2
MÜNDƏRİCAT
I. Elmi tədqiqat işləri planlarinin yerinə yetirilməsi haqqinda
ümumi məlumat və alinmiş mühüm nəticələr.
3
II. Tətbiq olunmuş elmi nəticələr.
8
III. Elmi təşkilati fəaliyyətinin
xarakteristikasi
9
1. Elmi tədqiqat proqramlarının müsabiqəsində iştirak.
9
2. Beynəlxalq elmi əlaqələr.
10
3. Qrantlar.
15
4. Fundamental elmlər təhsilin qarışılıqlı əlaqəsi.
18
5. Keçirilmiş konfranslar, seminarlar və yubileylər.
19
6. Elmi Şuranın fəaliyyəti
21
7. Nəşriyyat fəaliyyəti.
23
8. Kitabxana.
25
9. Elmi kadrların hazırlanması.
26
10. Maddi-texniki təchizat və maliyyə məsələləri.
28
11. Çatışmazlıqlar və təkliflər
29
3
I. ELMI TƏDQIQAT IŞLƏRI PLANLARININ YERINƏ
YETIRILMƏSI HAQQINDA ÜMUMI MƏLUMAT VƏ
ALINMIŞ MÜHÜM NƏTICƏLƏR
2014-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi-
tədqiqat işləri 2 istiqamət üzrə yerinə yetirilmişdir: riyaziyyat və mexanika.
Bu istiqamətlər üzrə aparılan tədqiqatlar 8 problemi əhatə edir.
Problemlərdən 5-i riyaziyyat, 2-si mexanika, 1-i isə elm və texnikanın tarixi
sahəsində yerinə yetirilən elmi-tədqiqat işlərinə aiddir. Riyaziyyat
sahəsində yerinə yetirilən problemlər aşağıdakılardır:
Operatorların spektral nəzəriyyəsi və operator cəbrlərinin
nəzəriyyəsi.
Funksional fəzalar və müntəzəm cəbrlərdə çəkili kompozisiya
operatorlarının; operator cəbrində operatorun invariant alt fəzalarının;
Banax fəzalarında bir sinif operatorların spektral xassələrinin öyrənilməsi.
Bəzi təsadüfi proseslərin riyazi modelinin qurulması; spektral nəzəriyyənin
düz və tərs səpilmə məsələlərinin tədqiqi.
(problem rəhbəri: prof. Həmdulla Aslanov)
Funksional fəzalar nəzəriyyəsi və çoxobrazlılarda harmonik
analizin problemləri.
Müxtəlif funksional fəzalarda çoxdəyişənli funksiyaların dəyişənlərinin
sayı az olan funksiyaların kompozisiyaları vasitəsilə yaxınlaşması; Bessel
operatorunun doğurduğu sürüşmə operatorlarının çəkili fəzalarda (
q
n,
) –
tipliyi; potensial tipli inteqral operatorların müxtəlif fəzalarda məhdudluğu-
nun öyrənilməsi.
(problem rəhbərləri: akademik Akif Hacıyev, AMEA-nin müxbir üzvləri:
Bilal Bilalov, Vaqif Quliyev, r.e.d. Vüqar İsmayılov)
Diferensial və diferensial operator tənliklərin ümumi və keyfiyyət
nəzəriyyəsi.
Diferensial və diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin
həll edilməsi; həllərin keyfiyyət xassələrinin öyrənilməsi; sərhəd
məsələlərinin spektral xassələrinin tədqiqi; diskret sistemlərdə optimal
idarəetmə məsələləri.
(problem rəhbərləri: AMEA-nin müxbir üzvü Rauf Hüseynov,
professorlar: Misir Mərdanov, Əkbər Əliyev)
4
Cəbr və riyazi məntiqin problemləri.
Diskret riyyaziyyat və nəzəri fizikada cəbrin və məntiqin üsulları.
(problem rəhbərləri: r.e.d. Yuriy Turovskiy, dos. Əli Babayev)
Fənnlər arası riyazi məsələlərin həllinin hesablama-informasiya
texnologiyaları.
Qapalı oblastda özlü, sıxılmayan maye axını üçün sərhəd məsələlərinin
diferensial tənliklər, modelləşdirmə, hesablama riyaziyyatı üsullarının
tətbiqi ilə analiz edilməsi və əldə olunmuş nəticələr əsasında riyazi proqram
paketinin hazırlanması; parametrli dinamik sistemlərin optimal idarə
edilməsi üçün ədədi üsul və alqoritmlərin hazırlanması; azərbaycan dilinin
kompyüterlərdə
işlənilməsi
məsələlərinin
riyazi-informasiya
texnologiyaları əsasında araşdırılaraq müvafiq kompleks proqram
təminatının yaradılması.
(problem rəhbəri: dos. Fariz İmranov)
Mexanika sahəsində yerinə yetirilmiş elmi-tədqiqat işləri 2 problemə
daxildirlər:
Deformasiya olunan bərk cism mexanikası.
Müxtəlif fiziki-mexaniki xassələrə malik cisimlərin təyinedici
tənliklərinin qurulması; tədqiq olunan cisimlər üçün statik və dinamik
məsələlərin həll üsullarının hazırlanması; konstruksiya elementlərinin ilkin
və təkrarlanan yüklənmələr nəticəsində dağılma yerini, vaxtını və
təkrarlanan yüklənmələrin sayını müəyyən edən riyazi üsulun hazırlanması;
konstruksiyalarda xarici təsirlər (qüvvə, temperatur, radiasiya, korroziya)
altında yaranan gərginlik– deformasiya vəziyyətinin və dağılma zamanının
təyin edilməsi, dayanıqlıq və rəqs hərəkətinin tədqiqi.
(problem rəhbərləri: professorlar: Cəfər Ağalarov, Vaqif Hacıyev, Qabil
Əliyev, Lətif Talıblı)
Maye və qaz mexanikası.
Heterogen sistemlər, qazlı maye, dispers məhlul, kompozit qarışıq, axın
və süzülmələrdə yaranan qeyri tarazlıq, qeyri stasionar və qeyri
dayanıqlıqların eksperimental və nəzəri tədqiqatlarının aparılması; onların
lazımi istiqamətlərdə tənzimlənməsinitəmin edən şərt və təkliflər daxil
etməklə müxtəlif texnoloji proseslər üçün həllərin tapılması.
(problem rəhbəri: AMEA-nın müxbür üzvü Qeylani Pənahov)