AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU
Firədun Nadir oğlu İbrahimov
Rüfət Lətif oğlu Hüseynzadə
PEDAQOGİKA
Dərslik
Azərbaycan Respublikası Təhsil Nazir
liy
inin 14.12.2011- ci il tarixli,
2062 №-li əmri ilə təsdiq edilmişdir.
I cild
Bakı 2012
2
Kitab Ulu Öndərimiz Heydər Əliyevin - “Mənim ən sevimli
müəllimim!” – nidası ilə əzizlədiyi görkəmli pedaqoq, ədəbiyyatşünas
alim, ”İstiqlal” ordenli, Əməkdar müəllim Lətif Hüseynzadənin əziz
xatirəsinə ithaf olunur.
Elmi redaktor:
Ə.Ə.Ağayev
Pedaqogika üzrə elmlər doktoru, professor
Rəyçilər:
Akif Abbasov
Pedaqogika üzrə elmlər doktoru, professor.
Ləzifə Qasımova
Pedaqogika üzrə elmlər doktoru, professor
Ağahüseyn Həsənov
Pedaqogika üzrə elmlər doktoru, professor.
Mircəfər Həsənov
Pedaqogika üzrə fəlsəfə doktoru, professor.
Məmmədəli Ağayev
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Firədun İbrahimov, Rüfət Hüseynzadə. PEDAQOGİKA:
2 cilddə. I cild. – Bakı: Mütərcim, 2012, s.
Dərslikdə təhsilin Bolonya prosesi, kredit sistemi, yeni pedaqoji tex
-
nologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə
yanaşmada yeni pedaqoji təfəkkür ümumiləşmiş şəkildə şərh olunur, müasir
pedaqoji elmin və son pedaqoji təcrübələrin nailiyyətləri əsasında pedaqogikanın
nəzəri və praktiki məsələləri geniş planda təqdim olunur.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edil
-
miş “Pedaqogika” proqramı əsasında hazırlanmış və Bolonya prosesi, kredit sis
-
temi üzrə ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur.
İ
026
4702060000
хх-11
© F.N.İbrahimov, R.L.Hüseynzadə. 2012
5
DƏRSLİYİN MƏQSƏDİ
VƏ STRUKTURU HAQQINDA
Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təh-
lili əsasında hazırlanıb təsdiq edilmiş proqramların reallaşdırılması
nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmil-
ləşdirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi və buna müva-
fiq yeni dərslik siyasətinin aparılması, təhsil alanların nailiyyətləri-
nin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi,
əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşı-
laşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya tex-
nologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaş-
dırılması, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsilinin təşkili, de-institutlaşdırma, məktəbəqədər təhsil-
tərbiyə işinin və peşə təhsilinin yeniləşdirilməsi, xaricdə təhsil və
digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Bütün bunlar Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan si-
yasi və sosial-iqtisadi, mədəni-maarif kursun nəticələridir. Bu kurs
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yaradıcılıqla və uğur-
la həyata keçirilir.
Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində
də dinamik inkişaf davamlı hala gəlmişdir. Möhtərəm prezidentimiz
belə bir vacib ideya irəli sürmüşdür ki, “qara qızıldan, maddi dəyər-
lərdən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəl-
dilməlidir”. Bu gün “təhsil Azərbaycanın davamlı inkişaf strategiya-
sının ən öncül istiqamətlərindən biridir”.
Dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas
tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlan-
ması, məqsəd və vəzifələrin yeni pedaqoji təfəkkür baxımından
formalaşdırılması, fənlərin məzmununun konseptual müddəalarının
müəyyənləşdirilməsi və fənn kurikulumlarının yaranması, məzmun-
6
da standart məfhumunun reallığa çevrilməsi təhsil tariximizdə yad-
da qalacaq mühüm nailiyyətlərdir.
Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında, o cümlədən
təhsil sahəsindəki davamlı inkişafı, dinamizmi, “oxuyan cəmiy-
yət”in qarşısında həlli vacib olan məsələlər qoyur. Yeniləşən təhsili-
mizin öncül mövqeyinin saxlanması, funksiyalarını yerinə yetirməsi
və inkişafı milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inki-
şaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yeni-
likləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələ-
nən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli pedaqoji kadrların ol-
masından asılıdır. Hansı ki, bu cür keyfiyyətlərə malik pedaqoji
kadrların hazırlanması, mövcud pedaqoji kadr potensialının ixtisa-
sının artırılması, yenidən hazırlanması, qabaqcıl pedaqoji təcrübə-
nin, texnologiyaların mənimsənilməsi və praktikaya gətirilməsi və
s. pedaqogikanın bilavasitə və bilvasitə problemləridir, vəzifələridir.
Pedaqogika elmi bu tələbləri ödəmək, pedaqoji prosesin effektiv-
liyini yüksəltmək üçün yeni nəzəriyyə və texnologiyalar işləyir və
məktəbə təklif edir.
Bu dərslikdə pedaqogikanın nəzəri-metodoloji məsələlərini,
təlim, tərbiyə, təhsil anlayışlarını, pedaqoji prosesin təbiətini, texno-
loji əsaslarını, təhsilşünaslıqda pedaqogikanın tədqiq etdiyi prob-
lemlərin həllinə yanaşmaları müasir nəzəri fikir və qabaqcıl təcrübə
nöqteyi-nəzərdən geniş şəkildə işıqlandırmağa çalışmış və bu zaman
Azərbaycanda həyata keçirilən təhsil islahatına dayanan proqram və
konsepsiyalara rəhbər sənədlər kimi istinad etmişik. Dərsliyi hazır-
layarkən bizə məlum olan mövcud pedaqogika dərsliklərinin və dərs
vəsaitlərinin üstün cəhətlərindən faydalanmaqla yanaşı, pedaqogika
fənni üzrə tədris proqramının tələbləri diqqət mərkəzində saxlanıl-
mışdır. Eyni zamanda Azərbaycan pedaqoji fikir tarixində layiqli yeri
olan görkəmli pedaqoqların – M.M. Mehdizadənin, Ə.Seyidovun,
M.Ə.Muradxanovun, M.C.Mərdanovun, A.O.Mehrabovun, H.M.Əh-
mədovun, Ə.Ə.Ağayevin, N.M.Kazımovun, Z.İ.Qaralovun, Y.Ş.Kəri-
movun, Y.R.Talıbovun, B.A.Əhmədovun, A.M.Həsənovun, Ə.Ş.Hə-
şimovun, A.N.Abbasovun, Ə.X.Paşayevin, F.A.Rüstəmovun,
H.Ə.Əlizadənin, L.N.Qasımovanın, O.Q.Həsənlinin, H.H.Əhmədo-
vun, K.A.Məmmədovun, F.N.İbrahimovun, R.L.Hüseynzadənin,