Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə22/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   236

 

68 


7) Təhsil müəssisələrinin maddi bazası, tədris avadanlığı, yeni 

təlim texnologiyalarından istifadə imkanları nəzərə alınmalıdır. 

8)  Eksperimentə  cəlb  olunan  şagirdlərin  (tələbələrin)  cinsi, 

yaşı, sağlamlığının vəziyyəti, intizamı, oxumağa münasibəti, mara-

ğı, meyli, qabiliyyəti diqqət mərkəzində saxlanılmalıdır. 

9) Eksperimentdə istifadə olunan didaktik metodlardan (müşa-

hidə, müsahibə, anket sorğusu, intervü, yoxlama işi, testlər və s.) ay-

rıca və ya kompleks şəkildə istifadə olunması da nəzərə alınmalıdır.  

10)  Eksperimentə  rəhbərlik  imkanlarının  (vaxtaşırı  bütün  ob-

yektdə olmaq, frontal, diferensial və fərdi iş aparmaq, şifahi və yazılı 

anketlərlə  sorğu  keçirmək,  hər  bir  mərhələni  ümumiləşdirərək  apa-

rıcılara istiqamət vermək və s.) nəzərə alınması son dərəcə vacibdir. 

11) Eksperimental tədqiqatların əksəriyyətində müqayisə yolu 

ilə  effektivliyini  sübuta  yetirməyə  imkan  verən  alternativ  tərəfin 

(çox  hallarda  kontrol  siniflər  və  məktəblərin)  olması  təmin  edil-

məlidir. Bu məqsədlə bilavasitə eksperimentin aparılacağı siniflərin 

(məktəblərin) və onlarla müqayisə olunacaq kontrol siniflərin (mək-

təblərin) təxminən bərabərsəviyyəli olması zəruridir. 

12) Eksperimentin bir və ya bir neçə təsir göstərən faktorlarla 

əlaqədar  olması  nəzərə  alınmalıdır.  Qrupların  bərabərləşdirilməsi, 

əsasən, şagirdləri və müəllimləri düzgün seçməklə mümkündür. On-

ların  hazırlığı,  qabiliyyətlərinin  səviyyəsi  diqqətlə  öyrənilməlidir. 

Vurğulamaq  yerinə  düşər  ki,  bu  göstəricilərin  ölçülməsi  qaydası 

hələ  kifayət  qədər  işlənilməmişdir.  Ona  görə  də  kontrol  və 

eksperimental qrupları tam bərabərləşdirmək çətindir.  

Obyekti təbii şəraitdə  öyrənən metodlardan fərqli olaraq  eks-

periment,  hadisənin  mahiyyətini  dumanlandıran,  az  əhəmiyyətli 

faktları təcrid etməklə onu öyrənir: istənilən nəticəni almaq üçün şə-

raiti  planauyğun  şəkildə  dəyişir,  kombinə  edir,  müxtəlif  variantlar 

düzəldir, sonra şəraiti nəzərə almaqla tədqiq  olunan hadisəni  yeni-

dən yaradır.  

13)  Eksperimental  qruplar  (siniflər,  məktəblər)  üçün  eksperi-

mentatorun  hazırladığı  sistem  təlim-tərbiyə  prosesinə  yeni  amil 

daxil edir. Bu yeniliyin metodikası təlimati seminarda eksperimen-

tin aparıcılarına çatdırılmalıdır. 



 

69 


14)  Eksperimental  və  kontrol  siniflərin  hamısında  şərait  eyni 

olmalıdır.  Eksperimental  və  kontrol  siniflərin  hər  ikisində  tədris 

materialı  (eksperimental  amildən  –  sınaqdan  keçirilən  hadisədən 

başqa) eyni olmalıdır. 

15) Eksperimental siniflərin işinə başqalarının müdaxilə etmə-

lərinə, kənar təsirlərə yol verilməməlidir.  

16) Eksperimentin dəqiqliyi üçün müəyyənedici eksperimentə 

cəlb  olunmuş  məktəb  (sinif,  şagird  qrupu)  onun  yekunlaşdı-

rılmasınadək dəyişdirilməməlidir. Eksperimentin xarakterindən asılı 

olaraq eksperimentator tədqiqatı müəyyən müddət (bir neçə gün, bir 

neçə ay, bir neçə il) ərzində eyni obyektlə aparmalıdır.  

Eksperiment vaxta görə qısamüddətli və uzunmüddətli ola bi-

lər.  Nəzəri  cəhətdən  qısamüddətli  eksperiment  laborator  şəraitdə 

bir-iki  saat  ərzində  reallaşdırıldığı  halda,  didaktik  eksperiment 

uzunmüddətli olur. Pedaqoji eksperimentlər yerinə  yetirdiyi vəzifə-

lərə  görə  üç  növə  ayrılır:  müəyyənləşdirici  (diaqnostik),  öyrədici, 

yoxlayıcı.  

Müəyyənləşdirici,  öyrədici  və  yoxlayıcı  (kontrol)  eksperi-

mentin hər biri ümumi eksperimentin bir mərhələsi olmaqla biri di-

gəri üçün zəmin rolunu  oynayır, biri  digərini  tamamlayır. Bunların 

hər birinə nəzər salaq.  

Müəyyənləşdirici  eksperiment.  Bu  eksperimenti  təşkiledici 

eksperiment  də  adlandırırlar.  Pedaqoji-psixoloji  tədqiqatlarda  müəy-

yənedici  eksperiment  xüsusi  mərhələ  kimi  yüksək  qiymətləndirilir. 

Müəyyənedici  eksperimentdə  tədqiqatçı  yalnız  araşdırılan  pedaqoji 

sistemin  vəziyyətini  öyrənir,  faktların  əlaqəsini,  hadisələr  arasındakı 

asılılıqları müəyyənləşdirir. Pedaqoji tədqiqatın başlanğıcı, ilk pilləsi 

məhz  müəyyənedici  eksperimentdir.  Bu  prosesdə  təlim-tərbiyənin 

mövcud sistemi yoxlanır, pedaqoji-psixoloji diaqnostika aparılır.  

Müəyyənedici  eksperimenti  bəzən  məktəb  təcrübəsinin  öyrə-

nilməsi  və  ümumiləşdirilməsi  ilə  qarışdırırlar.  Adından  məlum  ol-

duğu kimi, müəyyənedici eksperiment hər hansı fərziyyənin yoxlan-

masına, tədqiqat obyektinin vəziyyətinin öyrənilməsinə xidmət edən 

ilkin mərhələdir. Bu mərhələdə eksperimentator bir müddət bərabər 

səviyyəli  şagirdlər  (siniflər,  məktəblər  və  s.),  müəllimlər  sorağında 

olur.  Lazım  gəldikdə  səviyyənin  belə  bərabərləşdirilməsində 



 

70 


bilavasitə  iştirak  edir.  Bu  mərhələdə  təxminən  bərabər  səviyyəli 

siniflərdən  (məktəblərdən,  rayonlardan)  kontrol  sinif  müəyyən 

edilir. İstər eksperimental, istərsə də kontrol siniflərdə mövcud və-

ziyyət  eyni  yolla  aşkara  çıxarılır  və  sənədləşdirilir.  Bu  isə  o  qədər 

də asan məsələ deyildir.  

Eksperimentə  cəlb  olunacaq  siniflərin  səviyyəsini  müqayisəli 

öyrənmək məqsədilə müxtəlif işlər görülür. İstər eksperimental, is-

tərsə  də  kontrol  siniflərdə  şagirdlərin  fiziki  və  psixi  inkişafının 

ümumi  səviyyəsi  müəyyənləşdirilməli  və  bərabər  səviyyəli  siniflər 

götürülməlidir. Eksperimentator çalışmalıdır ki, bütün siniflərə veri-

lən  mövzu,  tapşırıqların  sayı  və  həcmi,  onların  yerinə  yetirilməsi 

üçün  sərf  olunan  vaxt,  cədvəl  üzrə  məşğələlərin  sayı  və  s.  eyni 

olsun. Burada  yeganə fərq variativ ola bilər. Eyni mövzu üzrə eyni 

səviyyəli  məsələlər,  tapşırıqlar  seçməklə  bunu  təmin  etmək  müm-

kündür.  Eksperiment  iki-üç  paralel  sinifdə  təşkil  olunduqda  eyni 

müəllimin dərs deməsini təmin etmək mümkündür.  



Öyrədici  eksperiment.  Öyrədici  eksperiment  adından  məlum 

olduğu  kimi,  eksperimental  siniflərin  şagirdlərinə  tədqiqatçının 

hazırladığı  yeni  sistemi,  yeni  materialı,  qaydanı,  fəaliyyət  növünü 

öyrətməyi  nəzərdə  tutur.  Bu  zaman  şagirdlərin  şəxsi  keyfiyyətləri-

nin  yaxşılaşdırılması,  formalaşdırılması  üzrə  iş  gedir.  Ona  görə  də 

formalaşdırıcı  eksperiment  hesab  olunur.  Öyrədici  eksperiment 

yaradıcı,  yaxud  kökündən  dəyişən  də  adlandırıla  bilər.  Bu  zaman 

yeni təlim sistemi eksperimental yolla sınaqdan keçirilir. Bu sistem 

eksperimentin  fərziyyəsinə  müvafiq  şəkildə  qurulur.  Öyrətmək 

təlim  təcrübəsi  olduğundan  onu  təcrübi-eksperimental  iş  də  adlan-

dırmaq mümkündür. Bu təcrübi-eksperimental iş daha təkmil peda-

qoji  prosesin  modeli  ola  bilər.  Bunun  sayəsində  tərbiyə  və  təlimin 

ən  yüksək  effektinə  nail  olmaq  mümkündür.  V.V.Krayevski  çox 

doğru  qeyd  etmişdir  ki,  sözün  ciddi  mənasında  eksperiment  idraki 

tədbirdir.  

Öyrədici eksperimentin metodikası əvvəlcədən işlənilir. Nələ-

rin  hansı  ardıcıllıqla  təqdim  olunacağı,  necə  öyrədiləcəyi  müəy-

yənləşdirilir.  Eksperimentator  metodikanı  eksperimental  siniflərin 

müəllimlərinə çatdırır. O, öyrədici eksperimentə başlamazdan əvvəl 

müəllimlərlə  treninq  keçirir.  Treninq  bir  daha  müəllimlərin  səviy-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə