Dərc olunub: 26 fevral 2018 | Ramute Remezaite və Jack Dahlsen
İzah: Avropa Şurasının Azərbaycana qarşı pozuntu proseduru
Təlim ləvazimatı
EHRAC-ın Hüquq Məsləhətçisi Ramute Remezaite və Stajoru Jack Dahlsen
pozuntu prosedurunun mahiyyətini və onun Azərbaycana qarşı tətbiqinin
əhəmiyyətini izah edir. Ramute bundan öncə, 2017-ci ilin martında
Azərbaycana qarşı pozuntu prosedurunun tətbiqi ehtimalını European Journal
of International Law Talk! blog-u üçün müzakirə etmişdi. Bu mövzuyla bağlı
həmçinin 2017-ci ilin aprelində Dr. Alice Donald’un EJIL Talk! üçün bloq
yazısında qərarların icra olunmaması probleminin həlli yolları müzakirə
olunmuşdu.
5 dekabr 2017-ci ildə Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi (NK) Avropa
İnsan Hüquqları Məhkəməsinin (Məhkəmə)
İlqar Məmmədov Azərbaycana
qarşı
işi üzrə qərarıyla əlaqədar, Azərbaycana qarşı “pozuntu proseduru”
tətbiq etmişdi. Məhkəmə o qənaətə gəlib ki, bu misralar yazılan zaman hələ
də həbsdə olan Azərbaycanın tanınmış müxalif siyasətçisi İlqar Məmmədovun
həbsi və saxlanması qeyri-qanunidir və məqsədi Hökuməti tənqid etdiyi üçün
“susdurulmaq və cəzalandırılmaqdır”. İlqar Məmmədovun azadlığa
buraxılması ilə bağlı davamlı çağırışlara Azərbaycanın müsbət reaksiya
verməməsinə görə,
NK işi Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK)
46(4)-cı maddəsinə əsasən Məhkəməyə qaytardı
. Məqsəd Məhkəmənin
Azərbaycanın qərarı icra edib etməməsini hüquqi cəhətdən müəyyən etməsi
idi. AŞ-nin tarixində ilk dəfədir ki, NK bu mexanizmi hansısa üzv dövlətə
qarşı tətbiq edir.
Pozuntu proseduru
Pozuntu proseduru nəyə görə tətbiq olunub?
Məhkəmə qarşısında pozuntu proseduru
AİHK-nın 14 nömrəli protokolunun
qəbulu ilə 2010-cu ildən qüvvədədir. Məqsəd Məhkəmə və NK-nın üzərindən
ağırlaşan yükün azaldılması üçün bir sıra islahatların aparılması olub.
46(4)-
cı maddə
NK-yə Məhkəmənin yekun qərarını icra etməkdən imtina edən
dövlətə qarşı Məhkəmə qarşısında pozuntu prosedurunun başlanması
imkanını yaradır.
Pozuntu proseduru Məhkəmənin ilkin qərarında qət edilmiş əsas sualları
yenidən müzakirəyə açıq etmir (burada İlqar Məmmədovun həbsi və
saxlanması). Burada daha çox Məhkəmə dövlətin Məhkəmənin qərarını icra
edib etmədiyini müəyyən etməlidir. 14 nömrəli Protokolu hazırlayanların
izahına əsasən, NK “pozuntu prosedurunu yalnız müstəsna hallarda tətbiq
etməlidir”. Protokol müəllifləri həmçinin ümid ifadə etmişdilər ki, “prosedurun
mövcudluğu və ondan istifadə hədəsi Məhkəmənin qərarlarını icra etmək
üçün yeni səmərəli stimul olacaq”. Niyyət qərarları icra etmək istəməyən
dövlətlərə qarşı AŞ-da üzvlüyü dondurmaq və təşkilatdan çıxarmaq kimi ağır
cəzalara məruz qoymadan davamlı və artan təzyiq tətbiq etməkdir.
Nə zaman tətbiq edilməlidir?
Məhkəmə qərarlarının icrasına nəzarət edən qurum kimi NK dövlətin yekun
qərarı icra etmədiyini müəyyən etdikdə, 47 üzv dövlətdən 2/3-nin səsini əldə
edərək pozuntu prosedurunu başlada bilər. NK müəyyən dövlətə qarşı bu
prosedurun başladılmasıyla bağlı formal xəbərdarlıq edəndən sonra NK bu
vəziyyəti Məhkəməyə çatdırıb, onun müəyyən dövlətin Məhkəmənin qərarını
icra edib etməməsini qət etməlidir. Bu baxımdan, ən azı, 31 ölkə pozuntu
prosedurunun tətbiqinin tərəfdarı olduğuna görə, bu əhəmiyyətli və ciddi
addımdır.
Sanksiyalar tətbiq edilə bilərmi?
Pozuntu proseduru müvafiq dövlətə qarşı hər hansı sanksiyaların birbaşa
tətbiqinə gətirib çıxarmır. Məhkəmə dövlətin qərarı icra etmədiyini müəyyən
etsə, o, işi NK-ya əlavə addımların (AİHK-nin 46(5)-ci maddəsi) tətbiqinə
ehtiyac olub olmadığını qət etməsi üçün yönəldir. NK-nın tətbiq edəcəyi bir
sıra “tədbirlər” var, məsələn, qərarların, qətnamələrin qəbulu və ya “yüksək
səviyyədə” görüşlərin keçirilməsi, ancaq bu sırada cərimələrin tətbiqi kimi
konkret sanskiyalardan söhbət getmir.
Pozuntu prosedurları istənilən nəticəyə gətirib çıxarmırsa, dövlət AŞ-da
üzvlüyünün dondurulması və üzvlükdən çıxarılma kimi qərarlarla qarşı
qarşıya qala bilər. AŞ Nizamnaməsinin 3-cü maddəsi qeyd edir ki, hər bir
dövlət “qanunun aliliyi və yurisdiksiyasında olan bütün şəxslərin insan
hüquqları və fundamental azadlıqlarının qorunması prinsiplərini qəbul etməli
və AŞ-ın məqsədlərinin həyata keçirilməsi üçün səmimi və effektiv
əməkdaşlıq etməlidir”. Nizamnamənin 8-ci maddəsinə əsasən,
Nizamnamənin 3-cü maddəsinin ciddi pozuntusu dövlətin təmsilçilik
hüququnun dondurulması və AŞ-ın dövlətin Konvensiya sistemindən
çıxmasına dair çağırışın edilməsinə gətirib çıxara bilər. AŞ-ın tarixində heç bir
dövlət təşkilatdan çıxarılmayıb.
İşin Məhkəməyə göndərilməsindən sonra Məhkəmə dövlətin qərarı icra
etdiyini müəyyən etsə, NK işin araşdırılmasını dayandırır.
İlqar Məmmədov
İlqar Məmmədov kimdir?
İlqar Məmmədov fəal və Azərbaycanda
tanınmış müxalif siyasətçidir. O, 2013-cü
ilin noyabrında Azərbaycanın
prezidentliyinə namizəd olmağı
planlaşdırırdı. O, 2013-cü ilin fevralında
Azərbaycanın İsmayıllı şəhərində baş
vermiş iğtişaşlarla bağlı bloqçuluq etdiyinə
görə həbs olunub. Həbs-qətimkan tədbirini
dəfələrlə uzadandan sonra o, 2014-cü ilin martında kütləvi iğtişaşların təşkili
və həbsə müqavimət göstərmək ittihamlarına əsasən, 7 il müddətinə həbsə
məhkum edilib. Həmin vaxtdan bəri o həbsxanadadır.
Məhkəmə İlqar Məmmədovun həbs-qətimkan tədbirinə necə reaksiya
verdi?
2014-cü ilin may qərarında Məhkəmə qeyd etmişdi ki, ölkədaxili araşdırma
zamanı Cənab Məmmədova qarşı ittihamları sübut edən heç bir fakt
göstərilməyib. Məhkəmə qərara gəlmişdi ki, həbsin məqsədi “Hökuməti
tənqid etdiyinə və doğru olduğuna inandığı və onun fikrincə, Hökumətin
gizlətmək istədiyi faktları yaymaq istədiyinə görə şikayətçini susdurmaq və
cəzalandırmaq olub”. Başqa sözlə, Məhkəmə hesab edir ki, həbs siyasidir və
qət edib ki, Azərbaycan AİHK-nin aşağıdakı müddəalarını pozub: 5(1)
(azadlıq və təhlükəsizlik hüququ), 5(4) (saxlanılma zamanı məhkəmə
baxışına hüquq), 6(2) (təqsirsizlik prezumpsiyası hüququ) və 18
(hüquqlardan istifadənin məhdudlaşdırılması). Ancaq Məhkəmə Cənab
Məmmədovun azadlığa buraxılmasını tələb etməmişdi.
İlqar Məmmədovun azadlığına kim çağırıb?
AŞ-ın 47 üzv dövlətini təmsil edən diplomatlardan ibarət siyasi qurum olan
NK bu işi ilk dəfə 2014-cü ilin dekabrında araşdırıb və o zamandan bəri
dəfələrlə Cənab Məmmədovun dərhal və qeyd-şərtsiz azad olunmasına
çağırıb. Əvəzində, 2016-cı ilin noyabrında Azərbaycanın Ali Məhkəməsi həbs
cəzasını qüvvədə saxlamışdı. Cənab Məmmədov Avropa Məhkəməsinə
cinayət prosesində özünə qarşı digər pozuntularla bağlı ikinci dəfə müraciət
edəndən sonra, Məhkəmə Azərbaycanın AİHK-nin 6(1)-ci maddəsini
pozduğunu qət etmişdir. İki Məhkəmə qərarına və NK-dan davamlı təzyiqlərə
baxmayaraq, ilkin qərardan demək olar ki, 4 il müddət keçib.
Cənab Məmmədovun azadlığa buraxılmasına dair davamlı çağırışlara məhəl
qoyulmamasından sonra, 25 oktyabr 2017-ci il tarixdə Cənab Məmmədovu
azadlığa buraxmaqdan davamlı imtina və Məhkəmənin qərarını icra
etməkdən imtina ilə bağlı
aralıq qətnamə
qəbul edib. Bu işə 17 hakimdən
ibarət və Məhkəmənin ən yüksək məhkəmə strukturu hesab edilən Böyük
Palata baxacaq
Bu, nə dərəcədə əhəmiyyətlidir?
NK tərəfindən pozuntu prosedurunun başlanması qərarı əhəmiyyətli
addımdır. Avropa Məhkəməsinin qərarlarının bir sıra dövlətlər tərəfindən icra
edilməməsi uzun illərdir davamlı problemə çevrilməsinə baxmayaraq, ilk
dəfədir ki, bu prosedur hər hansı Avropa dövlətinə qarşı tətbiq edilir.
Nəyə görə bu iş və bundan sonra nə olacaq?
Nəyə görə indi və nəyə görə bu iş? Bu suallara cavab vermək asan deyil,
ancaq bu, müəyyən qədər pozuntunun ağırlığına görə ola bilər - demokratiya
olduğu deyilən istənilən dövlət üçün müxalif siyasətçinin təqib edilməsi və
əsassız həbsi çox ciddi hadisədir. Bu, Cənab Məmmədovun işində 18-ci
maddənin pozulmasının Məhkəmə tərəfindən qət edilməsində özünü göstərib
(hakimiyyətin onu təqib etməkdə “gizli niyyətləri” var idi) – bu cür qənaətlər
nadirdir.
NK-nın Cənab Məmmədovun azadlığa buraxılmasına dair çağırışları aşkar
şəkildə göstərir ki, Azərbaycan hakimiyyəti NK-nın mövqeyinə tabe olmayıb,
çünki o, hələ də həbsdədir. Bu da faktor ola bilər. Ancaq Məhkəmə həmçinin
qət etməlidir ki, bu, Azərbaycanın qərarı icra edib etmədiyini göstərir, çünki
qərarda onun azadlığa buraxılmasına birbaşa çağırış yoxdur.
Son olaraq, Məhkəmə Azərbaycanın qərarı icra etmədiyini qət etsə, nəyin
baş verəcəyini sual edə bilərik. Yuxarıda da qeyd etdiyimiz kimi Məhkəmənin
əlində tətbiq edəcəyi sanksiya yoxdur. Bu baxımdan, NK bu məsələdə siyasi
qərar qəbul etməli olacaq.
Document Outline
Dostları ilə paylaş: |