aleyhil Buxari Məa Muslim.
Muhəmməd Həbibullah əş-Şingiti. Kitabda 1368 Hədis vardır. 5. əl-Lulu Vəl
Mərcən Fi Mə İttəfəqa Aleyhi Şeyxan. Muəllif: Muhəmməd Fuad AbdulBəqi.
Kitabda hədislər mətn olaraq Səhih Buxarinin mətni nəzərə alınmışdır (1200
Hədis). Lakin az bir qism olaraq Səhih Muslimin mətnləri də vardır (400
Hədis). Hədislərin düzlüşü, başlıqlar və bölümlər Səhih Muslimə görə əsas
götrülmüşdür. Muəllif qeyd etmişdir ki, kitabında 2006 hədis yer almışdır.
Lakin kitabda 1906 hədis olduğudur. Hər iki tərəfdən də hədislərin həm
Buxaridə, həm də Muslimdə olan yerləri bir neçə mətbəə nəşrlərinə əsasən
qeyd edilmişdir.
İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə tərcümə edib başa
çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını,
məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər
haradasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Şeytandan və
çarəsizlikdən Allaha sığınıram. Burada düzəldilməsi mühüm olan yerləri
4
Cəmiul usul Fi Hadisil Rasul 41,42.