137
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-
siyasi elmlər seriyası
2012
POLİTOLOGİYA
UOT.321.7
AZ
ƏRBAYCAN XALQININ FƏLSƏFİ-SİYASİ FİKRİNDƏ
SİYASƏTİN OPTİMALLIĞI PROBLEMİ
X.S.İBRAHİMOVA
Azərbaycan Dövlət İqtisad Universiteti
Xayala443@hotmail.com
Siyasətin formalaşması və həyata keçirilməsi həm ümumi, həm də spesifik milli
faktorlarla şərtlənir. Bu baxımdan xalqımızın fəlsəfi-siyasi fikrində siyasət və onun optimallığı
probleminə dair yanaşmaların araşdırılması Milli müstəqillik şəraitində Azərbaycan üçün
xüsusi aktuallıq kəsb edir. Məqalədə siyasət və onun səmərəliliyi haqqında Azərbaycan fəlsəfi-
siyasi fikri tarixində irəli sürülən müddəa və təlimlər təhlil olunur. Müəllif qədim dövrün mühüm
abidəsi olan “Avesta”da, orta əsr Azərbaycan mütəfəkkirlərindən N.Gəncəvinin, N.Tusinin,
M.Fü
zulinin, o cümlədən, XVIII-XIX əsrlərin görkəmli maarifçiləri M.Kazımbəyin və M.Axundovun
siyasətin səmərəliliyinə dair fikirlərini nəzərdən keçirərək onlara münasibət göstərir.
Açar sözlər: siyasət, siyasətin səmərəliliyi və optimallığı, dövlət, hakimiyyət,
demokratiya, milli mentalitet
Siyasət bütün dünya xalqlarının ictimai həyatını əhatə edən, dəyişdirən
və istiqamətləndirən qüdrətli fenomendir və buna görə də onu yalnız məcmu
halında, beynəlxalq miqyaslı, dünya hadisəsi kimi götürməklə adekvat başa
düşmək olar. Siyasətin formalaşması və həyata keçirilməsi həm milli, həm də
ümumi səbəblərə malikdir. Onun fərdi, milli ölçüdə anlaşılması, əslində bütöv
tamın, yəni dünya miqyaslı siyasətin müəyyən bir hissəsini təşkil edir.
Siyasətin optimallığı məsələsi onun elmi ədəbiyyatda obyektiv və sub-
yek
tiv amilləri ilə əlaqədə nəzərdən keçirilir. Obyektiv amil dedikdə araş-
dırılan konkret zaman kəsiyində siyasət məkanında ictimai prosesin nəticəsi
kimi formalaşan əslində nə insanlardan, nə də siyasi liderlərdən asılı olmayan
şərtlər məcmusu başa düşülür. Subyektiv amillər adı altında isə siyasət sub-
yektlərinin intellektual səviyyəsi, peşə və ümumi mədəni keyfiyyətləri, onların
həyat və təfəkkür oriyentirləri, hadisələrə yanaşma metodları və qiymətlən-
138
dirmə meyarları, siyasi fəaliyyətə qoşularkən qarşılarına qoyduqları məqsədlərin
saflıq dərəcəsi və s. nəzərdə tutulur (11, 314-320).
Optimal siyasətin həyata keçirilməsi, onun subyektlərindən yüksək siya-
si məharət tələb edir. Siyasi məharət – mövcud imkanlardan yüksək səviyyədə
i
stifadə etmək, nəzəri biliklər, məntiqi mülahizələr, fərziyə və intuisiya
əsasında düzgün qərar qəbul etmək bacarığı, yaradıcı cəsarətdir deməkdir.
Siyasətin optimallığı probleminin tədqiqi siyasi fikrin kortəbii inamdan
elmi məsələyədək keçdiyi uzun inkişaf yolunun, onun əsas keyfiyyət mərhə-
lələrinin izlənilməsinə imkan verir. Bu problemin öyrənilməsi siyasi-praktiki,
ideoloji, həmçinin sosial-mədəni baxımdan xüsusilə mühüm əhəmiyyət kəsb
edir, insanların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Siyasi mütəfəkkirlərin siyasət və onun optimallığı problemi ilə bağlı fi-
kirləri, irəli sürdükləri müddəaların təhlili belə bir qənaətə gəlməyə imkan ve-
rir ki, bu məsələləri dərindən öyrənmədən siyasi sistemin inkişafının aktual və-
zi
fələri və perspektivlərinin, onun sosial münasibətlərinin keyfiyyətcə təkmil-
ləşdirilməsində rolunun müəyyənləşdirilməsi, həmçinin cəmiyyətin bütün sa-
hələrində qanunun aliliyinin təmin edilməsi qeyri-mümkündür. Çünki bunsuz
xalq hakimiyyətinin inkişafı əsasında siyasi qayda-qanunun qorunub saxla-
nılması mexanizmini gücləndirmək iqtidarında olan irimiqyaslı, mühüm siyasi
islahatların həyata keçirilməsinin elmi platformasının işlənilməsi çətin olardı.
Azərbaycanda siyasi fikir qədim dövrdə müxtəlif miflərin və əfsanələrin
əsasında yaranmışdır. Bu miflər və əfsanələrdə Azərbaycan xalqının ulu baba-
la
rının bəzi siyasət məsələlərinə dair baxışları öz ifadəsini tapmış və bu qədim
fi
kirlər onun təfəkküründə dərin iz salmışdır. Azərbaycanda dövlət və haki-
miyyət ideologiyası qismində irəli sürülmüş mənəvi-əxlaqi, sosial, iqtisadi və
siyasi baxışlar daha çox ilk dinlərdən biri olan zərdüştilikdə ifadə olunmuşdur.
Qədim şərqin və Azərbaycanın siyasi fikrinin ilk abidəsi «Avesta» ol-
muşdur. Burada siyasət, siyasi və ictimai fikir məsələləri, qədim hüququn
vacib problemləri ifadə olunmuşdur. İnsan şüurunun inkişafı yollarının uzun
müd
dət axtarışı nəticəsində ilk dəfə olaraq «Avesta» adı altında yazılı qanun-
lar yaradılmışdır. «Avesta» qədim dövrdə və erkən feodalizm dövründə Azər-
baycandakı fəlsəfi-siyasi və hüquqi cərəyanların, təlimlərin öyrənilməsi üçün
başlıca mənbədir. «Avesta»nın yüksək elmi dəyəri bundadır ki, o Azərbaycan
siyasi fikrinin və qədim hüququn ümumi problemləri ilə bilavasitə bağlıdır və
bu biliklərin özünəməxsus ensiklopediyası kimi çıxış edir. Digər tərəfdən,
«Avesta» xalqın dövlətçilik müdrikliyinin ifadəsidir (13, 21).
«Avesta»ya görə, dövlət göylərin padşahlığının yerdə reallaşmasıdır.
Bu
rada dövlətə xas olan bəzi funksiyaları da görmək olar. Onlar aşağıdakılar-
dır: malik olmaq, nəzarət etmək, idarə etmək, cəzalandırmaq, müdafiə etmək,
həmçinin qayğı göstərmək, yedizdirmək, sığınacaq vermək, əhalinin artımını
tənzimləmək və nəzarətdə saxlamaq, ölkənin müdafiəsi üçün silahlı qüvvələrə
malik olmaq
, müqavilələr bağlamaq və s.
139
«Avesta»da «dövlət» anlayışı hər bir xarici nəzarətdən daxili müstəqil-
lik, sərbəstlik və suverenlik, ayrıca bir ərazi və zərdüşt dininin ardıcılları üzə-
rin
də ayrılmaz hökmranlıq etmək, onların səylərini şər qüvvələrlə mübarizəyə,
gələcək cəmiyyətin yaradılmasına istiqamətləndirmək imkanı kimi nəzərdə
tutu
lur. «Avesta»ya görə, dövlətin əsas funksiyalarından birini kütlələri səfər-
bər edən, xalqın vahidliyini möhkəmləndirən müqəddəs odu qoruyub saxla-
maq
dır. «Avesta» Aşinin qorunmasını zəruri hesab edir, çünki xalqın rifah
halı, idarəetmənin ədalətli obrazı, həmçinin hər bir insanın varlı olması və
şəxsi həyatı bundan asılıdır (13, 27).
«Avesta»da nəzərdə tutulan bir sıra digər tədbirlər dövlətin iqtisadi
qüdrətinin möhkəmlənməsinə yönəlmişdir ki, bunlarsız düşmənə qalib gəlmək
olmazdı.
«Avesta»da hökmdarlara, dövlət başçılarına xüsusi yer ayrılır. Belə ki,
burada dövlət başçısı eyni zamanda ali və dini rəhbərdir, o, xalqın fikirlərini
və istəklərini düzgün məcraya yönəldə bilən, xalq arasında zərdüştlik dini
təlimini yayan ideoloq olmalıdır.
Hakimiyyətin özü sakral hesab olunurdu və onun mənşəyi Xeyir və
Şərin əbədi mübarizəsi haqqında rəvayətə əsaslanan dini ənənə ilə əlaqələndi-
ri
lir və müqəddəsləşdirilirdi.
Fəlsəfədə və dində çox vaxt siyasətin əsaslandırılması, əxlaqda isə ona
bəraət qazandırmaq cəhdləri olmuşdur. Məlumdur ki, orta əsrlərdə həm
Qərbdə, həm də Şərqdə dini dünyagörüşü hakim olmuşdur. Dövlətə, hüquqa
dini münasibət bir çox əsrlər mühafizəkar və mürtəce siyasi proqramların söy-
kənəcəyi idi. VII əsrin ortalarından başlayaraq Azərbaycanda tədricən İslam
dini hakim dinə çevrilmişdir. İslam Azərbaycan torpağına yeni, bütün müm-
kün ideyaları (hənifi, şəfiyi, maliki və s.) və müsəlman hüququnu gətirmişdir.
Bu istiqamətlər müxtəlif yollarla, lakin dinin üstünlüyü mövqeyindən müxtəlif
hüquqi situasiyaların və hakimiyyət, dövlət və siyasətin mənşəyi konsepsiyası-
nın izahını verirlər (10, 39).
Orta əsrlər Şərqində demokratiya və azadfikirlilik, cəmiyyətin ədalətli
idarə edilməsi ideyaları geniş yer tuturdu. Bu baxımdan Azərbaycan siyasi
fikrinin tanınmış nümayəndəsi Nəsirəddin Tusinin «Əxlaqi Nasiri» və s. əsər-
lərdə ədalətli dövlət və cəmiyyət problemlərinin qoyulması xüsusilə diqqəti
cəlb edir. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin «Xəmsə»sində də
ədalətli cəmiyyət obrazının yaradılması insan hüquqları problemi prizmasın-
dan olduqca əhəmiyyətlidir.
Adətən müsəlman mütəfəkkirlərinin sosial ədalət probleminə və ictimai
təşkiledilmənin formalarına müraciətlərinin nəzəri bünövrəsini araşdıran bu
tədqiqatçılar onun kökündə antik yunanların irsinin durduğunu göstərirlər. VIII
əsrdən başlayaraq İslamda ictimai həyatın reqlamentləşdirilməsi və nizamlan-
ma
sına müstəsna əhəmiyyət verilir. Məsələn, təhlil göstərir ki, tarixi Azərbaycan
mütəfəkkirlərinin bir çoxu ideallardan uzaq olmuş, onların başlıca səyləri
ədalətli sosial quruluş nəzəriyyələrinin yaradılmasına yönəlmişdir (10, 37).
140
Bu baxımdan ideal cəmiyyətdə dövlət quruluşu ideyaları xüsusi maraq
doğurur. Belə cəmiyyətə müharibələr yaddır, burada sülh və dostluq çiçəklə-
nir, qoşunlar və silahlanma yoxdur. Azərbaycan mütəfəkkirlərinin baxışlarının
mərkəzində müdrik, xeyirxah, cəsarətli insan durur, Nizami Gəncəvinin sözləri
ilə desək, onun üçün ən əsası “sağlamlıq, təhlükəsizlik və təminatdır”. Böyük
şair öz «Xəmsə»sində belə bir ədalətli cəmiyyətin layihəsini yaradır. O, burada
özünün təliminin məqsədini ətraflı ifadə edərək nə ağaların, nə qulluqçuların,
nə istismar edənlərin, nə də istismar olunanların olduğu harmonik cəmiyyət
obrazı yaradır. Bu cəmiyyətdə siniflər və düşmənçilik yoxdur, insanlar yalnız
qocaldıqdan sonra ölürdülər. Mütəfəkkir bu sosial idealın həyata keçirilməsini
gələcək nəsillərə vəsiyyət edirdi (4).
İnsanlarda, xüsusilə dövlət başçılarında daim daha çox müsbət keyfiy-
yətləri görmək istəyən filosof heç şübhəsiz ki, İsgəndəri dünya tarixinin ən
ideal şəxsiyyəti kimi yaratmaya bilməzdi (3, 46). Araşdırılan mövzu konteks-
tin
də məşhur Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin əsərləri, xüsusilə də
“Əxlaqi Nasiri” əsəri xüsusi maraq doğurur. N.Tusinin ideyalarına görə dövlət
beynin səylərinin nəticəsi kimi çıxış edir və o zaman yaranır ki, bir-biri ilə
düşmən olan insanlar affektlə idarə olunan təbii vəziyyətin faydasızlıqlarını
gör
ərək, öz üzərinə onların müdafiəsi, təhlükəsizliyi və s. kimi fərdi təbii
hüquq
larının reallaşdırılmasını götürən təsisatın yaradılması üçün könüllü
birləşirlər. Qeyd etmək lazımdır ki, N.Tusidə “dövlət” və “cəmiyyət” anlayış-
ları identikdir. O, dövlət-cəmiyyətin strukturunu işləyib və onun fikrincə, döv-
lət insanın fəal iştirakına, insan isə – dövlətin dəstəyinə ehtiyac duyur (2, 34).
N.Tusi hesab edirdi ki, ideal dövlət “insanların elə xüsusi birliyidir ki,
burada onların birgə səyləri faydalı işlərin görülməsinə, şər hərəkətlərin aradan
qaldırılmasına imkan verməyə yönəlir. Bu insanlar arasında baxışlarda və
əməkdə ümumilik mövcuddur. Burada insanların gördükləri işlər müdriklik
qanunları ilə yaxşı düşünülmüş əsasda və gözəl nizamlanmış, təmiz qarşılıqlı
münasibətlər zəminində həyata keçirilir. Burada fayda və hər bir insanın
vəziyyəti nəzərə alınır, hər kəsin əməyinin son məqsədi vahiddir, hər bir
insanın arzu və istəkləri üst-üstə düşür” (13, 34).
Belə dövlətdə N.Tusi dövlət və dinin vəhdəti, dünyəvi və dini hakimiy-
yətin bölünməməsi, bir şəxsin qismində dünyəvi və dini təbəqələrin nümayən-
dəsinin birləşdirilməsi prinsiplərini qəbul edir. Bu dövlətdə, mütəfəkkirin
göstərdiyi kimi, din – əsas, dövlət isə onun dayağıdır. İdeal dövlət - şəhərin
mərkəzi ideyasını mənəvi-siyasi dəyər kimi ədalət ideyası təşkil edir (13, 25).
N.Tusi həmçinin bu dövlətin idarə olunması, təkmilləşdirilməsinə dair
müxtəlif funksiyaları, onları yerinə yetirməli olan orqanları da müəyyən edir,
ideal dövlətə qarşı şər dövlətin üç tipini qoyur: cəhalətli, şərəfsiz və yanılan
dövlətləri. O, eləcə də dövlət idarəçiliyinin özünəməxsus ayrı-ayrı strukturla-
rının və vəzifəli şəxslərin sxemini yaratmış, lakin onlar arasında dəqiq fərqləri
göstərməmişdir. Bu halda idarəetmə strukturu aşağıdakı iyerarxiya ilə təqdim
141
olunur: müdriklər; maarifçilər, həmçinin dini maarifçilər; keşikçilər; ictimai
qayda-
qanunun nəzarətçiləri, maliyyəçilər (7, 39 ).
Mütəfəkkirin fikrincə, dövlət qanunsuz mövcud ola bilməz, başqa sözlə,
dövlət qanun üzərində durur.
N.Tusi göstərirdi ki, ölkəyə rəhbərlik etmək istəyən adamın yeddi
xüsusiyyəti olmalıdır: atalıq, alicənablıq, mətinlik, kişilik əzmi, səbirli olmaq,
var-
dövlət sahibi olmaq ( bu xalqın malına tamah salmamaq üçün lazımdır),
sadiq və işgüzar köməkçilərə malik olmaq. Yalnız bu göstərilənlər olarsa ,
dövlətin başçısı ölkəni düzgün idarə edə bilər (7, 42-43).
N.Tusinin «Siyasət» anlayışına yanaşmasının təhlili onun siyasətə
aşağıdakı təsnifat formalarını verdiyini göstərir: dövlət siyasəti, hərbi siyasət,
dini siyasət, daxili siyasət. Bu halda o, dövlət siyasətinə başlıca yer ayırır və
onu «siyasətlərin siyasəti» adlandırır. Tusi siyasəti bir elm hesab edir və
özünün dövlət nəzəriyyəsində bu elmin dövlət idarəçiliyində tətbiqinə çalışır.
Burada siyasət təkcə öz çərçivəsində qalmır, etika sahəsinə keçir. Tusinin
anlamında siyasət və etika qarşılıqlı əlaqədədir, bunun əsasında mütəfəkkir
«siyasi ədalət» anlayışını işlədir (13, 34).
Böyük mütəfəkkir siyasətin aşağıdakı növlərini göstərir:
-
fəzilətli siyasət, buna imamət də deyilir. Belə siyasətin məqsədi xalqı
kamilləşdirmək, nəticəsi isə səadətə çatdırmaqdır;
-
naqis (nöqsanlı) siyasət, buna zorakılıq da deyilir. Belə siyasətin
məqsədi xalqı qul halına salmaq, nəticəsi isə bədbəxtlik olar (12, 42).
Qeyd
etmək lazımdır ki, N.Tusi dövlətlərin xalq kütlələrinin taleyini
yaxşılaşdırmaq məqsədi güdən müxtəlif formalarını və variantlarını təklif
etməklə mütləq monarxiya müdafiəçisi mövqeyində qalmışdır. İdeal dövlətə
mütləq monarx rəhbərlik edir, buna uyğun layiqli insan olmadıqda, rəhbər
funksiyasını «Ali Qanunvericilik Şurası» yerinə yetirir (13, 25).
Siyasətin elm və sənət, məharət kimi tanınması bəzən bu sənətin və
elmin insanların əksəriyyəti üçün əlçatmaz olması barədə, bir istedad kimi
siyasi fəaliyyət və ədalətli, müdrik hökmdarın istisna rolu haqqında
mülahizələrlə müşayiət olunurdu. Mütəfəkkirlər hakimiyyətə ədalətli, ağıllı və
maarifli hökmdarların gəlməsinə ümid edirdilər. Belə ki, Xaqani Şirvani hesab
edirdi ki, xalqın yoxsul vəziyyətini ədalətli hökmdar yaxşılaşdıra bilər. Lakin
mövcud monarxiya quruluşu Xaqaniyə təbii gəlirdi və o, başqa siyasi quruluşu
digər formalı dövləti təsəvvür etmirdi (13, 54).
Azərbaycan fəlsəfi-siyasi fikrinə humanist - mütəfəkkir kimi daxil olmuş
Məhəmməd Füzuli də Azərbaycan hökmdarlarının şəxsində müharibələrin
qarşısını ala bilən qüvvəni görürdü. Onun fikrincə, müdrik hökmdar, onun
rəhbərlik etdiyi dövlət müharibəyə gedən yolun qarşısını kəsə bilər. Füzuli
sülhə çağırırdı, o sülhün təkcə xalqa deyil, həm də hökmdarların özləri üçün
də üstünlüklərindən danışırdı. O, zorakılığın istənilən formasına birmənalı
şəkildə tənqidi yanaşırdı və istismarın istənilən formada təzahürünü, məzəm-
mət edirdi, pisləyirdi. Ancaq bu, feodal quruluşunun tənqidi yox, hər saat rast
142
gəldiyi zorakılığın tənqidi idi. Fikrimizcə Füzulinin işıqlandırılması və qiymət-
ləndirməsində yer tutan humanist əxlaqın, eləcə də asketizm və pessimizm
prinsip
lərinin təbliğini iki planda nəzərdən keçirmək olar: mütəfəkkirin yaşa-
dığı cəmiyyətin mənəvi prinsiplərinin onun tərəfindən obyektiv-realist dərk
edilməsi, əks etdirilməsi, qiymətləndirilməsi planında və mistik sufizm fəlsə-
fəsi kontekstində (14, 114)
Qeyd etmək lazımdır ki, keçmiş dövr mütəfəkkirlərinin konsepsiyaların-
da siyasətin optimallığı problemi köhnə baxışlar sisteminə yeni ideyaların
daxil edilməsi, mühafizəkar siyasi proqramın əsaslandırılması və modern-
ləşdirilməsi vəzifəsinə tabe etdirməklə həll edilirdi.
Siyasi fikrin real tarixi həmişə sosial qüvvələrin kəskin mübarizəsi sahə-
si olmu
şdur. Burada başlıca stimul dövlətin mövcudluğu səbəblərini və inkişaf
perspektivlərinin dərk edilməsi yox, dövləti, dövlət siyasətini onu görmək
istədiyin kimi təqdim etmək cəhdi, növbəti tarixi vəzifənin həllinə təsir etmək
cəhdi, yaxud mövcud olanın qorunması ilə bağlı ənənəyə söykənmək istəyi idi.
XVI əsrin sonu – XVII əsrin əvvəllərinin abidəsi olan «Koroğlu» dasta-
nında xalq kütlələrinin yeni cəmiyyət, ictimai münasibətlər haqqında arzuları
ilə bərabər dövrün ziddiyyətləri də açılıb göstərilir. «Koroğlu»da siyasətin op-
ti
mallığını şərtləndirən bir sıra problemlərə – cəmiyyətdə şəxsiyyət, şəxsiyyət
və xalqın qarşılıqlı münasibətləri, xalqın kütləvi hərəkatlara münasibəti
problemlərinə toxunulur (13, 16).
Azərbaycanın bir çox folklor nümunələrində («Lətif şah», «Şah İsma-
yıl», «Məlik çoban» və s.) bəzi dövlətçilik müddəalarının primitiv olmasına
baxmayaraq onlarda şahın xalqın qüvvəsi ilə devrilməsi, xalq hakimiyyətinin
qurulmasının mümkünlüyü və reallığı barədə, hökmdarların seçkisi qaydası
ha
qqında və s. ideyalar irəli sürülür. Onlarda dövlət forması, ictimai quruluş
barədə yeni ideyalar olmasa da, taxtıtacın irsiliyi prinsipi qorunub saxlanılsa
da, lakin burada ictimai həyatın «demokratikləşməsi» tendensiyası güclüdür,
primitiv demokratiya id
eyaları irəli sürülür (13, 18).
Azərbaycan tarixinin sonrakı dövrü – XVIII əsrdən XIX əsrin ortalarına-
dək olan dövr – regionda mərkəzdənqaçma proseslərinin güclənməsi və
Azərbaycan ərazisindəki dövlət birləşmələrinin əlaqələrinin zəifləməsi ilə
səciyyələnirdi. Həmin dövrdə həm də dövlət və siyasətin hakimiyyətinin dini
determinasiyası getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayırdı.
XIX əsrdə baş verən ideoloji proseslər mütəxəssisləri siyasi yönümün
dəyişməsi prosesinə həmçinin din və siyasətin nisbəti probleminə münasibətlə-
ri
nə yenidən baxmağa məcbur etmişdir. Bu dövrdə bir çox mütəfəkkirlərin
həmin problemlə bağlı öz baxışlarını onların müasiri olan dünyanın siyasi
təkamülü tələbləri ilə razılaşdırmaq, dinin daimi olaraq siyasi dəyişikliklərə
uyğunlaşdırılması prosesini əsaslı şəkildə işıqlandırmaq cəhdləri açıq görünür.
Bu elə bir dövr idi ki, dinin hökumət tərəfindən dəstəklənən tərifi, şərhi, izahı
artıq qəbuledilməz olmuşdur (13,32).
143
Azərbaycan fəlsəfi-siyasi fikrində din və siyasət probleminə ilk müraciət
edənlərdən biri Mirzə Kazım bəy olmuşdur. Onun görkəmli əsərləri olan
«Mürid
lik və Şamil» və «Bab və babilər»də təkcə din və siyasət problemləri-
nin deyil, həm də Azərbaycanın bütün siyasi fikir tarixinin problemlərinin öy-
rənilməsinə əhəmiyyətli töhfə olmuşdur. Böyük siyasi traktat olan «Müridilik
və Şamil» əsərində M.Kazım bəy din və siyasətin qarşılıqlı əlaqələrini geniş
tədqiq edir, Qafqaz dağlılarının dini pərdə altında irəli sürdüyü tələbləri
nəzərdən keçirir (13, 135).
M.Kazım bəyin qarşısında duran vəzifənin mürəkkəbliyi ondan ibarət idi
ki, o, özünün elmi fəaliyyətində ilk dəfə olaraq siyasi mübarizənin dini bayraq
al
tında getdiyi bir tarixi hadisə ilə sıx şəkildə üzləşmişdi. Həmin dövrdə Dağlı
və müridlik hərəkatının digər tədqiqatçılarından fərqli olaraq M.Kazım bəy bu
hərəkatın təkcə müsəlman fanatizmini deyil, siyasi motivlərini də nəzərdən ke-
çirə bilmişdir. O, hərəkatın mahiyyətini və siyasi təyinatını arqumentləşdiril-
miş şəkildə açıb göstərə bilmiş və dini müridlik ideologiyasına söykənən hər-
bi-
teokratik dövlətin təhlilini vermişdir. Mütəfəkkirin düzgün müəyyən etdiyi
kimi, şəriətin dini şüarları müəyyən məqamədək xalq kütlələrinin siyasi tə-
ləblərlə mübarizəyə səfərbər edilməsi işində müsbət rol oynaya bilir. M.Kazım
bəy Şamilin digər bir xüsusiyyətini də müəyyən edə bilmişdir. Bu onun
dünyəvi və mənəvi hakimiyyətləri birləşdirməsi, islam dininin və dövlət siya-
sətinin ayrılmazlığı barədə ehkamları geniş reklam etməsi ilə bağlı idi. Şamil
həmçinin təbliğ edirdi ki, islamın borcu siyasət üzərində nəzarət etməkdir. Yə-
ni din siyasətdən yüksəkdir. Burada, M.Kazım bəyin müəyyən etdiyi kimi, Şa-
mil var qüvvəsi ilə dövlətin sosial-siyasi strukturunda müsəlman ruhanilərinin
yerini müəyyənləşdirməyə çalışırdı. Beləliklə, bir tərəfdən, din siyasiləşir, di-
gər tərəfdən isə siyasət dini bayraq altında gizlənir. Belə bir qarşılıqlı əlaqənin
güclənməsi islamda ruhani və dünyəvi hakimiyyətin birləşməsinə səbəb olur.
M.Kazım bəy «Bab və babilər» adlı digər siyasi traktatında islamçılıq
mövqe
yindən çıxış edərək cəmiyyətin təkamüllü inkişafında islam şüurunun
həlledici rolundan yazırdı. Mütəfəkkir geniş xalq kütlələri hərəkatını islamdan
kənarda təsəvvür etmirdi. Babilər hərəkatı dövründən götürdüyü konkret
faktlar əsasında o, islamın mütərəqqiliyini sübut etməyə can atır, çünki məhz
islam İran monarxiyasının əsaslarının dağılmasına səbəb olmuşdur (12, 136).
M.Kazım bəy özünün bu əsərində mülayim, düşünülmüş monarxiya şək-
lin
də islahatlar haqqında ideyanı irəli sürür. İslamın tənqidi ilə yanaşı mütəfək-
kir digər əsərlərində olduğu kimi, bu əsərində də babizmi tədqiq etmiş və öz
müa
sirləri olan tədqiqatçılara göstərə bilmişdi ki, islam ayrı-ayrı hallarda
ictimai həyatın gedişinə fəal surətdə təsir etmək qabiliyyətinə malikdir. Onun
fikrincə, babilər islama məcburiyyət qarşısında yox, şəxsi mənəvi tələbata görə
etiqad edir və onu özlərinin istədiyi kimi modernləşdirirlər. Bu halda mütəfək-
kir xalqın əzablarına görə məsuliyyəti islamın üzərinə qoymur, lakin hesab
edirdi ki, islamın səyləri düzgün məcraya istiqamətləndirilərsə, o xalqın azad
edilməsi işində müsbət rol oynaya bilər (12, 139).
144
Siyasətin optimallığı probleminin həllində birmənalı rol oynamayan din
və siyasət münasibətləri nisbəti bu iki fenomenin nisbətinin, qarşılıqlı əlaqələ-
ri
nin ayrı-ayrı aspektləri Azərbaycanın tanınmış mütəfəkkiri, inqilabçı-demok-
rat M.F.Axundovun da diqqətini cəlb etmişdir. Onun bu məsələlərə dair baxış-
larının səciyyəvi xüsusiyyəti islam dininin siyasi ölçülərlə islahatı ideyasının
irəli sürülməsindədir. Bununla əlaqədar M.Axundov yazırdı: «İndiki dövrün
və mədəniyyətin tələblərindən göründüyü kimi, islamçılığın bəşəriyyətdə hər
iki cinsin azadlığı və bərabərliyini müəyyən edən, Şərq despotizmini müdrik
siyasi müəssisələrlə mülayimləşdirən islahata və sivilləşməyə ehtiyacı var».
Bu zaman mütəfəkkir onu da qeyd edir ki, siyasət-dövlət idarəçiliyi və ölkənin
ida
rə olunması ilə bağlı, dövlətin və ölkənin maraqları və səlahiyyətlərini nə-
zərə alan bütün işlər belə adlanır, həmçinin onlar haqqında elmdə. M.F.Axun-
dov öz dəyərinə görə XVIII əsr fransız maarifçilərinin tanınmış fəlsəfi əsərləri
ilə bir sıraya qoyulan «Kəmal-ud-Dövlə məktubları» adlı fəlsəfi traktatında
(1863-
1865) mövcud quruluşu pisləyərək Yaxın Şərqin ali feodal hökm-
darlarına öz ölkələrinin dövlət sistemində kökündən yenidənqurma aparmağı
və konstitusiyalı monarxiya qurmağı təkid edirdi. O yazırdı: «… dövlət
quruluşu ingilis dövlətçiliyini özündə əks etdirən başlanğıca əsaslanmalıdır,
yəni konstitusiyalı dövlət quruluşu olmalıdır, qanuni əsaslarda olmalıdır.
Yalnız bu halda dövlət quruluşu uzun müddət mövcud ola bilər və xalq tam
qəlbi ilə ona can atar ki, padşahın hakimiyyəti möhkəm olsun» (9, 7).
Feodal cəmiyyətinin kökündən yenidən qurulması, Yaxın Şərq ölkələ-
rində onların iqtisadi, siyasi, sosial və mədəni inkişafına səbəb olan və xalqın
geniş təbəqələrinin ən mühüm maraqlarına cavab verən yeni dövlət quruluşu-
nun qurulması, sonrakı illərdə də M.Axundovun maraq dairəsində olmuşdur.
Uzun düşüncələrdən və Qərbi Avropanın inqilabi hərəkatı tarixi ilə dərin
tanışlıqdan sonra o, XIX əsrin 70-ci illərində belə bir nəticəyə gəlir ki, mövcud
quruluşu kökündən sülh yolu ilə dəyişmək olmaz və onu yalnız zorakı yolla –
xalq kütlələrinin silahlı üsyanı yolu ilə devirmək mümkündür.
Beləliklə də M.F.Axundov xalqı feodal quruluşuna qarşı silahlı mübari-
zəyə və demokratik respublika qurmağa səsləməklə Azərbaycanda və Yaxın
Şərq ölkələrində inqilabi-demokratik ideologiyanın əsaslarını qoymuşdur. Bu
konsepsiya onun
«Yek kəlmənin tənqidi» adlı məqaləsində də (1875) öz
ifadəsini tapmışdır. Burada həmçinin XIX əsrin 70-ci illərində İranda dinin və
siyasətin qarşılıqlı təsirinə dair bir necə vacib tövsiyələr də vermişdir. Belə ki,
M.Axundov konstitusiyanın əsasına islamın müddəalarını qoymağı təklif edən
Mirzə Yusif xanın teokratik dövlətin təşkili haqqında ideyasına, həmçinin
kəskin şəkildə dini ehkamlara söykənərək İranda fransız tipli respublika
yaratmaq cəhdlərinə qarşı çıxmışdır (8, 209).
Ümumiyyətlə, təhlil göstərir ki, din və siyasətin qarşılıqlı əlaqələri, qar-
şılıqlı təsiri və dəstəyi problemi müxtəlif dövrlərin və zamanın alimlərinin,
mü
təfəkkirlərinin diqqətini həmişə cəlb etmiş və bu iki fenomenin qarşılıqlı
əlaqələri müxtəlif forma daşıyaraq, dövrün tələbləri nöqteyi-nəzərindən işıq-
145
lan
dırılmışdır. Doğrudur, tarixdə din amilinin bəzən siyasətdə aparıcı rol oyna-
dığı səhnələr az olmamışdır. Lakin qeyd etmək lazımdır ki, din bəzən ideologi-
ya
ya çevrilərək siyasətdə aparıcı rol oynasa da o siyasətdə müstəqil sosial sub-
yekt kimi deyil, siyasətin formalaşmasında iştirak edən şəxslərin dünyagörüşü
vasitəsilə təsir göstərə bilər (5, 35). Bu səbəbdən siyasətdə qalıcı ola bilməz.
Azərbaycanda belə vəziyyət, yəni dinə söykənən siyasi hakimiyyətin
təsis edilməsinə neqativ yanaşma Azərbaycan Demokratik Respublikasının
dövlət strukturlarının yaradılmasınadək davam etmişdir. Buna misal kimi
parla
ment idarə üsulunu qəbul etmiş Şərqdə ilk demokratik dövlətin hakimiy-
yət ideologiyasının formalaşmasını göstərmək olar.
M
üasir Azərbaycan artıq öz strateji rolunu seçmişdir, bu gün Respub-
lika
mız müstəqil, demokratik, hüquqi, dünyəvi dövlətdir (1).
Son onillikdə Azərbaycan cəmiyyətinin bütün səyləri ölkədə qanunun
aliliyi, formalaşan vətəndaş cəmiyyəti ilə əməkdaşlıq kimi başlıca prinsiplərə
əsaslanan dövlətin qurulmasına yönəlmişdir. Bu, məhz həmin idealdır ki,
millətin bütün fikri, məramı ona nail olmağa istiqamətlənmişdir. Lakin ideallar
nə qədər dəyişsə də Azərbaycan dövlətinin müstəqilliyinin təmin edilməsi hə-
mi
şə Azərbaycan xalqının ali idealı olmuşdur. Belə bir müstəqil dövlətçiliyin
təşəkkülü isə yalnız ümummilli lider Heydər Əliyevin səyləri və dahi şəxsiy-
yəti sayəsində mümkün olmuşdur. Onun liderlik təcrübəsi və intellektual
potensialı nəinki çox mürəkkəb və kəşməkəşli şəraitdə dövlətçiliyimizi
yaratdı, həm də bizim hamımıza özümüzü dünya birliyinin bərabərhüquqlu
üzvləri kimi hiss etməyə imkan verdi (6, 10-11).
Beləliklə, dövlət haqqında istənilən təlim qanunauyğun olaraq öz dövrünün
siyasi-
hüquqi gerçəkliyi nəzərə alınmaqla qurulur və bu zaman hər bir dövr üçün
siyasətin optimallığı probleminin özünəməxsus həlli üsulu səciyyəvidir.
ƏDƏBİYYAT
1.
Az
ərbaycan Respublikasının Konstitusiyası. Bakı: Elm, 2002, 68 с.
2.
Əliyev Z.F. N.Tusinin siyasi baxışlarının bəzi cəhətləri, Bakı: Elm, 1994, 182 с.
3.
Əlisa Nicat.Dünya filosofları. Bakı: Sabah, 1995, 540 s.
4.
G
əncəvi N.Xəmsə. Bakı: Gənclik,1981, 276 s.
5.
X
əlilov S. Fəlsəfədən siyasətə. Bakı: Azərbaycan Universiteti, 1998, 328 s.
6.
Mehdiyev R. Az
ərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı: XXI – YNE, 2005, 584 s.
7.
Tusi N.Əxlaqi-Nasiri. Bakı: Elm, 1989.
8.
Ахундов М.Ф. Избранные философские произведения. М.: Соцекгиз, 1962, с.360.
9.
Ахундов М.Ф. Избранные произведения. Б.: Азернешр, 1987, с.294.
10.
O
бщая и прикладная политология / Учебное пособие под. ред. В.И.Жукова,
Б.И.Краснова). М.:МГСУ, Союз ,1997 , 992 c.
11.
Сорокин П. Дальняя дорога. М.: Терра, 1992, 265 с.
12.
Рзаев А.К. Насирэддин Туси. Политико-правовые воззрения. Баку: Элм,1983, 187с.
13.
Рзакулизаде С.Д. Общественно-политические и философские взгляды Хагани Шир-
вани. Баку: АН Азерб., 1962, 110 с.
14.
Философская энциклопедия.Т. IV, М., 1967, 552 с.
146
ПРОБЛЕМА ОПТИМАЛЬНОСТИ ПОЛИТИКИ В
ФИЛОСОФСКО-ПОЛИТИЧЕСКОЙ МЫСЛИ АЗЕРБАЙДЖАНСКОГО НАРОДА
Х.С.ИБРАГИМОВА
РЕЗЮМЕ
Формирование и осуществление политики обусловлено как общими, так специ-
фически национальными факторами. С этой точки зрения, исследование подходов к
проблеме политики и её оптимальности в философско-политической мысли нашего на-
рода, приобретает особую актуальность для Азербайджана в условиях национальной
независимости. В статье анализируются основные положения и учения о политике и её
оптимальности, выдвинутые в истории философско-политической мысли Азербайджа-
на. При рассмотрении взглядов, изложенных в памятнике древнего мира «Авеста»,
идей, касательно проблемы рационализации политики средневековых азербайджанских
мыслителей Н.Гянджеви, Н.Туси, М.Физули, а так же выдающихся просветителей 18-19
веков М.Кязымбека и М.Ахундова автор выражает свою позицию по отношению к ним.
Ключевые слова: политика, рациональность и оптимальность политики, госу-
дарство, власть, демократия, национальный менталитет
THE PROBLEM OF OPTIMALITY OF POLICY IN PHILOSOPHICAL
AND POLITICAL THOUGHT OF THE AZERBAIJANI PEOPLE
Kh.S.IBRAHIMOVA
SUMMARY
Formation and implementation of policy is stipulated by general, and specifically by
national factors. From this point of view, research of approaches to the problem of policy and
its optimality in philosophical and political thought of our people gets a special urgency for
Azerbaijan in the conditions of national independence. The article analyzes basic provisions
and doctrines about policy and its optimality, put forward in the history of philosophical and
political thought of Azerbaijan. By consideration of the views stated in the monument of the
ancient world "Avesta", ideas of medieval Azerbaijani thinkers such as N.Ganjavi, N.Tusi,
M.Fizuli and outstanding educators of XVIII-XIX centuries, M.Kyazymbek and M.Akhundov,
the author expresses the position in relation to them.
Key words: policy, policy rationality and optimality, state, power, democracy, national
mentality
Dostları ilə paylaş: |