Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə1/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   236


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

 

AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU 

 

 

 

 

Firədun Nadir oğlu İbrahimov 

Rüfət Lətif oğlu Hüseynzadə 

 

 

 

PEDAQOGİKA 

 

Dərslik 

 

 

Azərbaycan Respublikası Təhsil Nazir

liy

inin 14.12.2011- ci il tarixli



2062 №-li əmri ilə təsdiq edilmişdir.

 

 

I cild 

 

 

 

 

Bakı 2012 


 



 



Kitab Ulu Öndərimiz Heydər Əliyevin - “Mənim ən sevimli 

müəllimim!” – nidası ilə əzizlədiyi görkəmli pedaqoq, ədəbiyyatşünas 

alim, ”İstiqlal” ordenli, Əməkdar müəllim Lətif Hüseynzadənin əziz 

xatirəsinə ithaf olunur. 

 

Elmi redaktor: 



Ə.Ə.Ağayev 

Pedaqogika üzrə elmlər doktoru, professor 

Rəyçilər: 



Akif Abbasov 

Pedaqogika üzrə elmlər doktoru, professor. 



Ləzifə Qasımova 

Pedaqogika üzrə elmlər doktoru, professor 



Ağahüseyn Həsənov 

Pedaqogika üzrə elmlər doktoru, professor. 



Mircəfər Həsənov 

Pedaqogika üzrə fəlsəfə doktoru, professor. 



Məmmədəli Ağayev 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 



Firədun  İbrahimov,  Rüfət  Hüseynzadə.  PEDAQOGİKA: 

2 cilddə. I cild. – Bakı: Mütərcim, 2012, s. 

 

Dərslikdə  təhsilin  Bolonya  prosesi,  kredit  sistemi,  yeni  pedaqoji  tex

-

nologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə 



yanaşmada  yeni  pedaqoji  təfəkkür  ümumiləşmiş  şəkildə  şərh  olunur,  müasir 

pedaqoji elmin və son pedaqoji təcrübələrin nailiyyətləri əsasında pedaqogikanın 

nəzəri və praktiki məsələləri geniş planda təqdim olunur. 

Dərslik  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  tərəfindən  təsdiq  edil

-

miş “Pedaqogika” proqramı əsasında hazırlanmış və Bolonya prosesi, kredit sis



-

temi üzrə ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur. 

 

 

İ 



026

4702060000

 хх-11  

 

© F.N.İbrahimov, R.L.Hüseynzadə. 2012 



 

 


 



 



 

 

 

 

“Mən yer üzündə müəllim adından  

yüksək bir ad tanımıram!” 

 

Heydər Əliyev

  


 




 



 



 

 

DƏRSLİYİN MƏQSƏDİ 

STRUKTURU HAQQINDA  

 

 

Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təh-

lili  əsasında  hazırlanıb  təsdiq  edilmiş  proqramların  reallaşdırılması 

nəticəsində  təhsil  infrastrukturunun  müasir  tələblərə  uyğun  təkmil-

ləşdirilməsi,  təhsilin  məzmununun  yeniləşdirilməsi  və  buna  müva-

fiq yeni dərslik siyasətinin aparılması, təhsil alanların nailiyyətləri-

nin  qiymətləndirilməsi  üzrə  yeni  model  və  mexanizmlərin  tətbiqi, 

əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşı-

laşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya tex-

nologiyaları  ilə  təmin  edilməsi  və  təhsil  sisteminin  informasiyalaş-

dırılması,  istedadlı  uşaqların  inkişafı,  xüsusi  qayğıya  ehtiyacı  olan 

uşaqların təhsilinin təşkili, de-institutlaşdırma, məktəbəqədər təhsil-

tərbiyə  işinin  və  peşə  təhsilinin  yeniləşdirilməsi,  xaricdə  təhsil  və 

digər  bu  kimi  sahələrdə  əhəmiyyətli  nailiyyətlər  əldə  olunmuşdur. 

Bütün bunlar Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan si-

yasi  və  sosial-iqtisadi,  mədəni-maarif  kursun  nəticələridir.  Bu  kurs 

ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yaradıcılıqla və uğur-

la həyata keçirilir. 

Azərbaycanda  bütün  sahələrdə  olduğu  kimi,  təhsil  sahəsində 

də dinamik inkişaf davamlı hala gəlmişdir. Möhtərəm prezidentimiz 

belə bir vacib ideya irəli sürmüşdür ki, “qara qızıldan, maddi dəyər-

lərdən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəl-

dilməlidir”. Bu gün “təhsil Azərbaycanın davamlı inkişaf strategiya-

sının ən öncül istiqamətlərindən biridir”. 

Dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas 

tutulmaqla  ümumi  təhsilin  yeni  konsepsiyasının  işlənib  hazırlan-

ması,  məqsəd  və  vəzifələrin  yeni  pedaqoji  təfəkkür  baxımından 

formalaşdırılması,  fənlərin  məzmununun  konseptual  müddəalarının 

müəyyənləşdirilməsi və fənn kurikulumlarının yaranması, məzmun-



 

da standart məfhumunun reallığa çevrilməsi təhsil tariximizdə  yad-



da qalacaq mühüm nailiyyətlərdir.  

Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında, o cümlədən 

təhsil  sahəsindəki  davamlı  inkişafı,  dinamizmi,  “oxuyan  cəmiy-

yət”in qarşısında həlli vacib olan məsələlər qoyur. Yeniləşən təhsili-

mizin öncül mövqeyinin saxlanması, funksiyalarını yerinə yetirməsi 

və inkişafı milli-mənəvi  və  ümumbəşəri dəyərləri qoruyan və  inki-

şaf  etdirən,  geniş  dünyagörüşünə  malik  olan,  təşəbbüsləri  və  yeni-

likləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələ-

nən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli pedaqoji kadrların ol-

masından  asılıdır.  Hansı  ki,  bu  cür  keyfiyyətlərə  malik  pedaqoji 

kadrların  hazırlanması,  mövcud  pedaqoji  kadr  potensialının  ixtisa-

sının  artırılması,  yenidən  hazırlanması,  qabaqcıl  pedaqoji  təcrübə-

nin,  texnologiyaların  mənimsənilməsi  və  praktikaya  gətirilməsi  və 

s. pedaqogikanın bilavasitə və bilvasitə problemləridir, vəzifələridir. 

Pedaqogika  elmi  bu  tələbləri  ödəmək,  pedaqoji  prosesin  effektiv-

liyini  yüksəltmək  üçün  yeni  nəzəriyyə  və  texnologiyalar  işləyir  və 

məktəbə təklif edir. 

Bu  dərslikdə  pedaqogikanın  nəzəri-metodoloji  məsələlərini, 

təlim,  tərbiyə, təhsil  anlayışlarını, pedaqoji prosesin təbiətini, texno-

loji  əsaslarını,  təhsilşünaslıqda  pedaqogikanın  tədqiq  etdiyi  prob-

lemlərin  həllinə  yanaşmaları  müasir  nəzəri  fikir  və  qabaqcıl  təcrübə 

nöqteyi-nəzərdən geniş şəkildə işıqlandırmağa çalışmış və bu zaman 

Azərbaycanda  həyata keçirilən təhsil  islahatına dayanan proqram  və 

konsepsiyalara  rəhbər  sənədlər  kimi  istinad  etmişik.  Dərsliyi  hazır-

layarkən bizə məlum olan mövcud pedaqogika dərsliklərinin və dərs 

vəsaitlərinin  üstün  cəhətlərindən  faydalanmaqla  yanaşı,  pedaqogika 

fənni  üzrə  tədris  proqramının  tələbləri  diqqət  mərkəzində  saxlanıl-

mışdır. Eyni zamanda Azərbaycan pedaqoji fikir tarixində layiqli yeri 

olan  görkəmli  pedaqoqların  –  M.M.  Mehdizadənin,  Ə.Seyidovun, 

M.Ə.Muradxanovun, M.C.Mərdanovun,  A.O.Mehrabovun, H.M.Əh-

mədovun, Ə.Ə.Ağayevin, N.M.Kazımovun, Z.İ.Qaralovun, Y.Ş.Kəri-

movun, Y.R.Talıbovun,  B.A.Əhmədovun,  A.M.Həsənovun,  Ə.Ş.Hə-

şimovun,  A.N.Abbasovun,  Ə.X.Paşayevin,  F.A.Rüstəmovun, 

H.Ə.Əlizadənin,  L.N.Qasımovanın,  O.Q.Həsənlinin,  H.H.Əhmədo-

vun,  K.A.Məmmədovun,  F.N.İbrahimovun,  R.L.Hüseynzadənin, 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə