Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə25/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   236

 

77 


onun  qoyulması  üçün  zəruri  olan  şəraiti  dəqiq  təsəvvür  etməlidir. 

Tədqiqatçının  nəzəriyyəni  və  təcrübəni  təhlil  etmək  əsasında  müs-

təqil  problemin  qoyuluşuna  gəlib  çıxması  məntiqi  cəhətdən  özünü 

doğruldur.  Bəzən  tədqiqatın  problemini  fəaliyyətindəki  problem 

şəraitin  təhlilinə  əsasən  müəllif  özü  formalaşdırır.  Belə  problemlər 

çox vaxt nəzəri olur. Bu, praktik pedaqoqun – müəllimin araşdırılan 

problemin  nəzəriyyəsini  dərindən  bilməməsi  üzündən  baş  verir. 

Belə halda problem özünün nəzəri mahiyyətini itirir və praktik mə-

sələyə  çevrilir.  Təlimin  metodikası  üzrə  tədqiqatların  bir  çoxu  elə 

bu səbəbə  görə  lazımi  səviyyədə  sonuclanmamış  qalır. Konkret  di-

daktik vəzifələrin həlli üçün tədqiqatlarda məlum nəzəri məsələlərin 

tətbiqinin yolları və vasitələri ilə məhdudlaşdırmaq da qanunauyğun 

hal deyil . 

Tədqiqat  işinin  girişində,  adətən,  qarışdırılan  məsələlərdən 

biri  tədqiqatın  obyekti  və  predmetidir.  “Obyekt”  latın  sözüdür, 

mənası “yer”, məkan” ”proses”, “hal” “predmet” deməkdir. A.Smitə 

görə, obyekt – konkret dərk edilən predmet, vahidlik və ya mövcud-

luqdur.  Obyektin  konkret  funksiyası  və  fəliyyət  dairəsi  vardır. Elm 

üçün mütləq onun elmi sərhədləri olmalıdır. 

Obyekt bizdən kənarda və bizim şüurumuzdan asılı olmayaraq 

mövcud olan xarici aləmdir. Pedaqoji gerçəklik bu böyük obyektin 

bir  hissəsidir.  Bu  hissəni  –  predmeti  pedaqogika  elmi  öyrənir. 

Azərbaycan dilindəki bəzi pedaqogika üzrə dərslik və dərs vəsaitlə-

rində yanlış olaraq “predmet” anlayışını “mövzu” anlayışı ilə eyni-

ləşdirirlər. Halbuki “predmet” və “mövzu” eyni tutuma malik anla-

yışlar  deyildir.  Pedaqogika  üzrə  tədqiqatlarda  buraxılan  ənənəvi 

səhvlərdən biri budur. Odur ki, elmi tədqiqatların predmeti dedikdə, 

pedaqoji  varlıq  başa  düşülməlidir.  Bu  həm  nəzəri,  həm  də  tarixi 

mövzuların  tədqiqinə  aiddir.  Tədqiqatın  mövzusu  dedikdə  isə, 

həmin  pedaqoji  varlıqdakı  çoxsaylı  komponentlərdən  biri  (tədqiq 

etmək istənilən komponent, mövzu) nəzərdə tutulmalıdır.  

Professor Y.Ş.Kərimov göstərir ki, obyekt idrak nəzəriyyəsin-

də  dərk  edilən  subyektdən  asılı  olmayan,  onun  idrak  fəaliyyətinə 

qarşı  duran  proses,  hadisədir.  Eyni  obyekt  başqa  mövzuya,  hətta 

başqa  elmə  də  aid  ola  bilər.  Obyekt  xüsusi  şəraitdə  təlim,  tərbiyə, 

inkişaf prosesi, yeni təhsil sisteminin yaranması, şəxsiyyətin forma-




 

78 


laşdırılması prosesidir. Tədqiqatın predmetinin köməyi ilə tədqiqat-

çı xüsusi cəhdlə öyrənməli olduğu obyektin əlamətlərini, başlıcası, 

daha əhəmiyyətli olanı ayırmaqla bütövlükdə obyekti dərk edir, ona 

münasibəti qeydə alır. Eyni obyekt müxtəlif tədqiqatların problemi 

ola bilməz. Ona görə də predmet ancaq öyrənilməsi vacib olan ele-

mentləri əhatə edir. Predmetdə axtarışın vəzifəsi, sərhədləri, onların 

müvafiq vasitələrlə, metod və priyomlarla həlli əhatə edilir . 

Tədqiqatın məqsədində onun ümumi və aralıq nəticələri, əldə 

ediləcək  nailiyyətlər  haqqında  təsəvvür  əsaslandırılır.  Məqsəd  ob-

yekt  və  predmetə  əsaslanmalıdır.  Məqsəddə  tədqiqatın  ümumi  ide-

yası  dəqiq  və  lakonik  şəkildə  formalaşır.  Məqsəd  bilavasitə  prob-

lemlə bağlı olur, ondan irəli gəlir, lakin onları eyniləşdirmək olmaz. 

Bəzən dissertasiyanın  elmi nəticəsi əvəzinə yeni  elmi bilik nəzərdə 

tutulur, bununla da məqsəd dəqiq olmur.  

Tədqiqatın  vəzifələri  onun  məqsədinə  xidmət  edir.  Təsadüfi 

deyildir ki, psixoloqlar məqsəd və vəzifəni vəhdətdə götürürlər. Və-

zifə, əslində, konkret şəraitdə yerinə yetirilən məqsəddir. Tədqiqatçı 

məqsədə  nail olmaq üçün tədqiqatın  məntiqini qeyd etməklə  nə  et-

məyin lazım olması haqqında təsəvvür yaradan xüsusi tədqiqat vəzi-

fələrini  formalaşdırır.  Hər  hansı  məqsədə  xidmət  edən  bir  neçə 

vəzifə nəzərdə tutulur. Vəzifələr məqsədin məzmununu, mahiyyəti-

ni dəqiq təsəvvür etməyə imkan verir. 

Tədqiqatın  fərziyyəsi  mahiyyəti  bilinməyən,  elmi  güman, 

ehtimal olub,  elmi  biliklərin inkişafının, nəzəriyyənin,  struktur ele-

mentlərinin  metodlarından,  təkliflərindən  biridir.  Fərziyyə  tədqi-

qatın qarşısında qoyulmuş məqsədə hansı yolla çatmağın gümanını 

qurur.  Fərziyyədə  irəli  sürülən  ehtimal  nəzəri  təhlil,  daha  çox  eks-

perimentin  köməyi  ilə  yoxlanır.  Eksperiment  fərziyyəni  ya  təsdiq 

edir,  ya  da  ehtimalı  inkar  edir.  Belə  olduqda  yeni  fərziyyə  irəli 

sürülür.  Dəqiq  fərziyyə  tədqiqatın  gedişini,  nəticəsini  görməyə  və 

qaydaya salmağa imkan verir.  

Bəzən tədqiq olunan hadisənin müxtəlif cəhətlərini əhatə edən 

çox variantlı fərziyyə formalaşdırılmalı olur. Bununla tədqiqatçı öz 

işini zənginləşdirir, öz mövqeyini möhkəmləndirir.  

Tədqiqat  işində  irəli  sürülən  müddəalar  bir  növ  onun 

predmetinə  uyğun  gəlir.  Mövzudan  asılı  olaraq  müdafiəyə  prinsip-




 

79 


lər, tələblər, nəyinsə elimi cəhətdən əsaslandırılması, nəyinsə varlı-

ğının şəraiti, nəyinsə mexanizmi, nəyinsə səmərəliliyinin meyarları, 

model,  sxem,  metodlar,  priyomlar,  vasitələr  və  s.  belə  müddəalar 

təqdim olunur. Müdafiəyə təqdim olunan müddəalar hamını düşün-

dürən, işlənməsi gözlənilən məsələlər olmalıdır.  

Müdafiəyə  çıxarılan  müddəalar  həmin  mövzuda  tədqiqatın 

aparılması  zərurətindən,  pedaqoji  ictimaiyyəti,  təhsili  narahat  edən 

problemlərin sadalanmasının vacibliyi ilə səsləşməlidir.  

Hər  bir  tədqiqatın  uğuru  onun  metodologiyasının  düzgün 

müəyyənləşdirilməsindən asılıdır. Adətən, təhsil konsepsiyası, təhsil 

qanunu,  hökumətin  təhsil,  gənc  nəslin  tərbiyəsi  haqqında  qərar  və 

sərəncamları,  dialektik  materialist  fəlsəfə,  idrak  nəzəriyyəsi,  gör-

kəmli  nəzəriyyəçi  pedaqoq  və  psixoloqların  fikirləri  tədqiqatın 

fundamental əsasları hesab edilir.  

Hər  hansı  ciddi  tədqiqat  elmi  yeniliklə  nəticələnir.  Yeniliyin 

dərəcəsi, dəyəri müxtəlif səviyyədə ola bilər. Yenilik yığcam şəkil-

də nəticədə  öz  əksini tapır. Bir çox hallarda  tədqiqatın elmi  yenili-

yini nəzəri əhəmiyyətlə eyniləşdirirlər. Elmi yenilikdən fərqli olaraq 

nəzəri  əhəmiyyət  elmi  yeniliyin  yerini,  elmin  inkişafında  onun 

dəyərini göstərir. Nəzəri əhəmiyyət dedikdə, tədqiqatın nəticələrinin 

mövcud  konsepsiyaya,  pedaqoji  nəzəriyyəyə  təsir  göstərən  nəzəri 

təsəvvürlər başa düşülür. Nəzəri əhəmiyyət elmi yeniliklə bilavasitə 

pedaqoji  prosesin  mahiyyəti  və  qanunauyğunluqları  ilə,  nəticənin 

sübut  və  perspektivliyi  ilə  əlaqədar  olub  həmin  məsələlərin  tədris 

təcrübəsində tətbiqi ilə əlaqədar olur, ideyanın doğruluğu haqqında 

mühakimə  yürütməyə  imkan  verir.  Əslində  tədqiqatın  nəzəri 

əhəmiyyəti onun elmi yeniliyində və nəticəsində öz əksini tapır.  

Tədqiqatın nəticələrində onun tətbiqinin pedaqoji təcrübəyə nə 

verəcəyi,  təlim-tərbiyənin  keyfiyyətinin  yüksəlməsində  nə  kimi  rol 

oynayacağı təsvir edilir. Yeniliyin tətbiqi sahəsi, dairəsi, verə biləcəyi 

fayda, sosial-iqtisadi səmərə onun əhəmiyyətini dəyərləndirir.  

Tədqiqatın məntiqi və dinamikası bir sıra mərhələlərin həyata 

keçirilməsini  nəzərdə  tutur:  empirik,  hipotetik  (fərziyyə),  eksperi-

mental-nəzəri (və ya nəzəri), proqnostik.  

Empirik mərhələdə tədqiqatın mövzusu barədə təsəvvür alınır, 

real  təhsil  praktikası,  elmi  biliklərin  səviyyəsi  ilə  hadisələrin 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə