Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə12/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   236

 

37 


Pyajenin  psixoloji  konstruktivizminin  mahiyyətində  təlimin 

məqsədinə  uyğun  şagirdin  maraq  və  ehtiyaclarının  dəstəklənməsi 

durur. Bu yolla tədqiqat obyektinə çevrilən şagirdin fərdi idraki inki-

şafı  təmin  olunur.  L.Vıqotskinin  sosial  konstruktivizmi  sosial  trans-

formasiya üçün təhsilə əsaslanır, sosial-mədəni kontekstdə fərdin yer-

ləşdiyi  (əhatə  olunduğu)  mühitin  onun  inkişafındakı  rolunu  əks 

etdirir.  Etibarlı  inkişaf  zonası  kimi  xarakterizə  olunan  mühit  şagird-

lərin  formalaşmasının  bazisi  kimi  göstərilir.  Fərdi  inkişaf  mədəni 

qaydaların qrup tərəfindən paylaşdırıldığı və nəticədə fərd tərəfindən 

özününküləşdirilən  sosial  qarşılıqlı  əlaqələr  nəticəsində  yaranır. 

Şagirdlər  bilikləri  mühitlə  qarşılıqlı  əlaqədə  əldə  edirlər.  Bu  zaman 

həm  fərd,  həm  də  mühit  dəyişir. Tədqiqatın  obyekti fərdlə  sosial  və 

mədəni mühit arasındakı dialektik münasibətlərdir.  

1950-ci illərdən başlayaraq qərb ölkələrində, o cümlədən İtali-

ya, Fransa, ABŞ və bir sıra digər ölkələrdə müxtəlif pedaqoqlar birlə-

şərək pedaqoji dərgilər, toplular, jurnallar çap etdirməyə başlamışlar. 

Onlar təlim, tərbiyə  və  təhsil sahəsində  apardıqları  tədqiqat işlərinin 

nəticələrini həmin informasiya vasitələri ilə təşviq edirdilər. ABŞ-da 

U.Adler, U.Foster, P.Krosser, İngiltərədə B.Saymon, M.Morris, Fran-

sada R.Harodi, İ.Konyo planlı və məqsədyönlü təsir göstərməyin zə-

ruriliyini  əsaslandırır,  demokratik  məktəb  sistemi  uğrunda  mübarizə 

aparır,  icbari  təhsilin  müddətini  uzatmağı  tələb  edirlər.  Onların 

fikrinə  görə,  uşağın  imkanlarını,  qabiliyyətlərini  tərbiyə  şəraitindən 

ayırmaq və ayrılıqda nəzərdən keçirmək qeyri-elmi yoldur.  



 

 

1.6. Pedaqogikanın başqa elmlərlə əlaqəsi 

 

Bütün  elm  sahələri  ilə  pedaqogikanın  əlaqəsi  var.  Müxtəlif 

tədris müəssisələri üçün tədris planlarının, tədris proqramlarının və 

dərsliklərin  işlənməsində,  ayrı-ayrı  fənlərin  tədrisində,  müəssisə, 

idarə və təşkilatlarda tərbiyə işinin nizama salınmasında digər elm-

lərlə pedaqogikanın əlaqəsi özünü daha qabarıq göstərir. Bütün elm-

lərlə  pedaqogikanın  qarşılıqlı  əlaqəsini  burada  səciyyələndirmək 

mümkün deyil. Pedaqogikanın  yalnız fəlsəfə, psixologiya və fizio-

logiya ilə əlaqəsini nəzərdən keçirək.  



 

38 


Pedaqogikanın fəlsəfə ilə əlaqəsiF.Paulsen göstərir ki, peda-

qogikanı bir elm olaraq fəlsəfədən ayırmaq mümkün deyil. Psixolo-

giyasız  və  etikasız,  o,  öz  təməlindən  ayrı  düşür.  Bu  fənlər  də  öz 

növbəsində  metafizika  və  idrak  nəzəriyyəsindən  ayrılmazdır.” 

Yaxud sovet pedaqoqu P.S.Qureviç İqor İlinskinin “Təhsil inqilabı” 

kitabı haqqındakı rəydə deyir: “Təhsilin problemləri bizi mürəkkəb 

fəlsəfi  düşüncələr  sisteminə  cəlb  edir.  Pedaqogika  və  tərbiyə  tarixi 

ilə  bağlı  bir  çox  tədqiqatların  çatışmazlığı  bundadır  ki,  onların 

müəllifləri  təhsilə  baxışlar  kompleksini  fəlsəfi  və  psixoloji  düşün-

cənin  ümumi  axarından  ayırırlar.  Ona  görə  də,  pedaqogika  tarixi 

müxtəlif  didaktika  üsullarının  sadalanmasından  ibarət  olur.  Lakin, 

axı  bu  üsullar  özü  konkret  bir  dövrdə  doğulmuşdur  və  özündə 

zamanın dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər.” 

Ümumiləşmiş şəkildə deyə bilərik ki, insanın tərbiyəsi, istərsə 

də həyat üçün hazırlanması bilik və bacarıqlara yiyələnməsi məsələ-

ləri insan və cəmiyyət, insan və dünya problemlərinin tərkib hissəsi-

dir.  Təsadüfi  deyildir  ki,  bu  məsələlərə  ənənəvi  olaraq  məhz  filo-

sofların  əsərlərində  müraciət  edilmişdir.  Yeni  dövrə  qədər  tərbiyə 

məsələləri  də,  didaktika  problemləri  də  məhz  filosoflar  tərəfindən 

hazırlanmışdır. Pedaqogikanın nisbətən müstəqil bir elm sahəsi kimi 

formalaşması  ilk növbədə filosoflardan Y.A.Komenskinin,  J.J.Rus-

sonun,  C.Lokkun  yaradıcılıqları  ilə  bağlıdır.  İ.Kantın  “Pedaqogika 

haqqında”, “Maarifləndirmə nədir?” – sualına cavab”, “Antropoloji 

didaktika” əsərlərində, Hegelin “Gimnaziya direktorunun çıxışları”, 

“Universitetdə  fəlsəfənin  tədrisi”,  “Gimnaziyalarda  fəlsəfənin  təd-

risi”  əsərləri  müasir  kurikulum  probleminin  metodoloji  əsaslarını 

təşkil edir. Pedaqogika ilə fəlsəfə arasında qarşılıqlı münasibətə dair 

əsasən  üç  mövqe  vardır.  Bəziləri  (P.Narton,  F.Paulsen,  Q.Gerşen-

steyner, S.Y.Volfson və başqaları) pedaqogikanı “tətbiqi fəlsəfəyə” 

aid edirlər. Onlar haqlı olaraq düşünürlər ki, fəlsəfənin sahələri olan 

etika,  estetika,  məntiq  və  s.  ictimai  həyatın  sahələrini,  o  cümlədən 

təlim  və  tərbiyə  məsələlərini  də  əhatə  edir.  Lakin  onlar  bu  düzgün 

fikirdən  belə  bir  səhv  nəticə  çıxarırlar  ki,  fəlsəfə  tərbiyə  işinin 

məqsədini,  pedaqogika  isə  onu  həyata  keçirməyin  yollarını  müəy-

yənləşdirir. Buna görə də onlar pedaqogikanı tətbiqi fəlsəfə adlandı-

rırlar.  Belə  çıxır  ki,  pedaqogikanın  əsalarını  və  qanunauyğun-




 

39 


luqlarını  fəlsəfədə  axtarmaq  lazımdır.  Bu  mövqe  ilə  razılaşmaq 

olmaz.  Başqa  bir  qrup  mütəxəssis  (Z.Freyd,  G.Max,  E.Meyman, 

İ.Krecmep, P.P.Blonski, A.P.Pinkevic və başqaları) pedaqoji qanu-

nauyğunluqları  fəlsəfədə  axtarmağın  düzgün  olmadığını  əsaslandı-

raraq psixologiyaya meyil etmiş və düşünmüşlər ki, pedaqogikanın 

başlıca  dayağı  psixologiya  olmalıdır.  Fikrimizcə,  pedaqogikanı 

fəlsəfədən  ayırmaq  cəhdi  uğursuzdur.  Çünki  humanitar  elm  olan 

pedaqogika metodologiyasız keçinə bilməz. Təlimin, təhsilin, tərbi-

yənin  və  inkişafın  bir  çox  problemlərini  metodoloji  dayaqsız  həll 

etmək  mümkün  deyil.  Üçüncülərə  E.İ.Monoszon  N.K.Qonçarov, 

F.F.Korolyov,  B.P.Yesipov  və  başqaları  aid  edilir.  Onlar  bir  çox 

halda  fəlsəfi  müddəaları  mexaniki  şəkildə  pedaqogikaya  gətirirlər. 

Dialektik  materializmə  istinad  edən  pedaqoqları  (M.M.Mehdizadə, 

N.M.Kazımov,  B.A.Əhmədov,  F.N.İbrahimov  və  başqalarını) 

dördüncü qrupa aid etmək olar.  

Onlar  təlim,  tərbiyə,  təhsil  və  inkişaf  məsələlərini  konkret 

şəraitlə  əlaqədar  nəzərdən  keçirirlər.  Onların  fikrincə,  məsələn, 

pedaqoji  prosesin  səmərəlilik  dərəcəsi  konkret  şəraitdən  də  asılı 

olur.  Eyni  üsulun  səmərəsi  bir  şəraitdə  çox,  başqa  şəraitdə  az  ola 

bilər.  Yaxud  dialektik  materializmə  istinad  edən  pedaqogika  həm 

təlim və tərbiyə prosesini, həm də uşağı əqli-şüuru inkişafda nəzər-

dən keçirir. Uşaq daim inkişafda olduğundan və ətraf mühit amillə-

rinin ona təsiri dəyişdiyindən tərbiyəvi təsirlər də başqalaşmış olur. 

Dialektik materializmə əsaslandıqda pedaqoji prosesin hərəkətverici 

qüvvələrini və qanunauyğunluqlarını onun özündə axtarmalı oluruq. 

Dialektik  materializm  həm  də  təhsil  və  pedaqoji  fikir  tarixi  məsə-

lələrinin  təhlili  və  öyrənilməsinə  düzgün  yanaşmağa  imkan  verir. 

Unutmaq lazım deyil ki, hər pedaqoji nəzəriyyəyə və ya fikrə onun 

yarandığı şəraitlə əlaqədar qiymət vermək zəruridir. 

 Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiy-

yətin  obyektiv  inkişaf  qanunauyğunluqlarını  müəyyən  edir.  Bu 

qanunlar pedaqoji gerçəkliyin ayrı-ayrı sahələrində də fəaliyyət gös-

tərir. Pedaqoji prosesdə insanların biliklərə yiyələnməsi və inkişafı 

fəlsəfi  qanunlar  əsasında  baş  verir.  Təlim  və  tərbiyə  prosesində 

mövcud  olan  ziddiyyətlər  inkişafın  əsasını  təşkil  edir.  Digər  tərəf-

dən elmi dünyagörüş varlığın obyektiv şəkildə dərk olunması, mad-



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə