Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə13/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   236

 

40 


di aləm hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu qavran-

ması, inkişaf və dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş 

verir.  Bu  isə  pedaqogikanın  fəlsəfə  ilə  qarşılıqlı  əlaqəsi  sayəsində 

mümkün olur. 



Pedaqogikanın sosiologiya ilə əlaqəsi.  İnsanlar məhz tərbiyə 

vasitəsilə sosiallaşır, cəmiyyətin sosial təcrübəsinə qoşulur. İnsanla-

ra formalaşma prosesində məqsədyönlü tərbiyə ilə yanaşı sosial mü-

hit, sosial münasibətlər də təsir edir. Digər tərəfdən tərbiyəvi təsirlər 

bilavasitə  sosial  mühitdə  reallaşır,  həyata  tətbiq  edilir.  Deməli 

insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə 

qarşılıqlı  əlaqəyə  girir.  Pedaqoji  proses  isə  bu  qarşılıqlı  əlaqəyə 

nəzarət  etməli,  sistemli  tərbiyəvi  təsirlərlə  sosioloji  təsir  arasında 

məqsədyönlü, səmərəli və düzgün münasibət yaratmalıdır

. 



Pedaqogikanın  fiziologiya  ilə  əlaqəsi.  Bu  əlaqə  müxtəlif 

istiqamətlərdə başa düşülür. Bəzi mütəxəssislərin fikrincə, təlim və 

tərbiyə  məsələləri  bioloji  faktlardan  çıxış  etməlidir.  Guya  sinir 

fəaliyyəti  haqqında  elm  olan  refleksologiya  pedaqogikanın  əsasını 

təşkil etməlidir. Bu cərəyanın tərəfdarları bütün pedaqoji hadisələri 

“stimul-reaksiya”  formuluna  uyğun  izah  etməyə  çalışırlar.  Onlar 

güman  edirlər  ki,  pedaqogika  uşağın  fəaliyyətini  idarə  edən  sti-

mullar  sistemini  işləyib  hazırlamalıdır.  Belə  bir  sistem  isə  uşaq 

fəaliyyətində şüurluluq ünsürlərini məhdudlaşdırır. Bu səbəbdən də 

refleksoloji yanaşma düzgün sayıla bilməz. 

Pedaqogikada refleksoloji yanaşmanın birtərəfliliyini başa dü-

şən  digər  qrup  mütəxəssislər  pedaqogikanı  biologiyadan  ayırmağa 

səy  göstərmişlər:  onlar  inandırmağa  çalışırlar  ki,  biologiyanın 

pedaqogikaya  heç  bir  dəxili  yoxdur  və  pedaqogika  öz  işini  bioloji 

biliklərə istinad etmədən qurmalıdır.  

Ali  sinir  sistemi  fəaliyyətinə  dair  elmi  fiziologiyadan  və 

genetikadan  ayrı  salmaq  cəhdi  bir  sıra  pedaqoji  problemlərin  düz-

gün həllinə mane olur, təlim və tərbiyədə irsi əlamətlərin rolunu in-

kar edir, uşaq qabiliyyətlərinin üzə çıxarılması və formalaşdırılması 

prosesini  çətinləşdirir.  Pedaqoji  hadisələri  yalnız  bioloji  qanunauy-

ğunluqlar  zəminində  izah  etmək  cəhdi  də,  bu  hadisələri  fiziologi-

yasız  və  genetikasız  nəzərdən  keçirmək  cəhdi  də  eyni  dərəcədə 

səmərəsizdir. Pedaqogika uşağın əqli, həm də fiziki inkişaf qanuna-



 

41 


uyğunluqlarına  dayanmalıdır.  Pedaqoji  hadisələrin  qanunauyğun-

luqları  fizioloji  qanunauyğunluqlarla  müncər  edilə  bilmədiyi  kimi, 

bu qanunauyğunluqlar da inkar edilə bilməz.  

Pedaqogikanın psixologiya ilə əlaqəsi. Pedaqogika ilə psixo-

logiyanın əlaqəsini təmin edən insanın psixikasıdır: psixikanı hər iki 

elm tədqiq edir. Psixikanın inkişaf qanunauyğunluqlarını və mərhə-

lələrini əsasən psixologiya, təlim və tərbiyə zamanı psixikanı mak-

simum inkişaf etdirməyin yollarını isə pedaqogika öyrənir. Təlim və 

tərbiyə  zamanı  uşaqların  psixikasında  baş  verən  dəyişikliklər  nə 

qədər dərindən öyrənilir və nəzərə alınırsa, çıxarılan nəticələr və ve-

rilən məsləhətlər bir o qədər əsaslı olur. Psixikanın, yəni qavrayışın, 

təxəyyülün, təfəkkürün, iradənin, diqqətin və digər psixi proseslərin 

və  psixi  xüsusiyyətlərin  necə  formalaşdığına  psixologiya  cavab 

verirsə,  pedaqogika  onları  nəzərə  alaraq  nə  öyrətmək,  nə  vaxt  və 

necə öyrətmək suallarına cavab verir. Pedaqogika psixoloji biliklərə 

istinad etdiyi kimi, psixologiya da pedaqoji bilikləri nəzərə alır.  

Pedaqogika  və  psixologiya  bir-birinin  köklü  müddəalarını  – 

pedaqogika  uşaq  psixikasını,  psixologiya  isə  pedaqogikanın  təlim 

və  tərbiyə  nəzəriyyəsini;  pedaqogika  psixikanın  inkişaf  nəzəriy-

yəsini,  psixologiya  isə  psixikanın  inkişafında  təlim  və  tərbiyənin 

roluna dair nəzəriyyəni və s. nəzərə alır.  

Təhsillə bağlı nə nəzəri, nə də praktik problemlərin həlli baxı-

mından  pedaqogika  və  psixologiyanın  əlaqəsini  nəzərə  almamaq 

mümkün deyildir. Ə.Paşayev və F.Rüstəmov yazırlar: “Biz bu qar-

şılıqlı asılılığı obrazlı şəkildə belə ifadə edirik: pedaqogika psixolo-

giyasız  “kasıbdır”,  psixologiya  isə  pedaqogikasız  “acdır”.  Psixolo-

giya üçün predmet hesab olunan pedaqogika üçün şərtdir və  ya ək-

sinə, pedaqogika üçün predmet hesab olunan psixologiya üçün şərt-

dir, yəni psixikanı inkişaf etdirmək üçün təhsil şərtdir, təhsil vermək 

üçün isə psixikanın inkişaf qanunauyğunluqlarını bilmək şərtdir.”  

Akademik  M.Mehdizadə  yazırdı  ki,  bu  problem  də  çox  mü-

rəkkəbdir, böyükdür, mühüm və zəruri olan bir çox məsələni əhatə 

edir. Onların nəzərə alınması və onlara əməl olunması təlim-tərbiyə 

prosesinin səmərəliliyini yüksəldir. Son vaxtlarda pedaqoji psixolo-

giya onları daha çox işıqlandırmağa başlamışdır, lakin təəssüf ki, bu 

sahədə  iş  ləng  gedir,  məlum  psixoloji  tövsiyələr  ləng  tətbiq  edilir, 



 

42 


çünki  kifayət  qədər  aydın  şəkildə  şərh  edilmir.  L.T.Oxotina  yazır: 

“Çox  müəllimlər  və  metodistlər  deyirlər  ki,  psixoloji  əsərləri  çətin 

oxumaq  olur.  Bu  sözlərin  əsası  vardır.  Təlim-tərbiyənin  psixoloji 

məsələlərinin  heç  də  hamısı  axıradək  həll  edilməmişdir,  bir  çoxu 

hələ mübahisəlidir və müəllimlər nəyi yalnız nəzərə almaq, nəyi isə 

fəaliyyətdə rəhbər  kimi  qəbul  etmək lazım gəldiyini  asan müəyyən 

edə bilmirlər.” 

Həmin nöqsanları  aradan qaldırmaq üçün bu istiqamətdə təd-

qiqatları  genişləndirmək,  pedaqoji  kadrların  psixoloji  hazırlığını 

yüksəltmək, təhsil prosesində psixoloji tövsiyələrdən istifadə etmək 

işində təcrübə mübadiləsi həyata keçirmək lazımdır.  

Pedaqoji və psixoloji fikir tarixindən görünür ki, tərbiyə haq-

qında  nəzəriyyələr,  adətən,  psixika  haqqında  nəzəriyyələrə  uyğun 

gəlmişdir.  Bu,  tamamilə  təbii  hadisədir  və  səhv  qənaət  üçün  əsas 

olmamalıdır.  

Pedaqoji  tədqiqatlarda  psixoloji  eksperimentin  faydasını  nə-

zərə alan bəzi  mütəxəssislər  yanlış  olan belə  bir nəticəyə  gəlmişlər 

ki, guya bütün pedaqoji qaydalar psixoloji tədqiqata əsaslanmalıdır. 

Xüsusi vurğulayaq ki, pedaqogikanı psixologiyanın yedəyinə bağla-

maq yolverilməzdir.  

Bir  sıra  psixoloqlar  (B.M.Teplov,  L.S.Vıqotski,  S.A.Rubinş-

teyn,  L.V.Zankov  və  başqaları)  eksperimental  yolla  isbat  edə  bil-

mişlər ki, xüsusi təşkil edilən təlim və tərbiyə vasitələri ilə uşaqlar-

da psixikanın, qabiliyyətlərin inkişaf sürətini artırmaq mümkündür. 

Təfəkkürün  xüsusiyyətlərinə  müəllimin  bələd  olması  da 

təlimin  müvəffəqiyyətini  təmin  edən  əsas  amillərdəndir.  Psixologi-

yada isbat olunmuşdur ki,  məntiqi təfəkkürü bir sıra amillər səciy-

yələndirir: ardıcıllıq, tənqidilik, müstəqillik, oxşar və fərqli cəhətləri 

üzə  çıxartmaq,  ümumiləşdirmələr  etmək,  öz  nəticəsinin  düzgün-

lüyünü  isbat  etmək  və  s.  Təfəkkürün  əlamətlərindən  hali  olan  və 

onları  öz  işində  tətbiq  edən  müəllim  şagirdlərində  məntiqi  təfək-

kürün  inkişafını  təmin  edə  bilir.  Bu  cür  faktları  nəzərə  alan  peda-

qogika həm psixikanın öz daxili qanunları üzrə inkişaf etdiyini söy-

ləyən  nəzəriyyəni,  həm  də  psixikanın  dəyişməsini  başdan-başa 

mühitin təsiri  ilə izah edən nəzəriyyəni  birtərəfli hesab edir; psixi-

kanın inkişafına şəxsin daxili mənəvi imkanları ilə ətraf mühit amil-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə