Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İLQAR HÜSEYNOV
NİGAR ƏFƏNDİYEVA
TURİZMİN ƏSASLARI
DƏRSLİK
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin
06 mart 2007-ъи il tarixli 196 saylı əmri ilə təsdiq olunmuşdur
BAKI 2007
2
Dərslik Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət
Universitetinin «Tətbiqi kulturologiya» kafedrasının müdiri, İlqar
Həsrət oğlu Hüseynov və fəlsəfə elmləri namizədi, dosent Nigar
Timuçin qızı Əfəndiyeva tərəfindən hazırlanmışdır.
Redaktor: Pərviz Rzaquliyev, «Azərbaycan nəşrləri»
jurnalının redaktoru,
azerbaijan_books@mail.ru
Elmi redaktor: Nigar Rüstəmova, filologiya elmləri
namizədi,dosent
Rəyçilər: Arif Salmanov, coğrafiya elmləri doktoru,
БСУ-нун professorу;
Ramiz Ağayev, ADMİU-nun «Muzeyşünaslıq»
kafedrasının müdiri, professor
Dizayn: Rəşad Rzaquliyev,
rashad156@rambler.ru
İlqar Hüseynov, Nigar Əfəndiyeva
TURİZMİN ƏSASLARI. Dərslik. Azərbaycan dilində.
“Turizmin əsasları” adlı dərslik Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin tarixində yenilik kimi qiymətləndirilə bilər.
Dərslikdə turizm sahəsinə kompleks şəkildə yanaşılmış, turizm
elminin müasir tələbləri nəzərə alınmışdır.
Dərsliyin hazırlanmasında ölkədaxili və beynəlxalq turizmin
təcrübəsinə geniş şəkildə istinad edilmiş, milli adət və ənənələr, dini
xüsusiyyətlər, turizmin сосиал-игтисади mahiyyəti, tarixi və mənşəyi, tədris
problemləri, turizm marketinqi, turizmin idarəedilməsi, turizm əlaqələri,
turizmin təşkilinin forma və metodları, növləri və tipləri, turist qrupları
ilə mədəni maarifləndirici iş, dövlətin tənzimləyici rolu, uşaq və
yeniyetmələrlə ekskursiya işinin təşkili və digər problemlər kulturoloji
aspektdə tədqiq olunmuşdur.
Dərslik ali və orta ixtisas məktəblərin professor - müəllim heyəti və
tələbələri, mədəniyyət və incəsənət işçiləri, turizm marketinqi
mütəxəssisləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
«Mars-Print» nəşriyyat-poliqrafiya müəssisəsi, 2007, səh.
60X84/16, sayı 1000
ISBN 9952-8087-1-2 © İlqar Hüseynov
ИСБН 978-9952-8087-1-1
3
Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Hüseyn Cavid
Giriş
Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal
formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-
iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata
keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir
dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi
əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında
qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə
dairəsini genişləndirən sahədir.
Dünyanın hər yerində turizmin inkişafına dövlətlər
və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə
buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və
təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini
artırırlar. Aparılan sosialожи tədqiqatlardan məlum olmuş-
dur ki, hələ keçən yüzilliyin sonlarında turizm sahəsindən
dünyada əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450
milyardı ötüb keçmişdir. Onun inkişafının orta illik artım
faizi isə 4.3 faizdən çox olmuşdur.
Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik əldə
etmiş Azərbaycan Respublikasında da turizmin inkişafına
maraq artmış və bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı
göstərilir. Hələ 2002-ci ilin avqust ayının 27-də «Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına
dair Dövlət Proqramı» qəbul olunmuşdur. Ölkədə turizmin
inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır.
Respublikamızın bir sıra ali məktəblərində turizmin təşkili-
nin elmi əsaslarının tədris olunması bu sahəyə göstərilən
maraqı əks etdirir. Məhz bu baxımdan «Turizmin əsasları»
dərsliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində «Turizmin əsasları» fənninin tədrisində