İNKİsaf və yaş psixologiyasinin mövzusu



Yüklə 59,5 Kb.
səhifə1/14
tarix28.12.2022
ölçüsü59,5 Kb.
#98003
  1   2   3   4   5   6   7   8   9   ...   14
yaş psixologiyası


  1. İNKİSAF Və YAŞ PSİXOLOGİYASININ MÖVZUSU

Müasir dövrdə sosial-psixoloji hadisələr vüsət alır, demokratik proseslər genislənir, ictimai həyatın bütün sahələrində insan amilinin rolu artır, elm və texnika sürətlə inkisaf edir, bəsər tarixində ilk dəfə olaraq insan nəslini texnikanın yeni nəsli qabaqlayır, hətta onu ötüb keçir. Son 50 ildə inkisaf etmis ölkələrdə bir insan nəslinin ömrü ərzində elektrotexnikanın bir neçə nəsli meydana gəlmis, dəyismis, yeniləsmisdir. Belə ki, kompüterlərin yeni nəsli, robot texnikası, süni peyklərlə əlaqələr, atom enerjisi vasitələri, mühərrik tipləri biri digərini çox sürətlə əvəz etmisdir. Təsadüfi deyildir ki, əsrimizi elmi informasiyaların “partlayısı” əsri adlandırırlar. əndi bəsəriyyət sanki həll edilməz sual qarsısında qalmısdır. Hədsiz surətdə artan informasiyalarla yetisməkdə olan nəsl necə rəftar etməli, onların hamısını mənimsəmək mümkündürmü, gələcəkdə daha artıq miqdarda informasiyalarla qarsılasacaq gənc nəslin vəziyyəti necə olacaqdır? Mövcud təlim sistemi informasiya zənginliyi əsrinin tələbinə cavab vermək iqtidarındadırmı? və s.


Həqiqətdə elmi-texniki tərəqqinin son illərdə yaratmıs oldugu informasiya zənginliyi və qavranılması zəruri
olan məlumatlar sisteminin çoxlugu nəinki “informasiyalar partlayısına”, eyni zamanda biliyin nisbi sabitlik
səviyyəsinin itirilməsinə səbəb olmusdur.
Belə bir vəziyyətlə əlaqədar olaraq mütəxəssislər təlim-tərbiyənin praktik vəzifələrinə, onun meyarlarına və
ilk növbədə, insanların (xüsusən, gənc nəslin) idrak imkanlarına yenidən nəzər salmaga məcbur olurlar. Buradan
da psixologiya və pedaqogika elmlərinin qarsısına çox ciddi problem çıxır. Təlimin müddətini artırmadan, sürətlə
artan elmi bilikləri sagirdlərə necə mənimsətmək olar?
Həmin problemin həlli iki istiqamətdə gedir. Birincisi, sagirdlər üçün təlim prosesində əsas informasiya
mənbəyi olan dərsliklər, dərs vəsaitləri, basqa sözlə, təlimin məzmunu ciddi surətdə yenidən islənib
ümumiləsdirilir, dəyisdirilir. Bu zaman sagirdlər üçün yazılan dərsliklərin elmi-texniki təfəkkür səviyyəsini
düzgün əks etdirməsinə fikir verilir.
Burada bir cəhəti də unutmaq olmaz ki, hazırda informasiyalar sürətlə artsa da, insanın beyninin dərketmə
imkanları həddən artıq genisdir. Belə ki, beyin yarımkürələrinin qabıgındakı 15-16 milyard hüceyrədən insanın
idrak fəaliyyətində yalnız 4 faiz istirak edir, 96 faiz isə sanki ehtiyatdadır. Hətta belə bir mülahizə də var ki, yer
üzündə yasayan insanlardan yalnız 1 faizi beynin imkanlarından səmərəli istifadə edir. Beləliklə, gələcəkdə
beynin ehtiyatda olan imkanlarından daha çox istifadə etmək, effektli isləmək, optimist olmaq lazımdır. Deməli,
informasiya nə qədər artsa da, həyat yeni məlumatlarla zənginləssə də, insan beyninin imkanları, idrakı onları
dərk etməyə, mənimsəməyə qadirdir.
Burada digər həll edilməli problem (ikinci istiqamət) isə fövqəladə sürətlə dəyisən, mütəhərrik olan müasir
həyatda yasayıb yaratmaq, müvəffəqiyyətlə fəaliyyət göstərmək, isləmək, çalısmaq üçün fərd bir-birinə zidd olan
ikiqütblü bir sıra xüsusiyyətlərə malik olmalı, müəyyən keyfiyyətlərə yiyələnməlidir.
Birincisi, səxsiyyətin möhkəm nüvəsi formalasmalı, o, davamlı keyfiyyətlərə, elmi dünyagörüsə, ictimai
məsuliyyət hissinə yiyələnməlidir. Belə olmazsa, yəni həmin keyfiyyətlərə malik olmayan gənclər tarixin hər cür
kesməkeslərinə, mürəkkəb neqativ təsirlərə davam gətirməyəcək, qeyri-sabit olacaq, nevrotik-əsəbi vəziyyətə
düsəcək, sarsılacaq, üzüləcəkdir.
əkincisi isə, insan elə yüksək mənəvi-psixoloji zirəkliyə, əqli çevikliyə, cəsarətə, müstəqil mənimsəmə
qabiliyyətinə malik olmalıdır ki, müasir elmləri, yeni informasiyaları sərbəst surətdə mənimsəsin, onları yenidən
isləyib həyatda tətbiq edə bilsin.
Deməli, hazırkı nəsil valideynlərin, tərbiyəçilərin yasadıgı dünyadan əsaslı surətdə fərqlənən bir aləmdə
yasayacaq, onlar bizim adət etdiyimiz ölçülərlə, meyarlarla isləməyəcək; problemləri, məsələləri yeni səraitdə,
yeni qaydalarla həll edəcəklər; bu da səxsiyyətin strukturunu, təlim prosesində sagirdlərin idrak fəaliyyətini,
təfəkkür tipini, düsüncə tərzini dəyismək, inkisaf etdirməkdir. əks təqdirdə, səxsiyyət tarixi inkisafdan geri
qalacaq, həm də kamilləsməmis insan kimi ictimai tərəqqini ləngidəcəkdir.
Beləliklə, yetisməkdə olan gənc nəslin hərtərəfli, ahəngdar inkisafı, onlarda müvafiq bilik, bacarıq və
vərdislərin, yüksək mənəvi keyfiyyətlərin, elmi dünyagörüsün təsəkkülü, gənclərin ehtiyat imkanlarından
səmərəli istifadə müasir təlim-tərbiyə prosesinin qarsısında duran ən mühüm vəzifələrdəndir. Bu vəzifələrin
həyata keçirilməsi üçün tərbiyəçi və müəllimlər müxtəlif yas dövrlərində səxsiyyətin inkisaf qanunauygunluqları,
psixi inkisafın hərəkətverici qüvvələri (inkisafa təkan verən tələbatlar, ziddiyyətlər), inkisaf səraiti (təsir edən
sistem, daxili və xarici amillər), yas və fərdi xüsusiyyətləri, onda təzahür edən psixi dəyisikliklər, biliklərə
yiyələnmə imkanları, beynin ehtiyatda olan potensialı, fəaliyyətin psixoloji strukturu, onun mexanizmi və
motivləri haqqında genis və zəruri biliyə malik olmalıdır.
Yasla, fərdi xüsusiyyətlərlə, bilik və bacarıqla əlaqədar olaraq sadəcə bir cəhətə fikir verək. Bəzən elə olur ki,
müəllim yuxarı siniflərdə təlim-tərbiyə isini yaxsı təskil etdiyi halda, asagı siniflərdə buna nail ola bilmir. Belə
ki, ibtidai sinif müəllimi kiçik yaslı məktəblilərin yas və fərdi xüsusiyyətlərini yaxsı bildiyi üçün onlarla təlim
isini keyfiyyətli təskil edir, amma böyük məktəb yaslı sagirdlərlə müvəffəqiyyətlə isləyə bilmir. Deməli, yas və
fərdi xüsusiyyətləri, o cümlədən usagın hansı yasda, hansı fəaliyyət sahəsinə daha çox meyl göstərdiyini, idrak
imkanlarının xüsusiyyətlərini, ən çox nə ilə maraqlandıgını, fizioloji və psixoloji inkisafında bas verən
dəyisiklikləri, yeni insan formalasdırılmasının əsas problemlərini həll etmək yollarını bilməyən müəllim onun
fəaliyyətini idarə etməkdə, tənzimləməkdə çətinlik çəkəcəkdir. Görkəmli rus pedaqoq və psixoloqu
K.D.Usinskinin dediyi kimi, insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənmək lazımdır.
Usagın, məktəblinin inkisaf prosesinin səmərəli səkildə idarə olunması həmin inkisafın sərt və
qanunauygunluqları barədə biliklər olmadan mümkün deyildir. Ona görə də təlim-tərbiyə prosesində usaqların
inkisaf səviyyəsi, normal inkisafı (yas normasında olması), inkisafdan geri qalması (zəif oxuması), sürətli inkisafı
(talantlı olması), xüsusilə də usaqların iki sonuncu qrupu diqqəti daha çox cəlb edir. Çünki geri qalan usaq tədris
materialını tam mənimsəyə bilmir, talantlı usaqlar isə öz imkanlarından səmərəli istifadə etmirlər. Bu baxımdan
sagirdlərin yas xüsusiyyətləri nəzərə alınmalı, yas psixologiyasının nailiyyətləri pedaqoji isə tətbiq edilməlidir.
Psixologiyada usaq (insan), fərd və səxsiyyət kimi öyrənilib səciyyələndirilir. Usaqda bunlar vəhdətdə olub
elə uzlasır ki, bəzən onları fərqləndirmirik. Lakin fərd və səxsiyyət bir-biri ilə üzvü surətdə baglı olsalar da,
onları eyniləsdirmək elmi cəhətdən düzgün deyildir.
Dünyaya gələn usaq fərd kimi insan nəslinə, onun növünə mənsub olub psixoloji baxımdan biri digərinə
oxsamır, fərdi xüsusiyyətləri ilə, o cümlədən, yası, cinsi, səsi, dəsti-xətti, manerası, mimikası, görünüsü,
davranısı, hərəkəti ilə bir-birindən psixoloji mahiyyətinə görə fərqlənir, seçilir. Səxsiyyət kimi inkisafında isə
usaq (insan) münasibətlər sisteminə daxil olur, ictimai tarixi təcrübəni, biliklər sistemini mənimsəyib sosial
keyfiyyətlər kəsb edir, cəmiyyətin fəal üzvü kimi fəaliyyət göstərir, süurlu məxluqa çevrilir.
Sosiallasan usaq eyni zamanda bu prosesdə inkisaf edərək müstəqilləsir; onun özünəməxsus həyat tərzi,
mənəvi aləmi, mülahizə və rəyi formalasır, dünya, insan və onların qarsılıqlı münasibətləri haqqında səxsi
təsəvvürü və anlayısları təsəkkül edir, yəni fərdiyyəti əmələ gəlir.
Beləliklə, usaq dünyaya bir fərd kimi gəlir və təlim-tərbiyə sayəsində, ictimai münasibətlərdə davamlı
psixoloji sistemə-səxsiyyətə çevrilir. Deməli, psixoloji xüsusiyyələrin sosiallasaraq sabitləsməsi, sistemləsməsi
səxsiyyətin baslıca göstəricisi, xarakteristikasıdır.
Yas psixologiyası (inkisaf psixologiyası) usagın fərd və səxsiyyət kimi inkisaf mərhələlərini bir-birilə
vəhdətdə olan ontogenetik və həyat yolu vasitələrində nəzərdən keçirir.
Usagın ontogenetik inkisafı (fərdi inkisafı) bir-birini ardıcıl surətdə əvəz edən ana bətnində böyüməsindən
(antenatal), usaqlıq və gənclik mərhələlərində inkisafından (postental) ibarətdir.
Usaq səxsiyyətinin inkisafı isə ailədə, ictimai tərbiyədə formalasmaqdan baslayır və onun həyat yolu
cəmiyyətdəki fəaliyyəti ilə sərtlənir. Usagın fəaliyyətə baslaması (start), yaslasanda həyat təcrübəsi və əmək
vərdisləri qazanması, maddi və mənəvi sərvətlər istehsalında böyük nailiyyətləri (fəaliyyətin zirvəsi və ya
optimumu) və nəhayət, qocalanda fəaliyyətin dayanması (finis) səxsiyyətin inkisafında mühüm rol oynayır.
Deməli, usaq yalnız fərdi (ontogenetik) inkisafla məhdudlasmır, o, sosial cəhətdən sərtlənərək cəmiyyətdə
özünün inkisafının müəyyən mərhələsində səxsiyyət kimi təsəkkül tapır.
Beləliklə, yas psixologiyası insanın psixi inkisafının dinamikasını, qanunauygunluqlarını, mexanizmini,
hərəkətverici qüvvələrini, səraitini, formalasmaqda olan səxsiyyətin xüsusiyyətlərini, onun bilikləri mənimsəmə
imkanlarını öyrənir.

Yüklə 59,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə