5 fevral 2017-ci il, bazar
7
Dağlar qurşağadək giriblər suya,
Təbiət dalğındır, gedib yuxuya.
Meşələr bir həzin nəğmə oxuya
Artar könüllərin marağı burda.
Meh əsib suları dalğalandırır
Günəş zirvələrdə tonqal yandırır,
Gözəllik ürəyi qanadlandırır,
Bir heyrət bürüyür qonağı burda…
Bu misralar Lənkəran haq-
qında deyilsə də, ümumiyyətlə
cənub təbiətinə xas olan spesifik
xüsusiyyətlərin poetik ifadəsidir.
Əslində ana təbiət cənubdan heç
nəyini əsirgəməyib. Elə subtropik
diyarın mərkəzi sayılan Lənkəranı
götürək. Bir tərəfi mavi Xəzərlə,
digər tərəfi isə əsrlərin şahidi olan
qocaman Talış dağları ilə əhatələnən
Lənkəranın təbiəti füsunkar və
rəngarəngdir. Başqa sözlə desək,
bu yerin özünəməxsus fauna və
florası var. Bitki örtüyü, heyvanat
aləmi baxımından çox zəngindir.
Lənkəran meşələrində dünyanın heç
bir yerində təsadüf olunmayan nadir
ağaclar bitir. Bu torpağın təbii sim-
voluna çevrilən Dəmirağac, Şaba-
lıdyarpaq palıd, Lənkəran akasiyası,
Lənkəran palıdı, Hirkan ağcaqayını,
Hirkan şumşadı... və s. fikrimizi bir
daha təsdiqləyir.
Lənkəranda xüsusi mühafizə
olunan təbiət əraziləri mövcud-
dur. Hirkan Milli Parkı, Qızıla-
ğac Dövlət Təbiət Qoruğu və s.
ərazilər biomüxtəlifliyin mühüm
göstəriciləridir. Lənkəran şəhəri,
rayonun kənd və qəsəbələri də
yaşıllığa bürünüb. Aparılan tikinti-
abadlıq işləri Lənkəranın simasını
tanınmaz dərəcədə dəyişdirib. Hələ
bir neçə il əvvəl Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili,
UNESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın “Hər
kəs bir ağac əksə...” təşəbbüsü res-
publikada geniş əks-səda verdi. Ölkə
ərazisində yüz minlərlə ağac əkildi.
Bu vətənpərvərlik təşəbbüsünə
cənublular da həvəslə qoşuldular.
Təsadüfi deyil ki, bu nəcib ənənə
Lənkəranda bu gün də davam etdi-
rilir. Hər həftənin şənbə və bazar
günlərində iməciliklər təşkil olunur.
Ağacəkmə kampaniyası adətən yaz
və payız aylarında xüsusi vüsət alır.
Mövcud yaşıllıqlara aqrotexniki qay-
dada xidmət göstərilir. Ümumiyyətlə,
Lənkəran torpağı qızıl kimidir.
Bitkiçilik üçün çox əlverişlidir.
Əbəs yerə deməyiblər ki, bura
qovrulmuş tum da atsan göyərər.
Elə buna görə də son illərdə cənuba
turist axını güclənib. Müşahidələr
göstərir ki, türistlər və qonaqları bir
qayda olaraq Lənkəranın füsunkar
və rəngarəng təbiəti daha çox özünə
çəkir. İlin bütün fəsillərində öz yaşıl-
lığını hifz edən, havanı tənzimləyən
dəmirağaca daha böyük maraq
var. Təsadüfi deyil ki, ağacəkmədə
dəmirağacına xüsusi yer ayrılır.
Lənkəran və onun füsunkar
təbiəti haqqında çox yazılsa da, hələ
qatı açılmamış təbii sirlər çoxdur.
Hələ sovet dönəmində Lənkəranda
olan böyük rus şairi Nikolay Ti-
xonovun öz şeirlərinin birində
Azərbaycanın bu subtropik diyarının
“Cənub mirvarisi” adlandırması heç
də təsadüfi deyil.
İnsanın gözəlliyə can atması da,
gözəlliyə qənim kəsilməsi də faktdır.
Görəsən hansı qazancımızı təbiətin
əvəzedilməz, analoqu olmayan
sərvətlərindən üstün tutmaq olar?
Bu sualla müraciət etsək, eyni cavabı
alarıq: İnsanın təbiəti qorumaq-
dan aldığı zövqdən böyük qazancı
yoxdur. Ona görə də bəşər övladı
həmişə təbiətin zənginləşdirilməsinə
çalışmış, meşə və yaşıllıqların
təmiz nəfəsindən alınan havaya,
atmosferə üz tutmuşdur. Dünyanın
yeddi möcüzəsindən biri olan qədim
Babildəki Semeramida bağlarının
yaradılması da təbiətə insanın isti
münasibətindən yaranmışdır, desək,
bəlkə də, səhv etmərik. Bu bağların
ümumi ansamblı rəmzlərdən yaransa
da, məqsədi təbii gözəlliklərə yeni
rənglər qatmaqdır.
Bu gün Azərbaycan təbiəti
meşələrimiz, çaylarımız, qoruq-
larımız, parklarımız dünyanın
möcüzələridir. Azərbaycanın bu
möcüzələrini görən xarici səyyahlar
turizm, müalicə və digər məqsədlərlə
respublikamıza gələndə onun loğ-
man, füsunkar təbiəti qarşısında baş
əyirlər. Fransız yazıçısı və səyyahı
Aleksandr Dümanın əsərlərində
Azərbaycan, onun əsrarəngiz təbiəti,
insanları böyük məhəbbətlə tərənnüm
olunur, flora və faunamızın zənginliyi,
can dərmanı olan bitkilər tədqiq
olunur, bu diyara tay tapılmadığı
gösərilir.
M.F.Axundzadə “Müsyö Jordan
və Dərviş Məstəli şah” əsərində Fran-
sadan yurdumuza qonaq gələn bota-
nika alimi gecə-gündüz çöllərdə nadir
bitkiləri toplayır, bu işdə yerlilərin
də köməyindən istifadə etməklə
zəngin kolleksiya əldə edir. Böyük
vətənpərvər M.F.Axundzadə nəbatat
alimi Müsyo Jordanın dilindən deyir:
“Alp dağlarında, Afrikada bitən bu
dərman bitkiləri Azərbaycanın Təklə
Muğan obasında – Qarabağda, Ameri-
kada daha zəngindir...”
Azərbaycanın zəngin meşələri,
ecazkar bitki örtüyü ilə bərabər
yüzlərlə parkı, qoruğu, yasaqlığı
da var ki, bunların çoxu möhtərəm
Prezidentimiz İlham Əliyevin uğurlu
ekoloji siyasətinin, milli parkların,
qoruqların, yasaqlıqların salınması,
qorunması və genişlənməsi barədə
verdiyi sərəncam və tapşırıqların
nəticəsidir.
Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Na-
zirliyi yarandığı gündən xüsusi
mühafizə olunan təbiət ərazilərinin
inkişaf etdirilməsi istiqamətində
məqsədyönlü, ardıcıl tədbirlərin
həyata keçirilməsini davam etdirir.
Qısa müddət ərzində beynəlxalq
normativlərə uyğun olaraq Xü-
susi Mühafizə Olunan Təbiət
Ərazilərinin sahəsi genişləndirilərək
5 faizdən 10,3 faizə çatdırılmışdır.
Belə ərazilərin sahəsinin daha da
genişləndirilməsi istiqamətində ardıcıl
tədbirlər həyata keçirilir.
Respublikamızın təkrarsız
təbiət abidələrindən biri də dünya
şöhrətli Qızılağac qoruğudur. Qoru-
ğun ərazisinin genişləndirilməsi və
qoruğun ərazisində sahəsi 100 min
hektar olan Qızılağac Milli Parkının
yaradılması istiqamətində işlər apa-
rılır. Bu da Milli Parkda ekoturizmin
inkişfına xüsusi önəm verəcəkdir.
Çünki qoruq həm turizm baxımındn
əhəmiyyətlidir, həm də nadir və
qiymətli quşların qışlama yeridir.
Tarixə baxış: Hələ XX əsrin
əvvəllərində Azərbaycan Respublika-
sının ərazisində Xəzər dənizinin sahil
istiqamətində su-bataqlıq quşlarının
cənub istiqamətində miqrasiyası
müəyyən edilmişdir. Qızılağac körfəzi
miqrasiya edən quşların qışlaması
üçün böyük əhəmiyyət kəsb edir. O
vaxtdan da həmin ərazinin qorun-
ması zərurəti yaranıb. 1913-1914-cü
illərdən başlayaraq Qızılağac körfəzi
xüsusi qorunan ərazi kimi mühafizə
olunmağa başlandı. 1926-ci ildə
Qızılağac körfəzinə yasaqlıq statusu
verildi. Həmin ərazidə ovçuluğa qa-
dağa qoyuldu. 1929-ci ildə isə keçmiş
SSRİ-nin Xalq Komissarları Sovetinin
3 iyun 337 saylı qərarı ilə Qızılağac
körfəzi Xəzər dənizinin ətraf sahil zo-
lağı ilə birlikdə qoruq elan edilib. Bu
ərazidə hər cür təsərrüfat fəaliyyətinə
qadağalar qoyulub. Qoruqda əvvəl
flora və funanın qorunmasına diqqət
yetirildi. Sonradan isə qoruqda elmi-
tədqiqat işlərinin aprılmasına başlanıb.
Bura dünyanın tanınmış elm adamları,
ornitoloqlar, ixtioloqlar və hidroloqlar
dəvət olunmuşlar.
Qızılağac Qoruğu Xəzər
dənizinin cənub-qərbində yerləşir.
Ərazisi 88400 hektardır. Böyük Qı-
zılağac körfəzini və Salyan düzünün
bir hissəsini əhatə edir. Eyni zamanda
qoruğun ərazisi Lənkəran, Masallı,
Neftçala rayonlarının əraziləri ilə
həmsərhəddir. Qızılağac Dövlət
Təbiət Qoruğu – köçəri, su-bataqlıq
və çöl quşlarının çoxaldılması,
həmçinin təbii su-bataqlıq landşaft
sahələrinin mühafizəsi məqsədilə
yaradılmışdır. Qızılağac Qoruğu
1976-cı ildə “Su-bataqlıq yerləri
konvensiyası”nın (Ramsar) suətrafı
və suda üzən quşların məskunlaşması
12 beynəlxalq əhəmiyyətli qoruq sı-
rasına daxil edilmişdir. Qoruq ərazisi
müxtəlif təbii landşaft sahələrindən
ibarətdir. 61,9 min hektarını su
akvatoriyası, 17,9 min hektarını
cəngəlliklər, 26,3 min hektarını isə
quru sahələr təşkil edir.
Qoruğun florasını 360 növ, 4
az yayılmış növ, həmçinin Qafqa-
zın 3 endemik növü, hibrid-qovağı,
Qrosheym zəncirotu və sapa oxşar
bağayarpağı təşkil edir.
Qızılağac Qoruğunun zəngin
təbii landşaftı və iqliminin mülayim-
liyi dünyanın müxtəlif yerlərindən
quşların gəlməsinə səbəb olmuşdur.
Uraldan, Tundradan, digər region-
lardan, uzaq Sibirdən, Avropadan və
başqa yerlərdən uçub gələn qırmızı-
döş qaz, ağ durna, qu quşu, qızıl quş,
qızıl qaz və s. burada qışlayır.Misir,
İraq, Sudan, Yeni Zelandiya və s.
yerlərdən də bura yazda yuvalanmaq
üçün əsrindimdiklər, sarı və böyük
Misir vağları, qırıldaqlar və s. uçub
gəlirlər. Eyni zamanda qoruqda sultan
toyuğuna, turaca, dovdağa, qulara,
qızılboğaz vəhşi qaza, çöl qartalına və
s. rast gəlmək olur. Qoruq ərazisində
270 növ quş məskunlaşır. Bu quşların
20 növü nadir quşlar kimi “Qırmızı
kitab”a daxil edilmişdir. Qızılağac
qoruğunda məməlilərin, sürünənlərin,
suda-quruda yaşayanların və
həşəratların bir çox növü yaşayır. Su
hövzəsində isə 30 növdən çox balıq
(siyənək, çəki, kütüm, kefal və s) eyni
zamanda Xəzər suitisi məskunlaşıb.
Azərbaycanda ümumi sahəsi
893 min hektar xüsusi mühafizə
olunan təbiət əraziləri, o cümlədən 9
milli park, 11 dövlət təbiət qoruğu
və 21 dövlət təbiət yasaqlığı möv-
cuddur. Onlardan biri Hirkan Milli
Parkıdır. Möhtərəm Prezidentimiz
İlham Əliyevin 9 fevral 2004-cü il
81 saylı sərəncamı ilə parkın ərazisi
genişləndirilərək 21435 hektara çat-
dırılmışdır. Sonralar parkın ərazisi 2
dəfə artırılmış, 40358 hektar olmuş-
dur.
Azərbaycan təbiətinin incisi
olan Hirkan meşələrinə həmişə
dövlət qayğısı olub. Azərbaycan
hökumətinin qərarı ilə 1936-cı
ildə Talış meşələrinin nadir bitki
növlərinin qorunması məqsədilə 88
hektar ərazidə Lənkəran dövlət qo-
ruğu yaradılmışdır. Sonralar bu ərazi
artırılaraq 12 min hektara çatdırılmış,
Qızılağac Dövlət Qoruğunun filialı
statusunu almışdır.
Ulu öndərimiz Heydər Əliyevin
göstərişi ilə 1969-cü ildə Hirkan
Dövlət Qoruğu yaradıldı. Möhtərəm
Prezidentimiz İlham Əliyevin
sərəncamı ilə Hirkan Milli Parkının
təsbit edilməsi bu yerlərin təbiətinə
ulu öndərin qayğı və diqqətinin
davamı oldu. Hirkan Milli Parkının
ərazisinin iki dəfə artırılması üçün
planlı işlər görülmüş və həyata
keçirilmişdir. Geniş sahəsinə, hər
qarışa düşən bitkinin zənginliyinə
görə üstün olan Hirkanın özünün
ətraf mühitə, təbiətə böyük təsiri
var. Burada hər ağac, hər kol can
dərmanıdır. Cənub bölgəsinin
bu zəngin parkı şəfa qaynağıdır.
Azərbaycan təbiətşünasları dəfələrlə
Hirkanın təbii gözəliklərindən savayı,
onun bitkilərinin min bir dərdin
dərmanı olduğunu sübut ediblər.
Onlardan biri Seyid Əli Kazımbəyov
“Səidiyyə” əsərinda yazır ki, taun və
vəba xəstəlikləri bütün ətrafı-Ərdəbil,
Rəşt, Qarabağ, Şirvan və qeyri
yerləri tutduğu halda Talışa sirayət
etmədi. Məlum olmuşdur ki, dün-
yanın müxtəlif yerlərində baş verən
xəstəliklərin əli bu füsunkar diyara
çatmır. Səbəbi nədir? Tədiqatlar
nəticəsində bəlli olmuşdur ki, bu
yerlərdə bitkilərin biomüxtəlifliyi,
yüzlərlə ağac və kolun təbii
dərman mənbəyi olması, landşaftın
özündə ayrı-ayrı xəstəliklərə qar-
şı müvazinətin güclü olması və s.
əlamətlərdir.
Bu üstünlüklər bir sıra Avropa
səyyahlarının, alim və yazıçıla-
rın başlıca mövzusuna çevrilmiş,
Azərbaycanın bu dilbər guşəsinin
zəngin təbiətinin sorağı uzaq-uzaq
ellərə gedib çıxmışdır.
Aleksandr Düma Talış
meşələrində pələnglərin məskən
saldığını, onların Araz çayını keçib
Qarabağa qədər gedib çıxdığını, bu
ərazilərdə bəbirlərin yaşadığını öz
əsərlərində təsvir edir. Yerli əhalinin
igidliyindən bəhs edən müəllif ca-
maatın qəribə qorxmazlığını çox-
saylı faktların dili ilə sadalayır. Yerli
əhalinin bəbirləri əhliləşdirdiyini
göstərən yazıçı qeyd edir ki, camaat
bəbirləri yəhərin qaşına bağlayıb
ceyran ovuna çıxardı. Bu faktlar
onu göstərir ki, təbiətin zənginliyi
içərisində böyüyən bu camaata Allah
güc, qüvvət, qorxmazlıq, cəsarət verib
ki, heyvanların ən qorxuncuna qalib
gəlib, ondan məqsədləri üçün istifadə
edə bilsinlər.
Milli Park flora və faunası
ilə zəngindir. Buradakı ağacların
əksəriyyətində Hirkan adı çəkilməsi
fərdi xüsusiyyət daşıyır, bunların an-
caq adıçəkilən əraziyə mənsubluğunu
təsdiq edir. Hirkan ağcaqayını,
Hirkan armudu, Hirkan ənciri, Hirkan
bikəvəri, Hirkan şümşadı və daha
onlarca bu ünvanlı ağac və gül kolu...
dəmirağac, şabalıdyarpaq palıd,
yarpaqvari qızılağac, qanadmeyvə,
yalanqoz... Bütün bunlar qiymətli,
nadir ağaclardır və bunlardan hazırla-
nan qiymətli əşyalar dünyanın məşhur
muzeylərində indi də saxlanılır.
Bəs Milli Parkın heyvanat aləmi?
Xallı maral, cüyür, çöl donuzu, bəbir,
oxlu kirpi, porsuq, dələ, Hirkan arı-
quşu... Adlarını çəkdiyimiz heyvanat
növləri də məhz Hirkan Milli Par-
kında yaşayır və bu yerlərin zəngin
iqliminə öyrəncəlidir.
Mən Hirkan Milli Parkı, Ta-
lış dağları və meşələri haqqında
danışarkən akademik Həsən Əliyevin
1957-ci ildən başlayaraq ömrünün
sonuna qədər bu sahədə apardığı
tədqiqatlara, təqdimatlarına nəzər
salmaq istəyirəm.
Keçmiş SSRİ-nin tanınmış
təbiət alimləri ilə bu yerlərdə
qonaq olan, geniş tədqiqatlar apa-
ran akademik H.əsən Əliyev XVII
əsrin əvvələrində bura səfər edən
Almaniyanın Rusiyadakı səfiri Adam
Olerianinin Muğan səhrası, keçilməz
Lənkəran meşələri, Talış dağları
barəsindəki məlumatını təqdir edir.
Müəllif yazır ki, buranın füsunkarlığı-
nı görmədən təsəvvür etmək çətindir.
Bura elə “cənnət bağı”dır.
Bu yerləri bir botanika bağına və
zooloji parka çevirməyi təklif etməyi
akademikin bu yerlərin gələcəyinə
inamından irəli gəlirdi. Axı dünya
şöhrətli alim təbiət sərrafı idi. O,
bu zəngin təbiətin yüksək meyarı-
nı təyin edə bilirdi. Dünya şöhrətli
alimimiz bu sahədə çox həssas idi və
elmi araşdırmalara, apardığı çox-
saylı tədqiqatlara, müşahidələrinə
əsaslanaraq rəyini bildirirdi ki,
Talış meşələri dünyada tayı-bərabəri
olmayan flora və faunaya malik-
dir, və bunu qoruyub artırmaq yerli
sakinlərin, dövlətin borcudur.
Akademik insanlara çoxsaylı
müracitlərində, tövsiyələrində bir
vətənpərvərlik yanğısı ifadə edirdi.
Biz müasir texnikanın, texnologiyanın
təbliğatçısı olsaq da, Həsən Əliyev,
haqlı olaraq, meşələri kəsib doğrayan
baltaların, mişarların əleyhinə gedirdi.
Onun “Elektrik mişarı olan şəxslər
qanunsuz silah saxlayan adamlar kimi
məsuliyyətə cəlb edilməlidir” hökmü
ilə meşə qırıcılarına qarşı çıxması
vaxtında çalınan həyəcan siqnalı idi.
Həmin vaxtlarda akademik
təbiət barədəki elmi çıxışlarını,
tədqiqatlarını, böyük ideyalarını
bəşərə bir ərməğan kimi hədiyyə
edirdi. “Talış dağlarının füsunkar
guşələrindəki meşələri, mineral bulaq-
ları, respublkamızın zəhmət adamla-
rının sağlamlıq ocaqlarına çevirmək
lazımdır” ideyası bu gün həyata
keçirilmiş, reallığa çevrilmişdir. Bu
gün Cənub bölgəsi rayonlarının-
Lənkəranın, Masallının, Astaranın,
Lerikin, Yardımlının onlarca turizm
mərkəzləri, sağlamlıq ocaqları, sana-
toriyaları hər il minlərlə insan qəbul
edir.
(ardı var)
Bəxtiyar HÜSEYNOV,
ekoloq-jurnalist
Biz və təbiətimiz
İnsanın yaxşı həyatını təmin edən amillərdən biri
də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin
qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət,
udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox
böyük diqqət göstərməliyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ruhun qidasıdır
gözəl təbiət
Hacıqabul Rayon İcra Hakimiyyəti
2017-ci ildə şəhərdə abadlıq işlərinin, şəhər mənzil fondunun və
şəhər yollarının əsaslı təmiri işlərinin satınalınması məqsədilə
Lot- 1. Hacıqabul şəhərində abadlıq işlərinin
satınalınması.
Lot -2. Hacıqabul şəhərində mənzil fondunun
əsaslı təmiri işlərinin satınalınması.
Lot- 3. Hacıqabul şəhərində yolların əsaslı
təmiri işlərinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender
təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat
zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilə
il ərzində yerinə yetirilməlidir. Müqaviləni yerinə
yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və
texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıda-
kı məbləğdə iştirak haqqını göstərilən hesaba
köçürdükdən sonra Azərbaycan dilində tərtib olun-
muş əsas şərtlər toplusunu Hacıqabul rayonu, Hacı-
qabul şəhəri, İ.Qayıbov küçəsi, 7 nömrəli ünvanda
yerləşən Hacıqabul Rayon İcra Hakimiyyətindən ala
bilərlər. Əlaqələndirici şəxs: Salman Mirağa oğlu
Zamanov, telefon: /021/ 204-29-46).
İştirak haqqı: hər bir lot üçün 100 (yüz)
manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba
köçürməlidirlər.
Təşkilat: Hacıqabul Rayon İcra Hakimiyyəti
Hesab: AZ78AİİB32051019446300201163
VÖEN : 810002705
Bank: “Kapital Bank”ın Hacıqabul rayon
filialı;
Kod: 200639
M/h: AZ37NABZ1350100000000001944
VÖEN: 9900003611
S.W.İ.F.T. BİK: AİİBAZ 2x
İştirakı haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı
sənədləri təqdim etməlidirlər;
- iştirak haqqının ödənilməsi barədə bank
sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti
haqqında bank arayışı;
- iddiaçının hüquqi statusu, qeydiyyatdan keç-
diyi ölkə və rekvizitləri;
- işləri yerinə yetirmək üçün potensial imkan-
ları haqqında məlumat;
- tender təklifi (tender proseduru keçirildiyi
tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində
bank təminatı (tender proseduru keçirildiyi
tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla
tender təklifi ilə birlikdə təqdim edilir);
- bank təminatını tender təklifi zərfində
təqdim etməyən iddiaçının tender təklifi etibarsız
sayılır və qiymətləndirməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və
digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı
keçmiş öhdəliklərin olmaması haqqında müvafiq
vergi orqanlarının arayışı.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda
göstərilən sənədləri (tender təklifi və bank təminatı
istisna olmaqla) 10 mart 2017-ci il saat 17.00-dək
təqdim etməlidirlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yu-
xarıda göstərilən sənədləri tender təklifi və bank
təminatını isə möhürlənmiş ikiqat zərflərdə 27 mart
2017-ci il saat 15.00-dək təqdim etməlidirlər.
Təklif zərfləri 28 mart 2017-ci il saat 15.00-
da Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati
binasında, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 7
nömrəli ünvanda açılacaqdır.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və
surəti) tərtib olunmalıdır (xarici dildə olan tender
təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak
edə bilərlər.
Tender komissiyası
A Ç I Q T E N D E R E L A N E D İ R
İran XİN rəhbəri:
ABŞ-ın sanksiyaları
qeyri-legitimdir
Rəsmi Tehran ABŞ-ın tətbiq etdiyi yeni
sanksiyaları qeyri-legitim adlandırıb.
APA-nın Reuters
agentliyinə istinadən
verdiyi xəbərə görə,
bunu İranın xarici işlər
naziri Məhəmməd Ca-
vad Zərif bəyan edib.
“Yeni sanksiyalar
ABŞ-ın öhdəlikləri və
İranla “altılıq” ölkələri arasında əldə edilən sazişə dair BMT-
nin qətnaməsi ilə uzlaşmır”,- deyə Zərif bildirib.
Onun sözlərinə görə, rəsmi Tehran cavab addımları atacaq:
“Tərəfimizdən ABŞ-ın bir sıra fiziki şəxsi və təşkilatına qarşı
məhdudiyyətlər tətbiq ediləcək”.
Trampın fərmanından sonra
100 min viza ləğv edilib
ABŞ Prezidenti Donald Trampın
imzaladığı miqrasiya fərmanlarından sonra 100
mindən çox viza ləğv olunub.
APA-nın xəbərinə görə, bu
barədə “The Washington Post”
qəzeti yazıb.
Məlumata görə, bu rəqəm
ABŞ-a buraxılmayan iki
Yəmən vətəndaşının işi üzrə
məhkəmədə səsləndirilib.
Qeyd edək ki, D. Tramp
ötən həftə İraq, İran, Suriya,
Sudan, Yəmən, Liviya və
Somali vətəndaşlarının 90 gün
ərzində ABŞ-a daxil olması-
nın qadağan edilməsi barədə
fərman imzalayıb. Bundan
əlavə, D. Tramp qaçqınların
ABŞ-da yerləşdirilməsi barədə
proqramı 120 gün müddətində
dayandırıb.
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi
Dövlət Film Fondu
Binanın soyutma, isitmə və havalandırma sistemlərinə
daimi nəzarətin həyata keçirilməsi məqsədilə kotirovka
sorğusu keçirir.
Maraqlananlar 2017-ci il fevralın 8-i saat 12.00-dək
431-70-93 nömrəli telefona zəng vura bilərlər.
Ünvan: Bakı, Moskva prospekti, 1D.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC
Gəmi mühərrikləri üçün ehtiyat hissələrinin
satınalınması məqsədilə
Müsabiqədə iştirak etmək istəyən
şəxslər www.acsc.az səhifəsinə daxil
olmaqla elanlar bölməsindən əlavə
sənədləri və ətraflı məlumat əldə edə
bilərlər.
Müraciət üçün son müddət 2017-
ci il fevralın 10-u saat 18.00-dəkdir.
Əlaqə telefonu: (012) 493-41-52.
Ünvan: Bakı, Rəsulzadə küçəsi, 5.
A Ç I Q M Ü S A B İ Q Ə E L A N E D İ R