Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə24/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   236

 

74 


yisəli  şəkildə  öyrənmək  zərurəti  meydana  çıxanda  tədqiqatın  bu 

üsulu tətbiq olunur. 



Formallaşdırma və ekstrapolyasiya metodu əldə edilmiş elmi 

nəticələrin  dəqiq  ifadəsi  (ən  çox  riyazi  düstur  şəklində),  bu  ifadə 

zəminində yeni sahələrin, obyektlərin öyrənilməsi ilə bağlıdır. For-

mallaşdırma,  əsasən  düsturla  bağlıdırsa,  ekstrapolyasiya  az  sayda 

faktlara  əsaslanaraq  ümumi  nəzəri  nəticələr  çıxarmaq  və  həmin 

nəticələri hələ tədqiq olunmamış faktlara şamil etməkdir.  



Aksiomatik metod bəzi fikirləri isbatsız olaraq doğru hesab edir 

və  həmin  fikirlərə  əsaslanaraq  yeni  nəticələr  çıxarır.  Pedaqogikanın 

aksiomları (isbatsız qəbul edilən həqiqətləri) və teoremləri hələ dəqiq 

müəyyənləşdirilməmişdir. 



Pedaqoji tədqiqatda riyazi üsullar. Pedaqoji tədqiqatda riyazi 

üsullar, adətən, digər üsulların tərkibində tətbiq edilir və bu zaman 

iki  əsas  məqsəd  güdür:  a)  toplanmış  pedaqoji  faktlarda  baş  verən 

keyfiyyət  dəyişikliklərini  dəqiqləşdirmək;  b)  həmin  faktlar  arasın-

dakı kəmiyyət asılılığını təyin etmək. 

Nəticə  etibarilə  riyazi  üsullar  pedaqoji  qanunauyğunluqların 

elmi  cəhətdən  dəqiq  ifadə  olunmasına  şərait  yaradır  və  tədqiqatın 

elmiliyini yüksəldir. 

Pedaqoji  tədqiqatda  istifadəsi  faydalı  olan  riyazi  üsullar  çox-

dur.  Orta  riyazi  göstəricilərin  hesablanması,  dispersiya  əməliyyatı, 

orta  kvadrat  sanmanın  müəyyənləşdirilməsi,  variantlıq  əmsalının 

tapılması və s. 

Təlim və tərbiyə problemlərinin öyrənilməsi zamanı daha ge-

niş istifadə edilən sadə riyazi üsullar bunlardır: qeydəalma, nizamla-

ma və qiymətləndirmə. 

Qeydəalma – toplanan pedaqoji faktların və ya hadisələrin hər 

birində  müvafiq  əlamətin  olduğunu  müəyyənləşdirmək,  habelə  bu 

cür  əlamətin  xas  olmadığı  faktların  ümumi  miqdarını  təyin  etmək 

prosesidir. 



Nizamlama  –  toplanmış  pedaqoji  faktların  müəyyən  ardıcıl-

lıqla  düzülməsi  prosesidir.  Bu  üsulun  tətbiqində  iki  cəhət  nəzərə 

alınır:  a)  faktların  eyni  əlamət  üzrə  düzülməsi;  b)  faktların  düzül-

məsində həmin əlamətin getdikcə  gücləndiyinin və  ya zəiflədiyinin 

müəyyənləşdirilməsi. 



 

75 


Qiymətləndirmə  –  pedaqoji  faktların  ayrı-ayrı  əlamətlərini 

rəqəm  göstəriciləri  ilə  əvəz  etməyə  imkan  verir.  Pedaqoji  faktların 

müvafiq  əlamətləri  rəqəm  göstəriciləri  ilə  ifadə  olunduqda  diqqət-

dən yayına biləcək qanunauyğunluğu tapmaq asandır.  



Pedaqoji test. Pedaqoji test pedaqoji prosesin öyrənilən tərəfi-

ni  ciddi  nəzarət  olunan  şəraitdə  obyektiv  öyrənməyə  imkan  verən 

məqsədyönlü, hamı üçün eyni zamanda keçirilən yoxlamadır. Başqa 

yoxlama  metodlarından  fərqli  olaraq  test  dəqiqliyi,  sadəliyi,  avto-

matlaşdırma imkanları ilə seçilir. Pedaqogikada test, hər şeydən əv-

vəl,  şagirdlərin  təlim  müvəffəqiyyətini  yoxlamaq  üçün  tətbiq  olu-

nur. Bu məqsədlə “müvəffəqiyyət”, “yekun”, “sürət” və şagirdlərin 

“əqli inkişaf səviyyəsini” müəyyənləşdirən testlərdən geniş istifadə 

edilir.  

İnduktiv  və  deduktiv  metodlar.  Bunlar  empirik  yolla  alınan 

məlumatları  məntiqi  ümumiləşdirmə  metodlarıdır.  İnduktiv  metod 

fikrin  inkişafının  xüsusi  mühakimələrdən  ümumi  nəticələrə  doğru 

getməsini nəzərdə tutur. Deduktiv metodda əksinə olur, fikir ümumi 

mühakimədən xüsusi nəticəyə doğru inkişaf edir.  

 

 



2.4. Pedaqoji tədqiqatların texnologiyası 

(və ya tədqiqatın metodoloji aparatı

 

Pedaqogika üzrə tədqiqatlar dedikdə təhsil, təlim və tərbiyənin 



qanunauyğunluqları, prinsipləri, strukturu, məzmunu, texnologiyası 

və  s.  haqqında  yeni  biliklər  almaq  üçün  elmi  fəaliyyət  prosesi  və 

onun  nəticəsi  başa  düşülür.  Pedaqoji  tədqiqatlar  faktları  və  hadi-

sələri izah və təhlil edir, ümumiləşdirmələr aparır, nəticələr çıxarır, 

tövsiyələr  hazırlayır,  faktlar  və  hadisələr  haqqında  qabaqcadan 

xəbər  verir.  Pedaqoji  tədqiqatlar  istiqamətlərinə  görə  fundamental, 

tətbiqi və işləmələr xarakterli olurlar. Fundamental tədqiqatların nə-

ticəsi  kimi  ümumiləşdirilmiş  konsepsiyalar  işlənib  hazırlanır.  Bu 

konsepsiyalar  pedaqogikanın  nəzəri  və  praktik  nailiyyətlərini  ümu-

miləşdirir və  ya proqnostik əsasda pedaqoji sistemlərin inkişaf mo-

delini  işləyib  hazırlayır.  Tətbiqi  tədqiqatlar  pedaqoji  prosesin  ayrı-

ayrı  tərəflərini  dərindən  öyrənmək,  çoxtərəfli  pedaqoji  praktikanın 




 

76 


qanunauyğunluqlarını aşkara çıxarmaq məqsədilə aparılır. İşləmələr 

dedikdə,  məlum  nəzəri  müddəaları  nəzərə  almaqla  konkret  elmi-

praktik tövsiyələri əsaslandırmaq başa düşülür.  

Hər hansı pedaqoji tədqiqat, o cümlədən dissertasiya işi ümu-

mi  qəbul  olunmuş  metodoloji  parametrləri  müəyyənləşdirməyi  nə-

zərdə tutur. Pedaqoji tədqiqatın keyfiyyətinin əsas kriteriyaları onun 

aktuallığı,  yeniliyi, nəzəri və praktik əhəmiyyətidir. Tədqiqatın ak-

tuallığının  ətraflı  və  dəqiq  əhatə  olunması,  obyektlə  predmetin  dü-

rüst şəkildə fərqləndirilməsi, predmetin dissertasiyanın adını təkrar-

lamaması, fərziyyənin dəqiq qoyulması, məqsəd və vəzifənin şərhi-

nin qarışdırılmaması, fərziyyə ilə əlaqəsinin dəqiq müəyyənləşdiril-

məsi, müdafiəyə təqdim olunan müddəaların dərin tədqiqat xarakte-

ri daşıması və s. dissertasiyaların girişi – tədqiqat proqramının biri-

nci  bölməsi  (burada  metodoloji  məsələlər  ehtiva  olunur)  ilə  bağlı 

mühüm tələblərdir.  

Proqramın  ikinci  bölməsində  tədqiqatın  strateji  planı,  həm-

çinin ilkin məlumatların toplanması və təhlilinin əsas proseduraları 

açılır. Araşdırmalardan belə qənaət hasil olur ki, pedaqoji tədqiqatın 

metodoloji  aparatına  daxil  olan  məsələlərin  formuləsində  bir  sıra 

yanılmalara  yol verildiyi özünü göstərir. Odur ki, onların  üzərində 

bir  qədər  ətraflı  dayanmağa  lüzum  vardır.  Məlum  olduğu  kimi, 

ümumi şəkildə tədqiqatın aktuallığı, elmi ideyalara və praktik tövsi-

yələrə  olan  tələbat  ilə  hazırda  elmin  və  praktikanın  verə  biləcəyi 

təkliflər  arasında  ziddiyyət  dərəcəsini  xarakterizə  edir.  Elmi  prob-

lem  əsas  ziddiyyəti  ifadə  edir  və  elmin  vasitələri  (elmin  qanuna-

uyğunluqları,  prinsipləri,  metodları,  anlayışları,  amilləri,  faktları, 

hadisələri və s.) ilə həll olunur. Tədqiqatın məqsədi problemin həl-

lindən  ibarətdir.  Problemin  ifadə  olunması  tədqiqatın  mövzusunun 

seçilməsinə gətirib çıxarır.  

Tədqiqatın problemi çox vaxt hazır verilir. Belə hallarda prob-

lem təcrübədən doğduğundan, onun diktəsi ilə meydana gəldiyindən 

qanunauyğun olur. Bununla belə, bəzən çatışmazlıq, zəiflik burada 

ondan ibarət olur ki, tədqiqatçı problemin əks olunduğu situasiyanı 

tanımır. O, hansı  şəraitin problem situasiyaya  gətirdiyini və bunun 

ardınca problemin həllinin müəyyənləşdirilməsi ilə məhdudlaşdığını 

yəqin etmək imkanından məhrumdur. Tədqiqatçı  problem seçərkən 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə