Səadət Təhmirazqızı
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz,
Baş elmi işçi, Azərbaycan
ƏNƏNƏ VƏ NOVATORLUQ İSTİQAMƏTİNDƏ
USTAD XANƏNDƏ ƏLİBABA MƏMMƏDOVUN
YARADICILIQ XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: Əlibaba Məmmədov, muğam, “Dəşti”, “Şur”,
“Səlmək”, xanəndə, ifaçı, novator.
Əsrlərin sınağından çıxaraq dildən-dilə,nəsildən-nəslə keçərək
bu günümüzə gəlib çatan ulu və müqəddəs muğamlarımızın təkmil-
ləşərək inkişaf etməsi zaman-zaman formalaşmış ənənələrə əsas-
lanır. Təbii ki, bu ənənləri də müxtəlif dövrlərdə yaşamış alimlər,
mütəfəkkirlər və muğam ifaçıları yaradıblar. Bu mənada XIX əsrin
sonu XX əsrin əvvəllərində yaşamış Cabbar Qaryağdıoğlu, Seid
Şuşinski və Xan Şuşinski kimi məşhur xanəndələr Azərbaycan
muğam ifaçılığını qədim ənənələr əsasında təkmilləşdiriblər.
Onların layiqli davamçısı olan Respublikanın Xalq Artisti, “Şöhrət”
və “İstiqlal” ordenləri ilə təltif edilən, Azərbaycan Milli Konserva-
toriyasının professoru Əlibaba Məmmədov da muğam ənənələrinə
istinad etməklə öz novator cəhətləri ilə bu sənəti bir qədər də inkişaf
etdirib. Əlibaba Məmmədovun novatorluğu da məhz ənənələr üzə-
rində formalaşıb. Belə ki, xanəndə öz yaradıcılığında muğam
ifaçılığı üçün vacib və lazım olan tələblərə ustalıqla riayət edir. Bu
tələblər hansılardır? – sualını cavablandıraq.
Əvvəla muğam oxuyan səs texnikasından və sözlərin aydın
tələffüzündən düzgün istifadə etməlidir. Daha sonra muğama xas
olan ritmik quruluş baxımından musiqi frazalarının sözlə vəhdəti,
şöbə və guşələrdə zəngulələrin, boğaz qaynatmalarının yerli-yerində
olması da xanəndənin peşəkarlığını özündə əks etdirir. Muğam
ifaçılığı ənənələrinə xas olan bu cəhətlər Əlibaba Məmmədovun oxu
manerasında, səhnə mədəniyyətində öz əksini tapır. Bu yerdə usta-
dın ifasında “Rast” dəstgahından bir şöbəyə qulaq asaq.
384
Lent yazısı. Video
İndi isə ənənələrə istinad edən xanəndənin novator cəhətlə-
rindən danışaq:
Daim muğam ifaçılığında axtarışlar aparan Əlibaba Məmmə-
dovun bəzi muğamların təkmilləşməsində hətta belə də demək olar
ki, öz ustadlarından fərqli oxunmasında mühüm rolu var. Fikir-
lərimizi əyani misallarla təsdiq edərək əvvəlcə “Hümayun” dəstga-
hına nəzər salaq.
Bildiyimiz kimi orta əsrlərdə Şərq xalqlarının musiqisindəki
24 əsas muğam şöbələrindən biri məhz “Hümayun” olub. Zaman
keçdikcə inkişaf prosesində təkmilləşərək “Hümayun” muğam dəst-
gaha çevrilmişdir. Bu dəstgah İran musiqisində daha geniş yayılıb.
19-cu əsrdən sonra Azərbaycan şifahi ənənəli musiqisində də
“Hümayun” muğam dəstgah kimi mühüm yer tutmuşdur. Muğam
ifaçılığı təcrübəsində “Hümayun” dəstgahının 2 növü mövcuddur.
“İran Hümayun”u, “Qafqaz Hümayun”u. Bunları bir-birindən fərq-
ləndirən cəhətlər həm müəyyən şöbə və guşələrdən, həm də məkan
xüsusiyyətlərinə görə ifa tərzindən ibarətdir.
Azərbaycan muğam ifaçılığında müstəsna əhəmiyyəti olan
“Hümayun” muğamı çətin melodik frazalardan ibarətdir. Odur ki,
musiqi tarixində bu muğamın ifaçıları çox deyil. 20-ci əsrdə
Azərbaycanda “Hümayun” muğamının ən mahir ifaçıları sırasında
ustad Seyid Şuşinskidən sonra, Əlibaba Məmmədovun adı hörmətlə
çəkilir. Hətta, onun bu muğamı ustalıqla ifa etməsi və bu muğamın
təkmilləşməsindəki xidmətləri musiqi tariximiz üçün dəyərli bir
töhfədir. Əlibaba Məmmədov ustadı Seyid Şuşinskidən öyrəndiyi
“Hümayun” muğamına öz axtarışları nəticəsində “İran Hüma-
yunu”nda olan “Bidad” şöbəsini gətirməklə Azərbaycanda oxunan
“Hümayun” dəstgahını bir qədər yığcamlaşdıraraq təkmil formaya
salıb. Belə ki, ona qədər “Hümayun” dəstgahında bu şöbələr oxu-
nurdu: “Mayə”, “Fili”, “Tərkib”, “Üzzal”, “Məsnəvi” və ayaq.
Əlibaba müəllim qeyd edir ki, həmin formada “Tərkib”dən
“Üzzal”a keçəndə “sol”dan başlayıb “fa”da dayanırdıq. Bu da
tonallıq baxımından bir-birini tamamlamırdı, yəni tonikaya düz
düşmürdü. Lakin iranlı xanəndələr Qulpanqani, İrəc və Dilkəşin
385
oxuduqları “Hümayun” muğamını dinlədikdən sonra o, “Tərkib”dən
sonra “Bidad” şöbəsini oxumaqla ənənə daxilində öz novatorluğunu
nümayiş etdirir. Beləliklə, “Hümayun” dəstgahı Əlibaba Məm-
mədov tərəfindən bu şöbələrlə oxunur: “Mayə”, “Fili”, “Tərkib”,
“Bidad” və ayaq – yəni dəstgahın kadensiyası. Onun bu yeniliyini
müəllimi Seyid Şuşinski də qəbul edərək hətta, tədris proqramına da
daxil edir.
Hal-hazır ki, tədris proqramında da “Hümayun” dəstgahı Əlibaba
Məmmədovun tərtib etdiyi şöbələrlə oxunur. İndi biz ustadın
tələbəsi Babək Quliyevin ifasında “Hümayun”un “Tərkib”, “Bidad”
və “Hümayun”a ayaq şöbələrini eşidəcəyik.
Canlı ifa
Əlibaba Məmmədovun yaradıcılığında ənənələrə istinad edilə-
rək onun novatorluğu ilə təqdim olunan növbəti muğam “Şüştər”dir.
Bu muğamın Azərbaycan musiqi tarixində mühüm yeri var.
19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bir çox xanəndələr bu
muğamı məharətlə ifa ediblər. Amma, onların əksəriyyəti “Şüştər”i
“Əmiri” şöbəsi ilə başlayıblar.Bu isə daha çox “Rahab” muğamına
xasdır. Çünki bu “Şur” köklü bir şöbədir. Onun “Şüştər” muğamında
ifası tonallıq baxımından qeyri sabit səslənir. Əlibaba Məmmədov
isə qədim səs yazılarını araşdıraraq və tarixi mənbələrə istinad
edərək “Mövləvi” şöbəsini tapmış və onun “Şüştər”də daha rəvan
səslənməsinə nail olmuşdur. Bu yerdə onu da qeyd etməliyik ki,
“Mövləvi” şöbəsi çox qədim zamanlardan muğam ifaçılığında
istifadə edilib. Hələ orta əsrlərdə yaşamış görkəmli alim və mütə-
fəkkir Cəlaləddin Rumi də öz yaratdığı sufi təriqətini “Mövləvi”
adlandırmışdır.Bu cəmiyyətdə Quran ayinləri, Peyğəmbəri mədh
edən şeirlər rübab, tənbur və ney alətlərinin müşayiəti ilə ifa
edilərmiş. Odur ki, “Mövləvi” sözünün musiqi ilə bağlı olması və
muğam şöbəsi kimi adlanması təbiidir. Biz ustadın ifasından həmin
“Mövləvi” şöbəsini nota salmışıq.
386
Əlibaba Məmmədovun bu novatorluğu digər xanəndələr
tərəfindən də təqdirəlayiq sayılaraq tədris prosesində də istifadə
olunur. Beləliklə, “Şüştər” muğamı – “Mövləvi”, “Şüştər”,
“Tərkib”, “Bəxtiyari”, “Məsnəvi” şöbələri ilə oxunur. İndi ustadın
tələbəsi Babək Quliyevin ifasında “Şüştər” muğamının “Mövləvi”
şöbəsini eşidəcəyik.
Canlı ifa musiqi
Əlibaba Məmmədovun novatorluğu “Dəsti” muğamının forma-
laşmasında da öz əksini tapır. Belə ki, “Dəşti” bir şöbə olaraq “Şur”
və “Bayatı-kürd” muğamlarının tərkibində oxunub. Əlibaba
Məmmədov bu şöbəni müəllimi Seyid Şuşinskidən öyrənib. Həmin
şöbəyə əsasən Seyid Əzim Şirvaninin “Qəmindən qönçə tək dilqanə
döndüm” qəzəlinə təsnif bəstələyən xanəndə 6–7 il “Dəşti” üzərində
axtarışlar apararaq digər muğamlarda mövcud olan bəzi şöbələri
tonallıq və səssırası baxımından uyğunlaşdıraraq “Dəşti”ni kiçik
həcmli muğama çevirir. Beləliklə, “Dəşti” bu formada oxunur.
Təsnif, “Dəşti”, “Cidayi”, “Zəmin-xara”, “Şah Xətai”, “Bidad”, təs-
nif. Muğamda oxunan təsniflər Əlibaba Məmmədovun öz bəstə-
ləridir. Hal-hazırda tədris proqramına daxil edilən “Dəşti” muğamı
məhz Əlibaba müəllimin təfsirində öyrədilir. İndi ustadın öz səsində
“Dəşti” muğamından bir parça səslənəcək.
Lent yazısı Ə.Məmmədov “Dəşti”
Təbii ki, muğam elə bir müqəddəs və ecazkar sənət növüdür ki,
ən mahir ifaçılar belə heç bir muğam frazası yaratmayıb.Öz
novatorluğunu yalnız mövcud olan muğamlar üzərində tətbiq
ediblər. Əlibaba müəllimin də muğam sənətimizə gətirdiyi yeniliklər
məhz bu qəbildəndir. Bu mənada onun “Bayatı-kürd” muğamında
etdiyi yenilik də təqdirəlayiqdir. Belə ki, Əlibaba müəllim bu
muğamı ustadı Seyid Şuşinskidən öyrənib. O vaxt tədris proq-
ramında muğam “Bayatı-kürd”, “Gəbri” və “Azərbaycan” şöbələri
ilə öyrənilirdi. Əlibaba Məmmədov qədim qrammofon vallarını
dinləyərək və tarixi mənbələrə istinad edərək muğama “Kərkük”
şöbəsini əlavə edir. Beləliklə, muğam bu şöbələrlə oxunur. “Bayatı-
kürd”, “Kərkük”, “Gəbri”, “Azərbaycan”. Müasir dövrün tədris
proqramına da “Bayatı-kürd” muğamı Əlibaba müəllimin tərtib
etdiyi şəkildə daxil olub.
388
Əlibaba Məmmədovun ənənələrə istinad edərək muğam ifaçı-
lığındakı novator cəhətləri onun tövsiyyələrində də öz əksini tapır.
Məsələn, ustad “Şur” dəstgahından danışarkən orada müasir dövrün
xanəndələrinin ifa etdikləri “Dilkəş” şöbəsinin vaxtilə Seyid Şuşin-
ski tərəfindən “Səlmək” şöbəsi ilə oxunduğunu və o dövrün tədris
proqramında da belə öyrədildiyini qeyd edir və “Şur” dəstgahında
“Səlmək” şöbəsinin oxunmasını xanəndələrə də tövsiyyə edir.
Beləliklə, ustad “Şur” dəstgahında bu şöbə və guşələri təsdiq
edir. “Mayə” (guşə “Baba-Tahir”), “Şur”, “Şur-Şahnaz”, “Səlmək”,
“Bayatı-türk”, “Şikəsteyi-fars”, “Səmayi-şəms”(guşə “Ruh-ül-ərvah”),
“Hicaz”, “Sarənc”, “Qəməngiz”, “Nişibi-fəraz”. Ustadın adını çək-
diyi “Səlmək” şöbəsini biz onun ifasından nota salmışıq.
389
“Çahargah” dəstgahı barədə də ustadın maraqlı fikirləri var.
Belə ki, o, bu dəstgahın tərkibində oxunan “Hasar” şöbəsinin əslində
müstəqil muğam olduğunu və vaxtilə Cabbar Qaryağdıoğlunun,
Ələsgər Abdullayevin, 1919-cu ildə Seyid Şuşinskinin kiçik həcmli
“Hasar” muğamını oxuyaraq qrammofon valarına yazdırdıqlarını
qeyd edir. Ustad “Hasar” muğamının “Mayə”, “Müalif” – yəni
“Bəstə-Nigar”, “Qərrə” və “Müxalif” şöbələrindən ibarət olduğunu
və “Çahargah”ın köməkçi muğamı kimi təqdim edərək onun müasir
dövrdə də ifaçılıq praktikasına tətbiq edilməsini zəruri sayır. Çünki
bu da unudulmaz bir ənənənin bərpasıdır. Bundan başqa “Çahargah”
dəstgahının “Mənsuriyyə” şöbəsində “Üzzal” deyil, “Zərb Mənsu-
riyyə oxunduğunu söyləyir. Bu “Zərb Mənsuriyyə” termini də
müasir muğam ifaçılığı üçün yeni bir tapıntıdır.
Ustadın “Bayatı-Şiraz” dəstgahının eyni adlı şöbəsində “Əbül-
çəp” guşəsinin oxunması ilə bağlı fikri də onun ənənələrə nova-
torluqla yanaşmasının daha bir təzahürüdür. O, hətta, unudulmaqda
olan terminləri də bu gün yaddaşa gətirərək gənc nəslə aşılayır.
“Rahab” muğamında “Mübərriqə” şöbəsindən “Əraq”a gedəndə
oxunan guşənin “Mücri” olması da ustadın bu günümüz üçün yeni
fikridir.
Əlibaba Məmmədovun ənənələrə istinad edərək muğamlara,
onların şöbə və guşələrinə tətbiq etdiyi yeniliklərin bir qismi müasir
tədris proqramına daxil edilmiş və hal-hazırda da onun fikirlərinə
əsasən yeni dərs vəsaiti hazırlanır. Əminik ki, “Azərbaycan muğam
sənətində Əlibaba Məmmədovun ifaçılıq xüsusiyyətləri” adlı bu
dərs vəsaiti bu günün və gələcəyin nəsillərinə muğam sənətini
öyrənmək üçün dəyərli bir mənbə olacaq.Əslində isə ənənə və
novatorluq istiqamətində ustad xanəndə Əlibaba Məmmədovun
yaradıcılıq xüsusiyyətləri muğamlarımızın qorunması, inkişafı,
öyrənilməsi və əbədiyaşarlığı yolunda mühüm bir mənbədir.
İstifadə edilmiş ədəbiyyat:
İzahlı muğam lüğəti. Bakı, 2013.
Muğam ensiklopediyası. Bakı, 2007.
R.Zöhrabov. Muğam. B., Azərnəşr, 1991.
390
Seadet Tahmirazgizi
Ph.D. in art criticism
Methodological Center on Culturology
Senior researcher
Azerbaijan
THE CREATIVE CHARACTERISTICS OF
ALIBABA MAMMADOV, THE MASTER SINGER
IN DIRECTION OF TRADITIONS AND INNOVATION
Abstract
Keywords: Alibaba Mammadov, singer, mugham, “Dashti”,
“Bidad”, Innovations.
Alibaba Mammadov, a worthy successor of the school establi-
shed by Jabbar Qaryagdi, Seyid Shushinski and Khan Shushinski
enriched the vocal school with various novelties. In the first instance,
it is related to the innovative features created by him in his perfor-
mance method and singing style. This innovation is expressed in the
mastery of performing mugam and the songs.
One of his main individual features is that he is creative master.
He easily could be considered a composer, as well as a singer. This
idea is substantiated by the fact of availability of over 100 songs and
tesnifs created by Alibaba Mammadov. The novelties brought by the
master to mugam are not all about above feature; another fact is that
he is skillful in modulating from one to another mugam and in
compounding the various fragments of several mugams into one
piece. The modulations made by him inside one mugam prove his
great mastery. The innovations brought by the master to the mugam
performance include exactly the following examples: shaping out
the composition of the mugam “Dashti”, adding of the fragment
“Bidad” to the dastgah of “Humayun”, performance of “Shushtar”
mugham with the fragment “Movlevi” within it and so on.
The creative features pertaining to the maestro Alibaba Mam-
madov may be classified as follows:
391
1. The mugam performance features of the singer in his
approach to the traditions;
2. Innovations brought by him to the mugam performance art;
3. The ability of combining the modern elements with traditional
mugham;
4. Mastery and professionalism.
The features pertaining to the maestro are expression of th
services rendered by him for development of the Azerbaijan music.
Alibaba Mammadov started his activity of mugam performer when
he was 20 and until now holds on an intensive creative career marked
by many unique qualities. He definitely has got a unique place as a
master musician in the Azerbaijan mugam performance art.
392
Dostları ilə paylaş: |