Cəbrayılova Surə
Ziyad qızı
.
İsmayıllı rayonu E. Bayramov
adına Talıstan kənd tam orta
məktəbinin ibtidai sinif
müəllimi.
(
Layihə dərs).
Lahiyənin adı .
Layihənin
adı.
Üçrəngli bayraq.
2-ci sinif.
Standartlar.
1.2.1.
Təxəyyülünə uyğun kiçik mətn
qurub danışır.
2.2.4.
Mətindəki əsas məqamlarla bağlı
sualları cavablandırır , məntiqi nəticə
çıxarır.
1.2.1.
Qazandığı bilikləri əvvəl bildikləri
ilə müqayisə edərək araşdırdığı
məlumatları nəql edir və müqayisə
edir.
1.2.1.
Müşahidə etdiyi əşya , hadisələr
haqqında və şəkillər üzrə danışır.
.
Təməl sualı:
Sizin üşün şərəf və
qürur nədir ?
Uşaqlar , bayraq haqqında bilmədiyiniz və
eşitmədiyiniz qısa maraqlı məlumatlar ilə sizi tanış
edirəm.
Hər bir müstəqil dövlətin öz rəmzləri var. Onlardan biri də
bayraqdır. Çox qədimdə vahid türk xalqı olmuşdur. Müasir türk ,
özbək , tatar , qırğız , qazax və bir çox başqa millətlər bu
xalqdan törəmişlər. Azərbaycan xalqının da türk soyundan
olduğu bildirilir.
Müxtəlif görüşlərdə , idman yarışlarında bayraq qaldırılır.
Bununla da hər bir iştirakçının hansı ölkədən olduğu bilinir.
Keçmiş zamanlarda bayraqdan döyüşlərdə də istifadə edirdilər.
Bayrağı ən cəsur döyüşçü apararmış. Ona
“ Bayraqdar”
deyərlərmiş.
“Bayraqdarı “
döyüşdə qoruyardılar. Çünki , bayrağın
yerə düşməsi məğlub olmaq demək idi.
Zaman keçdikcə bayraq xalqların , dövlətlərin simvoluna
çevrildi.
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.`
Bilirsinizmi,
paytaxtımız Bakı şəhərində Dövlət Bayrağı
Meydanı var. Burada Azərbaycan dövlətinin ən böyük və
ən uca bayrağı dalğalanır. Bu meydanın yaradılması ideyası
Prezidentimiz İlham Əliyevə məxsusdur. Prezidentimiz 2007-ci
il 30 dekabrda Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının
tikintisinin təməlini qoydurmuşdur. 2010 –cu il sentyabrın 1- də
Dövlət Bayrağı Meydanının açılışı oldu.
Bayrağımızın dirəyinin hündürlüyü 162 m-dir. Dairənin
diametri aşağı hissədə 3 m 20 sm , üst hissədə 1m 9 sm –dir.
Bayrağımızın eni 35 m , uzunluğu 70 m -- dir.
Təkcə bayrağımızın çəkisi 350 kq , dirəklə birlikdə ümumi
çəkisi isə 220 tondur.
Bayrağımızın əhatəsində dövlət rəmzləri yerləşdirilib.
Burada çox maraqlı muzey - Dövlət Bayrağı Muzeyi
yaradılmışdır
.
Bilirəm.
İstəyirəm
biləm.
Öyrəndim.
Üç rəngli
olduğunu
.
Rənglərin
mənasını.
Öyrəndim.
Bayraqdar
haqqında.
Azərbaycan
bayrağını
dünyaya
tanıtmaq
.
Öyrəndim.
MƏQSƏD.
.
1.
Bayraqların içərisindən Azərbayan
dövlətinin bayrağını tanımaq .
2.
Azərbaycan dövlətinin bayrağını
sevmək və qorumaq.
3.
Azərbaycanın bayrağının dövlət
rəmzi olduğunu bilmək .
4.
Azərbaycan dövlətinin bayrağını
dünyaya tanıtmaq .
Dövlətin
daxili və
xarici
siyasəti.
Dövlət
rəmzidir.
Üç
rənglidir.
Aypara,
səkkizguşəli
ulduz.
Bayraq.
• Lalə qrupu .
• Qönçə qrupu .
• Bənövşə qrupu.
1.Bayrağımızın rənglərinin mənası nəyi bildirir?
2.Bayrağımız haqqında şeir bilirsinizmi?
Lalə qrupu.
Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir,
mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə
üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta
əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə
saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin
əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də
simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün
əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.
Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf
etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII
əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin
inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib.
Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı
mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna
çevrildi.
Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə
edir.
Üçrəngli bayraq.
Bu üçrəngli bayrağım
Gözümün işığıdır.
Azadlıq yağışından
Doğan göy qurşağıdır
Üsyündəki ay-ulduz
Gəlir mənim xoşuma.
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına.
Üçrəngli bayraq bizə
Təsəllidir dayaqdır ,
Yolumuzun üstünə
İşıq saçan mayakdır.
Rafiq Yusifoğlu.
1. Ay , ulduz nəyi bildirir ?
2. Bayrağımız hansı məmulatdan
hazırlanmış və nə üçün lazım
olmuşdur?
Qönçə qrupu
.
.
Səkkizguşəli ulduzun və ayparanın açıqlaması.
Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq
dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də,
aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və
səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.
Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər
1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən
islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da
keçib. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun
mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki,
əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.
Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük
,
islamçılıq,
çağdaşlıq, dövlətçilik, demokratiklik
,
bərabərlik, azərbaycançılıq və
mədəniyyətlilikdir. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq
üslubunda
geniş istifadə olunub və səkkiz guşə
-
səkkiz türk xalqının simvoludur
Bayraq -
bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən,
əsasən parçadan olan
, dövlət rəmzi olub, müharibələr,
inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində
aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında
dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda
şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur.
Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik
rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan
dövlətinin suverenliyinin rəmzidir.
Bənövşə qrupu.
1.Biz bayrağımızı dünyaya
necə tanıda bilərik ?
Azərbaycan
dövlətinin prezidenti
İlham Əliyev
cənabları öz daxili
və xarici siyasəti ilə
Azərbaycan
dövlətinin bayrağını
dünyaya tanıdır və
tanıtmaqdadır.
Azərbaycan dövlətinin
idmançıları qələbə
qazanaraq Azərbaycan
dövlətinin bayrağını
dünyaya tanıdır və
tanıtmaqdadırlar.
Azərbaycan dövlətinin dünya şöhrətli
sənətkarları Azərbaycan dövlətinin
bayrağını dünyaya tanıtmış və
tanıtmaqdadırlar.
Azərbaycan dövlətinin
bayrağını Azərbqycanın
musiqisi-
möhtəşəm
“
Muğam”ı
dünyaya
tanıtdırmış və
tanıtdırmaqdadır.
Azərbaycan
dövlətinin
bayrağını
Azərbaycan
dövlətinin
güclü ordusu
dünyaya
tanıtmaqdadır.
Azərbaycan dövlətinin bayrağını
Azərbaycanın nefti və “ NEFT “ layihələri
dünyaya tanıdır və tanıtmaqdadır
.
Nəticə.
Azərbaycan bayrağı üçrənglidir. Hər rəngin
öz mənası var .
Mayak gəmilərə yol göstərdiyi kimi ,
bayraq da yolumuza işıq saçır , yol göstərir.
Bayraq bizim şərəf və qürurumuzdur. Onu
sevmək və qorumaq , zirvələrdə
dalğalandırmaq bizim vətəndaşlıq
borcumuzdur.
Layihəmizi gözəl və maraqlı hazırladığımız üçün
özümüzü alqışlayıram
. (F
5
)
01.vııı. 2015.
Dostları ilə paylaş: |