Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə16/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   236

 

49 


7.

 

Paşayev  Ə.X.,  Rüstəmov  F.A.  Pedaqogika.  Bakı:  Nurlan,  2007, 



səh.9; 17-18, 22-38. 

8.

 



Mollayeva E.Ə. Təlim prosesində şagirdlərin gender tərbiyəsinin 

imkan və vasitələri. (Metodik tövsiyə) Bakı: Müəllim, 2009  

9.

 

Mollayeva  E.Ə.  Azərbaycan  xalq  peadqogikasında  gender  bəra-



bərliyinə münasibət.(Metodik vəsait). Balı: Müəllim, 2010. 

10.


 

Əlizadə  H.Ə.  Sosial  pedaqogikanın  aktual  problemləri.  Bakı: 

Səda, 1998.  

11.


 

Dostuzadə  D.Ə.  Eşitmə  qüsurlu  uşaqlarla  işin  təşkili.  Bakı: 

ADPU, 2011. 

12.


 

Ağayev  M.H.  Müqayisəli  pedaqogika  (Bakalavr  təhsili  üçün 

proqram). Bakı: ADPU, 2011  

13.


 

Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1953, səh.77-78. 

14.

 

Волков Г.Н. Социология науки. М.: Мысль, 1968,стр.121. 



15.

 

Загвязинский В.И. Методология и методика дидактичес- 



кого исследования. М.: Педагогика, 1982, стр.10. 

16.


 

Философская  энциклопедия.  М.:  Советская  энциклопедия, 

1964, Т. III, стр. 420. 

17.


 

Ченцов А.А. Теоретические основы научной организации 

учебного процесса. Белгород, 1972, стр.11. 



 

50 


 

 

 



II fəsil  

 

PEDAQOGİKA ELMİNİN MƏNBƏLƏRİ. 

PEDAQOGİKANIN METODOLOGİYASI  

VƏ TƏDQİQAT METODLARI 

 

 



Əhatə olunan məsələlər: 

 

2.1. Pedaqoji elmin mənbələri. 

2.2. Pedaqogikanın metodologiyası. 

2.3. Pedaqoji tədqiqat metodları və onların səciyyəvi xüsusiyyətləri. 

2.4.  Pedaqoji  tədqiqatların  texnologiyası  (və  ya  tədqiqatın  meto-

doloji aparatı). 




 

51 


 

2.1. Pedaqoji elmin mənbələri 

  

Pedaqoji  elmin  mənbələri  və  tədqiqat  metodları  bir-biri  ilə 



əlaqədardır.  Pedaqoji  tədqiqat  metodları  pedaqoji  metodologiyaya 

dayanaraq  pedaqoji  elmin  mənbələrinə  uyğun  olaraq  seçilir.  Odur 

ki,  öncə  pedaqoji  elmin  mənbələri  barədə  fikirlərimizi  bölüşək, 

sonra pedaqoji texnologiya və tədqiqat metodları anlayışlarına elmi 

şərh verməyə çalışaq.  

Pedaqoji elmin  mənbələri  müxtəlifdir:  pedaqoji proses, peda-

qoji  sənədlər,  pedaqoji  mövzuda  yazılar,  klassiklərin  əsərləri  və 

pedaqoji  fikirləri,  şagirdlərin  (və  digər  tərbiyə  olunanların)  fərdiy-

yəti, şifahi xalq yaradıcılığı nümunələri, dövlət sənədləri, canlı söz, 

müqəddəs kitabımız “Qurani-Kərim” və s. Xüsusi qeyd olunmalıdır 

ki,  tədris  və  tərbiyə  müəssisələrində  həyata  keçirilən  pedaqoji  pro-

ses  pedaqoji  elmin  və  pedaqoji  biliklərin  əsas  mənbəyidir.  Sada-

lanan  mənbələri  iki  qrupa  ayırmaq  olar:  1)  geniş  mənada  pedaqoji 

prosesinin  özü;  2)  şifahi  və  yazılı  mənbələr.  Birinciyə  praktika, 

ikinciyə təlim-tərbiyə haqqında əsaslandırılmış fikirlər, mülahizələr, 

dövlət sənədləri, pedaqoji sənədlər, mütəfəkkirlərin pedaqoji ideya-

ları və s. daxildir. 

Dövlət  sənədləri.  Respublikamızda  təhsil  Azərbaycan  dövlə-

tinin  müvafiq  qanunları  əsasında  təşkil  olunur  və  inkişaf  etdirilir. 

Ən  əvvəl  Azərbaycan  Respublikası  Konstitusiyası  (Əsas  Qanunu), 

sonra  təhsil  sahəsində  dövlət  qanunvericiliyinin  əsasları,  təhsillə 

əlaqədar  qəbul  olunan  qanunlar  və  digər  rəsmi  sənədlər  nəzərdə 

tutulur.  Bu  cür  sənədlərin  tələblərini,  təlim  və  tərbiyə  qarşısında 

qoyduğu  vəzifələri  pedaqoji  proseslə  məşğul  olan,  pedaqoji 

problemləri tədqiq edən şəxslər öyrənməlidirlər. 



Pedaqoji  sənədlər. Hər bir tədris və  ya tərbiyə  müəssisəsinin 

özünəməxsus sənədləri vardır. Bu sənədlər həmin tədris və ya tərbi-

yə müəssisəsində aparılan işin xüsusiyyətlərini əks etdirir. Məktəbin 

necə  işlədiyini  öyrənməkdə  həmin  sənədlər  tədqiqatçıya  zəngin 

məlumat verir. 

Pedaqoji  mövzuda  yazılar.  Pedaqoji  biliklər  müvafiq  kitab-

larda,  jurnal  və  qəzetlərdə  şərh  edilir.  Bu  cür  mənbələr  keçmişdə 




 

52 


tədris müəssisələrinin vəziyyətindən, oradakı təlim və tərbiyə işinin 

məzmunundan,  üsulları  və  təşkili  formalarından,  pedaqoji  fikrin 

tarixindən xəbər verir. Təhsilin, təlim və tərbiyənin, habelə inkişafın 

müasir  problemlərini,  qabaqcıl  məktəb  və  müəllimlərin  iş  təcrübə-

sini,  mövcud  olan  nöqsanları  və  onların  aradan  qaldırılması  yolla-

rını təhlil edən kitablar və məqalələr vardır. 



Tərbiyə  olunanların  fəaliyyət  məhsulları.  Pedaqoji  bilik 

mənbəyi  olan  uşaq  fəaliyyəti  məhsulları  müxtəlifdir.  Fənlər  üzrə 

uşaqların  icra  etdikləri  işlər,  sinifdənxaric  və  məktəbdənkənar  təd-

birlər  zamanı  onların  yerinə  yetirdikləri  tapşırıqlar  buraya  daxildir. 

Məsələn, dil üzrə uşaqların yazdıqları imla, inşa və ya rəy mətnləri, 

ayrı-ayrı fənlərdən həll etdikləri məsələ və misallar, tərtib etdikləri 

planlar və xəritələr, quraşdırdıqları modellər, düzəltdikləri əyani va-

sitələr,  becərdikləri  bitkilər,  hazırladıqları  fotomontaj  və  fotostend-

lər, çıxardıqları divar qəzetləri və bülletenlər, muzey üçün topladıq-

ları  eksponatlar,  tikdikləri  paltarlar,  hörmələr,  çəkdikləri  şəkillər, 

onların  istehsal etdikləri müxtəlif məhsullar və s. şagirdlərin baca-

rıqları  və  qabiliyyətləri  barədə,  təlim  və  tərbiyənin  necəliyi  haq-

qında fikir söyləməyə əsas verir. 

Şifahi  xalq  yaradıcılığı  nümunələri.  Xalq  təlim  və  tərbiyə 

haqqında,  elm  və  bilik  haqqında  öz  fikirlərini,  istək  və  arzularını 

atalar sözlərində və zərb məsəllərdə, nağıl və dastanlarda, bayatı və 

tapmacalarda  ifadə  etmişdir.  Bunların  hamısı  tərbiyəçilər  üçün, 

xüsusən valideynlər üçün zəngin pedaqoji bilik mənbəyidir. Hər kəs 

ondan bəhrələnə bilər. 



Canlı  söz.  Təlim,  tərbiyə  və  təhsil  iştirakçılarının  söylədikləri 

fikirlər də pedaqoji bilik mənbələrindən biridir. Burada müəllimlərin 

və  digər  tərbiyəçilərin,  şagirdlərin  və  valideynlərin,  habelə  pedaqoji 

prosesin digər iştirakçılarının dedikləri fikirlər nəzərdə tutulur . 

 

 

2.2. Pedaqogikanın metodologiyası 

 

Elmin  digər  sahələrində  olduğu  kimi,  pedaqogika  üzrə  təd-



qiqatlar  da  metodoloji  əsasa  istinad  edir,  ondan  istiqamət  alır. 

Bunsuz pedaqogikanı müvəffəqiyyətlə inkişaf etdirmək olmaz. Hər 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə