Qafqaz Tədqiqat Resurs Mərkəzi – Azərbaycan
Avrasiya Əməkdaşlıq Fondunun Proqramı
Sizi məmnuniyyətlə
Seymur Cavadov
tərəfindən keçiriləcək
Verilənləri daxil etmək haqda məlumat
mövzusunda təlimə dəvət edir.
Tarix və vaxt: 5 Dekabr, 2013-cü il saat 11:00-17:00 (fasilə daxil olmaqla)
Yer: QTRM Azərbaycan ofisi, Bəşir Səfəroğlu 122, Xəzər Universiteti, 13-cü otaq
Xülasə: Təlimin məqsədi verilənləri daxil etmək üçün daha çox məlumat çatdırmaqdan ibarətdir. Təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçı QTRM-Azərbaycan ofisi tərəfindən Qafqaz Barometri proqramında işləmək şansı əldə edəcək. Təlimin məzmununa CSPro, QB 2013 platformasından istifadə edərək məlumat daxil etmə, səhvlərin növlərini öyrənmək daxildir.
Dil: Təlim Azərbaycan dilində aparılacaq.
Qeydiyyat: İştirakçılar İT sahəsində elementar biliyə malik olmalı və sorğu məlumatları işləmlərini anlamalıdırlar. Yer məhdudluğunu nəzərə alaraq iştirakçılardan seymur@crrccenters.org
ünvanına CV göndərmələri xahiş olunur. Son göndərmə tarixi 03 Dekabr 2013-cü il. Xahiş olunur, məktubun adını “Data entry training” olaraq qeyd edəsiniz.
Dostları ilə paylaş: |