Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə20/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   236

 

62 


əvvəlcədən  planlaşdırılır,  nəyi,  necə  və  nə  üçün  müşahidə  etmək 

müəyyənləşdirilir.  Müşahidə  zamanı  tədqiqatçı  fakt  və  hadisələri 

sonradan ümumiləşdirir.  

Paşayev  Ə.X.,  Rüstəmov  F.A.  “Pedaqogika”  dərs  vəsaitində 

müşahidəyə nisbətən geniş yer vermişlər. Onlar müşahidənin müşa-

hidə olunan hadisə ilə bağlı düzgün nəticə çıxarmağa imkan vermə-

sindən söz açır və  onun aşağıdakı mərhələlərindən ibarət  olduğunu 

qeyd edirlər.  

“–  müşahidələrin  məqsəd  və  vəzifələrinin  müəyyən  edilməsi 

(müşahidə nə üçün aparılır);  

–  tədqiqat  obyektinə  daha  az  təsir  edən  və  zəruri  infor-

masiyalar  toplamağa  imkan  verən  müşahidə  qaydasının  seçilməsi 

(necə müşahidə etmək); 

– müşahidə edilən obyektiv qeydiyyat qaydalarının seçilməsi 

(qeydiyyatı necə aparmaq); 

– alınan məlumatın təhlil  və ümumiləşdirilməsi  (hansı  nəticə 

alınıb)” . 

H.Ə.  Əlizadə  “Sosial  pedaqogikanın  aktual  məsələləri”  adlı 

kitabında  sosial  pedaqogikada  müşahidənin  xüsusi  yerindən  söz 

açır,  bu  prosesdə  hadisənin  baş  verdiyi  şəraitin  dəyişməsini  qeyd 

edir.  O,  sosioloq  R.Quliyevin  “Sosiologiya”  əsərindəki  aşağıdakı 

fikirlə  razılaşır:  “Qarşıya  qoyduğu  konkret  məqsədlə  əlaqədar  olan 

faktları toplayır, onları təhlil edir, müəyyən nəticələr çıxarır, imkan 

daxilində qanunauyğunluqlar müəyyənləşdirilir.”  

Adi  müşahidələrdən  fərqli  olaraq  elmi  müşahidə  çox  çətin 

olmaqla obyektiv nəticə almaq üçün müxtəlif şəraitdə uzunmüddət-

li, müntəzəm iş aparmağı tələb edir. V.İ.Zaqvyazinski elmi müşahi-

dənin adi müşahidədən fərqini belə şərh edir: 



1.  Məqsədyönlülük.  O, yalnız  seçilmiş  obyekt  üzərində  mü-

şahidənin  istiqamətliliyinin  üstünlüyü  ilə  deyil,  həm  də  onların 

təsvirinin müəyyən pedaqoji konsepsiyası aləminə keçirilməsi, onun 

anlaşılan terminoloji sistemi ilə bağlıdır. Müşahidəçi əşyanın tarixi, 

inkişafı  və  strukturu  haqqında  müəyyən  təsəvvürə  malikdir.  Bu 

müşahidənin  yalnız  qavranılanın  sadəcə  qeydə  alınması  deyil, 

əksinə zəruri olan seçmə vasitəsi, müşahidə aparanın başa düşdüyü 

şəkildə ilkin şərhi qaydası kimi aparılmasına imkan verir. 




 

63 


2.  Təhlil  xarakterikliyi.  Müşahidəçi  ümumi  mənzərədən  ar-

tıq  müşahidənin  gedişində  təhlil  olunacaq,  qiymətləndiriləcək  və 

izah ediləcək ayrı-ayrı cəhətləri, elementləri, əlaqələri ayırır. 

3.  Komplekslilik.  Bu əlamət pedaqoji bütövlüyü, tamlığı xa-

rakterindən  irəli  gəlir  və  baxış  dairəsindən  onun  heç  bir  mühüm 

cəhətini və ya əlaqələrini buraxmamağı tələb edir. 

4.  Sistematiklik.  Bu  əlamət  müşahidə  olunanın  bir  dəfə 

“şəklini  çəkməklə”  məhdudlaşmamağı,  az-çox  davamlı  müşahidə 

əsasında statistik davamlı əlaqələri və münasibətləri, müəyyən dövr 

ərzində  müşahidə  olunanlarda  baş  verən  dəyişiklikləri,  inkişafı 

aşkara çıxarmağı tələb edir.” 

L.İ.Novikova,  A.T.Kurakin  müşahidə  zamanı  aşağıdakıları 

nəzərə almağı məsləhət görür: 

a)  müşahidə  olunan  pedaqoji  prosesin  baş  verdiyi  şərait, 

ümumi yol; 

b) müəllimin fəaliyyəti, onun metod və priyomları, şagirdlərə 

təsir qaydaları, müəllimin şagirdlərə münasibəti; 

c)  şagirdlərin  fəaliyyəti,  əməli,  hərəkəti,  ətraf  şəraitə,  işə,  bir-

birinə münasibəti, müəllimin işlətdiyi metod və priyomlara reaksiya. 

Professor Y.Ş.Kərimovun fikrincə, bunlardan əlavə aşağıdakı-

ların da nəzərə alınması vacib və faydalıdır: 

a) şagirdlərin yaşı (sinif), materialın məzmunu, xarakteri

b) müəllimin nəzəri hazırlığı, şagirdlərin müəllimə münasibəti;  

c) şagirdlərin müstəqil fəaliyyətə meyli . 

Pedaqoji  tədqiqatlarda  müşahidə  metodunun  müxtəlif  növlə-

rindən  istifadə  olunur.  Bəzi  halda  tədqiqatçı  müşahidə  aparan  qru-

pun üzvü olur, bəzilərində isə kənardan müşahidə aparır. Müşahidə 

açıq  və  gizli,  geniş  və  məhdud,  sistematik  və  epizodik  ola  bilir. 

Geniş  (və  ya  bütöv)  müşahidə  adətən  obyekti  tam  əhatə  edir.  Bu 

zaman  müşahidəçi  müvafiq  qanunauyğunluğu  çıxarmaq  üçün  daha 

çox məktəbi, sinfi, şagirdi əhatə etməli olur. Məhdud müşahidə bir 

növ seçmə xarakter daşıyır. Məsələn, şagirdlərin idrak fəaliyyətinin 

müşahidəsi.  Sistematik  müşahidə  uzunmüddətli  müşahidədir.  O, 

xeyli müddət davam edir. Epizodik müşahidə dövrü xarakter daşıyır 

və ona nisbətən az vaxt sərf olunur. Bəzi hallarda müşahidə metodu 

baş vermiş müəyyən bir hadisənin, öyrəniləcək təlim-tərbiyə məsə-




 

64 


ləsinin  səbəbini  aşkar  etmək  üçün  (şagirdin  dərsə  hazır  gəlmə-

məsinin,  ev  tapşırığını  həll  etməməsinin,  sinifdə  nizam-intizamın 

pozulması və s. səbəbini öyrənmək üçün) əlverişli olmur. Ona görə 

də müsahibə metodundan istifadə olunur.  



Müsahibə. Bu metodun köməyi ilə hər hansı pedaqoji fakt və 

hadisəyə müəllimlərin, şagirdlərin və valideynlərin münasibəti mü-

əyyən  olunur,  müəyyən  təlim-tərbiyə  hadisəsi  başqaları  ilə  söhbət 

etmək vasitəsilə öyrənilir. Pedaqoji müsahibəni planlaşdırmaq tələb 

olunur.  Müsahibənin  kimlərlə  və  nə  məqsədlə  aparılacağı,  hansı 

sualların  və  nə  üçün  məhz  həmin  sualların  veriləcəyi  əvvəlcədən 

ətraflı ölçülüb biçilir.  Bu metod  əsasən informasiya  əldə etmək və 

ya müşahidə zamanı aydın olmayan məsələləri aydınlaşdırmaq məq-

sədilə  aparılır.  Tədqiqat  metodu  kimi  müsahibə  daha  canlı  və  təbii 

səciyyə daşıyır. Müsahibənin dörd növü vardır: 

1.

 

Ümumi  müsahibə  (qabaqcadan  mövzusu  müəyyən  olun-



muş müsahibə);  

2.

 



Müəyyən problem üzrə aparılan müsahibə; 

3.

 



Qabaqcadan  müəyyən  olunmuş  suallar  üzrə  aparılan 

müsahibə; 

4.

 

İntervü (əvvəlcədən planlaşdırılmış suallar əsasında aparı-



lır və alınan cavablar yazılmaqla aparılır) [9]. 

Müsahibənin  müəyyən  növü  olan  intervü  özünəməxsus  xü-

susiyyətə  malikdir.  Əgər  müsahibə  qarşılıqlı  informasiya  xarakteri 

daşıyırsa, intervüdə biri digərindən soruşur, müsahibin fikrinə təsir 

etməmək  məqsədilə  ona  şəxsi  fikirlərini  demir.  İntervü  fərdlə  və 

qrupla keçirilə bilər. Qrup şəklində intervü şagirdlər, həmin sinifdə 

dərs  deyən  müəllimlər,  uşaqların  valideynləri  ilə  keçirilə  bilər. 

Pedaqoji  tədqiqatlarda  intervünün  iki  növündən  istifadə  olunur:  bu 

və  ya  digər  hadisəyə  insanların  münasibətinin  aydınlaşmasına  yö-

nəlmiş fikir bildirən; fikir və hadisəni dəqiqləşdirən sənədli intervü. 

N.V.Kuzmina  intervünü  standart,  yarımstandart  və  qeyri-standart 

olmaqla üç növə ayırır . 

Başqa  tədqiqat  metodları  ilə  müqayisədə  müsahibə  daha  çox 

qeyri-müəyyən  quruluşa,  təşkilat  formasına,  nəticəyə  malikdir.  Ona 

görə  də  tədqiqatçı  müsahibə  aparmaq  bacarığına  yiyələnməlidir. 

Müsahibə o vaxt əsil tədqiqat metodu funksiyasının daşıyıcısı olur ki, 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə