BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elml
ər seriyası
2015
DİLÇİLİK
UOT 81’28; 81’286
AZƏRBAYCAN DİLİNDƏ KEÇİD ŞİVƏLƏR PROBLEMİ
E.
İ.ƏZİZOV
Bakı Dövlət Universiteti
azizov_elbrus@mail.ru
Az
ərbaycan dilinin dialekt üzvlənməsinin xarakterik xüsusiyyətlərindən biri keçid
şivələrin olmasıdır. Məlum olduğu kimi, keçid şivələr müxtəlif ləhcələrin (yaxud dialekt
qruplarının) arasındakı keçid zonasında əmələ gəlir və belə şivələrdə həmhüdud dialektlərin
f
ərqləndirici əlamətləri müşahidə edilir. Azərbaycan dili dialektlərinin türkologiyada geniş
yayılmış təsnifatında bu dildə üç keçid şivənin olduğu qeyd olunur (Göyçay, Ağdaş və Cəbrayıl
şivələri). Ancaq həmhüdud dialektlərin sərhədlərində yerləşmiş şivələrin əlamətlərinin ətraflı
t
əhlili bəzi digər şivələrin də keçid xarakterli olduğunu göstərir. Monoqrafik tədqiqatların və
dilçilik coğrafiyasının faktlarına əsaslanaraq belə nəticəyə gəlmək olar ki, cənub-şərqdə
C
əlilabad, Biləsuvar şivələri, cənub-qərbdə isə Zəngilan və Qubadlı şivələri də öz xarakterinə
gör
ə keçid tipli şivələrdir.
Açar sözl
ər: Azərbaycan dili, keçid şivələr, keçid şivələrin tədqiqi, Cəbrayıl şivələri,
Bil
əsuvar şivələri
Az
ərbaycan dilində keçid tipli şivələrin olması haqqında ilk məlumata biz
h
ələlik A.Vəliyevin 1952-ci ildə Moskva Dövlət Universitetində müdafiə etdiyi
“Abşeron yarımadasının qərb rayonları şivələri” mövzusundakı namizədlik dis-
sertasiyasında rast gəlmişik. O, bu əsərində Qərbi Abşeron kəndləri şivələrinin
bir t
ərəfdən Bakı şivələri ilə Quba şivələri arasında, digər tərəfdən isə Bakı
şivələri ilə Sabirabad şivələri arasında keçid xarakterində olduğunu və buna
gör
ə də, həmin şivələri xüsusi bir qrupda ayırmağın məqsədəuyğun olduğunu
göst
ərmişdir (1, 2-3). Azərbaycan dilində keçid tipli şivələrin mövcudluğu
bar
ədəki fikir R.Rüstəmovun 1953-cü ildə nəşr olunmuş “Azərbaycan dia-
lektologiyası proqramı”nda da öz əksini tapmışdır. Proqramın “Azərbaycan
dilinin dialekt v
ə şivələri” bölməsində keçid şivələrlə əlaqədar belə bir qeyd
var: “Şərq, şimal və qərb qrupları arasında keçid təşkil edən şivələr (Ağdaş,
Göyçay v
ə s. şivələr)” (2, 11).
5
Göyçay, Ağdaş keçid şivələrinin hərtərəfli öyrənilməsi A.Vəliyevin adı
il
ə bağlıdır. O, 1954-cü ildən başlayaraq iyirmi il müddətində keçid şivələrin
yayıldığı ərazidə dialektoloji araşdırmalar aparmışdır. A.Vəliyev 1956-cı ilin
dekabrında Bakıda keçirilmiş türk dillərinin dialektologiya məsələləri üzrə
əlaqələndirmə müşavirəsində Azərbaycan Dövlət Universitetində aparılan dia-
lektoloji t
ədqiqatlar haqqında məlumatla çıxış edir. Onun məlumatında Ağdaş
v
ə Göyçay şivələrinin keçid tipli şivələr olduğunu əsaslandırmaq məqsədilə
fonetik, morfoloji v
ə leksik xarakterli faktlar göstərilir. A.Vəliyevin məlumatı
“Az
ərbaycan Dövlət Universitetində dialektoloji iş” adı ilə 1958-ci ildə “Türk
dill
ərinin dialektologiyası məsələləri” toplusunda nəşr olunur (3). XX əsrin 60-
cı illərindən etibarən A.Vəliyevin keçid şivələr probleminə dair tədqiqatları
geniş vüsət alır, sanballı elmi nəşrlərdə bir sıra məqalələri nəşr edilir: “Azər-
baycan dilinin
keçid şivələrinin bəzi fonetik xüsusiyyətləri (Göyçay keçid
şivələrinin materialı üzrə)” (1960), “Azərbaycan dili keçid şivələrinin bəzi
xüsusiyy
ətləri haqqında” (1963), “Azərbaycan dili keçid şivələrində bəzi səs
əvəzlənmələri (Ağdaş və Ucar şivələri materialları üzrə)” (1965), “Azərbaycan
dilind
ə keçid şivələr probleminə dair” (1966), “Həmhüdud dialekt qruplarının
s
ərhədlərində bəzi qanunauyğun hadisələr haqqında (Azərbaycan dili keçid
şivələrinin materialı üzrə)” (1966), “Ağdaş keçid şivələrində sait fonemlər
sistemi haqqında bəzi qeydlər” (1967) və s.
A.V
əliyevin 1960-cı ildə Göyçay keçid şivələrinin leksikasına, 1975-ci
ild
ə isə keçid şivələrin morfologiyasına və sintaksisinə aid kitabları nəşr olunur
(4; 5). Alimin keçid şivələrə dair tədqiqatları 1975-ci ildə müdafiə etdiyi
“Az
ərbaycan dilinin keçid şivələri” mövzusundakı doktorluq dissertasiyası ilə,
dem
ək olar ki, yekunlaşır (6). Bu əsər tam şəkildə 2005-ci ildə Azərbaycan
Milli Elml
ər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının qərarı
il
ə nəşr olunmuşdur (7).
Az
ərbaycan dialektologiyasında Cəbrayıl rayonu şivələrinin keçid tipli
olmasını ilk dəfə T.İ.Hacıyev müəyyənləşdirmişdir. O, “Cəbrayıl şivələrinin
fonetikası” (1960) məqaləsində Cəbrayıl rayonu şivələrinin Azərbaycan dilinin
q
ərb və cənub qrupu dialekt və şivələri arasında keçid mövqeyində olduğunu
göst
ərmişdir (8, 3). T.İ.Hacıyev 1962-ci ildə namizədlik dissertasiyası kimi
müdafi
ə etdiyi “Azərbaycan dilinin Cəbrayıl şivəsi” adlı əsərində 30-a qədər
k
ənddən topladığı dialektoloji material əsasında Cəbrayıl rayonu şivələrinin
Az
ərbaycan dilinin qərb və cənub dialekt qrupları arasında keçid təşkil et-
m
əsini konkret faktlarla əsaslandırmış, həmin şivələrin qərb və cənub dialekt
qrupları ilə uyğun gələn fonetik, qrammatik və leksik xüsusiyyətlərini müəyyən
etmişdir (9, 4-5). Müəllifin türk dillərinin dialektologiyası məsələləri üzrə III
m
əhəlli müşavirədəki (Bakı, 24-28 noyabr 1960-cı il) çıxışında da Cəbrayıl
şivələrinin keçid xarakterindən bəhs edilir (10).
1960-
cı ildən başlayaraq Azərbaycan dili dialektlərinin M.Şirəliyev tərə-
find
ən verilmiş bölgülərində keçid şivələr də nəzərə alınır. O, “Dilin dialekt
üzvl
ənməsi problemi” (1960) məqaləsində Azərbaycan dilində keçid tipli üç
6
şivənin olduğunu göstərir: 1) dialektlərin şərq və qərb qruplarının xüsusiyyət-
l
ərini birləşdirən Göyçay şivəsi; 2) dialektlərin şərq və şimal qruplarının xü-
susiyy
ətlərini birləşdirən Ağdaş şivəsi; 3) Azərbaycan dili dialektlərinin qərb
v
ə cənub qruplarının xüsusiyyətlərini birləşdirən Cəbrayıl şivəsi (11, 98).
M.Şirəliyev “Dil və dialekt problemi haqqında” (1963) məqaləsində
Az
ərbaycan dilinin bir sıra dialektlərini, o cümlədən Göyçay və Cəbrayıl keçid
şivələrini səciyyələndirən xüsusiyyətləri də göstərir (12, 39-40). Görkəmli
dialektoloq alim “Az
ərbaycan dialektologiyasının əsasları” adlı dərs vəsaitinin
ikinci n
əşrində (13, 16-17) keçid şivələri təsnifatdan çıxarsa da, özünün son
fundamental t
ədqiqatı olan “Azərbaycan dilinin dialekt və şivələri” (rus dilin-
d
ə) əsərində Azərbaycan dilində keçid tipli üç şivənin olduğunu (Göyçay,
Ağdaş, Cəbrayıl şivələri) bir daha qeyd etmişdir (14, 6).
Dialektoloji t
ədqiqatlara görə, Cəbrayıl rayonu şivələrinin keçid xarak-
terli şivələr olduğunu göstərən başlıca xüsusiyyətlər aşağıdakılardır (8, 3-8; 9;
10, 211-212; 12, 40).
Q
ərb şivələrinin xüsusiyyətləri:
1. Velyar n¸
samitinin işlənməsi: yan¸ax, dən¸iz (Qazanzəmi, Dağ Tumas,
Qaracallı), gözün¸, gözün¸üz, gəldin¸, gəldin¸iz (Qazanzəmi, Dağ Tumas).
2. Saitl
ərarası mövqedə və təkhecalı sözlərin sonunda c>j dəyişməsi: bajı,
qoja, alajam, gej.
3. Söz sonunda b>f d
əyişməsi: kitaf, gəlif.
4. Dodaq ah
ənginin möhkəmliyi: qurmuyuf, görmüyüf.
5. Saitl
ə bitən isimlərin təsirlik halında -yı, -yi, -yu, -yü şəkilçisinə təsadüf
edilm
əsi: qapıyı, baltıyı, dəvəyi, quzuyu (Böyük Mərcanlı, Hovuslu, Sofulu).
6. Leksik t
ərkibdə qəlbi “hündür, uca”, mama “bibi”, sovrux “döşəkağı”,
ismarramax
“sifariş, xəbər göndərmək” və s. sözlərin işlənməsi.
C
ənub şivələrinin xüsusiyyətləri:
1. Saitl
ərin burun variantlarının işlənməsi: əlã:, əlĩ:z, aldĩ:z, bildĩ:z.
2. Sözün birinci hecasında yarımqapalı e saitinin açıq ə saitinə keçidi: əv,
s
əvgi.
3. o>a
uyğunluğu: av, dafşan, qavırmax.
4. Dilönü qovuşuq ц samitinin mövcudluğu: цay, цörəx¸ (Sirik k.).
5. Dilortası k, g samitlərinin müvafiq olaraq affrikat ç, c samitlərinə
keçidi. k>ç: ç
ət, çəhriz; g>c: cəlin, cilas (Sirik k.).
6. Söz
əvvəlində x>h dəyişməsi: hovuz, hırman (Horovlu k.).
7. Söz ortasında y>v uyğunluğunun olması: şivit, çəvirkgə.
8. Leksik t
ərkibdə sürütmə “evdə geyilən ayaqqabı”, xudru “nahaq, əbəs”,
q
əzilləməx¸ “aldatmaq” və s. sözlərin işlənməsi.
N
əzəri baxımdan, demək olar ki, əgər doğrudan da dildə yanaşı yerləşmiş
müxt
əlif dialektlər (ləhcələr) mövcuddursa, onda əsas ləhcələr arasında keçid
(aralıq) şivələr zonası da olmalıdır və bu zona heç də 1-2 rayonun ərazisini
deyil,
əsas ləhcələrin və ya müxtəlif dialekt qruplarının sərhədində olan ərazini
əhatə etməlidir. Bundan başqa, keçid şivələrin yayıldığı ərazi müasir inzibati
7
bölgül
ərlə uyğun gəlməyə də bilər. Keçid şivələrlə əlaqədar olan bu müddəalar
Az
ərbaycan dili dialektlərinə aid monoqrafik tədqiqatların nəticələri ilə təsdiq
olunur. Misal üçün dey
ək ki, Ağdaş keçid şivəsi Ağdaş rayonundan əlavə
Q
əbələ rayonunun cənubunda və Yevlax rayonunun şimal-şərqindəki kəndləri,
Göyçay keçid
şivələri isə indiki Göyçay, Ucar və Zərdab rayonlarını bütünlüyü
il
ə, Kürdəmir və Ağsu rayonlarının qərbində, eləcə də İsmayıllı rayonunun
c
ənubunda yerləşən bir neçə yaşayış məntəqəsini də öz təsir dairəsinə alır (5, 4).
Göyçay keçid şivələrində əsasən şərq, qərb, qismən şimal şivələrinin, Ağdaş
keçid şivələrində isə başlıca olaraq şimal və qərb şivələrinin, qismən isə şərq
şivələrinin xüsusiyyətləri müşahidə edilir.
Araşdırmalar göstərir ki, Azərbaycan dilinin keçid şivələri yalnız Ağdaş,
Göyçay v
ə Cəbrayıl şivələri ilə məhdudlaşmır. Tədqiqatçılar Zəngilan, Qara-
kils
ə, Cəlilabad, Qubadlı şivələrinin də keçid səciyyəli olduğunu göstərmişlər
(15, 3; 16, 18; 5, 3; 17, 313-314; 18, 8-9). Ming
əçevir ətrafındakı və İmişli
rayonu
ərazisindəki bəzi kənd şivələrinin də keçid xüsusiyyətli olduğu
mü
əyyən edilmişdir (19, 20; 20, 4).
A.V
əliyev Cəlilabad şivələri ilə yanaşı Yardımlı şivələrini də keçid
şivələrinə aid edir (5, 3; 6, 17). Ancaq Yardımlı şivələrində cənub dialekt xüsu-
siyy
ətləri üstün olduğuna görə həmin şivələri Azərbaycan dilinin cənub
l
əhcəsinə aid etmək daha doğrudur.
Az
ərbaycan dialektologiyasında Biləsuvar rayonu şivələri Muğan şivə-
l
ərinin tərkibində dialektlərin şərq qrupuna daxil edilir. Ancaq faktlar göstərir
ki, Bil
əsuvar rayonu şivələri Azərbaycan dilinin həm şərq, həm də cənub
şivələrinə xas olan xüsusiyyətləri özündə birləşdirir (Bax: 21; 22).
1. Sözün birinci hecasında e, ö saitlərinin paralel olaraq işlənməsi: əv//öy,
s
əvgi//söygü, çəvir//çöyür.
2. Deyil sözünün d
əyil (Bəydili k.), də:l (Yuxarı Cürəli, Xırmandalı), dö:l
(D
ərvişli k.) formalarının işlənməsi.
3. o>a s
əs uyğunluğunun olması: av, avçı
i
(D
ərvişli k.), qavmağ
(Əmənkənd k.).
4. Söz ortasında həm y, həm də g səsinin işlənməsi: iynə//ignə, dü-
yü//dügü, düym
ə//dügmə.
5. Çoxhecalı sözlərin sonunda b>p hadisəsinin olması: corap, kabap,
qutap (Müqayis
ə et: Ordubad, Şərur şivələrində corap, kavap, qutap).
6. Söz sonunda dilarxası kar x səsinin işlənməsi: yarpax, qabıx, balıx.
7. N
əqli keçmiş zamanın III şəxs təkində bəzi şivələrdə -ıp, -ip, -up, -üp,
b
əzi şivələrdə isə -ıb, -ib, -ub, -üb şəkilçilərinin işlənməsi: qaçıp, gəlip, durup,
görüp (N
ərimanovka, Ağayrı, Xırmandalı, Biləsuvar-qəsəbə, Ağalıkənd, Yu-
xarı Cürəli), oxuyub, gülüb (Əliabad, Təzəkənd, Xırmandalı) (Müqayisə et:
T
əbriz şivələrində alıp, gəlip, tutup, görüşüp).
8. İndiki zamanda -ey şəkilçisinin olması: aley, gəley, qoey (Qlubinka,
Əmənkənd, Yuxarı Cürəli).
9. Qeyri-q
əti gələcək zamanda I və II şəxslərin cəmində şəxs şəkil-
8
çil
ərinin həm dodaqlanmayan, həm də dodaqlanan variantlarına təsadüf edil-
m
əsi: qaçarıx//qaçarux, qaçarsız//qaçarsuz, yiyərsiz//yiyərsüz (Bəydili k.).
10. Şərt şəklinin II şəxs cəmində -saz, -səz formasının olması: alsaz,
bils
əz (Əliabad, Yuxarı Cürəli).
Muğan bölgəsinin Salyan, Sabirabad şivələri ilə müqayisədə Biləsuvar
şivələrinin bəzi xüsusiyyətləri ədəbi dilin normaları ilə uyğun gəlir.
1. İncəsaitli sözlərdə söz sonunda ədəbi dildə olduğu kimi dilortası kar k
samitinin işlənməsi: külək, ələk, çiçək, kiçik.
2. Saitl
ər ahənginin həm dodaqlanmayan, həm də dodaqlanan saitlər üzrə
gözl
ənilməsi: aldın, işlədin, aldıx, gəldik, aldız, bildiz, qortdu, güldü (Əliabad,
Yuxarı Cürəli), oxumuşux, gülmüşüg, oxuyubsuz, gülübsüz, oxuyub, gülüb (Əli-
abad, T
əzəkənd, Xırmandalı), alacaxsız, görəcəgsiz (Əliabad, Bəydili, Yuxarı
Cür
əli).
Şimal-şərq və cənub ləhcələri arasındakı keçid zonasında yerləşən Bilə-
suvar şivələrində həm şərq, həm də cənub dialekt xüsusiyyətlərinin olması,
b
əzi xüsusiyyətlərin paralel şəkildə işlənməsi, Muğan bölgəsinin digər şivələri
il
ə müqayisədə ədəbi dillə uyğun gələn xüsusiyyətlərə daha çox təsadüf
edilm
əsi – bütün bunlar keçid şivələrə xas olan əlamətlərdir.
Deyil
ənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycan dilinin keçid
şivələri Kür çayından şimalda Ağdaş, Göyçay, Ucar, Zərdab rayonlarının, cə-
nub-
şərqdə Cəlilabad, Biləsuvar rayonlarının, nisbətən cənub-qərbdə isə Cəb-
rayıl, Zəngilan və Qubadlı rayonlarının ərazilərində yerləşir.
ƏDƏBİYYAT
1.
Велиев А.Г. Говоры западных районов Апшеронского полуострова. Автореф.
дис. ...канд. филол. наук. М., 1952, 16 с.
2. Az
ərbaycan dialektologiyası proqramı. Tərtib edəni: R.Rüstəmov. Bakı: ADU nəşriyyatı,
1953, 14 s.
3.
Велиев А.Г. О диалектологической работе в Азгосуниверситете / Вопросы диалек-
тологии тюркских языков. Труды Инст-та лит. и яз. им. Низами, т. XII. Баку: АН
Азерб. ССР, 1958, с.123-124.
4. V
əliyev A.H. Azərbaycan dialektologiyası (Göyçay keçid şivələrinin leksikası). Bakı: ADU,
1960, 87 s.
5. V
əliyev A.H. Azərbaycan dialektologiyası (Keçid şivələrin morfologiyası və sintaksisi).
Bakı: ADU, 1975, 118 s.
6.
Велиев А.Г. Переходные говоры азербайджанского языка. Автореф. дис. ...док. филол.
наук. Баку, 1975, 100 с.
7. V
əliyev A. Azərbaycan dilinin keçid şivələri. Bakı: Elm, 2005, 334 s.
8. Hacıyev T.İ. Cəbrayıl şivələrinin fonetikası // ADU-nun elmi əsərləri. İctimai elmlər seriyası,
1960, №5, s.3-15.
9. Гаджиев Т.И. Джебраильский говор азербайджанского языка. Автореф. дис. ...канд.
филол. наук. Баку, 1962, 21 с.
10.
Гаджиев Т.И. Выступление на III региональном совещании по вопросам диалек-
тологии тюркских языков // Вопросы диалектологии тюркских языков, т. III, Баку:
АН Азерб. ССР, 1963, с. 211-213
11. Ширалиев М.Ш. Проблема диалектного членения языка // Вопросы диалекологии
тюркских языков, т. II. Баку: АН Азерб. ССР, 1960, с. 96-102
9
12. Ширалиев М.Ш. О проблеме языка и диалекта / Вопросы диалектологии тюркских
языков, т. III. Баку: АН Азерб. ССР, 1963, с. 34-40.
13
. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Ali məktəblər üçün dərs vəsaiti, 2-ci
n
əşri. Bakı: Maarif, 1968, 421 s.
14.
Ширалиев М.Ш. Диалекты и говоры азербайджанского языка. Баку: Элм, 1983, 197 с.
15. Бехбудов С. Зангеланский говор азербайджанского языка. Автореф. дис. ...канд. фи-
лол. наук. Баку, 1966, 25 с.
16. Багиров Г.А. Говоры азербайджанского языка Сисианского района Армянской ССР.
Автореф. дис. ...канд. филол. наук. Баку, 1966, 26 с.
17.
Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı: BDU, 1999, 354 s.
18. Abbasova R. Az
ərbaycan dilinin Qubadlı rayonu şivələri. Bakı: Çinar-çap, 2006, 204 s.
19.
Ахмедов Б.Б. Говоры окрестностей города Мингечаура (Мингечаурские говоры
азербайджанского языка). Автореф. дис. ...канд. филол. наук. Баку, 1967, 20 с.
20. Джафарзаде М.М. Говоры Имишлинского района азербайджанского языка. Автореф.
дис. ...канд. филол. наук. Баку, 1969, 29 с.
21. Az
ərbaycan dilinin dialektoloji atlası. Redaktorları M.Ş.Şirəliyev, M.İ.İslamov. Bakı: Elm,
1990, 284 s.
22. Az
ərbaycan dilinin Muğan qrupu şivələri. Redaktoru R.Ə.Rüstəmov. Bakı: Azərb. SSR EA
n
əşriyyatı, 1955, 262 s.
ПРОБЛЕМА ПЕРЕХОДНЫХ ГОВОРОВ
В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ
Э.И.АЗИЗОВ
РЕЗЮМЕ
Одной из характерных особенностей диалектного членения азербайджанского
языка является наличие переходных говоров. Как известно, переходные говоры обра-
зуются в переходной зоне между разными наречиями (или диалектными группами), и
поэтому в таких говорах наблюдаются отличительные признаки смежных диалектов. В
классификации диалектов азербайджанского языка, широко распространенной в тюрко-
логии, в данном языке отмечается наличие трех переходных говоров (геокчайский, аг-
дашский и джебраильский). Однако детальный анализ признаков говоров, располо-
женных на границе смежных диалектов, показывает переходный характер и некоторых
других говоров. Опираясь на данные монографических исследований и лингвистической
географии можно сделать вывод о том, что на юго-востоке джалилабадские и биле-
суварские, на юго-западе – зангеланские и губатлинские говоры по своему характеру
являются говорами переходного типа.
Ключевые слова: азербайджанский язык, переходные говоры, исследование
переходных говоров, джебраильские говоры, билеcуварские говоры.
10
PROBLEM OF TRANSITIVE DIALECTS IN THE AZERBAIJANI LANGUAGE
E.I.AZIZOV
SUMMARY
One of the prominent features of dialectical partitioning of the Azerbaijani language is
the presence of transitive dialects. As is known, transitive dialects are formed in a transitive
zone between different folk speeches (or dialectical groups) and consequently, in such dialects
distinctive signs of adjacent dialects are observed. In the wide-spread classification of the
Azerbaijani dialects in Turkology there are three transitive dialects in this language: Geokchay,
Aghdash and Jabrayil. However, the detailed analysis of the signs of the dialects located on the
border of adjacent dialects shows that some other dialects are of transitive character as well.
Leaning on given monographic researches and linguistic geography, it is possible to draw a
conclusion that Jalilabad and Bilesuvar dialects in the southeast and Zangelan and Gubadly
dialects in the southwest are of transitive type.
Key words: the Azerbaijani language, transitive dialects, research of transitive dia-
lects, Jabrayil dialects, Bilesuvar dialects.
11
Dostları ilə paylaş: |