1
ƏL-MURACİAT
(MƏKTUBLAR)
İMAMƏT - VİLAYƏT - XİLAFƏT
ƏLLAMƏ
SEYYİD ƏBDÜL-HÜSEYN ŞƏRƏFÜDDİN
MUSƏVİ
2
Kitabın adı:................................................................Əl-Muraciat
Müəllif:...................Seyyid Əbdül-Hüseyn Şərəfüddin Musəvi
Nəşr edən:............................................................................Şəhriyar
Çap növbəsi:.............................................................................İkinci
Çap tarixi:.....................................................................................2007
Tiraj:.............................................................................................3000
........................................:باتک مان
.......
...........
....
..
..
تاعجارملا
..:فلوم
..
................
..
..
....
......
....
نیدلا فرش نیسحلادبع دیس هملاع
......................:رشان
.
...........
....
......................................
رایرهش
رات
ی
............................:پاچ خ
...
....................................
..
8316
..............................:پاچ تبون
...
........................................
مود
.......................................................ژاریت
.
....................
3333
964-5934-48-6
3
EY KİTABIM!
Müəllif dolğun mənalı şeri ilə kitaba xitabən deyir:
“Ey mənim kitabım, yer üzündə seyr et və istədiyin yerə ayaq bas! Qoy oxucuların həmişə
səni sevərək oxusunlar. Səndə məni qorxudan nə bir yalan, nə də heysiyyətinə nöqsan
gətirəcək bihudə, dəlilsiz bir məsələ yoxdur.”
KİTABIN MƏŞHUR MÜƏLLİFİNİ TANIYAQ
Hər şəxsiyyət onda olan müəyyən tipik xüsusiyyətlərlə xarakterizə olunur. Başqasının
şərhi-halını yazan şəxs isə onun bu kimi keyfiyyətlərini və elmi səviyyəsini göstərməklə
şəxsiyyətini oxucuya tanıtdırır. Əgər onun əsərləri şəxsiyyətini aydınlaşdırırsa, artıq
tərcümeyi-halını yazmaq maraqsız olar və o vaxt maraqlı ola bilər ki, onun haqqında bir sıra
yeni, deyilməmiş maraqlı incəliklər verilsin.
“Əl-Müraciat” kitabı, demək olar, o yazıçı və böyük alimin tərcümeyi-halı və
xasiyyətnaməsini əks etdirə bilən bir kitabdır. Bu kitab oxucuya İslam tarixi ilə bağlı müxtəlif
bəhslərə aid geniş məlumat verməklə yanaşı müəllifin, fəsahət, bəlağət, qələmin səlisliyi,
mübahisə vaxtı alicənablıq və ehtiramı gözləmək, diqqət, mübahisədə mətanət, xitab olunan
və bəhs edən şəxsə tam ehtiram, mübahisələrin tənzimi və başqa xarakterik cəhətlərini
aşılayır. Hər halda müəllifin başqa kitablarını da oxumaqla yuxarıda deyilənləri daha yaxşı
duyacaqsınız.
Etiraf edirəm ki, bu böyük alimin şəxsiyyətində aradıqlarımı bu neçə səhifədə yazmaq
çətindir. Çünki onun dünya görüşü, əxlaqı və insani dəyərləri bir dərya qədər geniş, kitabları,
xüsusən bu kitabı ruhun dərinliklərinə vəsf olunmaz nur saçır.
* * *
HƏYATI
Bu böyük alimin adı Seyyid Əbdül-Hüseyn Şərəfüddindir. Adı necə də şəxsiyyətinə
münasibdir – Əbdül-Hüseyn. Çünki bütün ömrünü İslama, müsəlmanlara və onların
düşmənləri ilə mübarizəyə sərf etmişdir. Şərəfüddindir, çünki dinə xüsusi şərəf gətirmişdir.
Belə nümunəvi insanlara İslam aləmində az rast gəlinir.
Atası Şərif Yusif ibn Şərif Cavad ibn Şərif İsmayıl, anası Zəhra, Seyyid Hadi ibn Seyyid
Məhəmməd Əlinin qızıdır ki, hər ikisi “Şərəfüddin” sülaləsinin böyüklərindən birinə
mənsubdur.
O, 1290-cı hicri-qəməri (1869) ilində Kazimeyn şəhərində, elm və bilik üçün lazımı
vasitələrin olduğu bir ailədə doğulmuş və mövcud imkan onun ixtiyarına bir müsəlman, bir
İslam təbliğatçısı və aliminə lazım təminat və şəraiti ərməğan vermişdir. Nəcəf-Əşrəfdə
məşhur alimlərin hüzurunda fiqh (şəriət əhkamları elmi) və üsul elmlərini öyrənmiş, habelə
mərhum Seyyid Kazim Təbatəbai, Axund Xorasani, Fəthullah İsfahani, Şeyx Məhəmməd
Taha Nəcəfi və Şeyx Həsən Kərbəlayidən lazımınca bəhrələnmişdir.
Bu böyük alim ilə fiqh və üsul elmini öyrənən başqa tələbələr arasındakı fərq bundan ibarət
idi ki, o, yalnız elm öyrənməklə kifayətlənməmiş, dövrün ictimai-siyasi vəziyyətindən, İslam
ümmətində baş verən hadisələrdən də xəbərsiz olmamışdır. Müsəlmanların çətinliklərinə şərik
olmaq, onların aradan qaldırılması barədə daim düşünmək (bu kitab özü bir nümunədir),
müəllifi narahat etdiyi məsələlərdən olmuş və özü müqəddimədə bu həqiqətə toxunmuşdur:
“Şiə və sünni ixtilafları elə cavanlığımdan məni kədərləndirirdi və həmişə bir çarə ardınca
idim.”
Dostları ilə paylaş: |