BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elml
ər seriyası
2015
UOT 94(479.24)
QUBADA VƏ QUBA QƏZASINDA 1918-Cİ İLİN YAZINDA
TÖRƏDİLƏN SOYQIRIMLARININ
SOVET TARİXŞÜNASLIĞINDA TƏHRİF EDİLMƏSİNİN
FTK SƏNƏDLƏRİ ƏSASINDA TƏDQİQİ
A.C.XƏLİLZADƏ
Bakı Dövlət Universiteti
azerbaijan@rambler.ru
Bu m
əqalə 1918-ci ilin yazında Qubada və Quba bölgəsində ermənilər tərəfindən
tör
ədilən soyqırımının sovet müəlliflərinin əsərlərində yanlış təqdim olunmasına həsr
olunmuşdur. Minlərlə günahsız insanların qətlə yetirilməsi ilə yadda qalan bu soyqırımına
sovet tarixçil
əri öz əsərlərində demək olar ki, toxunmamış və ya çox səthi bir şəkildə buna
münasib
ət bildirmişlər. Məqalədə həm də bu soyqırımları dərindən araşdıran Fövqəladə
T
əhqiqat Komissiyasının əsl həqiqətləri özündə əks etdirən sənədləri də təqdim olunmuşdur.
Açar sözl
ər: soyqırım, terrorizm, erməni, müsəlman, komissiya
1918-ci ilin aprel-
may aylarında bolşevik daşnak cütlüyünün Qubada və
Az
ərbaycanın digər bölgələrində törətdiyi kütləvi qətliamlar və qarətlər istər
20-30-cu ill
ər Sovet tarixşünaslığında, istər, 50-60-cı illər sovet tarixşünas-
lığında, istərsə də 70-80-ci illər tarixşünaslığında Azərbaycan xalqı tərəfindən
d
əstəklənməyən, heç bir sosial dayağa malik olmayan, milli istiqlal hərəka-
tımıza qənim kəsilən, torpaqlarımız hesabına «Böyük Ermənistan» yaratmaq
amalı və məfkurəsi ilə ən iyrənc mübarizə üsullarını həyata keçirən, dinc, heç
bir günahı olmayan soydaşlarımıza qarşı soyqırım siyasətini geniş miqyasda
h
əyata keçirən cinayətkar Bakı Kommunasının fəaliyyəti «Kütlələrin proletar
beyn
əlmiləlçiliyi ruhunda burjua-millətçi cərəyanlara qarşı amansız mübari-
z
əsi» kimi qələmə verilirdi (1, 58-59; 2, 66).
O dövrün t
ədqiqat əsərlərinin, demək olar ki, böyük əksəriyyətində Bakı
Ko
mmunasının şəxsi təşəbbüsü, bilavasitə Stepan Şaumyanın əli ilə törədilən
soyqırımlarının, o cümlədən Qubada və Quba qəzasının dinc sakinlərinin
canlarına və qanlarına olan qəsdin əsl mahiyyəti təhrif edilir, hadisələr Sovet
ideologiyasına uyğunlaşdırılır, ciddi təhriflərə yol verilirdi. Azərbaycan xalqını
200
ardınca aparan milli partiyalar «əksinqilabi partiyalar» kimi qələmə verilirdi:
«H
əmin dövrdə ən mühüm vəzifə Bakı Sovetində əksəriyyəti bolşeviklərin
t
ərəfinə çəkməkdən, geniş kütlələrin rəğbətini qazanmaqdan və onları əksinqi-
labçı partiyaların təsirindən qorumaqdan ibarət idi» (2, 58-59; 2, 66).
Sovet tarixşünaslığında Bakı XKS-nin antiazərbaycan mahiyyətli siyasi
f
əaliyyətini və bu cinayətkar siyasi xəttin real nəticələrindən biri kimi Qubada
v
ə Azərbaycanın digər bölgələrində törədilən soyqırımlarını ört-basdır etmək
üçün h
ər cür saxtakarlığa əl atılmış, hadisələrin real inkişaf dinamikası və
mahiyy
əti sovet ideologiyasının tələblərinə, siyasi maraqlarına uyğun şəkildə
t
əsvir və təqdim edilmişdir.
1918-ci ilin mart-
may aylarında Bakıda və onun məntiqi davamı kimi
Şamaxıda, Qubada, Lənkəranda və digər bölgələrdə törədilən soyqırımlarının
bilavasit
ə təşkilatçısı və baş icraçısı olan S.Şaumyan təbii ki, bu qırğınları
tör
ətməklə, ilk növbədə 1917-ci ilin fevral inqilabından sonra Azərbaycanda
baş qaldıran milli-istiqlal hərəkatını boğmaq, bu hərəkatın önündə duraraq
geniş sosial bazaya malik olan Müsavat partiyasını siyasi rəqib kimi aradan
çıxarmaq məqsədini güdürdü. Qubada və Quba qəzasında törədilən qətliam və
talanlarla bağlı AXC-nin təşkil etdiyi FTK sənədləri bu həqiqəti çoxsaylı
t
əkzibedilməz faktlarla sübut edir (3, 1.2.3.4.5. və s.).
Uzun ill
ər sovet tarixşünaslığı Müsavat partiyasını Daşnaksütyun parti-
yası ilə eyni sırada, vahid antisovet cəbhəsində yerləşdirməklə, əslində ictimai-
siyasi m
əfkurəsinə, fəaliyyətinə və məqsədlərinə görə bir-birilə dərin antaqo-
nist mövqed
ə dayanan bu iki partiyanı sonda baş verən qanlı olaylara, bolşevik
–
daşnak tandemi tərəfindən həyata keçirilən soyqırımları və talanlara görə
suçlamaq m
əqsədini güdürdülər.
M
əsələn, Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri kitabında
b
əhs edilən hadisələrlə bağlı oxuyuruq: «Eyni zamanda müsavatçılar daşnak-
larla danışıq aparırdılar. Fevral və mart ayları ərzində Müsavat partiyası və
Müs
əlman milli şuraları nümayəndələri» «Daşnaksütyun» partiyası və Erməni
milli şurası nümayəndələri ilə bir neçə dəfə görüşdülər» (4, 278). Amma nə
üçün, hansı məqsədlə görüşdülər, bu görüşün nəticəsi nə oldu? Məhz bu
m
əqama toxunarkən adı çəkilən kitab labüd fiaskoya məruz qalır.
1918-1920-ci ill
ərdə mövcud olan Ermənistan Respublikasının naziri ol-
muş O.Kaçaznuni bəhs edilən dövrdə daşnakların məhz bolşeviklərlə ittifaqda
f
əaliyyət göstərməyə maraqlı və meylli olduqlarını aşkar surətdə göstərir:
«Bol
şeviklərə qarşı yalnız iki partiya real güc nümayiş etdirə bilərdi. Tatarların
«Müsavat» v
ə ermənilərin Daşnaksütyun partiyası. Lakin bolşeviklərə qarşı
mübariz
ədə uğur qazanmaq üçün bu partiyalara birləşmək zəruri idi – bu isə
mümkünsüz idi, çünki bu
iki partiyanın bir-birinə qarşılıqlı inamı yox idi» (5,
21).
O.Kaçaznuni bu inamsızlığı belə izah edir: «Daşnaksütyun başa düşürdü
ki, bolşevikləri neytrallaşdırdıqdan sonra «Müsavat» onu da siyasi səhnədən
uzaqlaşdıracaqdır» (6, 21).
201
O.Kaçaznuni hadis
ələrin belə gedişini, ilk növbədə siyasi oyunun, haki-
miyy
ət uğrunda mübarizənin labüd qanunauyğunluğu kimi qələmə verir, yəni
əslində hər bir siyasi partiyanın belə edəcəyinin labüd olduğunu söyləyir: «Heç
bir şübhə yoxdur ki, bolşeviklər də silahlı daşnak dəstələrinin köməyi ilə
«Müsavat»ı aradan götürdükdən sonra belə edərdilər» (7, 21).
Bel
əliklə də, Kaçaznuni 1918-ci ilin mart-may aylarında Azərbaycan
q
əzalarında, o cümlədən Quba şəhərində və Quba qəzasında türk-müsəlman
əhalisinə qarşı törədilən qırğınların əsl səbəbini, əsl mahiyyətini etiraf edir.
Regionda yerli türk-müs
əlman əhalisi arasında obyektiv olaraq çox böyük və
danılmaz söz və nüfuz sahibi olan Müsavatın getdikcə artmaqda olan siyasi
nüfuzu t
əbii ki, erməniləri və milli tərkibi ermənilərdən ibarət olan Bakı Sove-
tini qane etmirdi. M
əhz bu amil siyasi əqidəsindən asılı olmayaraq bolşevizm
ideyaları ilə ustalıqla pərdələnən «bolşevik» ermənilərlə daşnakları vahid bir
c
əbhədə birləşdirirdi.
Əli xalqımızın qanına batan qatil Şaumyanın vətənimizdə məqsədyönlü
sur
ətdə təşkil etdiyi silsilə soyqırımlarına inqilabi mübarizə adı ilə bəraət qa-
zandırması, milli zəmində ədavəti qızışdırması təbii ki, xalqımızın fiziki məh-
vin
ə hesablanmış niyyətlərdən xəbər verirdi: Cinayətkar erməni «bolşeviki»nin
m
əhz bu siyasəti ayrı-ayrı siyasi partiyalarda fəaliyyət göstərən erməniləri
vahid bir m
əcrada birləşdirirdi. Yuxarıda Kaçaznunidən gətirilən iqtibaslar
daşnakların bolşevikləri hansı formada və nə üçün dəstəklədiklərini aydın gös-
t
ərdi. Lakin St.Şaumyanı təkcə daşnaklar deyil, digər siyasi cərəyanlara mən-
sub erm
ənilər də dəstəkləyirdi. Məsələn, 1917-ci il mayın 10-da Bakı fəhlə de-
putatları Soveti hərbi deputatları Soveti ilə birləşdikdən sonra eserlərin möv-
qeyi Sovetd
ə daha da qüvvətlənmişdi. Çünki hərbi deputatlar Sovetində kəmiy-
y
ət baxımından eserlərin çəkisi artmışdı. Məhz bu zaman Bakı Sovetində erməni
eserl
ərlə, daşnaklar öz qüvvələrini vahid bir məcrada birləşdirərək eser Saakyanı
koalision Sovet
ə sədr seçməyə nail olmuşlar (8, 1. 111; 2. 34-44; 3. 57).
1918-
ci ilin yazında Quba qəzasında və Azərbaycanın digər bölgələrində
tör
ədilən soyqırımları əslində Rusiyadakı mərkəzi bolşevik hökuməti ilə
C
ənubi Qafqazda hakimiyyəti yalnız Bakı ilə məhdudlaşan yerli bolşevik təşki-
latının bu hakimiyyətin coğrafiyasını Azərbaycanda daha da genişləndirmək
üçün birg
ə həyata keçirdikləri plan idi. Elə bu səbəbdən də istər Qubada, istərsə
d
ə Azərbaycanın digər bölgələrində bu soyqırımları xüsusi qəddarlıqla həyata
keçirilirdi.
Quba qırğınları ilə bağlı arxiv sənədlərində küçələrdə qalaq-qalaq qalaq-
lanan meyitl
ərin basdırılmasına icazə verilməməsi, meyitlərin əllərinin, başla-
rının kəsilərək eybəcər hala salınması baş verən olayların məqsədyönlü şəkildə,
xüsusi q
əddarlıqla həyata keçirildiyini bir daha sübut edir: Meyitlər küçələrdə,
evl
ərdə və həyətlərdə dörd gün sərələnərək qaldılar. Meyitlərin çürüməsi
s
əbəbindən şəhərdə dəhşətli üfunət hökm sürürdü. Dördüncü günü sanki sa-
kitlik v
ə əmniyyət bərpa oldu, hətta meyitləri basdırmağa başladılar» (9).
Diqq
əti cəlbedən məqamlardan biri də hətta belə bir şəraitdə də erməni-
202
l
ərin qubalıları alçaltmaqdan zövq almaları idi. Belə ki, həmin dəhşətli hadisə-
l
ərin şahidləri söyləyirlər: «Dördüncü gün carçılar müsəlman kişilərin meyitləri
basdırmaq üçün qollarına ağ parça bağlayaraq küçələrə çıxmasına icazə
verdikl
ərini bəyan etdilər. Çoxları çıxdısa da, evlərinə bir daha dönmədi, çünki
erm
ənilər tərəfindən güllələndilər. Biz yenə də gizləndik. Meyitlər ermənilər
şəhəri tərk edənədək küçələrdə qaldılar. Ölənlər arasında uşaqlar və qadınlar
çoxluq t
əşkil edirdilər. Çoxlarının başları kəsilmişdi» (10).
Bu deyil
ənlər istər-istəməz insanın gözləri önündə 1992-ci ildə erməni
faşistlərinin ruslarla birgə Xocalıda törətdiyi faciəni xatırladır. İllər, qərinələr
d
əyişsə də ermənilərin xalqımıza qarşı bəslədikləri kin, küdurət və düşmən
xisl
əti dəyişmir. Azərbaycan daim yadellilərin diqqətində olub, onun yeraltı,
yerüstü s
ərvətləri çoxlarının ağzını suladıb. İşğalçılar bu sərvətləri ələ keçirmək
üçün n
ə qədər qan töküblər, xalqın mal-dövlətini talan ediblər.
Yurdumuzda tör
ədilən bu talanlar daha çox Rusiyanın adı ilə bağlıdır –
dey
ə yazan tədqiqatçılar F.Əsədov və S.Kərimova haqlı olaraq rusların Azər-
baycanı əldən verməmək üçün yeritdikləri məkrli siyasətlərində ermənilərdən
h
ər zaman bir alət kimi istifadə etdiklərini söyləyirlər (11, 88). Adı çəkilən
mü
əlliflər yazırlar: «Rusların Azərbaycanda geniş işğalçılıq siyasəti əsasən
erm
ənilərin siyasətində mümkün olmuşdur. Daha doğrusu, ruslar Qafqaza
g
əldikləri vaxt yalnız ermənilərə bel bağlamış, onların qüvvəsindən hərtərəfli
istifad
ə etmişlər» (12, 88).
El
ə 1918-ci ilin yazında Qubada və Quba qəzasında törədilən soyqırım-
larında da biz bolşevik-daşnak tandeminin sayəsində bu birgə fəaliyyətin şahidi
oluruq. T
əəssüf ki, sovet tarixşünaslığında bütün bu məqamların üstündən
sükutla keçilir. Baş vermiş soyqırımları artıq XX əsrin 20-30-cu illərində
bolşevik ideologiyasının işləyib hazırladığı, forma və məzmun baxımından
total şəkildə sovet siyasi rejiminin maraqlarına uyğun bir formada təqdim
edilm
əyə başladı. Qubada, Quba qəzasında və Azərbaycanın digər bölgələrində
h
əyata keçirilən, baş ideoloqu və memarı şəxsən St.Şaumyan olan silsilə
soyqırımları əslində Cənubi Qafqazın, əsasən də Azərbaycanın türk-müsəlman
əhalisinə qarşı, sırf milli zəmində yeridilən son dərəcə məkrli və qəddar bir
müharib
ə Sovet tarixşünaslığında vətəndaş müharibəsi kimi təqdim edilirdi:
«V
ətəndaş müharibəsi elə indi də davam edir. Bizim Qızıl Qvardiyadan və
Qızıl Ordudan olan qabaqcıl yoldaşlarımız Petrovskda, Şamaxıda vuruşur,
L
ənkəran, Dərbənd, Quba və Səlyanda Sovet hakimiyyəti qururlar» (13, 129).
Qeyd etm
ək yerinə düşərdi ki, bəhs edilən dövrdə, yəni 1918-ci ilin
əvvəllərində Quba qəzası ərazi-inzibati baxımdan 5 polis sahəsinə bölünmüşdü:
D
əvəçi, Qusar, Müşkür, Rustov, Fətihbəyli polis sahələrinə. Öz növbəsində bu
polis sah
ələri hər biri 2-3 kənddən təşkil olunmuş icmalardan ibarət idi – daha
doğrusu bu icmalar üzərində polis xidməti, nəzarəti funksiyasına, səlahiyyətinə
malik idil
ər. 1917-ci ilə dair tərtib olunmuş Qafqaz təqvimində qeyd edildiyi
kimi, Quba q
əzasında ümumilikdə 55 icmada 540 adda kənd mövcud idi.
ADR hökum
əti tərəfindən 1918-ci ilin dekabrında haqqında bəhs edilən
203
qanlı olayları tədqiq etmək üçün yaradılan Fövqəladə Təhqiqat Komissiyası
Qubada v
ə Quba qəzasında baş verən qətliamları və talanları tədqiq edərkən
z
ərərçəkən və şahid qismində dindirilməsi, konkret olaraq hər bir kənd icması
ağsaqqallarının icmaya daxil olan kəndlərdə Amazaspın cəza dəstəsi tərəfindən
tör
ədilən qırğınlar, insan tələfatı, talanlar, əhaliyə dəyən maddi və mənəvi zi-
yanlar, o cüml
ədən erməni faşistlərinin Quba şəhərinin və Quba qəzasının dinc
əhalisinə qarşı törətdikləri vəhşilikləri hansı formada və tərzdə həyata keçir-
dikl
ərini bütövlükdə və ən xırda detalları ilə əks etdirir. Belə ki, FTK üzvü
Novatskinin m
əlum hadisələrlə bağlı məruzəsinə nəzər salarkən ermənilərin
xalqımızın milli-mənəvi dəyərlərinə, hisslərinə son dərəcə etinasızlıqla yanaş-
masının şahidi oluruq. «Elə hallar olurdu ki, əhali tabeçiliyini bildirmək üçün
erm
ənilərlə danışıqlar aparmaqdan ötəri özlərinin ağ bayraqlı nümayəndələrini
gönd
ərirdilər, lakin ermənilər onlarla heç bir danışığa girmədən güllələyirdilər.
M
əsələn, belə bir hadisə Əlixanlı icmasında baş vermişdi, burada erməni dəs-
t
əsi danışıqlar aparmaq üçün nümayəndə qismində göndərilmiş icma başçısı
Mirz
ə Məmməd Dadaş oğlu ilə Gül-Hüseyn Məhərrəm oğlunu qətlə yetirmiş-
dil
ər» (14).
Xalqımızın həyatında qanlı olaylarla yadda qalan bu ağır zaman kəsiyi
Sovet tarixşünaslığında 180 dərəcə əks istiqamətdə işıqlandırılmışdır. 1960-cı
ild
ə Z.İbrahimov və M.İsgəndərovun redaktorluğu ilə işıq üzü görən «Azərbay-
canda Sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizə-si» adlı
1917-1918-ci ill
ər Azərbaycan tarixinə dair, daha doğrusu adından da görün-
düyü kimi Az
ərbaycanda bolşeviklərin hakimiyyət uğrunda apardıqları müba-
riz
ə tarixinə dair sənədlər və materiallar toplusunda əsasən həmin dövr
bolşevik mətbuatında dərc olunan məqalələr, Bakı Sovetinin, Bakı XKS-nin
h
əyata keçirdiyi tədbirlərlə bağlı fərman, sərəncam, qərarlar və s. bu kimi ma-
teriallar öz
əksini tapmışdır. Burada toplanan sənəd və materiallar Bakı XKS-
nin xalqımıza yad və düşmən bir qurum olmasını, antiazərbaycan mahiyyətli
t
ədbirlərə, o cümlədən qanlı soyqırım aktlarını həyata keçirməsini ustalıqla ört-
basdır etmiş, hadisələri bolşevik ideologiyasının maraqlarına uyğun bir tərzdə
canlandırmaq üçün bəhs edilən dövrdə bolşevik mətbuatında birmənalı
qaydada bolşevik yönümlü məqalələrdən gen-bol istifadə edilmişdir.
M
əsələn, Serqo Martikyanın müəllifi olduğu «Qubada Sovet hakimiyyəti
yaradılması haqqında Bakı Sovet qoşun dəstəsinin Bakı şəhəri və onun rayon-
larının hərbi-inqilab Komitəsinə məlumatı»nda oxuyuruq: «Bizim dəstəmiz
Qubanı tutmuşdur. Dəstənin bir hissəsi şəhəri hər tərəfdən mühasirəyə alır.
Sovet hakimiyy
ətini bərpa etmək üçün oraya komissar göndərmişik» (15, 363).
Göründüyü kimi, burada milli t
ərkibi əsasən erməni daşnaklarından ibarət
olan qatill
ər bandası «Bizim dəstəmiz» adlandırılır. Dinc qubalılara tutulan
divan is
ə «Sovet hakimiyyətinin bərpa etmək» adı altında ört-basdır edilir.
Qubada v
ə Quba qəzasında törədilən, müəllifi və icraçıları Bakı XKS-nin
s
ədri Şaumyan və onun daşnak soydaşları olan soyqırımı hadisələrinin baş
verm
ə səbəblərinin öyrənilməsi hər şeydən öncə bu cinayətkar qurumun əsl
204
mahiyy
ətini anlamağa, onun antiazərbaycan xarakterini dərk etməyə geniş
imkanlar açır.
Bel
ə ki, bütün FTK sənədlərində, Quba hadisələri Bakıdakı qanlı mart
olaylarının məntiqi davamı, bolşeviklərin Cənubi Qafqazda siyasi hakimiy-
y
ətlərini yaymaq üçün apardıqları siyasi mübarizənin hakimiyyətlərini yaymaq
üçün apardıqları siyasi mübarizənin bir epizodu, fraqmenti kimi təqdim edilir.
Hadis
ələrin siyasi inkişaf məcrasını arzuolunan istiqamətdə yönəltmək üçün
mart hadis
ələrinin siyasi əhəmiyyəti Sovet tarixşünaslığında həddən ziyadə
şişirdilirdi: «1918-ci ilin martı Azərbaycanda və bütün Zaqafqaziyada sosialist
inqilabı uğrunda mübarizənin gərgin, əlamətdar aylarından biri idi. Bu zaman
Sovet hakimiyy
əti ideyalarının Azərbaycan və bütün Zaqafqaziya zəhmətkeş-
l
əri içərisində dərin kök salmasından lərzəyə düşən müsavatçılar azərbaycanlı
f
əhlə və kəndliləri inqilabi mübarizədən azdırmaq üçün «milli azadlıq», «milli
müst
əqillik» və Azərbaycan muxtariyyəti şüarlarından daha çox dəm vurur,
ibar
əbazlıq və boşboğazlıq edirdilər» (16, 226).
Sovet dövr Az
ərbaycan tarixşünaslığında bəhs olunan dövr və hadisələrin
ən məhsuldar və nüfuzlu tədqiqatçılarından biri və bəlkə də birinci sayılan
Z.İbrahimovun məlum hadisələrə məhz belə bir rakursdan yaxınlaşması, təbii
ki, ilk növb
ədə xidmət etdiyi siyasi rejimin siyasi sifariş və istəklərindən,
h
əmçinin Bakı XKS-nin antiazərbaycan mahiyyəti daşıyan siyasi fəaliyyətini,
xalqımıza qarşı qatı erməni millətçilərinin görünməmiş vandalizm aktları ilə
h
əyata keçirdikləri qanlı cinayətləri ört-basdır etmək məqsədlərini güdmüşdür.
Mü
əllif xalqın azadlıq və istiqlal arzularını ifadə edən, azərbaycanlılar arasında
böyük sosial dayağa və nüfuza malik olan Müsavat partiyasının «milli azadlıq»
v
ə «milli istiqlal» və «Azərbaycanın muxtariyyəti» kimi çağırışlarına tənqidi
yanaşmaqla, xalqımızın təbii istək və arzularına həqarətli münasibəti ilə kifa-
y
ətlənmir, milli burjuaziyamızı qatı şovinizmdə, separatçılıqda suçlandırmaq-
dan da ç
əkinmir (17, 226).
Bel
əliklə, baş verən olaylarla bağlı Sovet tarixşünaslığında ən çox elmi
t
ədqiqat işləri yazan, xüsusi çəkisi və nüfuzu olan Z.İbrahimov Qubada və
Quba q
əzasında törədilən soyqırımlarından, erməni daşnaklarının özbaşınalı-
ğından bircə kəlmə belə söz açmır və gətirilən iqtibaslar da göründüyü kimi
hadis
ələri Sovet ideologiyasının müəyyən etdiyi tələblərə tamamilə uyğun bir
t
ərzdə təqdim etməklə, real hadisələri ustalıqla saxtalaşdırmağa nail olur.
Mü
əllifin haqqında söhbət gedən olaylarla bağlı gəldiyi qənaət də bunu bir
daha sübut edir: “Dem
əli, 1918-ci ilin aprelində və may ayının əvvəllərində
Az
ərbaycan ərazisinin xeyli hissəsində və Dağıstanda Sovet hakimiyyəti qələbə
çaldı, Böyük Oktyabrın bayrağı dalğalanmağa başladı” (18, 235).
Sovet tarixşünaslığında Qubada və Quba qəzasında törədilən məlum
hadis
ələrdən bəhs edilərkən nəzərə çarpan cəhətlərdən biri də həqiqətə tama-
mil
ə uyğun gəlməyən ifadələrin seçilməsi, saxta ibarəbazlıqdan geniş surətdə
istifad
ə edilməsi və ağ yalandır. Əgər FTK sənədləri Qubaya soxulan bolşevik-
erm
əni dəstələrinin şəhərdə və qəzada törətdiyi vəhşilikləri ən xırda nüansları
205
il
ə zərərçəkənlərin və şahidlərin öz ifadəsi ilə nə qədər aydın təsvir edirsə,
sovet dövr tarixşünaslığında biz bu həqiqətlərin tam əksini görmüş oluruq.
M
əsələn, Qubanın adlı-sanlı din xadimi, 60 yaşlı Molla Hacı Baba
Axundzad
ə məlum hadisələrlə bağlı yazır ki, Qubadakı ermənilərə heç bir
t
əhlükənin olmadığına baxmayaraq, ləzgilər Gelovanini şəhərdən qovarkən o,
200 erm
ənini özü ilə apardı. Şəhərdən çıxmaq zorunda qalan bolşeviklər əsasən
erm
ənilərdən ibarət xristian əhalisini özləri ilə apardılar. Bu hadisələrdən on
gün sonra y
əni mayın 1-də Amazaspın cəza dəstəsi ləzgilər tərəfindən
öldürül
ən ermənilərin qisasını almaq üçün Qubaya gəldi (19).
Şahid fikrinə davam etdi: “Silahlı dəstə şəhərə gündüz daxil oldu. Er-
m
ənilər hücuma başlayarkən dərhal müsəlmanları, qadın və uşaqları qırmağa
başladılar. Küçələrdə və meydanlarda kim var idisə hamısını, hətta evlərə belə
soxulub, süd
əmər körpələrə belə rəhm etmədən bütöv ailələri ucdantutma
qırmağa başladılar” (20).
Halbuki, sovet dön
əmində işıq üzü görmüş 3 cildlik Azərbaycan tarixində
biz Qubada v
ə Quba qəzasında törədilmiş həmin o müdhiş hadisələrlə bağlı
tamamil
ə fərqli fikirlərlə rastlaşırıq: “1918-ci il mayın əvvəllərində türk və
ağqvardiyaçı rus zabitlərinin rəhbərlik etdiyi bəy quldur dəstələri Qubaya
hücum edib onu
ələ keçirdilər. Lakin onlar şəhərdə dayana bilmədilər. Sovet
hiss
ələrinin fəal yardımı ilə şəhər yoxsulları və qızıl qvardiya dəstələri düşməni
sıxışdırıb şəhəri yenidən azad etdilər” (21, 127).
Göründüyü kimi, Qubada baş verən olaylar kobudcasına saxtalaşdırılıb,
hadis
ələr böyük təhrifə məruz qalıb. Hətta FTK sənədlərində saysız-hesabsız
z
ərərçəkən və şahid ifadələri ilə tərkibinin sırf erməni daşnaklarından təşkil
edilm
əsi sübut edilən qatı quldur Amazaspın “cəza” dəstəsi bu dəstənin qurbanı
olan qubalılardan – şəhər yoxsullarından yardım alan Sovet hərbi hissəsi kimi
t
əqdim edilir.
Sovet tarixşünaslığında Qubada və Quba qəzasında törədilən soyqırımları
il
ə bağlı hadisələrin üstündən sükutla keçilsə də hadisələrin obyektiv mahiy-
y
ətini dərk etməyə ip ucu verən, bəzənsə baş verənlərin əsl səbəblərini zaman-
m
əkan konteksində, tarixilik baxımından dərindən öyrənməyə yardımçı olan
m
əqamlarla da rastlaşmaq olur. Bu kimi tarixi fraqment, element və faktların
FTK s
ənədləri ilə tanış olduqdan sonra sintezi Qubada və Quba qəzasında
tör
ədilən qanlı olaylarla bağlı təbii olaraq bir sıra məqamlara aydınlıq gətirir.
FTK s
ənədləri əsasında belə faktların elmi-obyektiv təhlili bu gün bir
vaxtlar, sovet dön
əmində baş verən olaylara münasibətdə müəllifin harada
obyektiv, hansı məqamlarda isə ideoloji maraqlara xidmət edərək subyektiv
olduğunu müəyyən etməyə imkan verir. Məsələn, tədqiqatçı H.Əzimov “Bakı
Kommunası” adlı kitabında xüsusən həmin kitabın “Qəzalarda sinfi mübarizə-
nin gücl
ənməsi” adlı yarımfəslində ənənəvi stereotiplərdən, haqqında söhbət
ged
ən hadisələrə vahid, sxematik rakursdan yanaşsa da, yəni qəzalarda törədi-
l
ən soyqırımlarına və talanlara Bakıda bolşeviklərin hakimiyyət uğrunda apar-
dıqları siyasi mübarizənin davamı kimi baxsa da, Bakı Sovetinin tərəfində
206
vuruşan dəstələrin tərkibində erməni milli hissələrinin və daşnakların iştirakını
m
ənfi hal kimi qiymətləndirir.
Tokarjevski bildirirdi: “Qeyd etm
ək lazımdır ki, daşnaklar və Erməni
Mil
li Şurası müsavat qiyamının əvvəlində gözləmə mövqeyində dayanaraq
“neytral” olduqlarını bildirdilər. Lakin üsyançıların məğlubiyyətini görüncə,
Ba
kı Soveti tərəfində vuruşmağa hazır olduqlarını bildirdilər. Erməni hərbi his-
s
ələrinin müsavatçılara qarşı vuruşmasından istifadə edərək, daşnaklar sinfi
mübariz
əni millətlərarası mübarizəyə çevirməyə cəhd etdilər. Silahlı daşnak
d
əstələri dinc azərbaycanlıları qətlə yetirməyə, talan etməyə başladılar” (22,
86).
Mü
əllif, 1987-ci ildə işıq üzü görən “Böyük Oktyabr Azərbaycanda” adlı
kitabında daşnakların Bakı bolşeviklərinin təşkil etdiyi Qızıl Ordu sıralarında
daha böyük ç
əkiyə malik olduğunu bir qədər də geniş aspektdə təqdim
etmişdir. Bu da təbii ki, artıq ötən əsrin 80-ci illərinin II yarısından başlayaraq
kommunist rejiml
ərinin süqutunun labüdlüyü, SSRİ və dünya məkanında
erm
ənilərin Azərbaycanın tarixi torpaqlarına əsassız iddiaları ilə bağlı yeni
kompaniyaya başlamaları ilə bağlı idi. Cəmiyyətin ictimai-siyasi həyatında baş
ver
ən bütün bu təbəddülatlar H.Əzimovun yuxarıda adı çəkilən kitabında aydın
n
əzərə çarpmaqdadır.
Bel
ə ki, müəllif Bakı XKS-nin nəzarəti altında olan Qızıl Ordunun
t
ərkibindən söhbət açarkən yazır ki, bu ordunun tərkibində daşnak zabitlərinin
r
əhbərliyi altında olan hərbi hissələr çoxluq təşkil edirdi (23, 293).
Mü
əllif istər Qızıl Ordunun, istərsə də 14-cü Qafqaz Qızıl batalyonunun
zabit hey
əti haqqında söhbət açarkən yazır: “Siyasi baxımdan bu ordunun
komanda hey
əti çox etibarsız idi. Yuxarı vəzifələrə sovet komandir kadrları
ça
tışmadığına görə hərbi hissələrdə və qərargahlarda bu vəzifələri inqilaba yad
olan daşnaklar və ya daşnaklara meylli olan zabitlər tuturdu (24, 294).
Mü
əllifin Bakı Sovetinin, sonralar isə Bakı XKS-nin tabeliyində olan
orduda v
ə hərbi hissələrdə rəhbər vəzifələrin daşnaklara məxsus olmasını
Oktyabr çevrilişinin 70 illik yubileyində nəşr olunan kitabında etiraf etməsi
t
əbii ki, müsbət haldır. Məhz bu həqiqətin etirafı və artıq dağılmaq ərəfəsində
olan sovet dövr tarixşünaslığında xüsusi olaraq vurğulanması məhz bu kimi
daşnak ünsürlərinin əli ilə Bakıda və Azərbaycanın qəzalarında, o cümlədən də
Qubada v
ə Quba qəzasında törədilən qanlı olayların etiraf olunması, özü də bu
işdə məhz Bakı XKS-nin rəhbəri Şaumyanın bilavasitə əlinin və marağının ol-
masının təsdiqi demək idi. Bunun ardından, müəllifin bu qüvvələri, yəni daş-
nak
ları inqilaba yad, yəni etibarsız adlandırmaqla bərabər, Sovet ordusunda za-
bit v
əzifələrinə yiyələnməsini eyni cümlədə bəyan etməsi, təbii ki, belə qüvvə-
l
əri orduda iri N vəzifələrdə yerləşdirənlərin, yəni Bakı XKS-nin rəhbərlərinin
özl
ərinin istək və maraqlarına uyğun olduğunu aydın şəkildə göstərməsi de-
m
əkdir. Bunu müəllifin öz fikrinə davam edərək Qubada və Quba qəzasında
tör
ədilən qırğınların əsas “qəhrəmanı” Amazasp haqqında yazdıqları da sübut
edir: “Sovet hakimiyy
ətinin qatı düşməni Amazasp Qızıl Ordunun 16, 17, 18
207
v
ə 21-ci batalyonlarını birləşdirən 3-cü briqadanın komandiri oldu” (25, 294).
Bel
əliklə, kommunist sisteminin süquta doğru getdiyi bir dövrdə işıq üzü
gör
ən bu tədqiqat əsərində H.Əzimov Qubada və Quba qəzasında qırğın və
talanların əsas iştirakçısı, qəhrəmanı, Bakı XKS sədri bolşevik Şaumyanın
daşnak dostu Amazaspın Qızıl Orduya düşmən olması fikrini açıq şəkildə gös-
t
ərməklə, əslində onu dəstəkləyənlərin və ona Qızıl Orduda belə böyük bir
v
əzifə, səlahiyyət verənlərin özlərinin də vəzifə və səlahiyyətlərindən xalqı-
mıza qarşı düşmən siyasətlərini həyata keçirmək üçün sui istifadə edən şəxslər
olduğunu bəyan etmişdir.
Göründüyü kimi, Sovet dövrü tarixşunaslığı ilkin və etibarlı mənbə
sayılan FTK-nın sənədlərini “məxfi qrif” altında saxlamaqla, təkcə bəhs edilən
dövrd
ə məhz həmin dövlətin siyasi maraqlarına uyğun surətdə həyata keçirilən
Quba qırğınlarını deyil, həm də tarixi proseslərin inkişaf dinamikasını saxta-
laşdırmaqda, bütövlükdə isə, hadisələri istədiyi məcrada “tədqiq” və ən əsası
t
əqdim etməkdə ictimai fikri azdırmaq istəyində idi.
ƏDƏBİYYAT
1.
Азизбекова П. Мешади Азизбеков. Баку: Красный Восток, 1958, 110 s. Qaziyev M.
M
əşədi Əzizbəyov. Həyat və fəaliyyəti. Bakı, Gənclik, 1976, 127 s.
2.
Азизбекова П. Мешади Азизбеков. Баку: Красный Восток, 1958, 110 s. Qaziyev M.
M
əşədi Əzizbəyov. Həyat və fəaliyyəti. Bakı, Gənclik, 1976, 127 s.
3.
ARDA, f. 1061, siy. 1. iş 96, vər. 62-65; ARDA, f. 1061, siy. 1. iş 96, vər. 113-114;
ARDA, f. 1061, siy. 1. iş 96, vər. 115-116; ARDA, f. 1061, siy. 1. iş 96, vər. 118-119;
ARDA, f. 1061, siy. 1. iş 96, vər. 144-146
4.
Az
ərbaycan Kommunist PartiyasıTarixinin oçerkləri. Bakı: Azərbaycan, 1964, 817 s. 278 s.
5.
Казачнуни Ов. Дашнакцутюн больше нечего делать! Баку: Элм, 1990, 21 s.
6.
Казачнуни Ов. Дашнакцутюн больше нечего делать! Баку: Элм, 1990, 21 s.
7.
Казачнуни Ов. Дашнакцутюн больше нечего делать! Баку: Элм, 1990, 21 s.
8.
İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi. Bakı:
Az
ərnəşr, 1957, 585 s.; İbrahimov Z. Azərbaycan bolşeviklərinin sosialist inqilabı uğrunda
mübariz
əsi // “Azərbaycan kommunisti” j., 1959, № 7; Köçərli T. Tarixi saxtalaşdıranlar
əltyhinə. Bakı: Azərnəşr, 1972, 182 s.
9.
ARDA, f. 1061, siy. 1.
iş 96, vər. 116
10.
ARDA, f. 1061, siy. 1. iş 96, vər. 46
11.
Əsədov F., Kərimova S.. Çarizmi Azərbaycana gətirənlər. Bakı: Gənclik, 1993, 139 s.
12.
Əsədov F., Kərimova S.. Çarizmi Azərbaycana gətirənlər. Bakı: Gənclik, 1993, 139 s.
13.
Мильман А. Деятельность Бакинского Совета как органа пролетарской диктатуры в
Азербайджане (октябрь 1917 г. – июль 1918 г.) Великий Октябрь и борьба за Совет-
скую власть в Азербайджане. Баку. Изд.-во АН Азерб. Республики 503 s.
14.
ARDA, f. 1061, siy. 1. iş 95, vər. 5-8,
15.
Az
ərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və
materiallar. 1917-1918-ci ill
ər. Bakı: Azərbaycan, 1960, 675 s.
16.
İbrahimov Z. V.İ.Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi. Bakı: Azərnəşr,
1970, 527 s
17.
İbrahimov Z. V.İ.Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi. Bakı: Azərnəşr,
1970, 527 s
18.
İbrahimov Z. V.İ.Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi. Bakı: Azərnəşr,
1970, 527 s
208
19.
ARDA, f. 1061, siy. 1. iş 96, vər. 113-114
20.
ARDA, f. 1061, siy. 1. iş 96, vər. 113-114
21.
Az
ərbaycan tarixi. 3 cildlik, Bakı: Elm, 1973, 548 s.
22.
Токаржевский Е. Из истории иностранной интервенции и гражданской войны в
Азербайджане. Баку АН Азербайджанской Республики, 1957, 330 с.
23.
Азимов Г. Великий Октябрь в Азербайджане. Баку: Азернешр, 1987, 321 c.
24.
Азимов Г. Великий Октябрь в Азербайджане. Баку: Азернешр, 1987, 321 c.
25.
Азимов Г. Великий Октябрь в Азербайджане. Баку: Азернешр, 1987, 321 c.
ФАЛЬСИФИКАЦИЯ В СОВЕТСКОЙ ИСТОРИОГРАФИИ ГЕНОЦИДА
СОВЕРШЕННОГО АРМЯНСКИМИ БАНДО-ФОРМИРОВАНИЯМИ ВЕСНОЙ
1918 ГОДА В ГУБЕ И ГУБИНСКОМ УЕЗДЕ – ИССЛЕДОВАНИЕ НА ОСНОВЕ
ДОКУМЕНТОВ ЧРЕЗВЫЧАЙНО СЛЕДСТВЕННОЙ КОМИССИИ
А.Дж.ХАЛИЛЗАДЕ
РЕЗЮМЕ
В этой статье дано критическое отношение к научным трудам советских исто-
риков, которые исказили реальность, а именно действия, творимые армянскими бан-
до-формированиями погромы и массовые убийства, совершаемые в Губе и Гу-
бинском уезде. Эти погромы массовые истребления многочисленных невинных лю-
дей. В статье объективно раскрыто роль чрезвычайной Следственной Комиссии о со-
бытиях, которые имели место в Губе и Губинском уезде. Эти выводы были сделаны
на основе проведенных исследований, т.к. до этого в печати трагические события или
вовсе не были освещены или освещены очень поверхностно.
Ключевые слова: геноцид, терроризм, арменин, мусульманин, комиссия.
ANALYSIS OF THE FALSIFICATION OF THE MASSACRES COMMUTED
IN QUBA AND QUBA UYEZD IN THE SPRING OF 1918
IN THE SOVIET HISTORIOGRAPHY (BASED ON THE DOCUMENTS OF ECL)
A.J.KHALILZADE
SUMMARY
The massacre of thousands of innocent people was either ignored or superficially il-
lustrated in the works of Soviet historians. The present article presents documents of ECL illus-
trating the reality as well.
Key words: gennoside, terrorism, Armenia, Muslim, commission, documents, inves-
tigate.
209
Dostları ilə paylaş: |