2
Elmi redaktor: Azərbaycan Elmi – Tədqiqat Hidrotexnika və
Meliorasiya İnstitutu Elm – İstehsalat Birliyi «Meliorativ hidrogelogiya»
laboratoriyasının müdiri prof. Ə.K.Əlimov
Rəyçilər: prof. S.S.Səmədov (BDU «Ümumi geologiya» kafed-
rasının müdiri), dos. B.A.Abadov (ADNA «Ümumi, tarixi geologiya və
hidrogeologiya» kafedrasının dosenti)
Məmmədova Esmiralda Allahverdi qız
Dərslikdə yeraltı su yataqlarının
öyrənilməsinin ümumi prin-
sipləri, müasir hidrogeoloji tədqiqatların əsas növləri, hidrogeoloji
tədqiqat üsullarının xalq təsərrüfatının konkret məsələlərinin (su
təchizatı, yeraltı suların mühafizəsi-, istimarı-, rejimi-, balansı-,
torpaqların suvarılması və qurudulması, bərk faydalı qazıntı
yataqlarının, o cümlədən neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı
və istismarı
,
hidrotexniki qurğuların tikintisi və s.) həllinə tətbiqi
ətraflı şərh olunmuşdur.
Dərslik ali məktəblərin «Hidrogeologiya və mühəndisi geo-
logiya» ixtisaslı
tələbələri, o cümlədən bu sahədə çalışan və xalq
təsərrüfatının müxtəlif məsələlərinin həlli məqsədilə hidrogeoloji
tədqiqatlarla məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
3
G İ R İ Ş
Hidrogeoloji tədqiqat üsulları - xalq təsərrüfatının müxtəlif
məsələlərinin həlli məqsədilə hidrogeoloji şəraitin öyrənilməsi
üsullarını, yeraltı su yataqlarının kəşfiyyatını, bu suların
ehtiyatının, rejiminin,
keyfiyyətinin, hərəkət xüsusiy-yətlərinin
tədqiqini özündə birləşdirir.
Müasir hidrogeologiyanın həll etdiyi kompleks məsələlər
aşağıdakılardan ibarətdir:
1) yaşayış məntəqələrinin, kənd təsərrüfatı və sənaye
müəssisələrinin su təchizatı məqsədləri üçün yeraltı suların
istismar ehtiyatının qiymətləndirilməsi;
2) kurort – sanatoriya işləri, kimya sənayesi və istilik
enerjisi
üçün mineral-, termal- və sənaye yeraltı sularının
axtarışı, kəşfiyyatı və onların istismar ehtiyatının qiymət-
ləndirilməsi;
3) optimal işlənilmə şəraitinin təyini məqsədilə faydalı
qazıntı yataqlarının hidrogeoloji şəraitinin öyrənilməsi;
4) torpaqların suvarılması və qurudulması məqsədilə
hidrogeoloji tədqiqatların aparılması;
5) faydalı qazıntı yataqlarının hidrogeokimyəvi və
radiohidrogeoloji axtarışı;
6) faydalı qazıntı yataqlarının istismarının yeni mütərəqqi
üsullarının (kimyəvi, hidravlik və s.) hidrogeoloji
əsaslandırılması;
7) yeraltı su ehtiyatının süni doldurulması, tükənmədən və
çirklənmədən müzafizə tədbirlərinin
hidrogeoloji əsaslan-
dırılması;
8) sənaye çirkab sularının yer altına basdırılmasının
hidrogeoloji əsaslandırılması;
9) neft və qazın süni üsulla yer altında saxlanılması
məqsədilə xüsusi qurğuların tikilməsi üçün hidrogeoloji tədqi-
qatların aparılması;
10) yeraltı suların rejiminin regional və lokal sahələrdə
proqnozlaşdırılması üçün hidrogeoloji əsaslandırma və s.
4
B i r i n c i f ə s i l
YERALTI SU YATAQLARI VƏ
ONLARIN TİPLƏRİ
1.1. Yeraltı su yataqları haqqında anlayış
Yeraltı sular ümumi su ehtiyatının əsas hissəsini təşkil edir və
əlverişli geoloji-struktur şəraitdə toplanır ki, belə sahələri „yeraltı su
yatağı” adlandırmaq məqsədəuyğun hesab olunur.
Ümumiyyətlə,
yeraltı su yatağı (YSY) – təbii və süni amillərin təsiri altında yeraltı
suların toplandığı, miqdar və keyfiyyət baxımından xalq
təsərrüfatında istifadəsinin iqtisadi cəhətdən səmərəliliyini təmin
edən sahələrdir.
Yeraltı su yatağı, yuxarıda qeyd edildiyi kimi, təbii və süni
amillərin təsiri nəticəsində əmələ gəlir.
Yeraltı suların süni yatağı əlverişli geoloji - struktur və litoloji
şəraitlərdə yerləşdikdə yerüstü suların süni surətdə yer altına
köçürülməsi və ya su təchizatı sistemindən itki, habelə kanallardan,
su anbarlarından süzülmə nəticəsində suların toplanması yolu ilə
əmələ gəlir.
Yeraltı suların
təbii şəraitdə yerləşərək, istismar olunduqca
ehtiyatını yenidən bərpa etməsi xüsusiyyəti onları digər faydalı
qazıntılardan (filiz və qeyri-filiz, neft, qaz) fərqləndirir.
Böyük praktiki əhəmiyyəti olan yataqlar –
sənaye tipli
yataqlar adlanır. Bu, elə hidrogeoloji obyektlərdir ki, praktikada iri
şəhərlərin, sənaye mərkəzlərinin,
o cümlədən iri suvarma
massivlərinin su təchizatını təmin edir. Bütün digər faydalı qazıntı
yataqları kimi, YSY-nin də həm planda, həm də kəsilişdə şərti
sərhədləri vardır. Sənaye tipli YSY üçün yeraltı suların istismar
ehtiyatını şərti olaraq, 5-10 min m
3
/sutka qəbul etmək olar. Su
ehtiyatı az olan yataqlar kiçik obyektlərə aid edilir və yeraltı suların
qeyri-sənaye tipli yatağı hesab edilir.