Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə23/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   236

 

71 


yəsini,  eksperimental  tədqiqata  həvəsi  və  bacarığı  eksperimentə 

qoyulan ideya, fərziyyə,  yeni  sistemin  xarakteri,  əvvəlkindən fərqi, 

üstünlüyü,  onun  təcrübədə  müvəffəqiyyətlə  sınaqdan  keçirilməsi 

üçün  nəzərdə  tutulmuş  çalışmaların  növləri,  məzmunu  haqqında 

məlumat  verir.  Həmin  çalışmalar  da  sistemin  tətbiqi  prosesində  la-

zım  olacaq  əyani  vəsait,  didaktik  materiallar,  testlər,  şagirdlərin 

uğurlarının  öyrənilməsi  və  ona  nəzarətlə  bağlı  məsələlər  açıqlanır, 

lakin  işin  gedişində  bir  neçə  sinifdə  müşahidə  zamanı  müəyyən 

situasiyada  qarşıya  çıxan  çətinliklər,  yeni  ideyalar  metodikada  (iş 

sistemində) müəyyən dəyişikliklərin, korrektlərin aparılmasını diktə 

edə  bilər.  Eksperimentator  belə  faktları  qeydə  almalı  və  bütün 

siniflərə göstəriş verməlidir.  

Müəllimlər eksperimentin gedişində ideyanı, sistemi dəyişmə-

dən situasiyanı, çalışmanı azacıq dəyişməklə işi davam etdirə bilər-

lər. Bəzən şagirdlərin fəaliyyəti nədə isə müəyyən dəyişikliyin apa-

rılmasını  diktə  edə  bilər.  Belə  dəyişikliklər  müqayisəli  fikir  söy-

ləməyə,  nəticə  çıxarmağa  imkan  verir.  Beləliklə,  eksperimentator 

müəllimlərə eyni çalışmalar sistemini yerinə yetirməyi təklif edir və 

müxtəlif  hazırlıqlı  qruplarda  öyrədilmə  prosesində  qarşıya  çıxan 

fərqləri  nəzərə  almağı  tapşırır.  Eksperimentatorun  təqdim  etdiyi 

metodika  əsasında  yerli  şəraiti,  imkanları  nəzərə  almaqla  hər  bir 

müəllim öz metodikasını hazırlaya bilər. 

Eksperimentator və müəllim öyrətdiyi yeni sistemin necə qav-

ranılması  üzərində  müntəzəm  müşahidə  aparmalı,  müvafiq  şəraitin 

yaranmasına nail olmalı, əvvəlkindən (adət etdiyindən) fərqli olaraq 

hansı halların yarandığını izləməli, təlimin keyfiyyətinin necə yük-

səldiyinə inanmalıdır.  

Bəzən eksperiment mürəkkəb problem üzrə qoyulduqda siste-

min iki-üç variantı sınaqdan keçirilə bilər. Tədqiqatçı onların içəri-

sindən daha az vaxt, vəsait, qüvvə itirməklə alınan ən yaxşı nəticəni 

seçməklə  sistemin  optimallaşdırılmasını  təmin  edir.  Seçilmiş  vari-

antı hazırlığı bərabər səviyyəli siniflərdə tətbiq etməklə üstünlüyünü 

bir daha sübut edir. 

Yoxlayıcı eksperiment. Eksperimental tədqiqatın nəticələrinin 

obyektivliyi onun necə yoxlanmasından da asılı olur. Eksperimental 

tədqiqatın  nəticələri  qiymətləndirilərkən  didaktik  prosesin  kompo-



 

72 


nentləri – müəllim, şagird, dərslik, dərs vəsaiti, didaktik material, iş 

şəraiti və s. nəzərə alınmalıdır.  

Yoxlayıcı  eksperiment  ayrı-ayrı  faktların  alınması  və  ya  də-

qiqləşdirilməsi  üçün  zəruri  olan  güman  və  fərziyyənin  yoxlanması 

məqsədini daşıyır. 

Yoxlayıcı  eksperimentdən  sonra  eyni  xarakterli  dəqiqləşdirici 

eksperimentin  aparılması  da  vacibdir.  Belə  təkrar  eksperiment  za-

manı ideya və fərziyyə yeni şəraitdə yoxlanır. Əvvəlki və təkrar yox-

layıcı eksperimentlərin nəticələrinin müqayisəsi fərziyyənin doğrulu-

ğu  haqqında  dəqiq  və  etibarlı  fikir  irəli  sürməyə  imkan  verir.  Eks-

perimentin birinci mərhələsində – müəyyənedici eksperiment zamanı 

bərabər səviyyəli eksperimental və kontrol siniflərin hamısında sorğu 

eyni suallar əsasında aparılır. Onların hamısına eyni mətn üzrə  yazı, 

eyni məsələ və misallar, eyni çalışmalar və s. verilir. Eksperimentdə 

dəqiq  ölçmə  və  riyazi  aparatdan  bir  vasitə  kimi  istifadə  olunur. 

Didaktik  tədqiqatların  göstəricilərinin  etibarlılığı  şagirdlərin  tam  və 

aydın xarakteristikaları ilə bağlıdır. Bu gün uşaq pedaqoji proseslərin 

mərkəzində  durur. Ona  görə  də  sinfin xarakteristikasını  tərtib  etmək 

lazımdır.  Şagirdlərin  inkişafının  hərtərəfli  ölçülməsi  üçün  etibarlı 

standart ekspertiza metodikası işlənilməlidir.  

Didaktik eksperimentin (didaktik eksperimentdən fərqli olaraq 

metodik eksperiment bilavasitə tədris fənni sisteminə daxil olmaqla 

frontal xarakter daşıyır, didaktik eksperiment bəzən laborator ekspe-

rimentlə  məhdudlaşır)  ən  faydalı  növlərindən  biri  çarpaz  eksperi-

mentdir.  Mümkün  olan  amillərin  eksperimentə  təsirini  aradan  qal-

dırmaq və alınan nəticənin tam obyektivliyini təmin etmək məqsə-

dilə  çarpaz  (çarpazlaşan)  eksperiment  tətbiq  olunur:  paralel  sinif-

lərdə  (məktəblərdə)  tətbiq  olunan  iş  tərzinin  yerləri  dəyişdirilir  və 

eksperiment  davam  etdirilir.  Y.Ş.Kərimov  yazır  ki,  çarpaz  ekspe-

rimentin  yüksək  obyektivliyini  təmin  etmək  üçün  onu  bəzən  bir 

sinifdə,  bir  dərs  ərzində  aparmaq  məsləhət  görülür.  Bu  zaman 

müəllim sinfi  iki  qrupa ayırır,  yaxud eyni  partada  əyləşənlərin biri 

(bir  sıra)  eksperimental,  digəri  (o  biri  sırası)  kontrol  hesab  olunur. 

Belə  eksperimentdə  şagirdlərə  bütün  materiallar  yazılı  verilir. 

Müəllim  heç  bir  qrupa  izahat  vermir.  Bununla  da  müəllimin 

pedaqoji ustalığının, əhval-ruhiyyəsinin təsirinin qarşısı alınır .  




 

73 


Məktəb  sənədlərinin  öyrənilməsi.  Pedaqoji  prosesin  xarak-

terizə  edilməsində  məktəb  sənədlərinin  öyrənilməsi  mühüm  yer 

tutur.  Tədqiqatçı  üçün  sinif  jurnalları,  yığıncaqların  və  iclasların 

protokolları,  dərs  cədvəli,  daxili  intizam  qaydaları,  müəllimlərin 

təqvim-tematik planları, dərslərin icmalları və s. zəngin informasiya 

mənbəyidir.  Tədqiq  olunan  pedaqoji  fakt  və  hadisələr  arasındakı 

səbəb-nəticə  asılılıqlarını  və  qarşılıqlı  əlaqələri  müəyyən  etməkdə, 

obyektiv  məlumatlar  almaqda  həmin  sənədlər  ilkin  və  qiymətli 

mənbədir.  Ancaq  məktəb  sənədlərinin  öyrənilməsi  mütləq  başqa 

metodlarla əlaqələndirilməlidir. 



Şagirdlərin yaradıcılıq məhsullarının öyrənilməsi. Fəaliyyət 

məhsulları da pedaqoji təcrübənin öyrənilməsinə xidmət etmək im-

kanına  malikdir.  Şagirdlərin  müxtəlif  formalı  işlərinin  nəticələrini 

nəzərdən keçirən tədqiqatçı nəinki şagirdlərin qabiliyyətləri barədə, 

bu və ya digər fənn üzrə proqram materiallarını nə dərəcədə mənim-

sədikləri barədə, habelə onlara pedaqoji rəhbərliyin vəziyyəti barədə 

müəyyən məlumat əldə edir. 

Qabaqcıl  təcrübənin  öyrənilməsi  və  ümumiləşdirilməsi.  Bu 

metod  qabaqcıl  məktəblərin  və  müəllimlərin  iş  təcrübəsini  öyrən-

mək  və  nəzəri  cəhətdən  ümumiləşdirmək  məqsədi  daşıyır.  Bəzən 

müəllimlər  empirik  yolla  (təcrübə  yolu  ilə)  yenilik  xarakteri  daşı-

yan,  pedaqogikaya  bəlli  olmayan  vacib  metodiki  uğur  qazanırlar. 

Təlim-tərbiyə  işində  qabaqcıl  pedaqoji  təcrübənin  nəzəri  cəhətdən 

ümumiləşdirilməsi  həmin  yeniliyi  pedaqoji  elmin  sisteminə  daxil 

etməyə imkan verir.  



Modelləşdirmə.  Bu,  modellərin  yaradılması  və  tədqiqi  meto-

dudur. Didaktikada modelləşdirmə  aşağıdakı  məsələləri uğurla həll 

etmək üçün tətbiq olunur: 

1) tədris materiallarının strukturunu optimallaşdırmaq; 2) təd-

ris  prosesinin  planlaşdırılmasını  yaxşılaşdırmaq;  3)  idrak  fəaliyyə-

tini idarə etmək; 4) təlim-tərbiyə fəaliyyətini idarə etmək; 5) təlimi 

diaqnozlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək. 

Tarixi  müqayisəli  tədqiqat  üsulu.  Azərbaycanda  təhsilin,  tə-

lim  və  tərbiyə  məsələlərinin,  habelə  pedaqoji  fikrin  tarixini  və  ya 

xarici ölkələrdə müxtəlif təhsil sistemlərinin xüsusiyyətlərini müqa-



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə