Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə15/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   236

 

46 


larda aparılan tərbiyə işləri, texniki inkişafla bağlı yeni əmək və tə-

lim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması və digər peda-

qoji  problemləri  araşdırır.  Gender  pedaqogikası  son  dövrlərdə 

pedaqogikamıza  daxil  olmuşdur.  Gender  ingilis  dilində  “Genius” 

sözündən  olub  “cins”  deməkdir.  Gender  kişi  ilə  qadın  arasındakı 

fərqlərin bioloji deyil, sosial tərəflərini, fərqlərini öyrənir. Bu fərq-

lər  kişi  və  qadının  cəmiyyətdə  fəaliyyətində,  davranışında,  mental 

və  emosional  xüsusiyyətlərində  özünü  büruzə  verir.  Gender 

pedaqogikası  kişi  və  qadın  arasında  sosial  bərabərliyin  pedaqoji, 

psixoloji,  əxlaqi,  mənəvi  problemlərini  işləyib  tədqiq  edir.  Gender 

pedaqogikası  təlim  və  tərbiyə  prosesində  oğlan  və  qızların  gender 

sosiallaşması  xüsusiyyətlərini  öyrənir.  Pedaqoji  prosesdə  gender 

münasibətlərinin  nəzərə  alınması  təlim  və  tərbiyənin  keyfiyyətinin 

yüksəldilməsində və səmərəli təşkilində mühüm amildir. Yaş peda-



qogikası  isə  müxtəlif  yaş  dövrlərində  təlim  və  tərbiyə  məslələrini 

öyrənir və ona müvafiq olaraq pedaqoji prosesi qurur. 



Yaşlıların pedaqogikası – pedaqoji elmin bir sahəsi olub yaşlı 

insanların  təlimi,  tərbiyəsi,  təhsili  və  özünütəhsilinin  pedaqoji 

cəhətdən məqsədyönlü,  planlı,  sistemli şəkildə  müxtəlif formalarda 

təşkilidir. Buna androqoqika da deyilir.  



Tibbi pedaqogika. Pedaqogikanın bu sahəsi tibbin hüdudunda 

təşəkkül taparaq formalaşır. Uşaq və yeniyetmələr arasında хəstəlik 

hallarının  olması  bu istiqamətdə səhiyyənin  məqsədyönlü  fəaliyyət 

göstərməsini tələb etdiyi kimi, belə uşaqların təhsilinin də təşkilini 

zərurətə  çevirir.  Beləliklə,  qoruyucu  təhsil-tərbiyə  konstruksiya-

larının  işlənib  hazırlanması  təхirəsalınmaz  vəzifə  kimi  qarşıda 

durur.  Tibbi  pedaqogikanın  predmetini  хəstə  və  halsız  şagirdlərlə 

müəllimlərin təlim-tərbiyə fəaliyyətinin sistemi təşkil edir. Deməli, 

müalicə və təhsilin səmərəli şəkildə uzlaşdırılması tələbatı öz-özlü-

yündə meydana çıхır və beləliklə, tibbi-pedaqoji elmin inteqrasiyası 

baş verir. Tibbi pedaqogikanın faydalılığını artırmaq üçün alimlərin 

və  praktik  işçilərin  ikili  təhsilə  (tibbi  və  pedaqoji)  yiyələnmələri 

məqsədəuyğundur. 

İslah-əmək  pedaqogikası  (və  ya  “Pentensiar  pedaqogika”) 

islah  əmək  kolonoyalarında  həbs  olunmuş  şəxslərin  yenidən  tərbiyə 

olunması  üçün  pedaqoji  yanaşmaların  nəzəri  və  praktik  əsaslarını 



 

47 


öyrənir,  burada  onların  təhsilinin  və  tərbiyəsinin  təşkili  məslələrini 

araşdırır.İslah-əmək pedaqogikası hüquq elmləri ilə daha sıx bağlıdır.  

Pedaqoji ədəbiyyatda daha fərqli pedaqogika sahələrinə də rast 

gəlmək olur.  



Humanistlik  pedaqogikası 1950-ci illərin sonu  1960-cı illərin 

əvvəllərində ABŞ-da yaranmışdır. Humanistlik pedaqogikası əvvəlcə 

humanistlik  ideyalarının  ifadəsi  kimi  meydana  gəlmiş  və  müasir 

tərbiyə  metodlarının  nəzəri  və  praktik  istiqamətlərini  özündə  əks 

etdirmişdir.  Qərbdə  onun  ən  fəal  nümayəndələri  kimi  K.Rodjere, 

R.Bart,  Ç.Ratboun  və  başqalarını  göstərmək  olar.  Humanistlik  pe-

daqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı münasibət, təh-

sildə və təlimdə avtoritarizmi dəf etmək, şagirdlərin bilikləri, bacarıq 

və  vərdişləri  mənimsəmə  prosesinə  emosional  rəng  qatmaqdır.  Hu-

manistlik  pedaqogikasında  təmənnasız  yardım  etmə,  pay  vermə, 

bağışlama, həvəsləndirmə və rəğbətləndirmə kimi formalara üstünlük 

verilir. Humanistlik pedaqogikası qabiliyyətli, istedadlı, talantlı uşaq-

ların üzə çıxarılması, inkişaf etdirilməsi, formalaşdırılması ilə məşğul 

olmaqla  yanaşı,  sahibsiz,  kimsəsiz  və  şikəst  uşaqlara  da  yardım 

edilməsini həyata keçirdiyi işlərin ən mühüm tərkib hissələrindən biri 

hesab edir. Antropedaqogika insanın bütün həyatı boyu təhsil, tərbi-

yə və inkişafı prosesi ilə bağlı yaranmışdır.İnsanın fasiləsiz tənsil al-

ması  problemlərini  öyrənir.  Bərpa  pedaqogikası  uşaqların  intellek-

tual  fəaliyyətinə  mane  olan  amillərin  aradan  qaldırılmasını  öyrənir. 

Elmi-texniki  tərəqqi  dövründə  informasiya  axınının  idarə  olunması 

və  yetişən  nəslin  nümayəndələrinin  informasiya  aləminə  daxil 

edilməsi  məqsədilə  yaradılan  pedaqogikaya  informatika-kibernetika 

pedaqogikası deyilir. Qızların mənəvi-əxlaqi normalarının saflaşdırıl-

masına xidmət edən pedaqogika feminist pedaqogika, oğlanların əx-

laqi-mənəvi  normalarının  saflaşdırılmasına  yönələn  pedaqogika 

centlmen pedaqogikası adlanır.  

Pedaqogikanın göstərilən sahələri də öz növbəsində inkişaf edə-

rək şaxələnir, inkişaf edir və daha yeni pedaqogikalar meydana gəlir.  

 



 

48 


 

Suallar və tapşırıqlar 

 

1.

 



Elm sisteminin başlıca elementləri ilə bağlı şərh verin. 

2.

 



Pedaqogikanın elmlər sırasına qatılmasını şərtləndirən əsas arqu-

mentlər hansılardır? 

3.

 

Pedaqogikanın əsas funksiyaları hansılardır? Nəzəri və texnoloji 



səviyyələrlə bağlı şərh verin.  

4.

 



“Pedaqogikanın obyekti” və “Pedaqogikanın predmeti” anlayışla-

rını səciyyələndirin. 

5.

 

Pedaqogikanın əsas anlayışları ilə bağlı fikirlərinizi açıqlayın.  



6.

 

“Təhsil” anlayışının əsas xüsusiyyətləri hansılardır? 



7.

 

“Təlim” və “təhsil” anlayışlarını qarşılıqlı şəkildə səciyyələndirin. 



8.

 

 Pedaqoji cərəyanlardan hər hansı ikisinin müqayisəli təhlilini 



verin. 

9.

 



“Konstruktivizm” cərəyanının əsas xüsusiyyətləri barədə danışın. 

10. Pedaqogikanın başqa elmlərlə əlaqəsi barədə nə deyə bilərsiniz?  

11. Pedaqogika ilə psixologiyanın əlaqəsinə şərh verin. 

12. Pedaqogikada diferensiya proseslərinin səbəblərini göstərin. 

13. Xüsusi pedaqogika nəyi öyrənir? 

14. Şərh edin: 

Gender pedaqogikasının mahiyyəti və məqsədi;  

Xalq pedaqogikasında tərbiyə məsələləri;  

Müqayisli pedaqogikanın mahiyyəti və məqsədi;  

Ailə pedaqogikasında valideyn-övlad münasibətləri.  

 

Ədəbiyyat 

 

1.

 



Əhmədov  B.A.  Pedaqogikadan  mühazirə  konspektləri.  Bakı: 

Maarif, 1983, səh.5-37. 

2.

 

Əhmədov  B.A.,  Hacıyev  A.N.  Pedaqogikanın  qanunları  və 



prinsipləri. Bakı: Maarif, 1993, səh.16-17. 

3.

 



Naxçıvanlı  A.H.  Qadın  liderliyi  haqqında  bəzi  mülahizələr// 

Genderşünaslıq, 2000, № 4. 

4.

 

Xəlilov S.S. Təhsil, təlim, tərbiyə. Bakı: Azərbaycan Universiteti, 



2005, səh.13, 76-81. 

5.

 



İbrahimov F.N. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mütər-

cim, 2010, səh.7-82. 

6.

 

Kərimov Y.Ş., Pedaqoji tədqiqat metodları. Bakı: Azərnəşr, 2009, 



səh.10-12. 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə