Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə8/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   236

 

25 


isə  həmin  orijinalın  modeli  ilə,  hissəsi  ilə  əlaqədardır.  Eyni 

orijinalın müxtəlif modeli ola bilər, lakin bu modellər əsla bir-birini 

təkrar etmir. Məsələn, həm mühəndisin çəkdiyi çertyoj, həm də evin 

fotoqraf tərəfindən çəkilmiş şəkli “ev” orijinalı üçün model yerində 

çıxış  edir.  Çertyoj  və  fotoqrafiya  müxtəlif  elmlərin  mövzularına 

daxil  olan  modellərdir:  çertyoj  həndəsə,  fotoqrafiya  isə  fizika  elmi 

ilə  əlaqədardır.  Pedaqogika  da,  psixologiya  da  insan  haqqında 

elmdir, lakin psixoloqun əldə etdiyi modellə pedaqoqun əldə etdiyi 

model bir-birini əsla təkrar etmir.  

Pedaqogika  elminin  obyekti  pedaqoji  təcrübənin  verilməsi 

prosesidir,  predmet  isə  obyektin  pedaqoji  aspektdə  öyrənilməsi, 

yəni orijinalın pedaqoji modeli və ya hissəsidir.  

Pedaqogikanın obyekti pedaqoji gerçəklikdən ibarətdir. Peda-

qoji  gerçəklik  dedikdə  insanın  həyata  hazırlanmasını,  onun  hərtə-

rəfli və ahəngdar inkişafına rəhbərlik prosesini, həyata hazırlayanla 

həyata  hazırlanan  arasındakı  qarşılıqlı  əlaqəni  nəzərdə  tuturuq. 

Nəzərə almalıyıq ki, bu proses öz-özlüyündə deyil, yalnız tədqiqata 

cəlb olunduqda, onun üzərində elmi araşdırmalar aparıldıqda obyekt 

yerində çıxış edir. Pedaqogikanın predmeti isə pedaqoji gerçəkliyin 

pedaqoji modelindən ibarətdir.  

Pedaqogikada  “təcrübənin  verilməsi”,  “pedaqoji  gerçəklik”, 

“pedaqoji  proses”  kimi  anlayışlar  tez-tez  işlədilir  və  bəzən  bunları 

eyniləşdirmə  halları  da  müşahidə  olunur.  Əslində  isə  bunları  eyni 

mənada  işlətmək  doğru  deyildir.  Harada  ki,  təcrübənin  verilməsi 

vardır,  orada  pedaqoji  gerçəklik  mövcuddur;  pedaqoji  proses  isə 

pedaqoji  gerçəklikdən  dar  anlayışdır.  Yəni,  o,  ümumiyyətlə  təcrü-

bənin verilməsi deyil, yalnız müəyyən tip müəssisələrdə, yəni təlim-

tərbiyə  müəssisələrində  özünü  göstərən  pedaqoji  gerçəkliyi  əhatə 

edir. Təcrübənin verilməsində məqsəd yeni nəsilləri həyata hazırla-

maqdan  ibarətdir.  Bu  mənada  pedaqogikanı  insanın  həyata  hazır-

lanması haqqında elm adlandırmaq olar.  

“Təcrübə”  anlayışına  aşağıdakılar  daxildir:  biliklər  sistemi; 

münasibətlər  sistemi;  bacarıq  və  vərdişlər  sistemi;  yaradıcılıq  təc-

rübəsi. Biliklərin yeni nəsillərə verilməsi sayəsində təbiət, cəmiyyət 

və  təfəkkürün  ümumi  sirləri  öyrədilir;  münasibətlərin  öyrədilməsi 

geniş  mənada  davranış  qaydaları  sistemini,  davranış  normalarını 




 

26 


mənimsəməyə  gətirib  çıxarır;  bacarıq  və  vərdişlər  yeni  nəsilləri 

maddi  və  mənəvi  mədəniyyətin  mühafizəsinə,  bərpasına  yönəldir; 

yaradıcılıq  təcrübəsi  isə  mədəniyyəti  daha  da  inkişaf  etdirməyə, 

zənginləşdirməyə şərait yaradır.  



Pedaqoji  prosesdə  əlaqənin  ikitərəfli  olması  mühüm  şərt-

dir  ki,  bunu  belə  formulə  edə  bilərik:  təcrübəni  verən,  istiqa-

mətləndirən

 əlaqə  yaradan  vasitələr  sistemi 

 təcrübəni 

qəbul edən, araşdıran, tədqiq edən.  

Nəhayət,  söylənilənlərə  yekun  vuraq:  pedaqoji  tədqiqatın  yö-

nəldiyi sistem təlim, tərbiyə, təhsil və inkişafı vahidin tərəfləri kimi 

özündə birləşdirir. Pedaqogika bu təbiətə malik prosesin – sistemin 

variantlarını  öyrənir,  onun  mahiyyətinə  adekvat  nəzəriyyələrin  və 

texnologiyaların işlənilməsinə yönəlir.  

 

 

1.4. Pedaqogikanın anlayışlar sistemi 

 

Çoxəsrlik  tarixə  malik  olan  pedaqoji  terminologiya  bir  sıra 



elmlərin qarşılıqlı təsiri və üzvi əlaqəsi nəticəsində təşəkkül tapmış, 

inkişaf  edərək  zənginləşmişdir.  Pedaqogika  varlığı  anlayışlar  for-

masında  mənimsəyən  elmlərdən  biri  olduğu  üçün  özünün  anlayış 

sisteminin  təkmilləşməsinə  həmişə  ehtiyac  duymuşdur.  Bu  sistemə 

çoxsaylı  anlayışlar,  terminlər  daxildir.  Pedaqogika  onların  köməyi 

ilə öz obyektinə, predmetinə aid olan hadisələri və prosesləri təsvir 

və izah edir, elmi ümumiləşdirmələr aparır.  

Son  dövrlərdə  pedaqogikanın  əsas  anlayışları  xeyli  artmışdır. 

Şərti olaraq təlim, tərbiyə, təhsil, inkişaf, pedaqoji proses pedaqo-

gikanın əsas analayışları hesab oluna bilər.  

Təlim  anlayışı.  Təlim  ərəb  sözüdür.  ﻢﻠﻋ  “aləmə”  kökündən 

olan  ﻢﻴﻠﻌﺘ  “təlim,  öyrətmə,  elmi  nəzəriyyə”  mənalarında  işlədilir. 

Təlim - öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətə əsaslanan 

pedaqoji  proses  olaraq,  öyrədən  şəxsin  öyrənənlərdə  şüurun,  intel-

lektual  səviyyənin,  mənəvi,  əxlaqi  və  psixoloji  keyfiyyətlərin 

inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət 

verir, əlverişli şərait və imkan yaradır. 



 

27 


Azərbaycan dilində ﺕﺎﻤﻴﻠﻌﺘ “təlimat,  ﺖﺎﻤﻮﻠ

 

(ər. ﺔﻤﻮﻠﻌﻤ “məlumə” 



sözünün  cəm  formasıdır)  “məlumat,  informasiya”  mənalarında 

işlədilən sözlər də eyni (ﻢﻠﻋ “aləmə”) kökdəndir.  

Təlim  ikitərəfli pеdaqоji prоsеsdir:  öyrədənlə  öyrənənlər ara-

sında qarşılıqlı, məqsədyönlü, planlı pedaqoji fəaliyyətdir. Öyrədən 

şəхs təlim zamanı üç istiqamətdə fəaliyyət göstərir:  

1.

 



Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil еdir, 

bu məqsədlə məsləhət və istiqamətlər verir;  

2.

 

Həmin  bilik  və  bacarıqlar  vasitəsilə  öyrənən  şəхslərdə 



şüurun, psiхikanın, intellektual səviyyənin inkişafına diqqət yеtirir;  

3.

 



Zəruri оlan mənəvi, əxlaqi, psixoloji kеyfiyyətlərin aşılan-

ması qayğısına qalır.  

Təlim  həm  təhsilləndirici,  həm  tərbiyəedici,  həm  də  inkişaf-

etdirici vəzifələri kompleks həyata keçirir.  



Diferensial  təlim  -  Təhsilalanın  şəxsiyyətinə  yönəlmiş  təli-

mdir. Diferensial təlim – təlimi fərdiləşdirməyə imkan verir.  

Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:  

1.

 



Təhsilalanların  qabiliyyətlərinə  görə  (ümumi  qabiliyyətlər 

xüsusi qabiliyyətlər və s. ).  

2.

 

Təhsilalanların maraqlarına görə.  



3.

 

Təhsilalanların ixtisasına görə.  



Diferensial  təlim  müxtəlif  səviyyəli  təlim  –  təhsil-tərbiyə 

prosesinin  elə  təşkilini  nəzərdə  tutur  ki,  hər  bir  təhsilalanın  tədris 

materialını  öz  qabiliyyətinə  və  öz  imkanlarına  uyğun  şəkildə  mə-

nimsəmək imkanı əldə etsin  

Bu  halda  baza  bilikləri  müxtəlif  səviyyələrdə  mənimsənilmiş 

olur.  Təhsilalanın  təlim-idrak  fəaliyyəti  qiymətləndirilərkən,  onun 

səyi və yaradıcılığı nəzərə alınır.  

Orta  ümumtəhsil  məktəblərində  təlim  prosesi  müəllimin 

rəhbərliyi  altında  şagirdlərin  həyata  hazırlanmasını  sürətləndirmək 

məqsədilə onların təhsil, tərbiyə və inkişaflarını daha səmərəli təmin 

etməyə  istiqamətləndirilən  elə  pedaqoji  prosesdir  ki,  burada  şagird-

lərin imkanlarına  uyğun  inkişaf dərəcəsində  əqli  və  əməli  fəaliyyətə 

cəlb  olunma  aktları  qanunauyğun  şəkildə  biri  digərini  əvəz  edir. 

Təlim  qarşıya  qoyulmuş  məqsədə  müvafiq  olaraq  şagirdlərin  bilik, 

bacarıq,  vərdişləri  mənimsəməsinə,  əqli  qabiliyyətləri  və  potensial 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə