İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
2
63.3(0)3
H 95
Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tətbiqi kulturologiya”
kafedrasının müdiri, kulturologiya elmləri doktoru İlqar Həsrət oğlu Hüseynov və kulturologiya
elmləri doktoru Nigar Timuçin qızı Əfəndiyeva tərəfindən hazırlanmışdır.
Redaktor: Pərviz
Rzaquliyev, ETRTMM-nin əməkdaşı,
azerbaijan books@mail.ru
Elmi
Ağalar Abbasbəyli, tarix elmləri doktoru,
BDU-nun
“Beynəlxalq münasibətlər”
Rəyçilər:
Əlikram Tağıyev, f.e.d., AMEA-nın şöbə
Ramiz Zöhrabov, sənətşünaslıq doktoru,
Niyazi Mehdi f.e.d., professor.
Dizayn:
Rəşad Rzaquliyev,
rashad156@mail.ru
İlqar Hüseynov, Nigar Əfəndiyeva.
Qədim dünya mədəniyyəti. Dərslik. Azərbaycan dilində.
“Qədim dünya mədəniyyəti” adlı dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tarixində yenilik kimi qiymətləndirilə bilər. Dərslikdə bəşəriyyətin min illərlə
yığıb saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək nəsillərə çatdırdığı mənəvi
sərvətlərin və dəyərlərin öyrənilməsi və mənimsənilməsi problemləri müqayisəli kulturologiya
baxımından araşdırılır, milli adət və ənənələr, dini xüsusiyyətlər, beynəlxalq mədəni əlaqələr,
qədim dövr mədəniyyəti və incəsənətinin tarixi-mədəni-ədəbi abidələrinin
tədqiqinə geniş yer
verilir. Dərsliyə 400-dən çox abidənin fotoşəkili daxil edilmiş, onlardan hər birinə annotasiya
verilmişdir. Dərslik ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti və tələbələri,
mədəniyyət və incəsənət işçiləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Naşir - Pərviz Rzaquliyev,
azerbaijan_books@mail.ru
“Mars-print” NPM, 2009.
432 səh., 60x84/16, tiraj-1000.
ISBN
978-9952-8087-1-2
©
İlqar Hüseynov
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
4
GİRİŞ
Müasir dövrdə qədim dünya mədəniyyəti və incəsənətinin öyrənilməsi, tədqiqi və tətbiqi mövcud
sivilizasiyalar və insan cəmiyyətləri üçün aktuallıq kəsb edir. Bu baxımdan qədim dünya mədəniyyəti və
incəsənətinin kulturologiya elminin tədqiq obyekti kimi ön plana çəkilməsi dövrün zəruri tələbi kimi əsas
prioritetə çevrilir. Müasir cəmiyyətin inkişafında insanın kamil bir şəxsiyyət kimi formalaşmasında
kulturologiya elminin böyük əhəmiyyəti vardır. Kulturologiya - ümumbəşəri və milli mədəni proseslərin
obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva
edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir,
mədəni dəyərlərin yaradılması, artırılması, qorunub gələcək nəsillərə ötürülməsini həyata keçirir.
Bu elmi
zamanın özü yaratmışdır. Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etika, estetika və.
s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmişdir.
Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas
komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir sahədir.
Kulturologiya müxtəlif cəmiyyətlərdə mədəni həyatı öyrənir və bununla da əsas mədəni-tarixi tiplərin
nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi qloballaşan
müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir.
Qeyd edək ki,
kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr,
proseslər və müəssisələrdir.
Kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və
qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir
tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə
insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana
gəlmişdir. Onun yaranmasında ABŞ alimi Lesli Uayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Uayt öz
nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Uaytın bu elmi tədqiqatı "insan və mədəniyyət"
anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.
Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna
bir küll
halında baxır. Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi
komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o,
mədəniyyətləri və sivilizasiyaları dərindən və hərtərəfli şəkildə öyrənir, onun məzmun və mahiyyətini üzə
çıxarır, hansı səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir.
Kulturologiya dünyada gedən prosesləri, həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub
saxlanılmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir vəzifə kimi qoyur.
Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini,
insan faktorunun təbiətə, istehsala,
ətraf mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf meyllərini öyrənir. Bu baxımdan
informasiya-kommunikasiya və rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəki
mədəniyyət sənayesinin təşəkkülü kulturoloji prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən
bu tendensiyalardan baş çıxara bilən kulturoloq kadrların hazırlanması ölkəmiz üçün böyük aktuallıq kəsb
edir.
Mədəniyyət insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da o, həm də hər
bir yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir.
Bu mühit həm yaradıcılığa həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz
bu zənginliklər “mədəniyyətşünaslıq” və ya “kulturologiya” kimi anlamların yaranmasına, onların ictimai
şüurda möhkəm yer tutmasına şərait yaradır.
İctimai-siyasi quruluşların xüsusiyyətlərindən asılı olaraq mədəniyyət və kulturologiya anlayışlarına
müxtəlif mövqelərdən yanaşılmışdır. XX əsrin əvvəllərində yaşamış türk alimi Ziya Göyalpa görə “kültürlə
mədəniyyət” bir-biri ilə fərqlənən anlayışlardandır. Ziya Göyalpın fikrincə “kültür
milli olduğu halda,
mədəniyyət uluslararasıdır-beynəlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetik, dil,
iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu-ahəngdar bir bütünüdür. Mədəniyyət isə eyni inkişaf
səviyyəsində olan bir çox millətlərin toplumsal ictimai həyatlarının ortaq bir bütünüdür...”
1
Kulturologiya insanşünaslığa xidmət edən və qloballaşan dünyada cəmiyyətimizin gələcək inkişafı
üçün son dərəcə aktual olan elmlərdən ən vacibidir. Bu elm bəşəriyyətin min illərlə yığıb saxladığı,
zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək nəsillərə çatdırdığı mənəvi sərvətlərin və dəyərlərin
öyrənilməsi və mənimsənilməsi üsulları haqqında bir elm olub, bu mənəvi dəyərlərin quruluşu, ondan
1
Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, “Maarif”, 1991, s. 40.