Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı İxtisas: Marketinq Qrup: 21 mr ad: Aytac Soyad: Rəşidova Mövzu: Turizmin marketinqi



Yüklə 108,32 Kb.
səhifə1/5
tarix03.05.2023
ölçüsü108,32 Kb.
#108144
  1   2   3   4   5
Rəşidova Aytac



Odlar Yurdu Kolleci
İstehsalat Təcrübəsi
Hesabatı
İxtisas: Marketinq
Qrup: 21 MR
Ad: Aytac
Soyad: Rəşidova
Mövzu: Turizmin marketinqi.
Təcrübə yeri: “İqtisadiyyat, Menecment və Biznes institutu”
Təcrübə rəhbəri: B/m Yunusova Nuranə Ramiz


Bakı 2023


Hesabat
Turizm öz хüsusiууətlərinə görə bаşqа təsərrüfаt fəаliууətlərindən рrinsiр olаrаq fərqlənmir. Bu səbəbdən də, mаrkеtinqin əsаs qаnunlаrını bütövlüklə turizmə tətbiq еtmək olаr. Еуni zаmаndа, turizm öz sреsifık хüsusiууətlərinə görə хidmətlərin və mаllаrın sаtılmаsındа fərqlənir. Sаdə mаllаrın istеhsаlındа mаrkеtinqin mənası konkrеt хаrаktеr dаşıуır.
Turizmdə isə bu аnlауış fərqli olаrаq bаşqахаrаktеr dаşıуır. Turizmdə mаrkеtinq аnlауışı turist хidmətlərinin və mаllаrının sаtışı və istеhsаlı ilə nətiсələnir. Turist məhsulu dedikdə, turistə göstərilən və məbləği turist tərəfindən qarşılanan müхtəlif хidmət növlərinin məсmusudur. Burа mеhmаnхаnа, nəqliууаt, trаnsfеr, əуlənсə, qidаlаnmа və s. хidmət növləri аiddir.
Turizm sisteminə müəssisələr, təşkilаtlаr və idаrələr dаxildir. Praktiki olaraq bunların hamısı müəyyən dərəcədə marketinqlə məşğul оlurlаr. Həm də ki, səyаhətlər bürоsu, restоrаn, nəqliyууat müəssisəsi və yа turizm təşkilаtlаrının həyаta kеçirdikləri mаrkеtinqin məzmunu еyni оlmur.
Belə ki, turist fırması alıcılarını təmin etmək sürəti ilə öz qazancınıcoxaltmağa çalışır, milli, regional və munisipial təşkilatlar isə mümkün qədər çox turist cəlb etməyə çalışırlar. İctimai təşkilatlar isə özlərini daha da qiymətləndirmək və peşələrinin yararlığını daha qabarıq göstərməyə çalışırlar.


Turizm müəssisəsinin marketinq strategiyasının formalaşması
Strategiya - marketinq, maliyyə mənbələri və istehsal imkanlarının bütün elementlərini özündə əks etdirən şirkətin məqsədlərinə çatmaq üçün bir plandır. Strategiya bazarın vəziyyətinə, müəssisənin imkanlarına uyğun olaraq istehsalçının istehsal və ticari fəaliyyətlərini həyata keçirmək məqsədi ilə hazırlanmışdır.
Turizm müəssisəsinin strategiyası bazar şəraitinin öyrənilməsi, proqnozlaşdırılması, istehlakçıların, xidmətlərin, rəqiblərin və bazar iqtisadiyyatının digər elementlərinin öyrənilməsinə əsaslanır.
Marketinq strategiyası - gələcəkdə hazırlanan və məqsədə çatmaq üçün marketinq vasitələrini istiqamətləndirən və inkişaf etdirən tədbirlər sistemidir.
Marketinq strategiyasının digər tərifi - müəyyən müddət ərzində hər bir turizm məhsulu, hər bir bazar ilə əlaqəli məqsədləri formalaşdırmaq, onlara nail olmaq və istehsalçının problemlərini həll еdilməsidir. Marketinq strategiyası aşağıdakılardır:

  1. Məqsədlərə nаil оlmаq vаsitəsidir;

  2. Marketinq planının bütün aspektlərinin əlaqələndirilməsi müəssisənin əsas strateji istiqamətidir;

  3. Müəssisənin hədəf bazarları və bu bazarlar üçün məhsul seçmək üçün qəbul etdiyi bir sıra qərarlar;

  4. Turizm məhsullarının optimal idarə edilməsi və resursların optimal bölgüsü;

  5. Əsas məqsəd bir tərəfdən müəssisənin qaynaqlarını və səriştələrini, ətraf mühitdən irəli gələn imkan və təhdidləri uyğunlaşdırmaq, digər tərəfdən əsas hədəflərə çatmaqdır.

Turizmdə marketinq strategiyasının əsas məqsədləri qeyri-müəyyənlik və risk dərəcəsini azaltmaq, turizm müəssisəsinin prioritet perspektivli sahələrində ehtiyatların konsentrasiyasını təmin etməkdir.


Marketinq strategiyası müəssisənin bazar araşdırmaları, marketinq imkanları və marketinq tədqiqatları nəticəsində müəyyən olunan rəqabət üstünlükləri əsasında hazırlanır.
Alternativ strategiyaları seçərkən marketinq praktikasında istifadə olunan modellərdən istifadə etmək məsləhət görülür. Bu modellərə əsaslanaraq turizm şirkəti öz bazarlarını, rəqabət vəziyyətini, imkanlarını, məhsullarını, müştəriləri və fəaliyyət sahələrini qiymətləndirə bilər. Qiymətləndirmə əsasında turizm şirkətinin səyləri və mənbələri paylanır, həmçinin müvafiq marketinq strategiyaları hazırlanır.
Turizm şirkətinin marketinq strategiyasının formalaşdırılması aşağıdakı əsas addımları əhatə edir.

  1. Marketinq məqsədlərini təyin etmək;

  2. Alternativ strategiyaların hazırlanması;

  3. Strategiyanın seçilməsi və qiymətləndirilməsi.

Bazarın təhlili nəticəsində bir şirkət mövcud “məhsul (xidmət) – bazar” mövqeyində imkanlarının tam tükənmədiyini müəyyən etdikdə intensiv inkişaf strategiyası müəssisə tərəfindən istifadə olunur.
Ənənəvi fəaliyyət sahəsinin sərhədləri müəssisənin gələcək inkişafına mane olursa, inkişafdan şaxələndirmə yolu ilə istifadə etmək olar. Bir müəssisə bazarda rəqabət mövqeyini gücləndirə bilərsə və istehsal zəncirindəki əlaqələrə nəzarət etməklə gəlirliliyini artıra bilərsə, inteqrasiya inkişaf strategiyasından istifadə etmək məsləhət görülür.
Seçilən strategiyalar əsasında turizm şirkəti daha dəqiq və konkret əməliyyat marketinq planları hazırlayır. Əməliyyat marketinq planlarında vəzifələrin bölüşdürülməsi, hər işin yerinə yetirilməsinə cavabdeh şəxslərin təyin edilməsi, iş müddətinin müəyyənləşdirilməsi, marketinq kompleksinin hazırlanması üçün büdcənin tərtib edilməsi və s. nəzərdə tutulubdur.
Turizm şirkətlərində marketinq konsepsiyasının həyata keçirilməsi müvafiq marketinq xidmətlərinin yaradılmasını tələb edir. Turizm agentliklərinin təşkilati strukturunda marketinq xidmətləri digər struktur bölmələrin fəaliyyətini əlaqələndirən əlaqə halına gəlir. Turizm müəssisəsinin fəaliyyətinin miqyasından və xarakterindən asılı olaraq marketinqin təşkilati quruluşunun müxtəlif formaları fərqləndirilir:

  1. Marketinq xidmətinin funksional quruluşu;

  2. Məhsullar (xidmətlər) üçün marketinq xidmətlərinin təşkili;

  3. Marketinq xidmətlərinin bölgələrə görə təşkili;

  4. Bazar yönümlü idarəetmə quruluşu.

Turizm şirkətinin marketinq fəaliyyətinin idarəetmə strukturu aşağıdakı tələblərə cavab verməlidir:

  1. Marketinq fəaliyyətinin məqsədi ilə birlik yaratmaq;

  2. Marketinq fəaliyyətinin idarəetmə strukturu sadə olmalıdır;

  3. Müəssisənin şöbələri arasında marketinq fəaliyyəti və müəssisənin digər sahələri ilə əlaqəli məlumatların ötürülməsini təmin edən effektiv rabitə sistemi olmalıdır;

  4. Vahid tabeçilik prinsipi olmalıdır;

  5. Marketinqin idarəetmə strukturu mümkün qədər aşağı olmalıdır;

  6. Marketinqin idarəetmə quruluşu təklif olunan xidmətlərin çeşidinə, əsas satış bazarlarının sayına və həcminə uyğun olmalıdır;

  7. Marketinqin idarəetmə strukturu son istifadəçiyə yönəldilməlidir.

Nəzarət - turizm şirkətinin marketinq fəaliyyətinin vəziyyətini daim, sistemli şəkildə nəzərdən keçirilməsi və qiymətləndirilməsidir.


Marketinq nəzarətinin əsas məqsədi müəssisənin kommersiya, elmi-texniki fəaliyyətinin səmərəliliyinii artırmaq, real bazar şəraitində onun effektivliyini nəzərə almaqdır. Turizmdə marketinq fəaliyyətinin nəzarəti bütün problemlərin vaxtında aşkarlanmasına və marketinq fəaliyyətinin vaxtında düzəldilməsinə yönəldilmişdir. Nəzarət strategiyası dörd əsas mərhələdən ibarətdir:

  1. Planın ölçü və amillərini müəyyənləşdirmək;

  2. Real göstəriciləri tapmaq;

  3. Müqayisələr;

  4. Müqayisə nəticələrinin təhlili.

Nəzarətin əsas vəzifələri aşağıdakılardır:

  1. Məqsədlərə çatma dərəcəsinin müəyyən edilməsi;

  2. Təkmilləşdirmə imkanlarının müəyyən edilməsi;

  3. Marketinq səylərinin dinamik bazar şərtlərinə uyğunlaşdırma imkanının yoxlanması.

Marketinq məqsədləri - müəyyən bir müddətə marketinq fəaliyyətinin məzmununu və nəticələrini əks etdirən göstərici və keyfiyyət xüsusiyyətləridir.
Məqsəd və vəzifələrin təyin edilməsi - marketinq turizm agentliklərinin planlaşdırılmasında başlanğıc mövqedir. Məqsədlər turizm şirkətinin marketinq fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə edəcəyi nəticələr və ya mərhələlərdir. Tapşırıqlar mərhələlərə çatmaq üçün son tarixdir.
Məqsədləri müəyyən edərkən hədəflərin aşağıdakı tələblərə cavab verməli olduğunu nəzərə almaq lazımdır:

  1. Konkret;

  2. Ölçülə bilən;

  3. Əldə edilə bilən;

  4. Məhdud vaxt;

  5. İdarə oluna bilən iyerarxik bir quruluşa sahib olma və s.

Marketinq planı şirkətin bazar məqsədlərini təyin edir və onların həyata keçirilmə üsullarını təklif edir. Bura şirkətin bütün məqsəd və metodları daxil deyildir.
Marketinqdən əlavə istehsal, maliyyə və “kadr” məqsədləri də fərqlənir. Onların heç biri təcrid vəziyyətində nəzərdən keçirilə bilməz. Məqsədlər iqtisadi kəmiyyət ola bilər. Məsələn, bazar payını 33% artırmaq və ya xərcləri 20% azaltmaq; keyfiyyətcə isə şirkətin imicini artırmaq, xidmət keyfiyyətini yaxşılaşdırmaq, yeni bazara daxil olmaq və s.



Yüklə 108,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə