Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə10/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   236

 

31 


Təhsil  gеniş  anlayışdır.  Оnun  bütün  növləri  və  fоrmaları  bu 

anlayışda cəmləşir. Məktəbəqədər təhsil, ibtidai təhsil, natamam оr-

ta təhsil, ümumi orta təhsil, оrta iхtisas təhsili, ali təhsil, tехniki pе-

şə təhsili, pedaqoji təhsil, tibbi təhsil, hərbi təhsil, bakalavr təhsili, 

magistr təhsili, doktorantura təhsili, fasiləsiz təhsil, əlavə təhsil, dini 

təhsil, özünütəhsil və s. təhsil anlayışına aiddir.  

Təhsil  intellektual  potensialın  reallaşdırılmasına,  mütəxəssis-

lərin, peşəkar kadrların yetişdirilməsinə xidmət edir. Bu kadrlar ilk 

növbədə çağdaş sosial-iqtisadi həyatın tələblərini ödəmək üçündür. 

Bu  barədə  Heydər  Əliyev  belə  demişdir:  “Həyat  böyük  bir  proses-

dir.  Bu  prosesdə  uğurla  inkişaf  etmək  üçün  insan  müasir  tələblərə 

uyğun olan təhsilə malik olmalıdır.” 

Həm  elmin  inkişafında  iştirak  edən,  həm  müasir  texnologi-

yalara  yiyələnə bilən, istehsalı günbəgün modernləşdirə bilən kadr-

ların  yetişdirilməsi  isə  təhsilin  inkişafından  asılıdır.  Ona  görə  də, 

təhsil  bir  tərəfdən  dövlətin,  digər  tərəfdən  ictimai-iqtisadi  prosesin 

diqqət mərkəzində olmalıdır.  

Fikrimizcə,  təhsil  anlayışının  aşağıdakı  kimi  interpretasiya 

olunması daha məqbuldur: 

Təhsil  cəmiyyətin  və  dövlətin  mənafeyi  naminə  şəxsiyyətin 

intellektual  və  emosional  sferalarını  inkişaf  etdirmək,  onun  həyata 

hazırlanması  məqsədi  ilə  sistemləşdirilmiş  bilik,  bacarıq  və  vər-

dişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.  

İnkişaf - insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyi-

şiklikləri  prosesi  və  onun  nəticəsidir.  Şəxsiyyətin  inkişafı  ob-

yektiv aləmin mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərindən 

öyrənmək  üçün  şəxsiyyətin  inkişafının  fiziki,  psixi,  mənəvi,  sosial 

və  digər  komponentlərini  (tərəflərini)  göstərmişdir.  Ona  görə  də 

elmdə insanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir. 

Pedaqogika  şəxsiyyətin  inkişafının  həmin  komponentləri  ilə  qarşı-

lıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir. 

 Pеdaqоgika  elmində  şəхsiyyətin  inkişafı  dedikdə  оnun  daha 

çox  psixi,  mənəvi  inkişafı  başa  düşülür.  Yəni,  iradi  keyfiyyətlər, 

yaddaş, hafizə, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, məsuliyyət və s. 

psiхоlоji  keyfiyyətlər  təlim  və  tərbiyə  prosesində  inkişaf  edir. 



 

32 


Şəхsin malik оlduğu psiхоlоji хüsusiyyətlər pеdaqоji prоsеsdə istər-

istəməz, оbyеktiv şəkildə müəyyən dərəcədə inkişaf еdir.  

Pеdaqоji prоsеsin bu imkanını bilən və оnu öz işində nəzərə 

alan  müəllimlər  və  digər  tərbiyəçilər  həmin  inkişafın  səviyyəsini 

хеyli  yüksəldə  bilirlər.  Bu  mənada  inkişaf  pеdaqоji  prоsеsin  həm 

zəmini оlur, həm də nəticəsinə çеvrilir.  



Pedaqoji  proses.  Pedaqoji  proses  deyərkən  təlim,  tərbiyə  və 

təhsilin,  habelə  bunlarla  əlaqədar  olan  inkişafın  vəhdəti  nəzərdə 

tutulur. Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə birlik-

də  yaranmış  və  inkişaf  etmişdir.  Cəmiyyətin  ehtiyaclarına  uyğun 

olaraq  pedaqoji  prosesin  məzmunu,  təşkili  formaları,  metod  və 

prinsipləri  dəyişmiş  və  təkmilləşdirilmişdir.  İctimai-iqtisadi  forma-

siyanın,  yəni  istehsal  üsulunun  və  istehsal  münasibətlərinin  dəyiş-

məsi  ilə  pedaqoji  prosesin  təşkili  formalarının,  metodlarının  dəyiş-

məsi və inkişaf etməsi onun tarixi səciyyə daşıdığını göstərir. Peda-

qoji  proses  bəşər  cəmiyyətinin  bütün  mərhələlərinin  zəruri  funksi-

yalarından biri olmuşdur.  

Pedaqoji  anlayışların  mənşəyini  onların  özündə  yox,  həyatın 

tələbatlarında, məktəb praktikasında axtarmaq lazımdır. Anlayışların 

təşəkkülü və inkişafı mexanizmi insanların praktik fəaliyyəti ilə bağ-

lıdır. Anlayışların dialektikası onların ifadə etdikləri hadisənin, prose-

sin inkişafından asılıdır. Elmin terminin dəqiqliyi, birmənalılığı onun 

əsas keyfiyyətlərindəndir. Bu reallıq pedaqogika elminə də aiddir.  

 

 

1.5. Pedaqoji cərəyanlar 

 

Ayrı-ayrı ölkələrdə ictimai, iqtisadi və siyasi quruluşun müx-

təlifliyi ilə əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır. Azər-

baycan  pedaqoqları  təhsil  sistemlərini  və  pedaqoji  fikirləri  öyrən-

məyə  və  oradakı  mütərəqqi  cəhətlərdən  istifadə  etməyə  çalışırlar. 

Bu,  təqdirəlayiq  bir  ənənədir.  Daha  geniş  yayılmış  bəzi  pedaqoji 

cərəyanlara diqqət yetirək. 

Praqmatizm  pedaqogikası.  Praqmatizm,  yunan  mənşəli 

“pragmatos”  sözünə  uyğundur,  iş  və  ya  əməl  deməkdir.  Praq-

matizm  fəlsəfi  cərəyan  kimi  cəmiyyətdə  bütün  fəaliyyətin  əsasını 




 

33 


subyektiv  mənada  anlaşılan  əməldə,  təcrübədə  görür.  Belə  bir 

metodoloji müddəaya əsaslanan Con Duyi, Vilyam Kilpatrik (ABŞ) 

və bir çox başqaları praqmatizm pedaqogikasının əsasını qoymuşlar. 

Həyatda  məktəblilərin  iştirakını  təmin  etmək,  uşaqların  marağına 

diqqət  yetirmək  və  fərdi  xüsusiyyətlərini  nəzərə  almaq,  məktəbin 

ictimai həyatla əlaqəsini təmin etmək, tərbiyələndirici təlimə üstün-

lük  vermək,  təlimdə  şagirdlərin  fəallığına  nail  olmaq  praqmatizm 

pedaqogikasının  başlıca  xüsusiyyətləridir.  Vurğulayaq  ki,  praq-

matizm  pedaqogikası  təcrübəni  geniş  ictimai,  istehsalat  təcrübəsi 

kimi  deyil,  ətraf  mühitlə  şəxsin  təması  mənasında  başa  düşür. 

Məsələn, praqmatizm pedaqogikası təlimin məzmununu və ya əxlaq 

tərbiyəsinin  məzmununu  uşaq  təcrübəsinə,  uşaq  müşahidəsinə 

əsasən müəyyənləşdirir .  

C.Duyinin  fikrincə,  anlayışlar,  ideyalar,  nəzəriyyələr  yalnız 

gündəlik  praktik  fəaliyyət  üçün  yaradıldıqda  faydalı  hesab  oluna 

bilər  (onun  dayandığı  fəlsəfi  təlimə  –  praqmatizmə  görə,  həqiqət  – 

obyektiv aləmin insan şüurunda inikasından ibarət deyildir, həqiqət 

odur ki,  bu və  ya digər  konkret  situasiyada insanın  qolundan tutur, 

ona  fayda  verir);  bütün  bunlar  praktika  üçün  “alət”  rolunu  oyna-

malıdır.  Praqmatizmin  məşhur  nümayəndələrindən  olan  Vilyam 

Kilpatrik  (“layihələr  metodu”nun  nəzəriyyəçilərindən  biridir)  qeyd 

edir  ki,  həqiqət  obyektiv  ola  bilməz,  çünki  dəyişkəndir.  O,  tədqi-

qatda yalnız eksperimenti qəbul edir. 

Praqmatizm pedaqogikası cəmiyyəti yeniləşdirmək üçün tərbi-

yəni əsas sayır. Bu pedaqogikanın ideoloqları hesab edirlər ki, tərbiyə 

cəmiyyəti  istənilən  şəkildə  düzəldə  bilər,  məktəb  cəmiyyətdən  asılı 

deyil,  əksinə  cəmiyyət  məktəbdən  asılıdır.  Onlar  tərbiyədə  son 

məqsədi, perspektivləri qəbul etmir. Onların fikrincə, məqsəd odur ki, 

konkret  situasiyada  uşağın  gözlənilmədən  meydana  çıxan  maraq  və 

tələbi  ödənilsin,  uşaq  özünü  mövcud  ictimai  quruluşun  tələblərinə 

uyğunlaşdıra bilsin. Praqmatik pedaqoqlar sübut etməyə çalışırlar ki, 

elmlərin əsaslarının sistematik öyrənilməsinə ehtiyac yoxdur, müəlli-

min  borcu  odur  ki,  konkret  fəaliyyət  zamanı  lazım  gələn  bilikləri 

öyrətsin (“kompleks proqramlar” bu ideyadan doğmuşdur). 

Praqmatizm  pedaqogikası  özünün  nedosentrizm  prinsipini 

irəli  sürmüşdür.  Bunun  mahiyyəti  belədir:  təlim-tərbiyə  prosesinin 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə